A r I s t o t e L si y a s ə T



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə92/104
tarix23.11.2017
ölçüsü104 Kb.
#12062
1   ...   88   89   90   91   92   93   94   95   ...   104

midir,  ayrı-ayrı  şeylər  haqqında  isə  biliyi  yoxdur.  Deməli, 
hövsələsiz  biliyi  ola-ola  səhv  edirsə,  bunda  yenə  də  heç  bir 
cəfəng  şey  yoxdur.  Bu,  keflilərdə  olan  kimidir.  Keflilər  sərxoş- 
duqdan  ayılan  zaman  yenə  özlərinə  qayıdırlar.  Sərxoşluqdan 
sarsılmış  olsalar  da,  nə  ağıl,  nə  də  bilik  onları  tərk  etmir.  Sər- 
xoşluqdan  ayıldıqdan  sonra,  bu  adamlar yenidən  özlərinə  qayı- 
dırlar.  Hövsələsiz  də  özünü  belə  aparır:  ehtiras  güc  gələrək 
onun  düşüncəsini  susmağa  vadar  edir,  lakin,  sərxoşiuq  kimi 
ehtiras onu tərk etdikdə,  o,  yenə də özünə  qayıdır.
Hövsələsizlik  haqqında  daha  bir  fikir  çıxılmaz  vəziyyətə 
aparıb  çıxara  bilər:  bu,  arabir  hövsələsizin  təriflənməsi,  təmkin- 
linin  isə  -   məzəmmət  olunması  dəlilidir.  Amma  beiə  şey  olmur. 
Doğrudan  da,  təmkinli  və  ya  hövsələsiz -   o  adam  deyil  ki,  o,  öz 
fıkrində aldanır,  ancaq  o adamdır ki,  o,  düzgün fikirləşir və  bunun 
köməkliyi  ilə  nəyin  pis,  nəyin  isə  yaxşı  olduğu  barəsində  mü- 
hakimə  yürüdür.  Hövsələsiz  bu  fikirlə  hesablaşmır,  təmkinli  isə 
hesablaşır və  ehtiraslarının  dalınca  düşmür.  Axı  təmkinli  o  adam 
deyil  ki,  o,  atasını  döymək  istəyən  zaman  bundan  özünü  sax- 
layaraq  onu  döymür  və  o,  düşünmür  ki,  atanı  döymək  biabır- 
çılıqdır.  Əgər  belə  hallarda  təmkinliliyə  və  hövsələsizliyə  yer 
yoxdursa,  onda,  görünürki,  hövsələsizlik,  görünə  bildiyi  kimi,  heç 
vaxt təriflənə,  təmkinlik isə -  məzəmmət oluna  bilməz6.
Hövsələsizlik  anadangəlmə  də  qeyri-adi  olur.  Məsələn, 
belə  qeyri-adi:  bəzi  adamlar  saçlarını  yolur  və  dırnaqlarını 
[gəmirir].  Əgər  insan  özündə  bu  səpgidə  olan  həzzi  boğursa, 
onu  tərifləmirlər,  ancaq  boğmursa  -   onu  danlamırlar,  yaxud 
yalnız  yüngülcə  danlayırlar.  Anadangəlmə  hövsələsizliyə  isə 
misal  bax  budur:  oğulu  məhkəmədə ona  görə  mühakimə edirlər 
ki,  o,  atasını  döyür,  o  da  onunla  bəraət  qazanır  ki,  o  biri  də 
həmçinin  öz  atasını  döyür  -   və  oğul  cəzadan  canını  qurtarır, 
çünki  hakimlər  qərara  alır  ki,  bu  cinayət  anadangəlmədir.
370
Atasını  döymək  arzusunu  özündə  boğduğuna  görə  adamı  tərif 
etmirlər.  Biz  isə  indi  hövsələsizliyin  və  təmkinliyin  belə  hallarını 
deyil,  elələrini  araşdırırıq  ki,  bunlara  görə  bizi  açıq-açığına 
tərifləyirlər  və  məzəmmət  edirlər.  Üzdə  olan  dəyərlər  olur, 
məsələn,  var-dövlət,  səlahiyyət,  hörmət,  dostlar,  şan-şöhrət  ; 
ehtiyaca  görə  bizə  məxsus  və  bədənlə  əlaqədar  olan  dəyərlər 
olur.  Lamisə  və  dad  (əgər  kimsə  bunda  hövsələsizdirsə,  onu, 
ümumiyyətlə,  hövsələsiz  hesab  etmək  olar),  həm  də  duyğu  or- 
qanları  ilə  qavranılan  həzlər  belələrindəndir.  Bizim  araşdır- 
dığımız hövsələsizlik  görünür ki,  məhz bu  axırıncılara  aiddir.
Hövsələsizliyin  daha  nədə  üzə  çıxa  bilməsi  məsələsi 
çətinlik  törətmişdi.  Hörmətə  qarşı  [cəhddə]  insan  sözün  həqiqi 
mənasında  hövsələsiz  olmur.  Axı  qarşısıalınmaz  adam  hörmətə 
qarşı  cəhddə  hərdənbir  təqdirə  layiq  olur:  o,  şərəfi  yüksək 
qiymətləndirir.  Biz,  ümumiyyətlə,  bu  kimi  şeylərə  münasibətdə 
hövsələsizlik  haqqında  danışarkən,  əlavə  edirik:  hörmət,  şöhrət 
[axtarışında]
  hövsələsizdir;  qəzəbli  halda  özünü  saxlaya  bilmə- 
yəndir.  Amma  söhbət  haçan  ki,  ümumiyyətlə,  hövsələsiz  haq- 
qında  gedir,  biz  əlavə  etmirik -   nədə,  güman  edərək  ki,  belədə 
də,  heç  bir  şey  əlavə  etmədən,  onun  nədə  hövsələsiz  olması 
aydındır:  hövsələsiz,  ümumiyyətlə,  cismani  həzlərdə  və  məm- 
nuniyyətsizliklərə aid  olan  şeylərdə hövsələsizdir.
Və  daha  bir  səbəbə  görə  aydındır  ki,  hövsələsizlik,  ümu- 
miyyətlə,  adları  çəkilən  şeylərə  aiddir.  Əgər hövsələsiz məzəm- 
mətə  tuş  gəlirsə,  onda  [o  hövsələsiz]  olduğu  şeylərdə  də  buna 
tuş  gəlməlidir.  Hörmət,  şan-şöhrət,  səlahiyyət,  pul  və  digər şey- 
lər,  hansılar  ki,  bunlara  münasibətdə  adamları  hövsələsiz  ad- 
landırırlar,  məzəmmətə  tuş  gəlmir;  duyğu  orqanları  ilə  qav- 
ranılan  həzlər  isə  tuş  gəlir.  Bax  buna  görə  də,  təbii  olaraq,  kim 
ki,  bunlara  lazım  olduğundan  çox  uyursa,  onu  sözün  əsl 
mənasında  (teleös)  hövsələsiz adlandırırlar.
371


Dəqiqləşdirmə  tələb  edən  hövsələsizliklər  arasında  insan 
özünü  nədə,  məhz  hövsələsiz  aparırsa,  qəzəbli  halda  özünü 
saxlaya  bilməmək  məzəmmətə  daha  çox tuş  gəlir.  Qarşıya  sual 
çıxır:  məzəmmətə  daha  çox  nə  layiqdir  -   qəzəbli  halda  özünü 
saxlaya  bilməmək,  yoxsa  həzdən  özünü  saxlaya  bilməmək? 
Qəzəbli  halda  özünü  saxlaya  bilməmək  o  xidmətçilərə  bənzəyir 
ki,  onlar  xidmət  göstərməyə  tam  hazır  vəziyyətdə  durublar. 
Ağaya  «gətir mənə»  demək kifayətdir ki,  onlar hər dəfə daşıyıb- 
gətirməyə  hazırdırlar,  məhz  nəyi  gətirmək  lazım  olduğunu 
eşitmədiklərindən  isə  səhv  edirlər:  kitabı  gətirmək  lazım  olduq- 
da,  onlar tez-tez çaşıb,  məktub  üçün  olan  çubuğu  gətirirlər.  Qə- 
zəbli  halda  özünü  saxlaya  bilməyən  adam  da  onlara  b^nzəyir. 
O  adama  ilk  «xətrimə  dəydin»  sözünü  eşitmək  kifayətdir  ki,  qə- 
zəb  onu  hədəfə  doğru  qovur,  yol  vermir  ki,  sakitcə  araşdırsın, 
qəzəblənmək  lazımdırmı,  yoxsa  yox,  yaxud  lazımdır,  lakin  bu 
dərəcədə  yox.  Qəzəbli  halda  özünü  saxlaya  bilməməkdən  mey- 
dana  çıxan  hiddətlənməni  çox  da  pisləmək  lazım  deyil.  Ancaq 
bax  həzzə  qarşı  meyl  məzəmmətə  tuş  gəlir.  Bu  hövsələsizlik 
birincidən  fərqlənir:  axırıncı  halda  insanın  özünü  həzdən  saxla- 
mağının  məntiqə  uyğun  əsası  var,  lakin  insan  özünü  ağılsız 
aparır:  məhz  buna  görə  belə  hövsələsizlik  qəzəbli  halda  özünü 
saxlaya  bilməməkdən  daha  çox  məzəmmətə  tuş  gəlir.  Qəzəbli 
halda  özünü  saxlaya  bilməmək -  bu,  məyusluqdur (lype),  çünki 
elə  bir  adam  yoxdur  ki,  o,  qəzəblənəndə  məyus  olmasın.  Ək- 
sinə,  ehtiraslı  halda  özünü  saxlaya  bilməmək  həzlə  əlaqədardır, 
ona  görə  də  o,  böyük  məzəmmətə  layiqdir.  Ehtiraslı  halda 
özünü  saxlaya  bilməmək,  görünür  ki,  lovğalıqla  (hybris) 
bağlıdır.
Təmkinlik  və  hövsələ  (karteria)  eyni  bir  şeydirmi?  Yoxsa, 
daha  çox,  yox? Təmkinlik  həzzə  aiddir və təmkinli  -  o adamdır ki,
o,  həzzə güc gəlir,  hövsələ isə məyusluqla əlaqədardır,  yəni dərdi-
372
qəmə  səbrlə  dözən  -   hövsələli  adamdır.  Ancaq  hövsələsizlik  və 
zəiflik  (malakia)  eyni  bir  şey  deyil.  Zəiflik  və  zəif  -   odur  ki, 
başqaları  belə  çətinlik-lərə  dözdükləri  halda  onlar  dözmür. 
Hövsələsiz  isə  o  adamdır  ki,  o,  həzzin  qarşısında  dayana  bilmir, 
zəiflik göstə-rir (katamalakidzomenos) bunlara aludə olur.
Bir də  intizamsız  (akolastos)  adlandırılanlar olur.  İntizam- 
sız  və  hövsələsiz  -   eyni  bir  şeydirmi?  Yoxsa,  daha  çox,  yox? 
İntizamsız  -   o  adamdır  ki,  o,  özü  üçün  ən  yaxşı  və  faydalı  iş 
gördüyünü  düşünür  və  heç  bir  məntiq  ona  xoş  görünən  şeyə 
qarşı  çıxmır.  Hövsələsiz  isə  özündə  məntiq  daşıyır,  bu,  öz  növ- 
bəsində ehtirasın  onu  çəkdiyi  şeylərə  qarşı  durur.
Kimi  islah  etmək  asandır -   intizamsızı,  yoxsa  hövsələsizi. 
İlk  baxışdan  görünür  ki,  hövsələsizi  yox:  intizamsız  daha  asan 
müalicə  olunur,  axı  onda  məntiqin  meydana  gəlməsi  kifayətdir 
ki,  bu  ona  pisin  pis  olduğunu  öyrətsin  və  o,  pis  iş  görməsin; 
hövsələsizdə  isə  məntiq  var,  amma  yenə  də  [pis]  hərəkət  edir, 
belə  ki,  bu  cür adam,  görünür ki,  müalicəolunmazdır.
Lakin  digər  tərəfdən  kim  pis  vəziyyətdədir  -   o  adammı, 
hansında  ki,  yaxşı  heç bir şey yoxdur,  yoxsa  [o adam,  hansında 
ki,  ]  pis  xüsusiyyətlərlə  bərabər,  yaxşı  bir  şey də  var?  Görünür, 
birinci,  xüsusən  əgər onda  ən  dəyərli  xüsusiyyət varsa.  Hövsə- 
ləsizdə  ən  yaxşı  xüsusiyyət  -   onda  olan  məntiqin  düzgün  yol 
göstərməsidir  (orthos  logos).  İntizamsızlıqda  bu  yoxdur.  Həm 
də:  məntiq  (logos)  -   hər  adamın  əsasıdır  (arche).  Hövsələ- 
sizdə  əsas,  ən  yüksək  dəyər,  yaxşı  vəziyyətdə  olur,  intizamsız- 
da  -   pis  vəziyyətdə,  deməli,  intizamsız  belə  çıxır  ki,  özbaşına- 
dan  pisdir.  Həm  də  bu  vəhşiliklə  əlaqədar  məsələyə  bənzəyir. 
Biz  əxlaqsızlığı  belə  adlandırmışdıq,  hansı  ki,  heyvanda  deyil, 
insanda  özünü  göstərir:  vəhşilik  -   həddən  artıq  olan  poz- 
ğunluğun  adıdır.  Nəyə  görə  yalnız  insanda?  Başqa  bir  səbəbə 
görə  deyil,  ancaq  o səbəb görə  ki,  heyvanın  əsası  xarab  (arche
373


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə