8
Ön söz
Mərldik Prezident Kennedinin daha çox valeh olduğu bir ləyaqət idi. O, elə
adamları axtarırdı ki, onlar hansısa yolla, istər bu döyüş cəbhəsində iştirak, ya da
beysbol almazı olsun, nitq söyləməkdə və ya hansısa səbəbə görə vuruşda olsun,
igidliyə malik olduqlarını nümayiş etdirirdilər, onlar hökmən ayağa qalxacaqdır,
onlara arxa çevirmək mümkün olacaqdır.
Odur ki, bu kitab onun şəxsiyyətinə, inamlarına olduqca uyğundur. Bu elə
adamların həyatının öyrənilməsidir ki, onlar özləri ilə, öz gələcəkləri ilə, hətta öz
uşaqlarının maddi rifahı ilə risq etdilər, olduqca tez bir qaydada öz prinsiplərinin
müdafiəsi üzərində dayandılar. Bu, onun öz həyatını modelləşdirdiyi ideala
istiqamətlənmişdi. Və bu, başqalarına öz ürəyini vermək dövründə idi.
Endryü Ceksonun dediyi kimi, “Bir mərd adam çoxluğu əmələ gətirir”. Bu,
Prezident Kennedinin başqalarına göstərdiyi təsir idi.
Prezident Kennedinin 1964-cü ilin martında qırx yeddi yaşı tamam olmalı
idi. Onun yer üzərində keçirdiyi günlərin ən azı yarısı intensiv fiziki ağrılar
günlərinə düşürdü. O, hələ çox gənc olanda skarlatina ilə xəstələnmişdi və artıq
yaşlı olanda kürəyində ciddi ağrılar var idi. Arada o, demək olar ki, ağıla gələ bilən
hər bir tibbi müalicə alırdı. Biz bir yerdə böyüyəndə Con Kennedinin sancan
ağcaqanadın böyük risq etdiyini deyib gülürdük – onun azacıq qanı demək olar ki,
ağcaqanadı hökmən öldürərdi. O, müharibədən sonra xeyli müddət Çelsi dəniz
hospitalında müalicə olunmuşdu, 1955-ci ildə kürəyində böyük və çox ağrılı
cərrahiyyə əməliyyatlarına məruz qalmışdı, 1958-ci ildə isə qoltuq ağacları ilə
hərəkət etməyə məcbur olmuşdu. 1951-ci ildə dünya ətrafına səyahət vaxtı o, bir
xəstə adama çevrildi. Biz Okinavadakı (Yaponiyada ABŞ hərbi bazası yerləşən
ada- tərcüməçi) hərbi hospitala uçduq və onun hərarəti 106 dərəcədən (bu,
Faringeyt şkalası üzrə idi. Selsi şkalasına görə 41,1
0
edir – tərcüməçi) yuxarı idi.
Onlar xəstənin sağalacağına inanmırdılar.
Lakin bütün bu vaxt ərzində mən heç vaxt onun şikayətləndiyini
eşitməmişdim. Mən heç vaxt eşitməmişdim ki, o, özünü necə hiss etməsi barədə
9
nəsə desin. Allah ona qarşı ədalətsiz iş görmüşdü. Onu tanıyanlar yalnız sifətinin
bir az daha solğun olduğuna görə onun əzab çəkdiyindən hali olurdular. Onun
gözləri ətrafındakı xəttlər bir qədər dərin idi, sözləri isə bir qədər kəskin olurdu.
Onu tanımayanlar heç nəyi lazımınca ayırd edə bilmirdilər. O, öz problemləri
barədə şikayət etmirdi, ona görə də mən öz vəziyyətim barədə şikayətlənmək
istəyəndə - bunu o, həmişə hiss edirdi.
O, xəstəliyə qarşı mübarizə aparanda, müharibədə vuruşanda, Senata
seçilməyə başlayanda, Massaçusetsdə Müqəddəs Lourens dəmir yoluna görə
qüdrətli adamların mənafeyinə qarşı duranda, 1959-cu il Əmək İslahatı Aktı
uğrunda mübarizə aparanda, 1960-cı ildə Qərbi Virciniya praymerizinə (partiya
daxili ilkin seçkilərə - tərcüməçi) daxil olanda, Los-Ancelesdə Demokratik
partiyanın qurultayında heç bir hücuma yol vermədən Lindon Consonla debat
aparanda, Donuzlar körfəzindəki uğursuzluğa görə (1961-ci ildə Kubaya
müdaxilənin biabırçı surətdə baş tutmaması – tərcüməçi), polad şirkətləri ilə
mübarizə aparanda, 1961-ci ildə Berlində (Qərbi Berlində - tərcüməçi) xalq
qarşısına çıxanda, 1962-ci ildə yenidən həmin şəhərin azad olmasını tələb edəndə,
Sovet raketlərini Kubadan geri qaytarmağa məcbur edəndə, bütün vətəndaşlar üçün
bərabər hüquqlar barədə danışanda, mübarizə aparanda və yüzlərlə digər böyük ya
kiçik işlərdə o, bəşər məxluqunun necə ən yaxşı olduğunu ifadə edirdi.
O, inamını, mərdliyini, köməyə ehtiyacı olanlara yardım etmək istəyini, həm
də öz ölkəsinə həqiqi və əsl məhəbbət nümayiş etdirmişdi.
Onun cəhdləri hesabına əqli cəhətdən geridə qalanlar və əqli xəstələr daha
yaxşı şansa malik olacaqdılar, gənc adam təhsil almaq üçün daha böyük imkana
malik olacaq, ləyaqətlə və özünə hörmət bəsləmək şəraitində yaşayacaqdı, buna
görə xəstələr sağalmalı, dünya isə sülh şəraitində yaşamalıdır.
Prezident Kennedi Ağ Evdə üç min gün əvəzinə yalnız min gün oldu, həm
də o qədər çox sayda işlər görə bildi. Bu qədər çox işin görülməsinə hələ indiyədək
ehtiyac vardır.
Bu kitab öz dövründə nə etmək lazım olduğunu bilən və onu həyata keçirən
adamların əhvalatlarından danışır. Prezident Kennedi Dantenin “Cəhənnəmin ən
10
isti guşələrində o adamlara yer saxlanmışdır ki, onlar böyük mənəvi böhran
dövründə öz neytrallığını qoruyub saxlayırlar” sözlərini sitat gətirməyi sevirdi.
Con Kennedinin bu kitabda təsvir etdiyi adamların həyatından dərs almaq
mümkündürsə, əgər bu, onların həyatından və ömründən gələn dərs idisə, bu o,
deməkdir ki, bizdən heç kəs bu dünyada özünə seyrçi rolunu götürə bilməz, tənqid
heç də kənarda dayanmamalıdır.
Tomas Karleyl yazırdı: “Bizim arzuladığımız və qiymətləndirdiyimiz igidlik,
heç də ləyaqətli ölmək igidliyi deyildir, ancaq insan kimi yaşamaqdır”.
Ölümündən bir gün əvvəlki səhərdə Prezident Kennedi keçmiş Vitse-
Prezident Con Nensi Qarnerə ehtiramını bildirmək üçün onu öz yanına dəvət
etmişdi. Mister Qarnerin doxsan beş yaşı tamam olan ad günü idi. Mister Qarner
ilk dəfə Vaşinqtona gələndə ümumi federal büdcə 500 milyon dollardan az idi.
Prezident Kennedi isə 100 milyard dollardan bir qədər az olan büdcənin icra
edilməsinə başçılıq edirdi.
Prezident Kennedi öldürüləndə onun nənəsi Bostonda yaşayırdı. Prezident
Linkoln güllə atəşi ilə vurulan ildə də bu qadın sağ idi.
Biz gənc ölkəyik. Bu planetin bizi saxlamağa qadir olduğunu
aydınlaşdıranadək, biz böyüyür və genişlənirik. Biz elə problemlərə malikik ki,
indi əlli yaşında olan adam, hətta on il bundan əvvəl onlarla üzləşməyi heç
xəyalına da gətirə bilməzdi.
Bizim hamımızın enerjisi və istedadı, çağırışları – şəhərlərimizin,
fermalarımızın, özümüzün daxili çağırışlarımızı, - qarşılamağa ehtiyac duyur ki,
bütün yer kürəsində azadlıq uğrunda mübarizədə, savadsızlığa, aclığa və xəstəliyə
qarşı döyüşlərdə uğurlu olaq. Əylənmələr, özündən razılıq qabiliyyətsizliyi bizə pis
xidmət göstərəcəkdir.
Prezidentin sevimli müəllimlərindən biri olan lord Tvidsmuir öz tərcümeyi-
halında yazırdı: “İctimai həyat karyeranın tacıdır və gənc adamlar üçün bu, ləyaqət
ambitsiyasıdır. Siyasət hələ də ən böyük və daha şərəfli macəradır”.
Dostları ilə paylaş: |