baxımından əlverişli olsa da, bu resursların
dünya üzrə orta göstəricilərlə müqayisədə zəif
olması;
•
aqrar siyasətin ətraf mühitin mühafizəsi
və təbii resurslardan dayanıqlı əsaslarda
istifadə olunması prinsipləri ilə kifayət qədər
əlaqələndirilməməsi;
•
ixrac
bazarlarının
coğrafi
diversifikasiyasının məhdud olması;
•
əkinəyararlı torpaqların səhralaşması-
deqradasiyası
(suvarmanın
düzgün
aparılmaması və qlobal iqlim dəyişikliyi
torpaqların səhralaşmasına -deqradasiyasına
gətirib çıxarır);
•
digər ölkələrin subsidiyalaşdırdığı və
dempinq etdiyi məhsulların ölkəyə gətirilməsi
(bu da öz növbəsində daxili bazarda haqsız
rəqabət yaradır);
•
potensial ÜTT üzvlüyündən sonra kənd
təsərrüfatı sektoruna verilən daxili yardımların
azalması (sarı zənbil).
STRATEJİ BAXIŞ
2020-ci ilədək strateji baxış
Azərbaycanda kənd təsərrüfatı məhsullarının
istehsalına və emalına dair 2020-ci ilədək
strateji baxış dayanıqlı inkişaf prinsiplərinə
əsaslanan, ərzaq təhlükəsizliyinin daha da
gücləndirilməsini təmin edən, iqtisadiyyatın
şaxələndirilməsinə və kənd yerlərində
sosial rifahın yüksəlməsinə töhfə verən
rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulları
istehsalı və emalı sektorunun formalaşdırılması
üçün əlverişli mühit yaratmağı nəzərdə tutur.
Strateji baxışın şərhi
Strateji
Yol
Xəritəsinin
reallaşdırılması
hesabına müvafiq tənzimlənmə sisteminin
təkmilləşdirilməsinə, o cümlədən dövlət
yardımlarının effektivliyinin artırılmasına və
bazarda rəqabətin daha da yaxşılaşdırılmasına
nail olunmaqla, əlverişli biznes mühiti
formalaşdırılacaqdır. Aidiyyəti tənzimləmə
orqanlarının potensialının gücləndirilməsi,
dövlət yardımlarının inkişaf məqsədlərinə
uyğunlaşdırılması, qida təhlükəsizliyi sisteminin
təkmilləşdirilməsi, məhsul istehsalı, satışı və
istehsal vasitələri bazarında rəqabət mühitinin
inkişaf etdirilməsi, maliyyə resurslarına çıxışın
asanlaşdırılması,
bazar
infrastrukturunun
təkmilləşdirilməsi və bazara çıxış imkanlarının
yaxşılaşdırılması,
informasiya-məsləhət
xidmətlərinin inkişaf etdirilməsi və digər
istiqamətlərdə kompleks işlər görüləcəkdir.
2025-ci
ilədək
olan
dövr
üçün
uzunmüddətli baxış
Azərbaycanda kənd təsərrüfatı məhsullarının
istehsalı və emalı üzrə 2025-ci ilədək olan
dövr üçün uzunmüddətli baxış ənənəvi
təsərrüfatçılıqdan bazaryönümlü əlavə dəyər
yaradan intensiv təsərrüfatçılığa keçidin
gücləndirilməsi hesabına rəqabətqabiliyyətli
aqrobiznesi formalaşdırmağı nəzərdə tutur.
Uzunmüddətli baxışın şərhi
2025-ci ilədək kənd təsərrüfatı məhsullarının
qeyri-neft ixracındakı payı bu məhsulların
istehsal həcminin və səmərəliliyinin artırılmasına
tətbiq edilən məqsədyönlü yanaşma əsasında
əhəmiyyətli dərəcədə artacaqdır. 2025-ci ilədək
olan dövr üzrə uzunmüddətli baxış çərçivəsində
müəyyən edilmiş məqsəd kənd təsərrüfatı
sektorunun tam müasirləşdirilməsi və onun
rəqabət qabiliyyətinin gücləndirilməsidir. 2016-
2020-ci illər üçün nəzərdə tutulmuş prioritetlər
çərçivəsində həyata keçiriləcək tədbirlər
nəticəsində 2025-ci ilədək ölkənin aqrar-sənaye
müəssisələri kənd təsərrüfatı sektorunun əsaslı
şəkildə dəyişməsində (transformasiyasında)
əsas aparıcı qüvvə olacaqdır. 2025-ci ilədək
ölkədə elektron kənd təsərrüfatı sistemi fəaliyyət
göstərəcək və bu sistem daha güclü qərarların
verilməsinə və siyasətin hazırlanmasına
şərait yaradacaqdır. 2025-ci ilədək ölkənin
aqrar sənayesini inkişaf etdirməklə, əhalinin
ərzaq təhlükəsizliyi təmin ediləcəkdir. Kənd
təsərrüfatı məhsullarının intensiv istehsalı
resursların istifadəsində səmərəliliyin artırılması
ekoloji dayanıqlılığın təmin edilməsinə şərait
yaradacaqdır.
12
2025-ci ildən sonrakı dövr üçün hədəf
baxış
Azərbaycanda kənd təsərrüfatı məhsullarının
istehsalı və emalı üzrə 2025-ci ildən sonrakı
dövr üçün gələcəyə baxış yüksək texnoloji
inkişafa əsaslanan, sənayeyönümlü, ətraf
mühitə dair standartların tələblərinə uyğun
və qlobal dəyər zənciri sisteminə səmərəli
inteqrasiya olunmuş kənd təsərrüfatının
formalaşdırılmasını nəzərdə tutur.
Hədəf baxışın şərhi
2025-ci ildən sonra ölkənin kənd təsərrüfatı
məhsullarının istehsalı və emalı sektorlarında
məhsuldarlığın artırılmasına şərait yaranacaq,
emal
müəssisələri
kənd
təsərrüfatı
məhsullarının emal edilərək, yüksək dəyər
yaradan məhsula çevrilməsində mühüm rol
oynayacaqdır. Azərbaycanda kənd təsərrüfatı
məhsullarının istehsalının artırılması nəinki
ərzağa olan yerli tələbatı ödəyəcək, hətta
region və dünya bazarlarına ixrac imkanlarını
artıracaqdır. Azərbaycan hökuməti belə
tədbirlərin həyata keçirilməsinə minimum
səviyyədə müdaxilə edəcək və bununla da
birbaşa icra edən tərəf kimi deyil, müəyyən
stimullaşdırıcı tədbirlər həyata keçirməklə
inkişafa şərait yaradan tərəf kimi çıxış
edəcəkdir. 2025-ci ildən sonrakı dövrdə
prioritetlər üzrə tədbirlərin və layihələrin
həyata keçirilməsi zamanı ekoloji dayanıqlılıq
diqqət mərkəzində saxlanılacaq və zərurət
yarandıqda, belə tədbirlərdə dəyişikliklər
ediləcəkdir.
HƏDƏF İNDİKATORLARI
Kənd təsərrüfatı məhsullarının istehsalı
və emalı sektorunda nəzərdə tutulan
tədbirlər üzrə 2020-ci ilədək (2015-ci
illə müqayisədə) aşağıdakı əsas hədəf
indikatorları müəyyən edilmişdir:
•
Azərbaycanın real ÜDM-i 1235 milyon
manat artacaqdır. Burada birbaşa təsirin
təxminən 575 milyon manat, dolayı təsirin isə
660 milyon manat olacağı gözlənilir;
•
ölkənin regionları üzrə nəzərdə
tutulmuş tədbirlərin həyata keçirilməsi ilə kənd
təsərrüfatı məhsullarının istehsalı və emalı
sektorunda 20 min yeni iş yeri açılacaqdır;
•
ət istehsalının 20 faiz, süd istehsalının 30
faiz artması;
•
pambıq istehsalı, eləcə də emalı üzrə
istehsal həcminin ən azı 4 dəfə artması;
•
barama istehsalı, eləcə də emalı üzrə
istehsal həcminin ən azı 1000 dəfə artması;
•
2020-ci ilə kimi hər regionda uyğun
məhsulların dəyər zənciri üzrə ümumilikdə 25
kiçik və orta sahibkarlıq subyektinin yaranması;
•
əlavə 665 milyon manat maliyyə vəsaitinə
çıxış imkanının yaradılması;
•
inzibati rayonlar və sektorlar üzrə ən azı
100 investisiya layihəsinin hazırlanması;
•
istehsalçıların suvarma suyu ilə təminatının
20 faiz artması;
•
istifadəsiz, lakin kənd təsərrüfatı üçün
yararlı torpaqların əkin dövriyyəsinə qaytarılması
hesabına ümumi əkin sahələrinin həcminin 5 faiz
artması;
•
kənd təsərrüfatı məhsulları istehsalçıları
tərəfindən mineral gübrələrdən istifadənin 25
faiz artması;
•
kənd təsərrüfatı məhsulları istehsalçılarının
bitki mühafizəsi vasitələrindən istifadəsinin 25
faiz artması;
•
kənd təsərrüfatı məhsulları istehsalçılarının
sertifikatlı toxumlardan, eləcə də tinglərdən
istifadə səviyyəsinin 90 faizə çatdırılması;
•
kənd təsərrüfatı məhsulları istehsalçılarının
texnika, maşın və avadanlıqlarla, eləcə də
kiçikhəcmli texnika, maşın və avadanlıqlarla
təminatının 20 faiz artması;
•
bütün aqraryönümlü ixtisaslar üzrə ali
təhsil müəssisələrində təhsilalanların sayının 20
faiz artması;
•
özəl baytarlıq xidməti göstərənlərin sayının
30 faiz artması;
•
paytaxtda və iri şəhərlərdə 5 “yaşıl
market”in və 50 “fermer mağazası”nın qurulması;
•
2020-ci ilədək ölkədə kənd təsərrüfatı
məhsullarının ixracı üzrə 200 fermerin
ixtisaslaşması;
•
suvarılan torpaqların 30 faizinin meliorativ
vəziyyətinin yaxşılaşdırılması.
12
13
STRATEJİ MƏQSƏDLƏR
•
rəqabət
üstünlüyü
olan
kənd
təsərrüfatı məhsullarının regional və
sahəvi inkişafı, kənd təsərrüfatı məhsulları
istehsalçılarının
istehsal
vasitələrinə,
informasiya-məsləhət xidmətinə, daxili və
xarici bazarlara çıxışının asanlaşdırılması,
kənd təsərrüfatında fermer tərəfdaşlığının
formalaşdırılması, aqrobiznesin və kənd
təsərrüfatı məhsulları emalının inkişafı,
aqrar sahədə elm və təhsilin keyfiyyətinin
yüksəldilməsi yolu ilə rəqabətqabiliyyətli kənd
təsərrüfatı sektorunun formalaşdırılması;
•
daxili bazarda idxalı əvəzləyən
zəruri ərzaq məhsullarının xüsusi çəkisinin
artırılması, ərzaq ehtiyatlarının yaradılması
və qida təhlükəsizliyinin gücləndirilməsi;
•
kənd yerlərində layiqli məşğulluq
imkanlarının artırılması və əhalinin həyat
səviyyəsinin yüksəldilməsi, kənd yerlərində
sosial rifahın yaxşılaşdırılmasının təmin
edilməsi;
•
ətraf mühitin mühafizəsi, torpaq
və su resurslarının qorunması məqsədilə
iqlim dəyişikliklərinə uyğunlaşan kənd
təsərrüfatının inkişafı və su və torpaqdan
istifadənin səmərəliliyinin yüksəldilməsi üçün
qabaqcıl texnologiyaların tətbiqi yolu ilə aqrar
sahədə davamlı irəliləyişin təmin edilməsi.
STRATEJİ HƏDƏFLƏR
Azərbaycan Respublikasında ixtisaslaşmış
turizm sənayesinin inkişafına dair Strateji Yol
Xəritəsi üzrə ümumilikdə 9 strateji hədəf
olmaqla, hər bir strateji hədəf üçün müvafiq
prioritetlər müəyyən edilmişdir. Bunlar
aşağıdakı şəkildə təsnif edilə bilər.
Strateji hədəf 1
•
Ərzaq təhlükəsizliyinin dayanıqlılığının
təmin edilməsi üçün institusional potensialın
gücləndirilməsi
-
Ərzaq təhlükəsizliyinin dayanıqlılığı və
əhalinin ərzağa əlyetərliyi ilə bağlı məlumat
və monitorinq sisteminin qurulması
-
Əhalinin bütün təbəqələrinin etibarlı
ərzaq təminatına nail olunması mexanizmlərinin
formalaşdırılması
-
Dəyər zəncirinin bütün mərhələlərini əhatə
edən və risklərin təhlili yanaşmasına əsaslanan
qida təhlükəsizliyi sisteminin formalaşdırılması
Strateji hədəf 2
•
Kənd təsərrüfatı məhsullarının istehsal
potensialının dəyər zənciri üzrə artırılması
-
Həm daxili, həm də xarici bazarlarda
rəqabətqabiliyyətli kənd təsərrüfatı və emal
sənayesi məhsulları üzrə istehsal potensialının
gücləndirilməsi
-
İdxalı əvəz etmək potensialı olan kənd
təsərrüfatı və emal sənayesi məhsulları istehsalının
artırılmasının təşviqi, kənd təsərrüfatında
fermer tərəfdaşlığının formalaşdırılması və
kooperasiyanın inkişafı
-
Kompleks layihələrin həyata keçirilməsi
üçün
dövlət-özəl
tərəfdaşlığının
inkişafı,
aqrobiznesin inkişafına dəstək infrastrukturunun
formalaşdırılması
Strateji hədəf 3
•
Maliyyəyə çıxışın asanlaşdırılması
-
Kənd
təsərrüfatı
sahəsi
üzrə
maliyyələşdirmə
mexanizmlərinin
təkmilləşdirilməsi
-
Aqrar sığortanın inkişaf etdirilməsi
-
Aqrar sahəyə investisiya qoyuluşlarının
təşviq edilməsi
Strateji hədəf 4
•
Kənd təsərrüfatı sahəsi üzrə istehsal
vasitələri bazarının inkişafı və xidmətlərlə
təminatın yaxşılaşdırılması
-
Torpaq bazarının inkişaf etdirilməsi
-
İstehsalçıların suvarma suyu ilə təminatının
yaxşılaşdırılması
-
Kənd təsərrüfatı məhsulları istehsalçılarının
texnika, maşın və avadanlıqlarla təminatının
yaxşılaşdırılması və aqroservis xidmətləri
bazarının inkişaf etdirilməsi
-
Toxum və ting bazarının inkişaf etdirilməsi
və yerli istehsal potensialının gücləndirilməsi
-
Gübrə və bitki mühafizə vasitələri ilə
təminatın yaxşılaşdırılması
-
Heyvandarlığın qarışıq qüvvəli yemlə
14
təminatının yaxşılaşdırılması və damazlıq
işinin inkişaf etdirilməsi
-
Kənd
təsərrüfatı
məhsulları
istehsalçılarının baytarlıq və fitosanitar
xidmətləri ilə təminatının yaxşılaşdırılması
Strateji hədəf 5
•
Kənd təsərrüfatı sahəsində elm, təhsil
və informasiya-məsləhət xidmətləri sisteminin
inkişaf etdirilməsi
-
Aqrar təhsildə keyfiyyətcə yeni inkişaf
mərhələsinə keçidin təmin edilməsi
-
Kənd təsərrüfatında elmi tədqiqatların
planlaşdırılması, aparılması və nəticələrin
tətbiqi mexanizmlərinin təkmilləşdirilməsi
-
Aqrar sahənin ehtiyaclarına cavab verən
informasiya-məsləhət xidməti şəbəkəsinin
formalaşdırılması
Strateji hədəf 6
•
Kənd təsərrüfatı məhsulları üzrə bazar
infrastrukturunun inkişafı və istehsalçıların
bazarlara çıxışının asanlaşdırılması
-
Kənd təsərrüfatı məhsulları üzrə bazar
infrastrukturunun inkişaf etdirilməsi
-
Kənd təsərrüfatı məhsulları üzrə bazarın
tənzimlənməsi sisteminin təkmilləşdirilməsi
-
Kənd təsərrüfatı və emal sənayesi
məhsulları üzrə ixracın təşviqi və dəstəklənməsi
Strateji hədəf 7
•
Ətraf mühitin qorunması, təbii
resurslardan dayanıqlı istifadə və təbii
amillərin kənd təsərrüfatına təsirlərinin idarə
olunması
-
İqlim dəyişmələrinin və digər təbii
amillərin kənd təsərrüfatına mənfi təsirinin
azaldılması mexanizmlərinin işlənilməsi
-
Aqrar sahədə ətraf mühiti mühafizə
mexanizmlərinin təkmilləşdirilməsi
-
Kənd
təsərrüfatı
torpaqlarından
və su ehtiyatlarından dayanıqlı istifadə
mexanizmlərinin təkmilləşdirilməsi
-
Ekoloji
təmiz
kənd
təsərrüfatı
istehsalının inkişaf etdirilməsi
Strateji hədəf 8
•
Aqrar sahə üzrə dövlət tənzimlənməsinin
effektivliyinin yüksəldilməsi və biznes mühitinin
təkmilləşdirilməsi
-
Əlverişli
aqrobiznes
mühitinin
formalaşdırılması üçün tədbirlərin görülməsi
-
Elektron kənd təsərrüfatının qurulması,
qeydiyyat, uçot və statistika sisteminin
təkmilləşdirilməsi
-
Kənd təsərrüfatını tənzimləyən qurumların
potensialının gücləndirilməsi
-
Kənd təsərrüfatı məhsulları istehsalçılarına
dövlət dəstəyi siyasətinin inkişaf məqsədləri
əsasında təkmilləşdirilməsi
-
Aqrar siyasətin nəticələrinin monitorinqi
və qiymətləndirilməsi sisteminin qurulması
Strateji hədəf 9
•
Kənd yerlərində məşğulluğun artırılması
və əhalinin rifahının yüksəldilməsi
-
Kənd yerlərinin sosial-iqtisadi inkişaf
siyasəti üzrə potensialının gücləndirilməsi
-
Kənd yerlərində alternativ fəaliyyət
sahələrinin inkişafının dəstəklənməsi
-
Yerli icmaların kəndin inkişafına dair
təşəbbüslərinin dəstəklənməsi
MALİYYƏLƏŞDİRMƏ MEXANİZMLƏRİ
Müəyyən edilmiş strateji hədəflərə nail olmaq
üçün 1170 milyon manat investisiya tələb olunur.
Dövlət Strategiyasında nəzərdə tutulan tədbirlərin
icrasının dövlət büdcəsi, büdcədənkənar fondlar;
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri
və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət
Xidmətinin vəsaitləri; Sahibkarlığa Kömək
Milli Fondunun vəsaiti, Azərbaycan İnvestisiya
Şirkətinin vəsaiti; yerli büdcələr, mülkiyyət
formasından asılı olmayaraq yerli idarə,
müəssisə və təşkilatların vəsaitləri, birbaşa xarici
investisiyalar, qiymətli kağızlar, o cümlədən
səhm və istiqrazlar, törəmə maliyyə alətləri; yerli
kreditlər və qrantlar, beynəlxalq təşkilatların və
xarici dövlətlərin kreditləri, texniki və maliyyə
yardımı, qanunvericiliklə qadağan olunmayan
digər mənbələr hesabına maliyyələşdirilməsi
nəzərdə tutulur.
Maliyyə vəsaitinin müəyyən edilmiş prioritet
15
hədəflər üçün ən səmərəli şəkildə sərf
olunmasını təmin etmək məqsədilə büdcələr
nəticəyə əsaslanan büdcə tərtibatı prosesi
çərçivəsində işlənib hazırlanacaqdır. Tələb
olunan maliyyə vəsaitinin böyük hissəsi
mövcud büdcələrin restrukturizasiyası, özəl
sektorun və müxtəlif investorların birgə
maliyyələşdirmə səyləri ilə təmin ediləcəkdir.
İCRA,
MONİTORİNQ
VƏ
QİYMƏTLƏNDİRMƏ
Strateji Yol Xəritəsinin monitorinqi və
qiymətləndirilməsi
Tələb olunan alətlər, proseslər və sair
vasitəsilə icranın uğurla həyata keçirilməsini
təmin etmək üçün Strateji Yol Xəritəsinin
monitorinqi və qiymətləndirilməsi həyata
keçiriləcəkdir. Monitorinq və qiymətləndirmə
aparılarkən tədbirlərin mahiyyəti üzrə icrasına,
müvafiq prioritet üzrə gözlənilən nəticələrə və
indikatorlara diqqət yetiriləcək, icra müddətinə
uyğunluq yoxlanılacaqdır. Monitorinq və
qiymətləndirmə beynəlxalq metodologiyalara
uyğun tərtib edilmiş qaydalar əsasında
aparılacaqdır.
İşçi qrupların illik iş proqramları koordinasiya
qurumu ilə razılaşdırılaraq, əsas icraçı
təşkilat tərəfindən təsdiqlənəcəkdir. İşçi
qrupların rüblük iclasları koordinasiya qurumu
nümayəndələrinin iştirakı ilə keçiriləcəkdir.
Rüb üzrə görülmüş işlərə dair hesabat əsas
icraçı təşkilat tərəfindən işçi qrupun rüblük
iclasından ən azı 10 gün əvvəl koordinasiya
qurumuna təqdim ediləcəkdir. Koordinasiya
qurumu qeyd olunmuş hesabatın hərtərəfli
təhlilini və qiymətləndirilməsini, həmçinin
işçi qrupun rüblük iclasında baş tutmuş
müzakirələri nəzərə alaraq, iclasın keçirilmə
tarixindən 10 gün müddətində rüblük
monitorinqin nəticələrini və növbəti dövr
üçün tövsiyələri əsas icraçı təşkilata təqdim
edəcəkdir. Koordinasiya qurumu və əsas icraçı
təşkilat monitorinq nəticələrinin və tövsiyələrin
işçi qrupun gündəlik fəaliyyətində nəzərə
alınması üçün tədbirlər görəcəkdir.
16
Dostları ilə paylaş: |