5
etdi ki, bütün ictimai məşğuliyyətlərdə diskriminasiyanı (ayrı-seçkiliyi –
tərcüməçi) qanundan kənar edən qanun layihəsini Konqressə göndərəcəkdir.
Həmin qanun 1964-cü ilin Vətəndaş Haqları Aktı olmaqla, onun ölümündən sonra
qəbul edildi.
Ona görə ki, atam tarixi öyrənmişdi və mərdliyin mürəkkəb olduğunu başa
düşürdü, həm də onun sadə gücünü də yaxşı anlayırdı. O, inanırdı ki, özlərinin
həqiqi qiymətini almayan hərəkətləri barədə danışılan əhvalatlar, həmin adamların
nümunəsinin arxasınca getməkdə gələcək nəsillərin ilham almasına kömək edə
biləcəkdir. Bizim millətimiz liderliyi tanımağa, onlara hörmət etməyə və bunu öz
liderlərindən tələb etməyə möhtacdır. Con F.Kennedinin həyatı və karyerası
dünyadakı milyonlarla adamları ilhamlandırmışdır və Endryü Ceksonun
bəyanatında deyilən “Bir mərd adam çoxluğu əmələ gətirir” sözləri özünün həqiqət
olduğunu göstərdi.
Bizim ailə digərlərinin əməllərinə sevindiyi kimi, atamın ictimai xidmət
sahəsindəki əməllərinə görə də şərəf duyurdu. 1989-cu ildə “Mərdlik Profilləri
Mükafatı” təsis ediləndə bu mükafata hər il layiq görülən seçilmiş vəzifə sahibləri
bu ölkənin bünövrəsinə qoyulan ideallar üçün, bəzən hətta böyük şəxsi risqə
getmələrinə baxmayaraq, heç bir ləngliyə yol vermədən mübarizəyə qalxmışdılar.
Bu kişilər və qadınlar, Respublikaçılar və Demokratlar, yerli, ştat və milli
səviyyələrdə xidmət göstərərək, bu kitabda haqlarında danışılan səkkiz əfsanəvi
senatorun varisləri idilər. “Mərdlik profilləri” yazılan vaxtdan mərdliyin müəyyən
edilməsi barədə kollektiv baxışlarımız genişlənmişdir – bu gün biz kompromissə
gedən və öz xəttində dayanan adamları şərəfləndiririk.
Konqress üzvü olan qadın – Hilda Solis Amerikanın ən havası çirklənmiş
icmalarından birində böyümüşdü, o, gənc latınos əsilli adamların qızı kimi
Kaliforniyanın ştat senatoru olanda, ətraf mühit ədaləti barədəki ilk milli qanun
uğrunda mübarizəyə başçılıq etmişdi. Qonşuluqda ən zəhərli və risqli istehsala
malik olan, qeyri-proporsional qaydada kiçik və az gəlir verən müəssisələrin
yerləşdirilməsini o, bir ittiham kimi irəli sürürdü. Güclü müxalifətə qalib gəlməklə,
lazım gəldikdə kompromissə getməklə, Solis siyasət və biznes liderləri ilə iş
6
aparıdı ki, bütün icmalara düzgün münasibət göstərilməsi, onların inkişafına,
təchizatına və ətraf mühit qanunlarının gücləndirilməsinə hörmətlə yanaşılması
üçün bu ilk qanunvericiliyin keçməsinə təminat əldə etsin.
Konqressmen Con Lyuis həyatındakı karyerasının və mənəvi mərdliyinin
tanınmasındakı nailiyyətlərinə görə bərabəri olmayan “Mərdlik Profilləri
Mükafatı”nı almışdı. Vətəndaş Hüquqları Hərəkatının pioneri və 1963-cü ildə
Vaşinqtona marşın əsl təşkilaçılarından biri olan Lyuis bəzən Azadlıq reydləri
ərzində seqreqasiyaya (ayrılma, izolyasiya edilmə- tərcüməçi) qarşı çağırışı ilə və
afrikalı amerikalılar üçün səsvermə hüququna təminat əldə etmək naminə öz
həyatını risqə qoyurdu. Qırx dəfədən çox həbs olunmasına, fiziki hücumlara məruz
qalmasına, dəfələrlə döyüşməsinə baxmayaraq, o, heç vaxt qeyri-zorakılıq
fəlsəfəsinə özünü həsr etməkdən uzaqlaşmadı. Onun həyatı qeyri-adi igidliklə və
Amerikanı “sevilən icmaya” çevirməyə həsr olunması ilə əlamətdar idi.
Biz həmçinin unikal mərdlik hərəkətlərinə görə şərəf duyuruq. Misal üçün,
Prezident Cerald Ford Riçard Niksonu bağışlamağına görə (Riçard Nikson ABŞ
prezidenti kimi ikinci müddətinin ikinci ilində, 1974-cü ildə Uotergeyt cinayətinə
görə impiçment təhlükəsi altında istefa vermişdi. Ondan sonra prezident işləyən
Cerald Ford onun təqsirini əfv etmişdi – tərcüməçi) “Mərdlik Profili Mükafatı”nı
aldı. Ford belə bir qərara gəlmişdi ki, Amerika Uotergeyt yaralarından sağalmağa
başlamağa möhtacdır və o, yeganə adam idi ki, bunu mümkün edə bilərdi. Ford
prezidentə çevrildikdən bir ay sonra Niksonu bağışladı və bildirdi ki, bu hərəkəti
ona prezidentliyi itirmək bahasına başa gələcəkdir. O, 1976-cı il seçkilərində kiçik
üstünlük qazanan Cimmi Karterə (demokratların namizədi – tərcüməçi) uduzdu.
Atamın prezidentliyi, hərəkətə çağırışı təmsil etdiyi kimi, ictimai xidmətin
mahiyyəti də bizim dövrümüzdə 11 sentyabr hadisəsi (2001-ci ilin 11 sentyabrında
“Əl-Qayda”nın üzvləri qaçırdıqları iki sərnişin təyyarəsini Nyu-Yorkdakı Dünya
Ticarət Mərkəzinin “twin” – “ekiz” adlanan iki göydələninə çırpmış, hər iki bina
bütünlüklə uçmuş, üç minə qədər adam həlak olmuşdu, Pentaqon da belə hücuma
məruz qalmışdı – tərcüməçi) vasitəsilə yenidən aydın oldu. Həmin günün ürək
ağrıdan hadisələri ailələrə, icmalara, bizim millətimizə ağır itkiyə səbəb oldu.
7
Lakin həmin dəhşətli anlarda adi kişilər və qadınlar başqalarını xilas etmək naminə
öz həyatlarını təhlükəyə atıb, igidliyin real sifətini göstərdilər və yeni nəsli də
başqalarına göstərilən xidməti axtarmağa ilhamlandırdılar. Bizim ictimai
xidmətçilərimizin – yanğın söndürənlərimizin, polisin, tibbi komandaların,
vəzifəyə seçilmiş qulluqçuların qeyri-adi igidliyi minlərlə insanın həyatını xilas
etdi. Biz, silahlı qüvvələrimizdəki kişilərə və qadınlara yeniləşmiş bir valeh olma
qazandıq. Onlar öz karyeralarını igidliklə icra etdilər. Mülki işçilər Pentaqonda,
Dünya Ticarət Mərkəzində qeyri-adi igidlik nümayiş etdirdilər və göydə də bizə
igidlik qabiliyyətini göstərdilər. Axı xidmət göstərmək bizim hamımızın içindədir.
Bizim hər birimiz verməli olduğumuz töhfəni tapmalıdır. Öz ölümündən
əvvəlki axırıncı moizələrindən birində Martin Lyuter Kinqin dediyi kimi, “Siz
xidmət üçün kollec dərəcəsinə sahib olmaya bilərsiniz. Siz öz mübtədanızı və
feilinizi xidmət üçün razı olan bir qaydaya salmaya bilərsiniz. Xidmət üçün siz
Eynşteynin ehtimal nəzəriyyəsini bilməyə bilərsiniz. Siz yalnız xeyirxahlıqla dolu
ürəyə möhtacsınız. Könül hər şeyi məhəbbətlə edir. Və siz belə xidmətçi ola
bilərsiniz”.
Kerolayn Kennedi
2003-cü il
(Kerolayn Buvye Kennedi 1957- ci ildə anadan olmuşdur, Prezident Con F.
Kennedinin yeganə sağ qalan övladıdır. Kerolayn Harvard kollecində oxumuş,
Kolumbiya Hüquq Məktəbində hüquq doktoru dərəcəsi almışdır. 24 iyul 2013-cü
ildə Prezident Barak Obama Kerolayn Kennedinin ABŞ-ın Yaponiyadakı səfiri
kimi namizədliyini elan etmişdir. Sentyabr ayında K. Kennedi ABŞ Senatında
suallara cavab vermiş, oktyabr ayında Senat yekdilliklə onun Yaponiyada səfir
təyin edilməsinə razılıq vermişdi. 12 noyabr 2013-cü ildə o, Yaponiyaya gəlib, öz
vəzifəsinin icrasına başlşmışdır. O, Amerikanın Yaponiyadakı ilk qadın səfiridir. –
tərcüməçi)
Dostları ilə paylaş: |