42
edərəm və mənə məsləhət verin ki, təhsilimi və oynamağımı hansı hissələrə bölüm,
mən onları qoruyub saxlayacaq və onlara əməl etməyə çalışacağam.
Daha yaxşı böyümə barədəki hazırki qətiyyətlə, mən, əziz ser, sizin
oğlunuzam.
Con Kvinsi Adams”.
Yenidən, otuz altı il sonra Birləşmiş Ştatların Senatoru kimi xidmət
göstərən, Harvard universitetinin professoru və başlıca Avropa dövlətlərində
Amerikanın Elçisi olan bu adam öz gündəliyində kədərli şəkildə yazırdı:
“Mən qırx beş yaşındayam. Uzun həyatın üçdə ikisi arxada qalmışdır və mən
onu öz ölkəmə və bəşəriyyətə faydalı olmaqda fərqləndirmək üçün heç nə
etməmişəm... Ehtiraslar, tənbəllik, zəiflik və qətiyyətli olmamaq bəzən məni
haqqın yaxşı dərkindən uzaqlaşdırır və demək olar ki, yaxşı olanlar uğrundakı
cəhdlərimi iflic edir”.
Və nəticədə, yetmiş yaşında, özünü artıq parlaq Dövlət Katibi, müstəqil
Prezident və Konqressin bir natiq üzvü kimi fərqləndirəndə də, qəmgin şəkildə
məlumat verir ki, onun “bütün həyatı ümidin boş çıxması ardıcıllığıdır. Nə vaxtsa
hansısa işdə qazandığım uğurun sadə nümunəsini mən çox çətinliklə yığa bilərəm”.
Həm də onun ömrü öz əsasında o qədər acı etirazla əlamətdar olmuşdu ki,
heç vaxt amerikan tarixində paralellik qazanmamışdı. Con Kvinsi Adams –
Kapitolidəki özünün səksən yaşındakı ölümünə qədər – çox mühüm vəzifələr
tutmuşdu və öz millətinin tarixində heç kəsə qismət olmayan qaydada ən mühüm
hadisələrdə iştirak etmişdi. O, Haaqada Elçi, İngiltərədə Emissar, Prussiyada Elçi,
Ştat Senatoru, Birləşmiş Ştatların Senatoru, Rusiyada Elçi, Dövlət Katibi,
Birləşmiş Ştatların Prezidenti və Nümayəndələr Palatasının üzvü olmuşdu. O, bu
və ya digər qabiliyyətlər nümayiş etdirməklə amerikan inqilabında, 1812-ci il
müharibəsində və vətəndaş müharibəsinin başlanğıcında iştirak etmişdi. Tanışları
və kolleqaları arasında, onun gündəliyinin səhifələrində qohumu Sem Adamsın,
Con Hankokun, Vaşinqtonun, Ceffersonun, Franklinin, Lafayetin, Con Ceyin,
Ceyms Medisonun, Ceyms Monronun, Con Marşallın, Henri Kleyin, Endryü