8 tn(end) tnazirler qxd



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə17/49
tarix24.12.2017
ölçüsü5,05 Kb.
#17757
növüYazı
1   ...   13   14   15   16   17   18   19   20   ...   49

mədəni‑məişət şəraitini yaxşılaşdırmaq məqsədilə bir sıra
qərarlar qəbul edir.
Maarif komissarı Dadaş Bünyadzadənin imzaladığı bir
Dekretdə göstərilirdi ki, maarif xadimləri birinci növbədə
ərzaqla təmin olunacaq, maarif işçiləri tutduqları evlərdən
çıxarılmayacaqlar. Həmçinin sənəddə maarif xadimlərinə və
onların ailələrinə aid əşyaların müsadirə edilməyəcəyi, onların
maarif işlərindən və iməcilikdən başqa digər əmək işlərinə cəlb
olunmayacağı, vilayət, qəza və yerli hökumətin maddi cəhət ‑
dən maarif xadimlərinə müavinət verəcəyi əksini tapır.
1920‑ci ildə Dadaş Bünyadzadənin imzası ilə XMK bir sıra
mühüm qərarlar qəbul edib. Azərbaycan dilində məktəb sənəd ‑
lə rinin aparılması,  Azərbaycan Dövlət Universiteti haq qında,
universitet işçilərinin əmək haqqı barəsində, şagird ictimai təş ‑
kilatlarına dair,  orta məktəblərin quruluşunun də yiş dirilməsi,
məktəb işlərinin əsasları, tədris planları haqqın da, özünüidarə,
qüsurlu uşaqlar haqqında və digər qərarlar onun xalq maarifi
komissarı işlədiyi dövrün ölkənin təhsil həyatındakı mühüm
rolunu əks etdirir.
Azərbaycan müəllimlərinin IV qurultayındakı çıxışında
vurğulayıb: «… bu gün müəllimlərimiz bir yandan kəndliləri
maa  rif ləndirməli,  digər tərəfdən …onlara təsərrüfat savadı
verməlidirlər».
Azərbaycan XKS‑nin sədri Dadaş Bünyadzadə 25–27
yanvar 1931‑ci ildə keçirilmiş Azərbaycan müəllimlərinin
V qu rultayındakı məruzəsində yeni əlifbaya keçilməsini ən bö ‑
yük nailiyyət adlandırıb.
Dadaş Bünyadzadə repressiyaya məruz qalıb, 1938‑ci ildə
dünyasını dəyişib.
56
Respublikada müəl ‑
limə olan ehtiyacı
ödəmək üçün XMK
1920–1922‑ci illərdə
qısamüddətli kurslar
açır, müəllimlərin
mədəni‑məişət şərai tini
yaxşılaş dırmaq
məqsədilə bir sıra
qərarlar qəbul edir



MUSTAFA ZƏKƏRİYYƏ OĞLU  
QULİYEV
(1893–1938)


Mustafa Zəkəriyyə oğlu Quliyev 1893‑cü ildə Nuxa (in‑
diki Şəki) şəhərində anadan olub.
1913‑cü ildə Tiflis gimnaziyasını bitirib. Sonra Kiyev
Univer sitetinin fizika‑riyaziyyat fakültəsinə daxil olub. 1918‑ci
ildə Kiyevdə bolşevik partiyası sıralarına qoşulub, çox keç mə ‑
dən RK(b)P Kiyev Komitəsi müsəlman bölməsinin sədri se çi ‑
lib. 1919‑cu ildə Bakıya gəldikdən sonra gizli siyasi fəaliy yət
göstərib, RK(b)P‑nin XI qurultayında (1922) Leninlə görüşüb.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra o,
Azərbay can Mərkəzi İcraiyyə Komitəsinə,  Zaqafqaziya Mərkə ‑
zi İcraiyyə Komitəsinə, Azərbaycan K(b)P MK‑ya, Bakı Ko ‑
mitəsinə üzv seçilib.
Mustafa Quliyev bir müddət Lənkəranda qəza inqilab
ko mi tə sinin sədri (1920),  Azərbaycan Kommunist (bolşevik)
Partiyası Qa raşəhər rayon komitəsinin katibi (1921–1922)  və ‑
zifələrində çalışıb.
Moskvada Kommunist Akademiyasını bitirən Mustafa
Quliyev Qarayazı MTS siyasi şöbəsinin rəisi vəzifəsinə təyin
edilib. Sonralar Qazaxıstanın Çimkənd Şəhər Partiya Komi ‑
təsinin katibi, Odessa Vilayət Par 
tiya Komitəsinin şöbə 
müdiri olub.
1923–1926‑cı illərdə «Maarif və mədəniyyət», 1929–1932‑ci
illərdə «İnqilab və mədəniyyət» jurnalının məsul redaktoru və ‑
 zi fəsində fəaliyyət göstərib. Bir sıra elmi‑publisistik əsərlər yazıb.
1922–1927‑ci illərdə Azərbaycanın xalq maarifi komissarı
vəzifəsində çalışıb. O, «Maarif və mədəniyyət» jurnalında nəşr
olunmuş məqaləsində (№3, 1923) yazırdı: «Hazırda hökuməti ‑
miz öz varidatının yarısını maarif işinə xərc edir…».
1920‑ci illərdə XMK‑nın qarşısında bir sıra mühüm vəzi ‑
fələr dururdu. Bunlardan ən mühümü ibtidai məktəblər aç ‑
maq və savadlı müəllimlər yetişdirmək idi. Çünki 1922‑ci ildə
məktəbyaşlı uşaqların yalnız 27 faizi (80814 nəfər) məktəbə
cəlb edilmişdi. Məktəbyaşlı qızların isə 10 faizi məktəbdə
oxuyurdu. Bunun əsas səbəbi lazımi ibtidai məktəblərin yalnız
altıda birinin mövcud olması idi.
Mustafa Quliyev «Müəllimlərin hazırlığı» məqaləsində
(«Maa rif və mədəniyyət» jurnalı, 1923, №10, səh.3) göstərirdi
ki, Azərbaycanda 1100 məktəbdə 1450 azərbaycanlı müəllim
var. Bunlardan 73 nəfəri ibtidai təhsilə, 320‑si orta təhsilə, 50
nəfəri isə ali təhsilə malikdir. Məhz bu çatışmazlığı aradan
qaldırmaq məq sədilə 1923‑cü ildə Mustafa Quliyevin səyi
nəticəsində müəl lim hazırlayan 9 tədris müəssisəsi (texnikum
və institut) açılıb.
1925‑ci ildə Azərbaycan sovet müəllimlərinin I qurultayı
çağrılıb. Həmin qurultayda Mustafa Quliyev xalq maarifi
59
Mustafa Zəkəriyyə oğlu
Quliyev 1893‑cü ildə
Nuxa (indiki Şəki)
şəhərində anadan olub
Xalq maarifi komis sarı
vəzifəsində çalışıb
(1922–1927)
1923‑cü ildə Mustafa
Quliyevin səyi
nəticəsində müəllim
hazırlayan 9 tədris
müəssisəsi (texnikum
və institut) açılıb


sahəsindəki müvəffəqiyyətlər və qarşıda duran vəzifələr
haqqında məruzə edib.
1925‑ci ildə 1376 məktəbdə 140334 şagird təhsil alırdı. 13
pedaqoji məktəbdə 1816, iki ali pedaqoji məktəbdə 4529 tələbə
müəllimlik ixtisasına yiyələnirdi.
1925‑ci ildə 320 yeni məktəb binası tikilib. Bu dövrün
mühüm xarakterik xüsusiy yətlərindən biri də müəllimlərin
savadsızlığın ləğvində müştərək yardım komitələrində, koope ‑
ra tivlərdə,  qırmızı əsgər dərnəklərində və müxtəlif ictimai
işlərdə fəal iştirak etmələridir. Xalq maarifi komissarı Mustafa
Quliyev bu məsələlərdən bəhs edərək yazırdı: «Müəllimlərin
vəzifəsi, təbiidir ki, bundan sonra rəsmi tədris hüdudundan,
məktəb dairəsindən xaricə çıxır; müəllim məmləkətin ictimai
və iqtisadi həyat məsələləri ilə maraqlanmalı və xüsusən
yaşadığı rayonun haqqında daima xəbərdar olmalıdır».
1922–1927‑ci illərdə maarif sahəsində bir sıra mühüm
tədbirlər həyata keçirilib. 1923‑cü ildə Vahid əmək məktəbinin
əsasnaməsi təsdiq edilib, tədris planı və proqramları, yeni
dərsliklər yazılıb. 1924‑cü ildə fəhlə fakültələri haqqında
əsasnamə hazırlanıb, 1925‑ci ildən ümumi ibtidai icbari təhsilə
keçilib. 1926‑cı ildən məktəblər yeni proqramlara keçib, 1927‑
ci ildə savadsızlıqla mübarizə geniş vüsət alıb, məktəblərin
sayı 1478‑ə çatıb.
Mustafa Quliyev həm də bir ədəbiyyatşünas kimi ədəbi
tənqidimizin inkişafında müəyyən yer tutur. Onun Mirzə
Fətəli Axundov, Hüseyn Cavid, Cəfər Cabbarlı və başqaları
barədə ədəbi‑tənqidi məqalələri vardır. «Mədəni inqilab və
İslam», «Türk qadınının yolu» və digər əsərləri dövrünün
aktual problemlərindən bəhs edir. Firidun bəy Köçərli, Hüseyn
Əfəndi Qayıbov kimi görkəmli şəxsiyyətlərin ədəbiyyat tarixi ‑
mizlə bağlı əlyazmalarının 1920‑ci illərdə nəşr olunma sında
bir maarif komissarı kimi onun rolu danılmazdır.
Mustafa Quliyev repressiyaya məruz qalıb, 1938‑ci ildə
vəfat edib.  
60
1925‑ci ildən ümumi
ibtidai icbari təhsilə
keçilib


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə