541a Texniki mexanika kollek cavabları Texniki mexanika haqqında qısa məlumat



Yüklə 2,34 Mb.
səhifə3/4
tarix16.01.2023
ölçüsü2,34 Mb.
#98678
1   2   3   4
541a Texniki mexanika kollek cavabları

Deformasiya — xarici qüvvənin təsiri ilə cismin forma və ölçülərinin dəyişməsidir. 
deformasiyanın növləri – dartılma,sıxılma,sürüşmə,burulma,əyilmədir.
Dartılma deformasiyası – cismin uzunluğunu artmasına səbəb olan deformasyadır. Məsəlsən məftillərin, rezinin uzanması və s.
Sıxılma deformasiyası – uzunluğun azalmasına səbəb olan deformasyadır.
Sürüşmə deformasiyası – cismin paralel təbəqələrinin bu təbəqələrə paralel qüvvələrin təsiri ilə sürüşməsinə deyilir. Ayrı-ayrı metal hissələrini bağlayan bolt və pərçimlər sürüşmə deformasyasına məruz qalır.
Burulma deformasiyası – bərk cisimlərin uclarına əks istiqamətdə yönəlmiş qüvvə momentləri tətbiq olunanda yaranan deformasyadır. Burulma zamanı cismin ayrı-ayrı təbəqələri bir birinə paralel qalır lakin bir birinə nəzərən dönür. Əyilmə deformasyasına polad xətkeşin əyilməsini misal gostərmək olar.

15.Dartılma və sıxılmada Huk qanunu


Təcrübələr göstərir ki, materialların elastikliyihəddi daxilində uzununa mütləq deformasiya bu milə təsir edən qüvvə və milin uzunluğu ilə düz, enkəsik sahəsi isə tərs mütənasibdir:

Bu ifadə dartılma və sıxılmada Huk qanununun riyazi ifadəsidir.
Bu ifadənin hər iki tərəfini l-ə bölsək, onda


olduğundan
Sonuncu ifadə Huk qanununun fiziki ifadəsidir.
16.Eninə deformasiya. Puasson əmsalı
Eninə mütləq deformasiyanın, milin deformasiyadan əvvəlki eninə olan nisbəti eninə nisbi deformasiya adlanır.

Eninə nisbi deformasiyanın uzununa nisbi deformasiyaya olan nisbətinin mütqəq qiyməti Puasson əmsalı adlanır.

17.Xalis sürüşmə. Mütləq və nisbi sürüşmə

Milin çox kiçik məsafədə həndəsi oxuna perpendikulyar istiqamətdə qiymətcə bir-birinə bərabər, istiqamətcə bir-birinin əksinə iki qüvvə təsir etdikdə yaranan deformasiya sürüşmə deformasiyası adlanır


Sürüşmə deformasiyası həmişə başqa deformasiyalarla birlikdə yaranır. Lakin başqa deformasiyalar sürüşmə deformasiyasına nisbətən az olduğundan nəzərə alınmır və deformasiya xalis sürüşmə hesab edilir.
Xalis sürüşməyə həm də müstəvi gərgin hal kimi baxmaq olar. Xalis sürüşmə elə müstəvi gərgin haldır ki, götürülmüş paralelopipedin yan üzləri boyu ancaq toxunan gərginliklər( ) təsir edir. Normal gərginliklər isə ( ) sıfır olur.
Xalis sürüşmənin təsirindən kvadratın BC tərəfi BB1=CC1=S qədər sürüşərək B1C1 vəziyyətini alır. Burada S - mütləq sürüşmə  - nisbi sürüşmə adlanır.

18. Burulma, burulmada yaranan gərginlik. Burucu momentlər epürünün qurulması
Burulmaya işləyən mil val adlanır. Valın bir ucunu sərt bağlayıb, digər ucuna cüt qüvvə tətbiq etsək, bu zaman burulma deformasiyası yaranar (Şəkil 1). Bu cüt qüvvə isə burucu və ya fırlanma momenti adlanır. Burulma deformasiyasına məruz qalan en kəsiyində yalnız burucu moment yaranır, yerdə qalan daxili qüvvə amilləri əyici momentlər, kəsici qüvvələr və normal qüvvə sıfra bərabər olur.

valın qorxulu en kəsiyində yaranan toxunan gərginliyin maksimal qiyməti;
qorxulu en kəsikdə burucu moment
burulmada buraxılabilən toxunan gərginlik;
dairəvi en kəsiyin qütb müqavimət momentidir.
Xarici momentlərin sayı ikidən çox olan hallarda valın təhlükəli kəsiklərini axtarmaq üçün burucu momentlər epüründən istifadə edilir
Fərz edək ki, ötürücü valın üzərimndə 1 ədəd aparan, 3 ədəd isə aparılan olmaqla 4 ədəd qasnaq oturdulmuşdur. Valın müntəzəm fırlandığı halında 1 qasnağının T1 momenti T2 ,T3 və T4 momentlərinn cəbri cəminə bərabər olur

19. Yastı əyilmə. Dayaqlar və dayaq reaksiyaları


Xarici qüvvənin təsirindən həndəsi oxu əyilən mildə əmələ gələn deformasiyaya əyilmə deyilir. Əyilməyə işləyən mil tir adlanır. Burada elə tirlərin əyilməsini nəzərdən keçirəcəyik ki, bu tirin en kəsiyinin heç olmasa bir simmetriya oxu olsun və bu tirə təsir edən qüvvə, simmetriya müstəvisi üzərində yerləşsin. Belə əyilmə yastı əyilmə adlanır.
Mexanika kursundan bizə 3 növ dayaq məlumdur:
1. Oynaqlı-tərpənən dayaq. Belə dayaqlarda qüvvənin tətbiq nöqtəsi və istiqaməti məlumdur. Qiyməti isə naməlumdur (şəkil 3,a).
2. Oynaqlı-tərpənməz dayaq. Belə dayaqlarda qüvvənin yalnız tətbiq nöqtəsi məlumdur. Qiymət və istiqaməti isə naməlumdur (şəkil 3,b).
3. Sərt bərkidilmiş dayaqlar. Belə dayaqlarda qüvvənin həm qiyməti, həm istiqaməti, həm də tətbiq nöqtəsi naməlumdur (şəkil 3,c). Bu dayağa sancılmış dayaq da deyilir.

20. Əyici moment və kəsici qüvvə epürünün qurulması

21. Maşın detallarının əsas işgörmə qabiliyyəti meyarları


Maşın insanların fiziki və ya əqli əməyini yüngülləşdirən və ya qismən əvəz edən, mexaniki hərəkət yaratmaqla materialı, enerjini və ya məlumatı daşıyan, toplayan, emal edən qurğulara deyilir.
Detal - eynicinsli materialdan heç bir yığma əməliyyatı aparılmadan hazırlanan maşın elementinə deyilir (bolt, işgil, dişli çarx və s.). Hissələr formasına görə sadə və mürəkkəb ola bilərlər. Düyüm- iki və daha çox detaldan ibarət olan və müəyyən funksional təyinata malik yığım vahidinə deyilir (diyirlənmə yastıqları, muftallar, reduktorlar və s.). Maşınları təşkil edən hissələr iki qrupa bölünürlər:
1. Ümumi təyinatlı hissələr;
2. Xüsusi təyinatlı hissələr.


Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə