8 tn(end) tnazirler qxd



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə13/49
tarix24.12.2017
ölçüsü5,05 Kb.
#17757
növüYazı
1   ...   9   10   11   12   13   14   15   16   ...   49

Nəsib bəy Yusifbəylinin nazir olduğu müddətdə xalq ma a ‑
ri finin milli konsepsiya əsasında təşkili ön plana çəkilib, ümu mi
icbari təhsil layihələri hazırlanıb, kənd və şəhərlərdə yeni mək ‑
təblər açılıb, milli məktəblər üçün müəllim hazırlanması
probleminin həllinə diqqət artırılıb, Qori Müəllimlər Se mi na ri ya ‑
sının Azər bay can bölməsinin Firidun bəy Köçərlinin təşəb bü sü
və səyi ilə Qazaxa köçürülüb fəaliyyətə başlaması reallaşdırılıb.
Təhsildə milliləşmə prosesində yaranan çətinlikləri nəzə ‑
rə alan Nəsib bəy nazirliyin təklifi ilə şəhərlərdə Dövlət dilini
məc buri fənn kimi tədris etmək şərtilə  paralel olaraq rus
bölmələrinin yaradılmasına razılıq verir. Həmin dövrdə azər ‑
baycanlı uşaq la rın yalnız milliləşdirilmiş məktəblərdə təhsil
almaları tələb edilirdi. Lakin müstəsna hallarda ana dilində
danışa bilməyən uşaqlar Xalq Maarifi Nazirliyinin xüsusi
razılığı ilə rusca təhsilə buraxıla bilərdi.
Tarixi ədalət naminə deməliyik ki, təhsildə bu cür milli ləş ‑
mə siyasəti milli təhsil tarixində müstəsna rolu olan tarixi addım
oldu. Məhz Nəsib bəy Yusifbəylinin birbaşa rəhbərliyi ilə hazır ‑
lanıb həyata keçirilən həmin qərarlar sayəsində Azər baycanda
ümumi təhsil müəssisələrində tədrisin təşkilinin ana dilində
aparılmasına dair milli maaifçilərin yüz illərlə arzula dıq ları milli
ideya gerçəkləşdi. Azərbaycan türkcəsi Dövlət dili statusu
qazandı, ana dilimiz əsas təlim‑tərbiyə, təhsil dilinə çevrildi.
1919‑cu ildə Azərbaycanda dövlət orta təhsil müəssi sə ‑
lərinin sayı 23‑ə çatdırılıb, 6 kişi, 4 qadın gimnaziyası, 5 realnı
məktəb, 3 müəllimlər seminariyası, 3 «Müqəddəs Nina» qız
məktəbi, politexnik məktəb və kommersiya məktəbi fəaliyyət
göstərib. Bakı Qadın Seminariyası Kişi Seminariyasına çevrilib,
orada təhsil alanlar üçün pansion açılıb.
38
Nəsib bəy Yusifbəy li ‑
nin nazir olduğu müd ‑
dətdə xalq maarifinin
milli konsepsiya
əsasında təşkili ön
plana çəkilib, ümumi
icbari təhsil layihələri
hazırlanıb, kənd və
şəhərlərdə yeni
məktəblər açılıb, milli
məktəblər üçün
müəllim hazırlanması
probleminin həllinə
diqqət artırılıb
Azərbaycan Xalq Cümhuriyyəti
hökumətinin  Gəncədə
qarşılanması (1918)


1918–1919‑cu illərdə Gəncə Müəllimlər Seminariyası
milliləş dirilib, Bakıda darülmüəllimin
1
və darülmüəllimat
2
,
Nuxada darül müəl limin açılıb, Zaqatala, Ağdam və Şuşada
belə müəssisələrin yaradılması qərara alınıb. Milliləşdirilmiş
məktəblərdə ümumi türk tarixi, təlim rus dilində olan tədris
ocaqlarında həftədə 3–4 saat Azərbaycan dili keçirilirdi. Orta
təhsilin milliləşdirilməsi reallaşdırılıb, Abdulla Şaiqin təşəbbü ‑
sü ilə bütün dərslər rus dilində keçilən Bakı I realnı məktəbin ‑
də Azərbaycan dili üzrə üçaylıq kurs açılıb.
Bir tərəfdən elmi və pedaqoji kadrlar hazırlamaq üçün ali
və orta ixtisas məktəbləri açılıb, o biri tərəfdən nəşriyyat‑tər ‑
cümə komissiyasının köməyi ilə dərsliklər hazırlanıb çap et di ‑
rilib. Həmin dövrdə «Türk əlifbası və ilk qiraət», «Türk qi raəti»,
«Yeni məktəb», «Rəhbəri‑sərf», «Tazə elmül‑hesab», «Ədə  biyyat
dərsləri», «Son türk əlifbası», «Hesab məsələləri məc muəsi»,
«Rəh  bəri‑cəbr», «Milli qiraət», «Müntəxəbat», «Türk ədiblərin ‑
dən nümunələr» və digər dərsliklər nəşr olunub.
1920‑ci ilin martına qədər baş nazir vəzifəsində çalışmış
Nəsib bəy Yusifbəyli Aprel çevrilişindən sonra Parlamentin axı ‑
rıncı iclasından qayıdıb ailəsi ilə son görüşündə: «Fələk məni
çox yüksəltdi. Fəqət mən dünyanın ən bədbəxt insa nıyam» —
söy ləyib. Həmin il may ayının əvvəllərində Nəsib bəy Yusif ‑
bəyli ölkədəki xaos və özbaşınalıqdan istifadə edən quldurlar
tərəfindən qətlə yetirilib.
İnanırıq ki, «Müstəqil Azərbaycan» ideyasının və təhsil
sisteminin milliləşdirilməsi konsepsiyasının müəllifi, böyük
maaifçi Nəsib bəy Yusifbəylinin ruhu bu gün şaddır. Çünki
onun arzuladığı müstəqil Azərbaycan Respublikası hazırda
dünyanın iqtisadi‑siyasi və mədəni cəhətdən inkişaf etmiş öl ‑
kə ləri sırasında layiqli yer tutur. Uğrunda mübarizə apardığı
anadilli təhsil sistemi çoxdan reallığa çevrilib, hazırda Azər ‑
bay 
can təhsili sürətlə dünya təhsil sisteminə inteqrasiya
olunmaqdadır...
39
1918–1919‑cu illərdə Gəncə
Müəllimlər Seminariyası 
milliləş dirilib,  Bakıda
darülmüəllimin və
darülmüəllimat, Nuxada
darül müəl limin  açılıb,
Zaqatala, Ağdam və Şuşada
belə müəssisələrin
yaradılması qərara alınıb

1
darülmüəllimin— ərəb
sözüdür, kişi müəllimlər hazır‑
layan müəssisə
2
darülmüəllimat—ərəb
sözüdür, qadın müəllimlər
hazırlayan müəssisə


RƏŞİD XAN ZAVİD OĞLU 
QAPLANOV
(1883–1937)


Rəşid xan Zavid oğlu Qaplanov 1883‑cü ildə Dağıs tanın
Xa sav yurd qəzasının Ağsay kəndində anadan olub.
Milliyyətcə Şimali Qafqazda yaşayan qumuq türklə rin ‑
dən olan Rəşid xan Qaplanov Vladiqaf qazda realnı məktəbdə
oxu yub,  Parisdəki Sorbonna Univer sitetinin hüquq fakültəsini
bitirib.
Ali təhsil aldıqdan sonra İstanbula (Türkiyə) dəvət olu ‑
nub, 1913‑cü ilə qədər burada pedaqoji fəaliyyət göstərib. O, bu
müddətdə Osmanlı tarixini və ədəbiyyatını dərindən öyrənib.
1913‑cü ildə Vladiqafqaza qayıdan Rəşid xan Qaplanov
şəhər dairə məhkəməsində andlı müvəkkil müavini vəzi fə ‑
sində çalışıb.
Rusiya imperiyasını sarsıdan Fevral burjua inqilabından
sonra Şimali Qafqazda güclənən siyasi hadisə və proseslərdə
fəallıq göstərib, Çərkəz–Dağıstan və Şimali Qafqaz Dağlı
Xalqları İttifaqı Respublikası hökumətlərində müxtəlif nazir
vəzifələrində çalışıb.
1919‑cu ildən Bakıda yaşayan Rəşid xan Qaplanov Azər ‑
baycan Xalq Cümhuriyyətinin dövlət quruculuğunda fəal işti‑
rak edib. 4‑cü Hökumət Kabinetində xalq maarifi və dini eti ‑
qad naziri vəzifəsinə təyin olunub. Onun rəhbərliyi ilə Bakıda
və Azərbaycanın bir çox şəhərlərində yeni məktəblər fəaliyyətə
başlayıb, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti təhsil sa ‑
həsində uğurlu addımlar atıb. Bakı Döv lət Universitetinin açıl ‑
ma sında yaxından işti rak edib,  eyni za manda burada «Osman ‑
lı ədəbiyyatı tarixi»ndən dərs deyib.
O, 100 nəfər azərbaycanlı gəncin xaricdə ali təhsil almağa
gön  dərilməsini təşkil edib. Həmin dövrdə Bakıda Azərbaycan
müəl  limlərinin III qurultayı keçirilib. Ümumi təhsilin məzmu nu
sahəsində islahatlar üzrə Hökumət Komissiyası yaradılıb, nə ‑
hayət, əlifba islahatı sahəsində Dövlət Komissiyası fəaliyyətə
başlayıb.
Azərbaycanın müstəqilliyə qovuşması digər milli‑
mənəvi dəyərlərlə yanaşı, XX əsr təhsil tarixinin, o cümlədən
milli tariximizin mühüm bir sahəsi olan Bakı Dövlət Univer‑
sitetinin həqiqi tarixinin yazılmasına tarixi imkan və şərait
yaradıb. Ümummilli lider Heydər Əliyevin dediyi kimi,
«...universitetinin tarixini ədalətli, düzgün yazmaq üçün indi
gözəl şərait yaranmışdır. Amma bu, təkcə universitetin tarixi
deyil, bu, Azərbaycan xalqının tarixidir, Azərbaycan Respub‑
likasının tarixidir, Azərbaycan elminin, təhsilinin, mədəniyyə‑
tinin tarixidir. Ona görə də onu təhrif etmək olmaz...»
Bu mənada  Bakı Dövlət Universitetinin təsis edilməsi ilə
bağlı bəzi tarixi məqamlara yenidən işıq salmaq, tarixi həqi ‑
qətləri ictimaiyyətə düzgün təqdim etmək olduqca faydalıdır.
41
Rəşid xan Zavid oğlu
Qaplanov 1883‑cü ildə
Dağıstanın Xasavyurd
qəzasının Ağsay
kəndində anadan olub
Xalq maarifi və dini
etiqad naziri vəzifəsində
çalışıb (1919)
Onun rəhbərliyi ilə
Bakıda və Azərbay canın
bir çox şəhər lərində yeni
məktəblər fəaliyyətə
başlayıb


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə