Adiu maliyyə fakultəsi 624-cü qrup Musayev Niymət


Renessans fəlsəfəsinin təkamulundə naturfəlsəfə dövrü



Yüklə 338,21 Kb.
səhifə3/6
tarix30.12.2023
ölçüsü338,21 Kb.
#166651
1   2   3   4   5   6
referat 4375

Renessans fəlsəfəsinin təkamulundə naturfəlsəfə dövrü XVI əsrin ikinci yarısında və XVII əsrin əvvəlində fəlsəfi fikrin inkişafını əhatə edir. Nikolay Kopernik (1473-1543-cu illər) ozunun “Goy cisimlərinin fırlanması haqqında” kitabında Yerin Gunəş ətrafında fırlanması ideyasını irəli surərək, bununla təkcə təbiətşunaslığın deyil, həm də fəlsəfənin gələcək inkişafının xarakterini muəyyən etmişdir. Kopernikin heliosentrizm təlimi kosmosun desakrallaşdırılmasına, butovlukdə dunyanın fiziki mənzərəsinə tamamilə yeni baxışa gətirib cıxarmışdır. Bu isə Orta əsrlər şuuruna xas olan ənənəvi antroposentrizmin yenidən nəzərdən kecirilməsi ilə nəticələnmişdir.

Kopernikin ardınca Cordano Bruno (1548-1600-cu illər) da Kainatı sonsuz və hududsuz, vahid və rəngarəng, əbədi və tukənməz hesab etdiyini bildirmişdir. Oz dunyabaxışına gorə panteist olan Brunonun fikrincə, Allah təbiətə kocur. Bu cur Allah “şeylərdə Allah”dır. Allahı təbiətə qovuşduran panteizm fəlsəfəsi Brunoya canlı və ruhi başlanğıcları təbiətdə tapmaq, inkişafa, təkmilləşməyə can atmaq imkanı verir.


Dunya dərk edilə bilər. İdrak yalnız o halda həqiqətdir ki, o, təbiətin oyrənilməsinə əsaslansın. Həqiqi biliyi yalnız elm verir. Bruno Kainatın sonsuzluğunu insanın azadlığına ilham verən mənbə hesab edir. Brunonun fikrincə, insan təbiətin ayrılmaz tərkib hissəsi, makrokosmosu əks etdirən mikrokosmosdur. Hisslər,duşuncə və zəka (intellekt) idrakın pillələridir. Hissi qavrayış idrakın o qədər də etibarlı mənbəyi deyil, hisslər aldadıcı ola bilər. Duşuncə və zəka idrak prosesində muhum rol oynamalıdır.


İtalyan filosofu Tommazo Kampanella (1568-1639-cu illər) naturfəlsəfi baxışlara şərik idi. O, fəlsəfə sahəsində sxolastika ənənələrini kəskin tənqid edir, həm “Platonun miflərini”, həm də “Aristotelin uydurmalarını” eyni dərəcədə rədd edirdi.Kampanella qədim klassiklərin nufuzundan xilas olmağa, elmlərin tamamilə və əsaslı şəkildə yeniləşməsinə nail olmağa cağırırdı.


Kampanellaya gorə, təbiət və Muqəddəs Kitab insanların


həqiqəti oyrənməsi ucun iki İlahi mənbədir. O, sensualizm
ideyalarını inkişaf etdirmiş, duyğunu isə təbiəti dərkin başlıca vasitəsi elan etmişdir. O, primalitetlər haqqında, yəni varlığın üç əsas atributu – guc, mudriklik və məhəbbət haqqında maraqlı təlim yaratmışdır. Filosofa gorə, butun varlıqlar bu primalitetlərdən ibarətdir. Kampanellanın “Gunəş şəhəri” adlı əsərində inkişaf etdirdiyi ideal cəmiyyət haqqında utopiya xususi maraq doğurur.


Qalileyin (1564-1642-ci illər) astronomiya sahəsindəki kəşfləri dünyanın aristotelci-ptolemeyci mənzərəsinin tərəfdarı olan sxolastlarla onun polemikasının əsasını qoymuşdur. Qaliley ikili həqiqət nəzəriyyəsindən istifadə etməklə, elmi dindən tamamilə ayırırdı. O, təbiətin sonsuz dərkinin mumkunluyu qənaətinə gəlmişdi. Qaliley dərin qnoseoloji məna kəsb edən belə bir ideya irəli surmuşdur ki, həqiqətin dərk edilməsi sonsuz prosesdir. O, həmin prosesdə eksperimentin roluna həlledici əhəmiyyət verirdi.

İntibah dovrunun fəlsəfəsi Qalileyin elmi və fəlsəfi fəaliyyəti ilə başa catır.Sxolastik biliklərin butun sisteminə qarşı cıxan İntibah dovru fəlsəfəsi


Avropada yeni dovr fəlsəfəsinin yaranması ucun zəmin
hazırlamışdır.

Yüklə 338,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə