2915-“ İ a şə m ə hsullar



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə57/62
tarix08.06.2022
ölçüsü0,76 Mb.
#89055
1   ...   54   55   56   57   58   59   60   61   62
Lal-miraslanova-a-m-hsull.-tex

 
Badamlı piroq. 
Əla sort un-1st., toz-şəkər-3 x/q, badam-0,5st., yumurta ağı-8 ədəd, şəkərli 
vanilin-bir çimdik. 
Badam ətçəkən maşından və ya sürtgəcli maşından keçirilir. Yumurta ağı 
soyudulur, köpük əmələ gələnə kimi çalınır, şəkərin yarısı əlavə edilib, yenidən 
çalınır. Qalan xammallar (un, badam, şəkər, vanilin) əlavə edilib xəmir yoğrulur. 
Forma yağlanır, un və ya badam ovuntusu səpilir və xəmir eyni bərabərlikdə 
yayılır. 160-180 dərəcə temperaturda 30-40 dəqiqə bişirilir. 
Vanilli piroq. 
Əla sort un-2st., toz-şəkər-1,5st., kərə yağı-300q, nişasta-2 x/q, yumurta-10 
ədəd, şəkərli vanilin-1 ç/q. 
Yumurtanın ağını sarısından ayırın. Yağı xama konsistensiyasına qədər isidib
üzərinə nişasta və vanilin töküb taxta qarışıqla qarışdırın, sonra az-az yumurta sarısı 
əlavə edib kütləni çalın. Başqa qabda soyudulmuş yumurta ağını 10-12 dəqiqə çalıb 
üzərinə toz-şəkər əlavə edin. Şəkər əridikdən sonra iki çalıntını bir-birinə qatıb un 
əlavə edərək xəmir yoğurun. Xəmiri qarışdırmaq olmaz, əks halda rezınləşir. Hazır 
xəmir, içinə yağ sürtülmüş qənnadı formasına tökülür, səthi hazırlanır, 180-200 dərəcə 
temperaturda 25-30 dəqiqə bişirilir. Soyuduqdan sonra şəkər kirşanı səpilir. 


90
2) Müxtəlif yarimfabrikatların hazırlanması. Krem və şərbətlər. Yağlı
krem. 
Burada məhsulçalan maşının kasasına qatı xamavari vəziyyətə gətirilincə 
əridilmiş kərə yağı tökülüb 5-7 dəqiqə ərzində aramla çalınır və bunun içinə 
tədricən ələnmiş şəkər pudrası yaxud şəkər şərbəti və habelə vanil tozu və şərab 
qatılır. 
Sonra bunun içinə tənzifdən süzülmüş qatılaşdırılmış süd vurulur və hamısı 
birlikdə 7-10 dəqiqə təkrar çalınır. 
Şokolad-qaymaq kremi çalınıb qurtaranda içinə ələnmiş kakao tozu əlavə 
edilir. 
Krem biskvit, qatlama, toz şəkərli və bişmiş xəmirli pirojnaların və tortların, 
habelə müxtəlif bulkaların içinə və bəzəyinə sərf edilir. 
10 kq krem üçün burada 2825 q şəkər pudrası, 1-ci sortdan aşağı olmamaq 
şərtilə 5300 q kərə yağı, 2120 q qatılaşdırılmış süd, 53 q vanil pudrası və 20 q 
konyak yaxud şərab götürülür. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə