Microsoft Word biologiya-1-2011. doc



Yüklə 55 Kb.
Pdf görüntüsü
tarix05.01.2018
ölçüsü55 Kb.
#19670


 

94

BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 



№1                                Təbiət elmləri seriyası                                 2011 

 

 

 

UOT.632.937.12 

ABŞERONDA MEYVƏ AĞACLARINA ZƏRƏRVERƏN UNLU 

TƏNƏK YASTICASI (Planococcus ficus Sign.)  

VƏ ONUN ENTOMOFAQLARI 

 

İ.E.MUSTAFAYEVA 

AMEA Zoologiya institutu 

mustafayeva_irada@mail.ru 

 

Abşeron  şəraitində unlu tənək yastıcasının bioekoloji xüsusiyyətləri və onun entomo-

faqları öyrənilmişdir. Müşahidələrimizə əsasən Abşeron şəraitində unlu yastıca bir ildə 4 nə-

sildə inkişaf edir. Həmçinin müəyyən olunmuşdur ki, zərərvericinin sayının tənzimlənməsində 

11 növ parazit və yırtıcı mühüm rol oynayır. Onların içərisində 4 növ (2 növ parazit və 2 növ 

yırtıcı) unlu tənək yastıcası ilə bioloji mübarizədə istifadə olunur. 

 

Açar sözlər: Abşeron, yastıca, entomofaq. 

 

Azərbaycanda meyvə  ağaclarına 300 növdən artıq həşərat zərər verir. 

Bunların içərisində ciddi zərərvericilərdən biri də unlu tənək yastıcasıdır. Unlu 

tənək yastıcası  həşəratların bərabərqanadlılar dəstəsinin (Homoptera) yastı-

calar (Coccoidae) fəsiləsinə aid olub, kənd təsərrüfatı bitkilərinə, o cümlədən 

meyvə ağaclarına ciddi zərər verir. Unlu yastıca Abşeronda meyvə ağacların-

dan başqa üzümçülüyə də zərər verməklə meyvə məhsulunun xeyli aşağı düş-

məsinə  səbəb olur. Bunun qarşısını almaq məqsədilə bir sıra mübarizə  təd-

birləri aparılır. Bunların içərisində bioloji mübarizə  tədbirlərindən istifadə 

edilməsi məqbul hesab edilir. Bu məqsədlə də zərərvericinin morfobiologiyası 

və entomofaqları haqda məlumat verməyi lazım bildik. 

Unlu yastıcalar – qeyri-adi həşəratlardır. Onlarda cinsi dimorfizm inkişaf 

etmişdir. Belə ki, erkək və dişi fərdlər xarici görünüşcə bir-birindən güclü şə-

kildə fərqlənirlər. Dişi fərdin bədəni ovaldır, baş, döş və qarıncıq hissələri ay-

dın şəkildə nəzərə çarpır. Onlar qanadsızdır, zəif inkişaf etmiş ayaqlara malik-

dirlər. Buna görə də, bütün inkişaf dövrü hərəkətsiz olub, bir yerdəcə yapışıb 

qalırlar. Erkək fərdlərin bədəni dişilərdən fərqli olaraq baş, döş  və qarıncıq 

hissələrinə ayrılmışdır. Bədənləri uzunsovdur, döş hissədən qarıncığın arxa 

hissəsinə doğru daralmışdır. Erkəklər qanadlıdır. Onların ön qanadları, ayaq-

ları  və  bığcıqları yaxşı inkişaf etmişdir. Ağız aparatı yoxdur. Az yaşayırlar. 




 

95

Bitkilərə, sürfələri və sorucu ağız aparatına malik olan dişiləri zərər verir. 



Şimali və Cənubi Amerika, Afrika, Cənubi Avropa, Asiya, Rusiya, Cə-

nubi Ukrayna, Qafqaz, Orta Asiyada [1],  Azərbaycanda isə Kür-Araz ovalı-

ğında, Böyük və kiçik Qafqazın dağətəyi zonalarında, həmçinin Lənkəran 

vilayətində yayılmışdır [5, 2].  

Tədqiqatlarımıza  əsasən [3] unlu tənək yastıcası Abşeronda geniş ya-

yılmış növlərdən biridir. Bakı və Sumqayıtda küçələrdə, parklarda və Abşeron 

yarımadasının bütün qəsəbə və kəndlərində meyvə ağaclarında (gavalı, heyva, 

alma,  ərik,  şaftalı, alça, tut, əncir) və üzüm sahələrində  aşkar olunmuşdur 

(Mərdəkan,  Şüvəlan, Buzovna, Bilgəh, Sabunçu, Suraxanı, Zığ, Pirşağı, Za-

qulba, Hövsan, Digəh, Binəqədi, Xırdalan, Binə, Balaxanı, Mehdiabad və s.). 

Orta Asiya ölkələrində, həmçinin tut, əncir, nar, çinar bitkilərinə də zərər verir. 

Şimali Qafqazda (Gürcüstan, Dağıstan, Krasnodar) zərərverici əsasən üzüm tə-

nəklərində, bəzən isə bəzi meyvə və dekorativ bitkilərdə də təsadüf olunur [4] 

2008 – 2010-cu illərdə aparılan tədqiqatlar nəticəsində Abşeron yarım-

adasında yarımsəhra  şəraitində quru subtropik iqlimdə unlu tənək yastıcası 

meyvə bitkilərində ciddi zərərverici kimi aşkar olunmuşdur. Bu bitkilər ara-

sında zərərverici kütləvi halda əncir, tut, nar, heyva ərik və üzüm tənəklərində 

də rast gəlinib. Hesablama işlərinə  əsasən yoluxma dərəcəsi aşağıdakı  cəd-

vəldəki kimi olub. 

Yoluxma dərəcəsi balla 

Bitkinin növü 

Müəyyən olunan 

bitkilərin ümumi 

sayı 


0 1 2  3  4 

üzüm tənəyi 935 

13.27 

10.7 


13.87 

20.26 


31.70 

əncir 650 

10.60 

3.29 


23.21 

16.27 


31.15 

tut 1200 

42.31 

7.79 


12.43 

9.87 


12.5 

nar 


240 

23.15 13.65 11.56  18.08  11.57 

heyva 

110 


32.71 10.14 20.10  7.09  13.64 

ərik 170 

33.97 

11.56 


8.1 

6.2 


12.82 

 

Abşeron  şəraitinə görə çoxsaylı  zərərvericidir.  Əhəmiyyətli dərəcədə 



zərər verir. Bitkini tam yararsız hala salır.  

Daha çox üzümün texniki sortlarında və ya salxımında meyvənin sıx 

yerləşdiyi sortlarda təsadüf olunur. Zərərverici Bakı  şəhərində, Mərdəkan, 

Şüvəlan, Buzovna, Novxanı, Maştağa və Zirədə bağ sahələrində, həmçinin 

köhnə üzüm plantasiyalarında rast gəlinmişdir. Yerli sortlardan olan şanı  və 

sarıgilə  tənəkləri az-az bu zərərverici ilə yoluxur. Müxtəlif  əncir ağacları bu 

zərərvericidən 45-50% -ə qədər zərər çəkir. 

Unlu yastıca bir çox bitkilərlə qidalandığına görə  hər bir bitkidə öz 

inkişafı üçün özünə  əlverişli yer seçir. Üzüm tənəklərində  ən çox qabıq al-

tında, kök boynunda, həmçinin gövdənin çatlamış hissələrində rast gəlinir. 

Meyvə ağaclarının vegetasiyası zamanı cavan budaqlar və zoğlarda, gövdədəki 

çatlarda, ağacdakı oyuqlarda, kök boynunda, meyvənin kasacığında bu zərər-

vericiyə tez-tez rast gəlmək olur. 

Müşahidələrimizə  əsasən Abşeron  şəraitində unlu yastıca bir ildə 4 




 

96

nəsildə inkişaf edir. Lakin axırıncı nəsil yumurta qoymağa imkan tapmır.  



Yastıcanın qışlaması oktyabr ayının sonuna təsadüf edir. Aparılan 

tədqiqatlar nəticəsində aydın olmuşdur ki, Abşeron  şəraitində yastıca hər bir 

mərhələdə qışlaya bilir. Buna baxmayaraq qışda, aşağı temperatur, qar, yağış 

və güclü küləklər nəticəsində qışlayan zərərvericinin sayının bir hissəsi məhv 

olur. Bunun nəticəsində  də  qışın sonunda ağacların budaqlarında uçüncü yaş 

sürfələrinə və imaqo mərhələsinə rast gəlinir. 

Unlu tənək yastıcanın nəsilvermə qabiliyyəti qidalanma yerindən və yem 

bitkilərindən asılı olaraq ilin fəsillərinə görə  dəyişir. Qışlamış yetkin dişi 

fərdlər adətən az sayda yumurta qoyur. Müəyyən edilmişdir ki, qışlamadan 

sonra bir dişi fərd 70-ə qədər yumurta qoyur. III-cü nəsil avqust ayında 300-ə 

yaxın yumurta qoyur. Bundan başqa məlum olmuşdur ki, üzüm tənəyinin 

meyvə, yarpaq və qabığı ilə qidalanan yastıcalar 40-45% çox yumurta qoyur-

lar. Belə ki, qışlayan dişi fərdlərin qoyduğu yumurtaların sayı umumilikdə 20-

dən 80-ə qədər olur. Qeyd olunmuşdur ki, üçüncü yaş sürfələr və dişi fərdlər, 

yetkinləşdikdən 10-12 gün sonra, havanın orta günlük temperaturu 14

0

C – 



olduqda (mart ayında) yumurta qoymağa başlayırlar. Kütləvi yumurta qoyma 

isə aprelin sonunda baş verir. I nəslin yumurtaların embrional inkişafı 15 gün 

çəkir. Qışlayan dişilərin qoyduğu yumurtalardan sürfələrin çıxması mayın I 

ongünlüyündə müşahidə olunur. Sürfələrin çox az bir hissəsi qabığın altından 

yaşıl cavan budaqlara və yarpaqlara miqrasiya edirlər. Zərərvericinin I nəslinin 

inkişafı 58-64 gün olmaqla iyunun ortalarında başa çatır. Birinci nəslin dişiləri 

iyunun II ongünlüyündən yumurta qoymağa başlayırlar. Hər bir dişi fərd bu 

müddətdə 40-150-ə  qədər yumurta qoyur. İkinci nəsil yastıcanın I yaş sürfə-

lərinin yumurtadan çıxması, iyunun III ongünlüyündən başlayır və iyulun II 

ongünlüyünün sonuna qədər davam edir. I yaş sürfələr aktiv hərəkətdə olurlar, 

qidalanmaq üçün yer axtara-axtara cavan budaqlarda və yarpaqların damarları 

boyunca düzülürlər. II nəslin inkişafı 40-42 gün davam edir. II nəsil dişilərin 

qoyduğu yumurtaların sayı 105-360-a qədər olur. Yumurtalar meyvə yar-

paqlarına və üzüm tənəklərinin salxımları üzərinə qoyulur. Bu müddətdə 

zərərvericinin sayı yarpaqlarda və tənəklərin üzərində yüksək olur. Hətta 2-3 

metr məsafədən zərərverici topasını görmək mümkündür. Onlar üzüm gilə-

sinin şirəsi, həmçinin əncir saplağı və meyvələrin lətli hissəsi ilə qidalanaraq, 

onların məhsuldarlığının azlığına səbəb olurlar. 

Üçüncü nəsil dişiləri sentyabrın II ongünlüyündə yumurta qoymağa 

başlayırlar. Onlar orta hesabla 175-360 yumurta qoyurlar. Sentyabrın sonu və 

dekabrın I ongünlüyündə yarpaq və zoğlarla qidalanan IV nəsil sürfələr 

yumurtadan çıxmağa başlayırlar. Yarpaqlar töküləndən sonra isə onlar qabığın 

altında və kök boynunda toplaşırlar və burada da müxtəlif yaşlarda qışlayırlar. 

Zərərverici həm cinsi, həm də qeyri-cinsi yolla çoxalır. Müəyyən olun-

muşdur ki, unlu yastıcanın erkək fərdləri təbiətdə bir qayda olaraq azsaylıdırlar 

və ömürləri çox qısadır. Buna görə də təbiətdə yastıcanın erkək fərdlərinə rast 

gəlinməsi az hallarda müşahidə olunur. 



 

97

Yastıcaların bədəninin üzəri mumabənzər maddə ilə örtülüdür və gizli 



həyat tərzi keçirirlər. Bunlara qarşı  tətbiq olunan kimyəvi preparatlar çox az 

effekt verir. Bununla yanaşı Bakının yerləşdiyi Abşeron yarımadasına hər il 

respublikanın bütün rayonlarından zərərverici tərəfindən yoluxmuş üzüm və 

digər meyvələrin gətirilməsi meyvəçilik və yaşıllıqları  təhlükə altına qoyur. 

Bu məqsədlə  də  zərərvericinin sayının aşağı düşməsində bioloji mübarizə 

üsullarından istifadə edilməsi günün əsas məsələlərindən biri olmalıdır. Bu 

məqsədlə  də, Abşeron  şəraitində birinci növbədə yerli entomofaqların növ 

tərkibini aşkar etmək və onların nə qədər faydalı olmalarını müəyyənləşdirmək 

lazımdır. L.M.Rzayevanın  (1985) məlumatına  əsasən  Şərqi Zaqafqaziyada 

unlu tənək yastıcasının parazit və yırtıcı kompleksi özündə 14 növü birləşdirir, 

bunların da içərisində 3 növü introduksiya olunandır.  

Abşeron yarımadasında unlu yastıcanın 11 növ yerli parazit və  yırtıcı 

(Anagyrus pseudococci Girault.; Allotropa mecrida Walk.; Chrysopa carnea 

Steph.; Leucopis alticeps Czerny.; Scymnus biguttatus Muls.; Scymnus apetzi 

muls.; Scymnus bipunctatus Kug.; Scymnus subvillosus Gz.; Hyperaspis polita 

Ws.; Chilocorus bipustulatus L.; Coccinella septempunctata L. ) ilə yoluxması 

aşkar edilmişdir. Qeyd olunan entomofaqların içərisində zərərvericinin sayının 

azalmasında 2 növ parazit (Anagyrus pseudococci, Allotropa mecrida)   

növ  yırtıcı (adi qızılgöz, scymnus bipustulatus) əsas rol oynayırlar.  Onlar 

haqqında qısa məlumat verməyi lazım bildik. 

1.  Anagyrus pseudococci (Girault). Parazit zarqanadlılar dəstəsindən 

(Hymenoptera) olub, Abşeronda geniş yayılmışdır. Unlu tənək yastıcasının ən 

perspektivli parazitlərindən biri sayılır. O, Azərbaycana L.M.Rzayeva tərə-

findən introduksiya edilmişdir. Daxili parazit olmaqla bir çox yastıcalarda 

parazitlik edir. Unlu tənək yastıcasının II və III yaş sürfə mərhələsini yoluxdu-

rur. Parazit, sürfə mərhələsində yastıcanın bədən daxilində qışlayır. Abşeronda 

unlu yastıcanın Anagyrus pseudococci ilə yoluxma faizi yayın ikinci yarısında 

yüksəlir və insektisidlərlə  işlənməmiş sahələrdə mumiyalaşmış  fərdlərin sayı 

65%-ə çatır. Bakı  şəhərinin hüdudlarında isə yastıcanın yoluxması 70-80%-ə 

çatır. 5 nəsildə inkişaf edir. Yastıcanın I nəslinin parazitlə yoluxması 8 % 

təşkil etdiyi halda, parazitin aktivliyi və miqdarı artdıqca beşinci nəsildə 

yoluxma 90%-ə çatır. Həmin müddətdə mütəmadi kimyəvi maddələrlə işlənən 

üzüm plantasiyalarında və meyvə sahələrində yoluxma yalnız 21% təşkil edir. 

Apreldən oktyabr ayına qədər aktiv həyat tərzi keçirirlər. Parazitin sayı yayın 

ikinci yarısında çoxalır.  Abşeronda  Anagyrus  paraziti  sürfə  mərhələsində 

mumiyalaşmış yastıcalarda ağacların gövdəsi üzərindəki çatlarda qışlayırlar. 

Aşkar olunmuşdur ki, Abşeronda bu parazit tənək yastıcasından başqa 

Komstok yastıcasını da yoluxdurur. Oktyabr və noyabrda Komstok yastıcası 

topasında parazitə daha çox rast gəlinir. Aparılan müşahidələrə  və toplanan 

materiallara əsasən parazit hər sürfənin üzərinə bir yumurta olmaqla, II və III 

yaş sürfələri yoluxdurur. Müşahidələr göstərmişdir ki, laboratoriya şəraitində 

yoluxmuş sürfələr termostatda 25C

o

 temperaturda və 75% nəmlikdə beşinci 




 

98

gündə mumiyalaşırlar. Bu mumiyalardan parazitlərin uçuşu 15 gundən sonra 



müşahidə edilmişdir. Parazitin mumiyadan çıxmış fərdlərini şirin su ilə qida-

landırdıqda 10-15 gün yaşaya bilirlər. Parazitin hər dişi fərdi bütün ömrü boyu 

orta hesabla 40 yumurta qoyur. Parazit ildə 3-4 nəsil verir. Bir nəslinin inkişafı 

(yumurtadan yaşlı fərdə qədər) laboratoriya şəraitində 20-23 gün, təbiətdə isə 

25-28 gün davam edir. 

Abşeron  şəraitində yastıcanın parazitlə yoluxması mart-aprel aylarında 

50% olduğu halda, avqust və sentyabrda 65-70%-ə çatır. 

2.

 

Allotropa mecrida (Walker). Parazit zarqanadlılar (Hymenoptera) 

dəstəsindən olub, proktotrubidi (Proctotrupoidae) fəsiləsinə  mənsubdur. Yas-

tıcaların daxili parazitidir. Allotropa unlu tənək yastıcasının sürfə mərhələsini 

yoluxdurur. Hər bir sürfə üzərində 20-22 ədəd parazit inkişaf edir və  təbiətə 

uçur. Parazitin sahibin qarıncığının axırıncı seqmentinə qoyduğu yumurta-

lardan çıxan sürfələr, sahibin daxili möhtəviyyatı ilə qidalanaraq puplaşırlar. 

İnkişaflarını başa vurub ağacların çatları üzərində puplardan çıxan parazitlər 

bir müddət yarpaqların üzərinə keçərək bir-birinin yanında toplaşırlar, sonra 

isə təbiətə uçurlar. Sahibin sayının biotənzimlənməsində əsas yerlərdən birini 

tuturlar. 



3.

 

Scymnus bipunctatus Kug. Novxanı bağlarında aparılan tədqiqatlara 

əsasən ərik, tut və şaftalı ağaclarına ciddi zərərverən unlu çanaqlı yastıca ko-

loniyalarında (topalarında), hər topada 3-4 parabüzən sürfəsinə rast gəlmək 

olur. Hesablamalara görə Scymnus yırtıcı böcəyi, sahibin sayının tənzimlən-

məsində 30-35% fəaliyyət göstərir. Böcəklər (parabüzənlər) iyun-iyul ayları 

daha fəal olurlar. Yaşlı fərdlər daha yeyimcildirlər. Laboratoriya şəraitində bir 

yaşlı fərd bir gündə (24 saat ərzində) 150-200 yastıca sürfəsi ilə qidalanır.  

Zərərvericinin sayının aşağı düşməsində adi qızılgöz (Chrysopa carnea 



Step.)  və  yırtıcı milçək (Leucopis alticeps Cz.)   əsas yerlərdən birini tutur. 

Adi gızılgöz sahələrdə geniş yayılmışdır və Abşeronda adi növdür. Bizim tə-

rəfimizdən mütəmadi olaraq onun sürfələri salxımlarda və meyvə ağaclarında 

olan yastıca topalarında aşkar olunmuşdur. Ayrı-ayrı hallarda bir meyvə ağa-

cında 11 adi qızılgöz sürfəsi müşahidə edilir. Yırtıcı milçək isə adətən yayın 

ikinci yarısından sonra aktivləşir və onun sürfələri, xüsusilə oktyabr və 

noyabrda yastıca topalarında çoxsaylı halda görünməyə başlayırlar.  

Yırtıcıların başqa növlərindən olan parabüzənlər zərərvericinin sayının 

aşağı salınmasında az əhəmiyyətlidir. Ümumilikdə, qeyd olunan entomofaqlar 

Abşeron  şəraitində yastıcanın sayının tənzimlənməsində mühüm rol oyna-

yırlar.  

Son illər Azərbaycanda tənək yastıcasının miqdarının çoxalmasını  nə-

zərə alaraq, yerli entomofaqlarla yanaşı əraziyə L.M.Rzayeva tərəfindən bio-

loji mübarizədə istifadə etmək məqsədilə Leptomastidea abnormis. Cirault pa-

raziti və  Cryptolaemus montrouzieri Muls.; Nephus reunioni F. yırtıcı  həşə-

ratları introduksiya olunmuşdur. 

 



 

99

ƏDƏBİYYAT 

1.

 

Борхсениус  Н.С.  Фауна  СССР.  Насекомые  хоботные,  Мучнистые  червецы  (сем. 



Pseudococcidae). Л: Недра, 1949, т.7, с.3-39. 

2.

 



Иманкулиев  А.Т.  Кокциды (Homoptera, Coccidae) вредящих  плодовым  и  субтро-

пическим  культурам  в  Ленкоранской  зоне  Азербайджана // Изв.  АН  Азерб.  сер. 

биол. наук, №4, 1966, с.32-39. 

3.

 



Məmmədov Z.M., Mustafayeva İ.E. Abşeron yarımadasında meyvə ağaclarına zərərve-

rən başlıca yastıcalar (Homoptera, Coccidae) və onların entomofaqları / Azərbaycan zoo-

loqlar cəmiyyətinin əsərləri. Bakı: Elm, II c., 2010, s.353-359. 

4.

 



Мярцева  С.Н.,  Ниязов  О.Д.  Виноградный  мучнистый  червец  и  его  естественные 

враги в Туркменистане. Ашхабад: Ылым, 1986, 176 с. 

5.

 

Рзаева  Л.М. Паразиты  и  хищники  виноградного мучнистого  червеца (Planococcus 



ficus Sign.) и интродукция новых энтомофагов в Восточном Закавказье // Изв. АН 

Азерб. сер. биол. наук, 1985, №5, с.31-39. 



 

ВИНОГРАДНЫЙ МУЧНИСТЫЙ ЧЕРВЕЦ (Planococcus ficus Sing.), КАК  

ВРЕДИТЕЛЬ ПЛОДОВЫХ КУЛЬТУР НА АБШЕРОНЕ И ЕГО ЭНТОМОФАГИ 

 

И.Э.МУСТАФАЕВА 

 

РЕЗЮМЕ 

 

Изучены биоэкологические особенности виноградного мучнистого червеца в ус-



ловиях Абшерона и его энтомофаги. Автором установлено, что червец в условиях Аб-

шерона  в  году  даёт 4 поколения.  Также  выявлено,  что  в  регуляции  численности  вре-

дителей участвуют 11 видов паразитов и хищников. Среди них 4 вида (2 вида паразита 

и 2 вида хищника) рекомендуются в биологической борьбе с виноградным червецом. 



 

Ключевые слова: Абшерон, червец, энтомофаг. 

 

Planococcus ficus Sing. AS A PEST OF FRUIT CROPS  



IN ABSHERON AND ITS ENTOMOPHAGS 

 

I.E.MUSTAFAYEVA 

 

SUMMARY 

 

The paper studies the bioecological abilities of Planococcus ficus and its entomophags 

in the Absheron peninsula. The author establishes that the scale gives 4 generations a year 

under Absheron conditions. It is revealed that 11 species of parasite and predatory naturally 

manage the number of pests. Among them 4 species (2 species of parasite and 2 species of 

predatory) are recommended to be effective agents of Planococcus ficus. 

 

Key words: Absheron, coccidae, entomophag.

 

 



Redaksiyaya daxil oldu: 10.03.2011-ci il. 

Çapa imzalanıb: 27.05.2011-ci il. 

Yüklə 55 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə