2915-“ İ a şə m ə hsullar



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə56/62
tarix08.06.2022
ölçüsü0,76 Mb.
#89055
1   ...   52   53   54   55   56   57   58   59   ...   62
Lal-miraslanova-a-m-hsull.-tex

 
Pirojna və piroq.
Əsas xəmirin resepti: əla növ un-1st, kərə yağı və ya marqarin -80q. Yumurta-
6ədəd, ¼ ç.q, su və ya süd-2/3st. 
Un ələnir. Qazana su, yağ və duz tökülüb yaxşıca qarışdırılır ki, deyirlər 
əmələ gəlməsin. Taxta qaşıqla qarışdırmaq şərtilə 1-2 dəqiqə qızdırılır. Bişmiş 
kütləni ocaqdan götürüb 70-80 dərəcəyə qədər soyudulur, qarışdıra-qarışdıra bir-
bir yumurta əlavə edilir. Bu zaman xəmiri çalmaq olmaz, ancaq eynicinsli kütlə 
alınana qədər qarışdırmaq lazımdır. Yumurta çox iridirsə 5 ədəd, çox xırdadırsa 7 
ədəd götürmək lazımdır. Hazır xəmir yumşaq, özlü konsistensiyaya malik olur. 
Xəmir ucunda konusvari dəmir olan (diametri 10-15 mm) qənnadı kisəsinə və 
yaxud perqament kağızından üçkünc torbaya töküb müxtəlif formalarda qənnadı 
təbəqələrinə çökdürürlər. Qənnadı təbəqələrini yaxşı yağlamaq lazımdır. 
Dəmlənmiş xəmirdən hazırlanan məmulatı 180-200 dərəcədə 30-40 dəqiqə 
bişirirlər. Bişmiş məmulatın içərisindəki boşluğa yağlı və ya zülallı krem, povidlo, 
mürəbbə və ya digər içliklər qoyulur. 
 
Ekler pirojnası. 


89
Xəmirin resepti və hazırlanma qaydası əsas xəmirdə olduğu kimidir. 
Yağlı krem üçün: kərə yağı- 100q, qatılaşdırılmış süd-6 x.q. vanilin. 
Üstünə sürtməyə pomadka üçün: toz-şəkər-8 x.q., su 6-x.q, kakao tozu-2ç.q. 
Hazırlanmış xəmiri kiçik çubuq formasında qənnadı təbəqələrinə çökdürüb 
bişirirlər. Bişmiş pirojnalar soyuduqdan sonra bir qırağından bıçaqla kəsilib, həmin 
yerdən pirojnanın içinə krem doldurulur. Kremi qənnadı şirəsinə və yaxud 
perqament kağızından hazırlanmış üçkünc torbaya töküb, oradan sıxmaqla 
pirojnanın içinə doldurmaq olar. 
Pirojnaların üstünə şokoladlı pomadka çəkilir. 
Krem və pomadkanın hazırlanması yarımfabrikatlar bölməsində verilmişdir. 

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə