35-ci prezidentin faciəli ölümünün 50 illiyinə Con F. Kennedi Mərdliyin profilləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/71
tarix17.02.2018
ölçüsü5,01 Kb.
#27113
1   ...   14   15   16   17   18   19   20   21   ...   71

 
53 
axtarandır və “Bonopartist Senatorlardan” biridir. Qrinfild şəhər “Gazette”-si onu 
“atasının şəxsiyyətinin qatilləri ilə birləşmiş” dönük adlandırmışdı. Bostonda onun 
özünün sosial dairəsi – varlılar, mədəni və nüfuzlu adamlar – hamı ona qarşı durdu. 
“Mən  reneqatla  eyni  masa  arxasında  otura  bilmərəm”  deyə,  Bostonun  aparıcı 
vətəndaşlarından  biri  Adamsın  da  getməli  olduğu  bir  naharda  iştirak  etməkdən 
imtina etməsi ilə cavab vermişdi. Və aparıcı bir Federalist Vaşinqton partiyasının 
dəyanətli  üzvlərinə  şən  bir  şəkildə  yazırdı:  “O,  adəti  saatda  Ştat  küçəsində  gəzir, 
lakin daim naməlum adam kimi görünür”.  
Con  Kvinsi  Adams  tək  idi  –  lakin  tam  tənha  deyildi.  “Mən  öz  dostlarımı 
Bostonda  və  ştat  qanunvericiliyində  tamamilə  tərk  etdim”  –  deyə,  o,  anasına 
yazırdı.  “Mən  heç  vaxt  qənaətləndirici  qaydada  ilahi  qüvvəyə  minnətdar 
olmamışam  ki,  atam  və  anam  bu  ümumi  tərk  edilmə  hərəkətinə  qoşulmadılar”. 
Doğma ştatındakı rəhmdillikdən kənar olan təhqir ilk dəfə onun üstünə töküləndə, 
Con Kvinsi yenidən atasına tərəf döndü və ona öz hisslərini bütünlüklə axıtdı. Və 
atası oğlunun situasiyasının “aydın, göz qabağında olan və aşkar” olduğu cavabını 
verdi. 
“Sənə  heç  bir  partiya  dəstək  vermədi;  sən  o  qədər  şərəfli  ürəyə,  o  qədər 
müstəqil ağıla və o qədər parlaq istedadlara maliksən ki, partiya maksimalarının və 
ya  partiya  hissiyyatının  ağalığı  altında  olan  istənilən  adama  səmimi  və  etibarlı 
qaydada  inanırsan...  Sən  öz  taleyinin  qərara  aldığından  asılı  ola  bilərsən...  Sən 
bunu bilməyə və gözləməyə borclusan və buna görə peşiman olmaq lazım deyildir. 
Sənə məsləhətim ondan ibarətdir ki, olduğun xəttlə möhkəm qaydada gedəsən, özü 
də mülayimliklə və ehtiyatla, çünki düşünürəm ki, bu, ədalət yoludur”. 
Lakin  bütün  Adams  ailəsi  oğullarının  mərdlik  hərəkətinə  görə  eks-
Prezidentin  keçmiş  tərəfdarlarının  gözündə  lənətlənirdi.  “Onun  (Con  Adamsın) 
dönüklüyü artıq kiminsə şübhə etmədiyi bir məsələdir” – deyə Nyu-Yorkdan olan 
Nümayəndələr Palatasının üzvü Qardiner qışqırırdı. “Mən Allahdan arzu edirəm ki
Breyntrinin  kübar  evi  lap  20  il  əvvəldən  deşiyə,  özü  də  dərin  deşiyə  qoyulaydı”. 
Lakin  ata  və  oğul,  Adamslar  birlikdə  dayanırdılar.  Atası  yazırdı:  “Parton  səni 
federalist  olmayan  kimi  məhkum  etdi  və  mən  arzu  edirəm  ki,  məni  də  eyni 


 
54 
qaydada  məhkum  etsin,  çünki  uzaq  olan  o  vaxtdan  üz  döndərmişəm,  istefa 
vermişəm,  adım  və  şəxsiyyətim  indi  üzə  çıxan  sektanın  atributlarından  imtina 
etmişdir”. 
Öz  atasının  dəstəyi  ilə  -  atasını  məğlub  edən  Prezidentlə  birgə  mübarizədə 
dayanan – Con Kvinsi Adams puritan əcdadlarına məxsus olan dönməzliyi və zəif 
olmamağı  saxlayırdı.  Bostonda  siyasi  cəhətdən  şüura  malik  olan  moizəçi  ona 
müraciət etdikdə, bu adam öz baxışlarını “kobud və ədəbsiz” qaydada yağdıranda; 
“mən  ona  dedim  ki,  ümid  edirəm  ki,  onun  yaşında  olanda  yalnız  bunu  qeyd 
edəcəyəm  ki,  ondan  öyrənilməli  bir  dərsə  malik  idi  –  bu  da  xristian  rəhmdilliyi 
idi”.  Kolleqası  Pikkerinq  onu  Qanunvericiliyə  yazdığı  açıq  məktubda  məhkum 
edəndə, bu məktub bütün Massaçusetsdə on minlərlə nüsxə şəklində yayılmışdı, o, 
buna məharətli bir cavab yazdı – Federalist partiyanı sektsiyaçı, dəbdən düşmüş və 
qeyri-vətənpərvər  kimi  tənqid  etdi;  təkid  etdi  ki,  müharibənin  və  sülhün  həlledici 
məsələləri heç  vaxt  “coğrafi  mövqe, əvvəlcədən  partiya inamı və ya  professional 
məşğuliyyət  əsasında  həll  edilə  bilməyəcəkdir”  və  Pikkerinqin  “minlərlə  hərb 
gəmisi olan Böyük Britaniya bizim kommersiyamızı dağıda bilsə belə, real olaraq 
bizə  heç  bir  xətər  toxundurmayacaqdır”  kimi  kölə  xidmətinə  bənzər  bəyanatına 
görə tufan qaldırdı. 
1808-ci  il  martın  sonunda  keçirilən  Federalist  Qanunvericilik  – 
Massaçusetsin  Respublikaçı  qubernatorunun  Ceffersona  yazdığı  kimi,  -  bir 
“prinsipial  məsələni  –  Con  Kvinsi  Adamsı  siyasi  və  hətta  şəxsi  məhv  etmə 
qaydasında”  müzakirə  etmək  üçün yığışdı. Hər iki palata  tezliklə təşkil edən tək, 
Qanunvericilik  ləngimədən  Adamsın  varisini  seçdi  –  onun  müddətinin  başa 
çatmasına isə hələ doqquz ay qalırdı! Bu işin davamı kimi, Qanunvericilik tezliklə 
Senatorlara  Embarqonun  ləğv  edilməsi  uğrunda  çalışmaq  barədə  təlimat  verən 
qətnamələr qəbul etdi. 
Adams belə bir fikrə gəldi ki, “Yalnız məni xüsusilə qeyd etmək məqsədilə, 
seçki  ləğv  edildi.  Nizamlı  qaydaya  görə  Qanunvericiliyin  qış  sessiyasına  qədər 
onlar bunu etməməli idilər”.  


 
55 
Və  o,  hiss  etdi  ki,  qətnamələr  “Senatorların  üzərinə  davranış  qaydası 
qoymaqla”,  istifadə  edilir,  buna  isə  “nə  mənim  mühakiməm,  nə  də  ruhum  dözə 
bilməzdi”. 
Yalnız bir xətt ona vicdanlı qaydada açıq idi – onun atasını Prezidentlikdən 
qovan adamın siyasətini müdafiə etdiyinə görə Senatdakı yerindən istefa verdi. 
O, yazırdı ki, “haqq barədə mənim düşüncəmin yeganə və müstəsna nəzarəti 
altında agentliyin ən dəqiq azadlığı olmadan” öz yerini saxlaması “sualdan kənar” 
bir şey idi. 
“Mən  ancaq  onu  əlavə  edə  bilərəm  ki,  bu  hərəkətlərin  hər  biri  onlar  üçün 
əzab  çəkdiyimə  peşiman  olmaqdan  çox  uzaqdır,  mən  onları  yenə  edəcəyəm,  bu 
qədər  çox  böhtanın,  qeyri-populyarlığın  və  yerimdən  uzaqlaşdırılmağımın  on 
dəfələrlə risqinə getsəm də, onlar indi də edilməlidir”. 
Lakin Ceffersonun xarici siyasətini xilas etmək üçün Senatda onun özünün 
səs verməsi vacib idi, Adams belə həlledici vaxtda onun gəlməsini tənqid edənlərə 
yazırdı  ki,  o  vaxt  “mən  öz  seçicilərimin  nüfuzuna  yüksək  dərəcədə  və  onların 
bəyan  edilmiş  iradələrinə  müqavimət  qədəhinə  olan  kimi  çox  acı  şəkildə 
yanaşdım...  Mən  onların  maraqlarını,  nifrətlərinin  üstünə  gələn  əlavələrə  qarşı, 
onları öz inciklik vassalığından xilas etmək üçün müdafiə edirdim”. 
Federalistlər  tərəfindən  nifrət  edilən,  respublikaçıların  şübhələndiyi  Con 
Kvinsi Adams özəl həyata qayıtdı. Onun ulduzu tezliklə yenidən parladı; lakin o, 
heç  vaxt  bu  hadisəni  yaddan  çıxarmadı  və  ya  öz  vicdan  mərdliyini  tərk  etmədi 
(Belə  bir  rəvayət  vardır  ki,  Adamsın  Prezident  kimi  siyasi  cəhətdən  müstəqil 
müddəti  ərzində  Prezidentin  dediyi  “o,  düşmənlərinin  qarışıqlığına  zərbə  vura 
bilər”  sağlığına  Deniel  Uebster  soyuqqanlı  qaydada  şərh  vermişdi:  “O,  artıq  öz 
dostlarına etdiyi kimi”). 1829-cu ildə Ağ Evdən istirahətə yollandıqdan az sonra o, 
Plimut  mahalının  seçicilərindən  xahiş  etdi  ki,  Konqressdə  onları  təmsil  etməyə 
razılıq  versinlər.  Öz  ailəsinin  və  dostlarının  məsləhətlərinə,  atasının  tərcümeyi-
halını yazmaqla məşğul olmaq barədəki arzusuna məhəl qoymayaraq, əgər seçilsə, 
o, bu vəzifəni qəbul etməyə razılıq verdi. Lakin o, dəqiq müəyyən etdi ki, birincisi, 
o, özünü heç vaxt namizəd göstərməyi gözləməyəcəkdir və ikincisi, o, Konqressdə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə