ADAU-
nun Elmi Əsə
rl
ə
ri. G
ə
nc
ə
, 2016,
№
1
11
UOT 664.7:634.8
SÜFRƏ ÜZÜMÜNÜN XALQ ÜSULLARI İLƏ SAXLANMASI
Professor T.Ç.Həmzəyev
Aqrar elmlər üzrə fəlsəfə doktoru Z.C.Allahverdiyeva
Alim-aqronom E.M.Pirverdiyeva
Azərbaycan Dövlət Aqrar Universiteti
Açar sözlər: üzüm, saxlanma, sort, çilik, zirzəmi, çardaq, anbar, asma
Bitkiçilik məhsullarının saxlanması proses-
lərini təkmilləşdirmək məqsədilə anbar, soyuducu
və s. təsərrüfatların genişləndirilməsi, onların
müasir avadanlıqlarla təchiz edilməsinə diqqət
yetirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu gün
tərəvəz, meyvə və kartofun səmərəli saxlanılması
əhalinin həmin məhsullarla təminatının yaxşılaş-
dırılmasında vacib mənbə olub, bu yolla 15-20 %
əlavə məhsul əldə etmək olar [1]. Bunu nəzərə
alan Azərbaycan Dövləti bölgələrdə ən mütərrəq-
qi üsulları həyata keçirməyə imkan verən saxlayı-
cıların tikintisinə dəstək verməkdədir. Tikiləcək
saxlayıcıların xərclərinin
hissəsinin Dövlət tərə-
findən maliyyələışdirilməsi bu sahədə əsaslı dö-
nüş yaratmışdır. Bunun nəticəsidir ki, bölgələrdə
10-dan çox belə saxlayıcı tikilmişdir. Belə soyu-
ducu – saxlayıcılarda hər məhsula uyğun mikro-
iqlimin formalaşması ilə məhsulun uzun müddətli
və keyfiyyətli saxlanması mümkün olur. Lakin
təəsüflə qeyd olunmalıdır ki, bu sahədə çatışmaz-
lıq hiss olunmaqdadır. Qeyd edə bilərik ki, əha-
linin ilboyu ərzaqla dayanıqlı və təhlükəsiz qay-
dada təminatı üçün həmin məhsulların yeni elmi
texnologiyası işlənib hazırlanmalıdır. Lakin bəzi
rayon və kəndlərdə belə saxlayıcıların olmaması
və eləcə də məhsulun azlığı cəhətindən bəzi mey-
və-tərəvəz və üzümçülüklə məşğul olan fermerlər
məcbur olub məhsulu ata-baba üsulları ilə saxla-
mağa üstünlük verirlər. Eləcə də üzümçülüklə
məşğul olan fermerlər üzüm məhsulunu qısa
müddətə saxladıqda xalq üsullarından asma, ban-
daq,
tənək üzərində torbalarda, sıx gözlü tor pərdə
altında və taxta kəpəyində saxlanma üsullarına
daha maraq göstərirlər [2].
İnsanlar üçün üzüm o qədər əvəzedilməz
məhsul hesab olunmuşdur ki, onu koldan dərib
yeməklə kifayətlənməmiş, həm də məhsulu uzun
müddət saxlamaq yollarını da araşdırmışlar. Süfrə
üzümünün ata-baba təcrübəsindən keçirilmiş
uzun müddətli uğurlu saxlanma üsullarından as-
ma və bandaq üsullarını göstərmək olar [3].
Asma üsulundan üzümçülər keçmişdə və
hal-hazırda da istifadə edirlər. Bu üsulda saxlan-
ma zamanı anbarlardan istifadə edilir. Anbarlar
kimi quru, yaxşı havalanan dam, çardaq və ya zir-
zəmidən də istifadə etmək olar. Bir şərtlə ki, ora-
da havanın hərarəti 8-10
0
C, nisbi rütubəti isə 65-
70% həddində olsun.Burada taxtalardan xüsusi
asmalar düzəldərək, onlara ara məsafəsi 15-20sm
olmaqla mismarlar vurulur. Bu mismarlara ip,
məftil və burğu bağlanılaraq üzərinə aralarında
müəyyən məsafə buraxmaqla təmizlənmiş üzüm
salxımları asılır. Beləliklə, hər asmada 1-5kq-a
qədər üzüm olur. Elə etmək lazımdır ki, asılan
salxımlar bir-birinə toxunmasınlar. Belə üsulda
normal yetişmiş üzüm məhsulu fevral- mart ayına
kimi keyfiyyətlə qala bilər. Əgər saxlanma müd-
dətində anbarda hər hansı bir həşaratın olması
müşahidə edilərsə o zaman kükürd yandırmaq
tövsiyə olunur. Asma üsulunun üstün cəhəti onun
ucuz başa gəlməsindən, çatışmayan cəhəti isə
saxlanma müddəti uzandıqca salxımda gilələrin
təbəxxürü və tökülməsindən ibarətdir. Təbrizi,
Çəhrayı tayfi, Hamburq muskatı, Ağadayı və hət-
ta universal sort kimi tanınan Bayanşirə kimi
üzüm sortlarının məhsulu bu üsulda daha yaxşı
saxlanılır.
Bandaq üsulu ilə üzümçülük zonası kimi
tanınan Gəncəbasar bölgəsində ta
qədimdən üzüm
məhsulunu xüsusi binalarda – anbarda, çardaqda
və havalandırılan zirzəmilərdə saxlamışlar [3].
Bunun üçün ikillik burğu söyüd ağacından hazır-
lanmış “bandaq”-dan istifadə etmişlər. Söyüd
ağacından 2-3metr uzunluğunda asma materialı
kimi istifadə edilən budaqlar kəsilir və bu buda-
ğın üzərində olan xırda budaqcıqlar 5-10 sm qal-
maqla, digər hissələr budaqdan kəsilib atılır. Yəni
hər əsas budaq üzərində çoxlu miqdarda xırda çi-
liklər qalmış olur. Belə budaqların 5-10 ədədini
bir yerdə bağlamaqla üzüm asmaq çoxlu çiliklərə
malik xüsusi dayaqlar əldə edilir ki, bu da “ban-
daq” adlanır. Bandağın möhkəm olması üçün
onun aşağı ucu anbarın döşəməsinə uzadılmış
taxtaya, yuxarı ucu isə anbarın millərinə mismarla
möhkəm bərkidilir.
Bandaqlara üzüm asmaq üçün üzümlükdə
yığım vaxtı, üzüm salxımı saplağın hər tərəfindən
5 sm uzunluqda olmaqla barmaqla birlikdə kəsilir
ki, salxım xarab gilələrdən təmizləndikdən sonra,
ADAU-
nun Elmi Əsə
rl
ə
ri. G
ə
nc
ə
, 2016,
№
1
12
onun üzərində saxlanan barmaq bandaqda olan
çiliklər arasına salınsın və lazım gələrsə bərkidil-
sin. Beləliklə, aşağı hissədən başlayaraq bandağın
qurtaracağına kimi hər tərəfdən üzüm salxımları
dairəvi şəkildə asılmış – bərkidilmiş olur. Hər
belə hazırlanmış bandağa 20-25 kq üzüm salxımı
asmaq mümkün olur.
Bu üsulun başlıca tələbi saxlanma yerinin
vaxtlı- vaxtında havalandırılmasından
ibarətdir ki,
burada sabit hərarət 8-10
0
C və nisbi rütubət 65-
70% həddində təmin olunsun. Əks halda saxlan-
ma yerində hərarətin artması səbəbindən burada
inkişaf edən müxtəlif həşaratlar məhsulun kəmiy-
yətinə və keyfiyyətinə ziyan vura bilər. Həşaratla-
rın inkişafı müşahidə edilərsə, anbarda kükürd
yandırmaq olar. Bu üsulda məhsul sortaməxsus
təbii rəngdə qalır, saxlanma xərci də nisbətən
ucuz başa gəlir. Bandaq üsulunda orta və gecyeti-
şən süfrə üzüm sortlarının, xüsusilə də Təbrizi
süfrə üzüm sortunun məhsulu başqa sortlara
nisbətən daha yaxşı qalır [2,4,5].
Son illərdə üzümün payız-qış dövründə
saxlanmasının bir neçə üsulları sınaqdan keçiril-
mişdir. Bunlardan məhsulun sıx gözlü tor pərdə
altında saxlanmasını qeyd etmək olar. Sıx gözlü
tor pərdə altında tənəkdə cərgələrdə üzüm məh-
sulunun saxlanması dövründə ən güclü küləklər,
eləcə də həşərat, arı və quşlar azda olsa məhsula
təsir göstərə bilmir. Belə üsulda üzümü uzun
müddət ərzində saxlamaq mümkündür. Lakin
müxtəlif üzüm sortlarının kolda qalma qabiliyyəti
eyni deyildir. Sıx gözlü tor pərdə altında saxlanı-
lan üzümün əmtəəlik keyfiyyəti daha yüksək olur,
gilələr mexaniki zədədən və qismən də tozlanma-
dan azad olduğuna görə cəlbedici xarici görkəmə
malik olur. Bu üsulda saxlanma müddəti sent-
yabr-dekabr ərzində ilk şaxtalar düşənə qədər da-
vam edə bilər. Bu üsulda daha yaxşı saxlanılan
Təbrizi, Şamaxı mərəndisi, Ağadayı və İtaliya
süfrə üzüm sortlarının məhsuludur [2,6].
Üzümçülüklə məşğul olan süfrə üzüm sa-
hələri və məhsulu az olan fermer və kənd əhalisi
bu yuxarıda göstərilən xalq üsullarından istifadə
etməklə, saxlanma yerlərini düzgün təşkil edərək
becərdiyi üzümü 2-3 ay saxlayaraq əlavə gəlir
əldə edə bilərlər. Eyni zamanda əhalinin bu qiy-
mətli qida məhsulundan istifadə etmək imkanı
daha da uzanar.
ƏDƏBİYYAT
1. Fətəliyev H.K. Bitkiçilik məhsullarının saxlanması və emalı texnologiyası. Bakı: “Elm”,
2010, 432s.
2. Şərifov F.H. Üzümçülük. Bakı, Şərq-Qərb nəş., 2013, 513 s.
3. Həsənova S.X., İsgəndərov Ə.H. Kənd təsərrüfatı məhsullarının saxlanması və emalı. Gəncə:
1970, 287s.
4. Əliyev Ş.A., Həmzəyev T.Ç. və başqaları. İnsanın qidalanmasında və sağlamlığında bitkiçilik
məhsullarının rolu. Gəncə: “Əsgəroğlu” nəş., 2004, 217 s.
5. Xankişiyev Y.H. Ərzaq malları əmtəəşünaslığı. Gəncə, “Əsgəroğlu” nəşriyyatı, 2007, 263 s.
6. Ампелография Азербайджанской ССР. Баку: Азербайджанское Государственное
издательство. 1973, 491c.
Being kept with people methods of the table-cloth grapes
Professor T.Ç.Hamzayev
Doctor of Philosophy in Agricultural Sciences
Z.J.Allahverdiyeva
Scientist-agronomist E.M.Pirverdiyeva
Azerbaijan State Agrarian University
SUMMARY
Key words: grapes, being kept, sort, we are freckles, basement, garret, storehouse, to hang
Article have been devoted to problem of the being kept with people methods of the grapes. The
hanging from such methods and show the a bunch grapes methods are possible. Storehouse, garret the
harvest by such methods and temperature 8-10
0
C in the basements and are possible to keep 2-3 months
in the relative dampness 65-70%. To keep harvest by such methods is more useful for farmer from the
economical side.