idarəetmə təcrübəsinin olmaması, toxum satışı
şəbəkəsinin zəif inkişafı, toxumun keyfiyyətinə
nəzarət və sertifikatlaşma işinin kifayət qədər
mükəmməl olmaması, rayonlaşdırılmamış
və mənşəyi bəlli olmayan sortların nizamsız
şəkildə idxalı və istifadəsi, Toxum İstehsalçıları
Assosiasiyasının fəaliyyətinin arzuolunan
səviyyədə olmaması, seleksiyaçıların müəllif
hüquqlarının kifayət qədər qorunmaması
və digər problemlər toxumçuluq sahəsinin
inkişafına ciddi maneələrdir.
• Damazlıq işi
Məlum olduğu kimi, yerli cinslər həm süd
istehsalı, həm də ət istehsalı baxımından
aşağı məhsuldarlığa malikdir. Buna görə də,
heyvandarlıq təsərrüfatlarında seleksiya-
damazlıq işlərinin elmi əsaslarla aparılması və
heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması
məqsədilə dövlət büdcəsi vəsaiti hesabına
xarici ölkələrdən yüksək məhsuldarlığa malik
damazlıq heyvanların idxalı həyata keçirilir və
heyvanların süni mayalandırılması işi getdikcə
genişləndirilir. 2009-2015-ci illər ərzində
“Aqrolizinq” ASC vasitəsilə ölkəyə 18252
baş iribuynuzlu və 5947 baş xırdabuynuzlu
damazlıq heyvan gətirilmiş və kənd təsərrüfatı
məhsulları istehsalçılarına güzəştli şərtlərlə
lizinqə verilmişdir. Bütün bunlarla bərabər,
ənənəvi damazlıq metodlarının tətbiqi
ilə alınmış heyvan genetik resurslarının
toplanması, öyrənilməsi, mühafizəsi və onlar
üçün törəmə planlarının hazırlanması da
damazlıq işində mühüm əhəmiyyət kəsb edən
məsələlərdəndir.
• Heyvandarlığın yem təminatı
Son dövrlər ölkədə sənaye üsulu ilə xüsusi
reseptlər əsasında yem məhsulu istehsalında
ixtisaslaşmış yeni sənaye müəssisələri də
yaranmağa başlamışdır. Lakin bu məhsullara
olan tələbatın böyük hissəsi idxal hesabına
ödənilir. Belə ki, 2015-ci ildə 12,8 min ton
qüvvəli yem istehsal olunsa da, 100 min
tondan çox müvafiq məhsul idxal olunmuşdur.
Bundan başqa, quşçuluq təsərrüfatlarında
öz tələbatları üçün ildə təqribən 300 min ton
qüvvəli yem istehsal olunur ki, bunun da əsas
xammal təminatı idxal hesabına həyata keçirilir.
•
Baytarlıq və fitosanitar xidmətlərlə
təminat
Kənd təsərrüfatı məhsulları istehsalçılarının
risklərdən qorunması, heyvan və bitki
xəstəliklərinin qarşısının alınması və aradan
qaldırılması məqsədilə dövlət dəstəyi hesabına
həyata keçirilən baytarlıq və fitosanitar
xidmətləri sisteminin inkişafı istiqamətində
genişəhatəli tədbirlər həyata keçirilir. Bununla
belə, ölkədə mövcud olan 3,8 milyon baş şərti
mal-qaraya effektiv baytarlıq xidməti göstərmək
üçün 4400 baytar həkim tələb olunduğu
halda, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin
bütün strukturlarında 2600-ə yaxın baytar
mütəxəssisi çalışır ki, bu da tələbatın təxminən
60 faizini ödəyir. Həmçinin baytarlıq təmayüllü
elmi-tədqiqat və diaqnostika mərkəzlərində
baytarlıq mikrobiologiyası və virusologiyası üzrə
elmi kadrlarla, bakterioloq və virusoloqlarla
təminatın daha da gücləndirilməsinə ehtiyac
vardır. Ümumilikdə isə ölkədə heyvan və bitki
xəstəlikləri ilə bağlı risklərin idarə edilməsi işinin
təkmilləşdirilməsi üçün Ümumdünya Heyvan
Sağlamlığı Təşkilatının (OIE) “Quruda yaşayan
heyvanların sanitar-baytarlıq Məcəlləsi”nə və
Beynəlxalq Bitki Mühafizəsi Konvensiyasının
(IPPC) “Fitosanitar Tədbirlər üzrə Beynəlxalq
Standartları”na uyğun olaraq heyvanların və
bitkilərin sağlamlığının izlənilməsi və nəzarət
üzrə effektiv sistemin yaradılması üçün kompleks
fəaliyyət planının hazırlanmasına və tətbiqinə
ehtiyac vardır.
• Elm, təhsil, təlim və informasiya
məsləhət xidmətləri
Ölkədə aqrar sahənin problemləri ilə bağlı Kənd
Təsərrüfatı Nazirliyinin və Azərbaycan Milli
Elmlər Akademiyasının 12 elmi-tədqiqat institutu
fəaliyyət göstərir. Həmçinin Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin və Azərbaycan Meliorasiya
8
və Su Təsərrüfatı ASC-nin tabeliyində olan
ümumilikdə 4 elmi-tədqiqat institutu qismən
aqrar sahəyə aid olan problemlər üzrə
fəaliyyət göstərir. Kənd təsərrüfatının müxtəlif
sahələri üzrə yüksəkixtisaslı kadr hazırlığının
daha da genişləndirilməsi məqsədilə Kənd
Təsərrüfatı Nazirliyi və ADA Universiteti
arasında 2016-cı il 24 oktyabr tarixində
Kənd təsərrüfatı sahəsində biznes idarəçiliyi
üzrə beynəlxalq magistr proqramının həyata
keçirilməsinə dair Anlaşma Memorandumu
imzalanmış və bu çərçivədə 30 tələbə ADA
Universitetində müvafiq ixtisas üzrə təhsilə
başlamışdır. Ölkədə fermerlərin əksəriyyətinin
peşə bilik və bacarıqlarının aşağı olması formal
təhsil sistemi ilə yanaşı, qeyri-formal təlim
şəbəkəsinin də inkişaf etdirilməsini, başqa
sözlə, qısamüddətli və vaxtaşırı təşkil olunmuş
kurslarda kənd təsərrüfatı istehsalçılarının
peşə bilik və bacarıqlarının artırılmasını zəruri
edir.
•
Kənd
təsərrüfatı
və
ərzaq
məhsulları bazarı və ixracı
Ölkədə qida məhsullarının zəruri satış şəbəkəsi
formalaşsa da, kənd təsərrüfatı məhsullarının
ticarəti üzrə bazar strukturları və institutları
hələ də lazımi səviyyədə inkişaf etməmişdir.
Bazar kanalları dağınıq və bəsit olduğundan,
qeyri-formal sektor burada üstünlük təşkil edir.
Buna görə də əksəriyyəti kiçik təsərrüfatlardan
ibarət olan kənd təsərrüfatı istehsalçılarının,
xüsusən də bitkiçilik məhsulları üzrə əlverişli
şərtlərlə
bazara
çıxışında
problemlər
mövcuddur. Kənd təsərrüfatı məhsullarının
sahədən satış qiyməti ilə son istehlak
bazarındakı satış qiyməti arasında böyük fərq
vardır. Bu problem, xüsusilə meyvə, tərəvəz
və bostan məhsullarının topdan və pərakəndə
satışı şəbəkəsinin kifayət qədər inkişaf
etməməsindən qaynaqlanır.
Azərbaycanda kənd təsərrüfatı və ərzaq
məhsullarının pərakəndə satış dövriyyəsinin
həcmi 2015-ci ildə 12,9 milyard manat
olmuşdur. 2015-ci ildə bazarın həcm göstəricisi
1990-cı ilə nəzərən 2,5 dəfə çox olmuşdur.
Kənd təsərrüfatı və ərzaq məhsulları ixracının
həcmi 2001-2015-ci illər ərzində 11,1 dəfə,
2005-2015-ci illər ərzində isə 2,2 dəfə artmışdır.
•
Ətraf mühitin qorunması, təbii
resursların mühafizəsi və təbii-iqlim
amillərinin kənd təsərrüfatına təsirlərinin
idarə olunması sistemi
Ölkədə torpaq və su ehtiyatlarından səmərəli
istifadə problemi hazırda aktualdır. mövcud
qaydalarda torpaqların münbitliyinin bərpası,
artırılması və mühafizəsi ilə bağlı ayrı-ayrı
qurumların vəzifələri, habelə bu vəzifələrin
həyata keçirilməsi mexanizmləri ilə bağlı
konkret müddəalar və təlimatlar yoxdur.
Həmçinin müvafiq qurumların əsasnamələrində
bununla bağlı bir-birini təkrarlayan funksiyalar
təsbit olunmuşdur. Su ehtiyatlarından səmərəli
istifadə olunmasının mühüm şərtlərindən
biri də suvarma sistemlərinin idarə edilməsi
ilə bağlıdır. Su ehtiyatları məhdud olan
ölkə kimi, Azərbaycanda suya qənaət
edən müasir suvarma üsullarının tətbiqinin
genişləndirilməsini
stimullaşdırmaq
üçün
dünya təcrübəsində tətbiq edilən müvafiq
dəstək tədbirlərinin görülməsi də aktualdır.
Ətraf mühitin qorunmasında ənənəvi kənd
təsərrüfatı məhsullarının istehsalı ilə yanaşı,
ekoloji təmiz kənd təsərrüfatı məhsullarının
istrehsalının stimullaşdırılması da önəmli yer
tutur.
•
Kənd təsərrüfatının tənzimlənməsi
və dövlət dəstəyi
Ötən dövr ərzində kənd təsərrüfatı məhsullarının
istehsalçılarına dövlət tərəfindən müvafiq
dəstək sistemi formalaşdırılmış, bu sistemin
təkmilləşdirilməsi və şəffaflığının yüksəldilməsi
istiqamətində ümumi sahə üzrə dövlət dəstəyi
tədbirləri, bitkiçilik sahəsi üzrə dövlət dəstəyi
tədbirləri, heyvandarlıq sahəsi üzrədövlət
dəstəyi tədbirləri görülmüşdür. Dövlət dəstəyi
sistemi və Kənd təsərrüfatında qeydiyyat, uçot
və statistika sistemi qurulmuşdur. 2015-ci ildən
etibarən Avropa İttifaqı (Aİ) ölkələrinin tətbiq
9