2016-ci ilin İllik Hesabatı



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə19/21
tarix31.08.2018
ölçüsü3,71 Mb.
#65766
1   ...   13   14   15   16   17   18   19   20   21

64

PASHA Bank. Annual Report.2014

PAŞA Bank müxtəlif potensialın 

gücləndirilməsi və bacarıqların 

təkmilləşdirilməsi təlimlərində iştirak 

etmək və ya işçilərini göndərmək 

üçün resursları olmayan  kiçik və orta 

sahibkarlıq müştəriləri üçün seminarlar 

təşkil edir. 




65

PASHA Bank. Annual Report.2014

KORPORATİV SOSİAL 

MƏSULİYYƏT



66

KORPORATİV SOSİAL 

MƏSULİYYƏT

Nümunəvi korporativ vətəndaş amalına 

sadiq qalan PAŞA Bank sosial məsuliyyətə yüksək 

önəm verir və fəaliyyət göstərdiyi cəmiyyətin 

bir hissəsi olmağa xüsusi diqqət yetirir. Təsis 

edildiyi tarixdən  PAŞA Bank cəmiyyətdə 

vəziyyəti önləyən, əməkdaşlıq və birgə iş naminə 

vəzifələr icra edib, Azərbaycan xalqının rifahının 

təmin edilməsini və ölkənin yaşamaq və işgüzar 

fəaliyyətlə məşğul olmaq üçün daha yaxşı 

məkana çevrilməsini dəstəkləmək məqsədinə 

qulluq edib.

Bugünkü dəyişkən və sürətlə qloballaşan 

dünyada hər-hansı müəssisə və ona aid olan 

maraq dairələri uzunmüddətli artımı təmin 

etmək məqsədilə eyni yolla addımlamalıdırlar. 

Bunun üçün PAŞA Bank 2015-ci ildə ənənəvi 

korporativ sosial məsuliyyət modelindən 

maraqlı tərəflərin fəal cəlb edilməsindən ibarət 

daha müasir yanaşmaya keçmişdir. Bununla 

bankın Azərbaycan xalqının güzəranının 

yaxşılaşdırılması dəstixəttinindən kənara 

çıxmaması təmin ediləcək.

PAŞA Bank yeni korporativ sosial 

məsuliyyət yanaşmasının hər bir cəhəti aşağıdakı 

üç istiqamətdən qaynaqlanır:

•         Sahibkarlığı səlahiyyətləndiririk.

•         İnsan kapitalını səlahiyyətləndiririk.

•         Keyfiyyətli idarəçiliyi və potensialın 

gücləndirilməsini səlahiyyətləndiririk.

Sahibkarlığı səlahiyyətləndiririk

Bu istiqamət, hazırki müştərilərə effektiv 

xidmət göstərməklə və müştəri bazasını 

genişləndirməklə KOS sektorunu dəstəkləməyi 

hədəfləyir. PAŞA Bank iştirak haqqını ödəyə 

bilməyən və ya işçi heyət üzvlərini potensialın 

gücləndirilməsi və bacarıqların artırılması 

mövzusunda müxtəlif təlimlərə göndərə 

bilməyən KOS sektorundan olan müştəriləri 

üçün seminarlar təşkil edir. Bankın “Məsuliyyətli 

biznes: inkişaf üçün yerli potensialın yaradılması” 

seminarları yerli peşəkar təlimçilər tərəfindən 

Biznesə Dəstək Mərkəzlərində və ya “Barama” 

İnnovasiya və Sahibkarlıq Mərkəzində aparılır. Bu 

tədbirlər “PAŞA Bank” brendi üzrə bəyan edilmiş 

müştərilərlə birgə yeni zirvələri fəth etmək 

vədinə həmçinin uyğun gəlir.

Layihələr portfeli

“Ideya Qazandi”: 

Realiti şou və ölkədə ilk belə televiziya 

layihəsi olan “İdeya Qazandı” yerli miqyasda 

yayımlanır. 10 seriya davam edən şouda 

gənc sahibkarlar PAŞA Bank və uğurlu 

biznes sahibləri kimi böyük şirkətləri və 

maliyyə təsisatlarını təmsil edən investorlar 

qrupundan mənbə kapitalını təmin etmək üçün 

müvafiq ideyalarını ortaya qoyurlar. “İdeya 

Qazandı” işgüzar fəaliyyət sahəsində nou-hau 

səviyyəsini və gənclər arasında etik davranış 

mədəniyyətini artırmaqla sahibkarlıq, kiçik və 

orta müəssisələri inkişaf etdirmək məqsədinə 

qulluq edir.

Biznes klass layihəsi

Bu layihənin əsas məqsədi yüksək səriştəli 

sahə peşəkarlarının apardığı maarifləndirici 

seminarlar vasitəsilə qeyri-neft sektorunda 

fəaliyyət göstərən kiçik və orta müəssisələrin 

işgüzarlıq qabiliyyətinin və bacarıqlarının 

artırılmasıdır.

Yox olma təhlükəsinə məruz qalan nadir 

sənət növləri 

PAŞA Bank həmişə Azərbaycanın milli 

irsini qoruyub saxlamağı hədəfləyir. 2016-cı 

ildə Bank Azərbaycan əl işləri sənətinə həsr 

edilmiş layihəni həyata keçirmişdir. Bu təşəbbüs 

gənclərin zərgərlik, metal üzərinə naxış vurma, 

ağac üzərində oyma işləri, xalça toxuma, 

naxışlı toxuma, toxuma işi, naxış tikmə işi 

kimi nadir sənət növlərinə marağını cəlb 



67

etməklə ölkənin bir sıra regionlarında iqtisadi 

potensialı  səlahiyyətləndirməyi nəzərdə 

tutur. Layihə gənclərə əl işləri ilə bağlı şəxsi 

ailə biznesini davam etdirməyə yardım 

etmək məqsədini güdür. Bu təşəbbüsün digər 

müsbət nəticəsi daimi bacarıqları və daimi iş 

yerlərini yaratmaqla  işsizliyin azaldılmasına 

töhfə verməkdir. Seçilmiş gənclər yerli ustalar 

tərəfindən təlimləndirilmiş və yekun əl işləri 

Bakıda keçirilən satış sərgisində sərgilənmişdir. 

Bu innovativ layihə 300 gənci Azərbaycanın 

qədim əl işləri sənəti üzrə təlimləndirmişdir, 

bu gənclərdən 100-ü əldə etdikləri bacarıqlar 

ilə sahibkarlıq fəaliyyətinə başlamaq üçün 

həvəsləndirilmişdir. 

İnsan kapitalına güc veririk

Bu istiqamətdə məqsəd ölkənin ən yaxşı 

tələbələrini və gənclərini banka iş praktikasına 

və ya işçi qismində cəlb etmək üçün seçmək və 

təlimləndirməkdən ibarətdir.

Layihələr portfeli

PAŞA Bankın Tələbə Təqaüdü proqramı

2012-ci ildən PAŞA Bank Tələbə Gənclər 

Təşkilatları İttifaqı ilə tərəfdaşlıq çərçivəsində 

tələbə təqaüdü proqramını həyata keçirir. 

Proqram yerli universitetlərdə istedadlı və 

cəmiyyət qarşısında məsuliyyətli tələbələri, 

həmçinin özəl və dövlət sektorları üçün 

gələcəyin liderlərini yetişdirmək məqsədilə 

tərtib edilib. Bu təşəbbüslə təhsildə fərqlənən, 

liderlik potensialı və cəmiyyət qarşısında 

məsuliyyətini nümayiş etdirən tələbələr 

dəstəklənirlər.

Bank riyaziyyat, iqtisadiyyat, maliyyə, 

audit və digər aidiyyəti mövzular üzrə təhsil 

alan tələbələr üçün təqaüd ayırır. Təqaüd 

proqramı üçün seçim prosesində üstünlük 

tələbə müsabiqələrində fəal iştirak edən, 

sosial fəaliyyətlərə fəal cəlb olunan və həm 

fərdi, həm də peşəkar aspektdən davamlı 

inkişaf üçün səy göstərən tələbələrə verilir. 

Təqaüd proqramı ən yaxşı tələbələri daha çox 

işləməyə həvəsləndirərək, eyni zamanda da 

sosial aspektdən daha məsuliyyətli gələcək 

nəsilləri formalaşdırır. Bu təşəbbüs gəncləri 

maarifləndirməyi, həmçinin intellektual 

potensialları ölkənin daha da inkişaf etməsinə 

xidmət edəcək istedadlı fərdləri müəyyən 

etməyi və mükafatlandırmağı hədəfləyir. 

Potensial və əlverişli idarəçiliyi 

dəstəkləyirik 

Bu aspekt müxtəlif maarifləndirmə 

təşəbbüsləri və tədbirləri vasitəsilə Bankın 

nüfuzunu dəstəkləməyi hədəfləyir.

Layihələr portfeli

Biznes jurnalistikası

Layihənin məqsədi seçilmiş 11 jurnalistin 

ehtiyaclarını cavablandırmaq üçün hazırlanmış 

xüsusi təlim proqramı vasitəsilə milli KİV-lərin 

peşəkar səriştə və bacarıqlarını gücləndirməklə 

Azərbaycanda biznes xəbərlərinin yazılması 

standartlarını artırmaqdan ibarətdir. Layihə, 

Avropanın nəhəng KİV təşkilatlarından 

biri, Thomson Foundation ilə əməkdaşlıq 

çərçivəsində həyata keçirilir və jurnalistlər 

üçün digərləri ilə yanaşı BBC, Al Jazeera və 

Associated Press Reuters KİV qurumlarından 

təcrübə toplamaq imkanının gerçəkləşməsinə 

qulluq edir.

Proqramda diqqət aşağıdakı jurnalistika 

səlahiyyətləri və bacarıqlarının gücləndirilməsi  

üzərində cəmləşir: 

- Müxtəlif hekayə yazma tərzləri

- Oçerk yazma bacarığı; 

- Xəbərlərin yayılması; 

- Xəbər məzmununun yazılması; 

- Müsahibə götürmək üsulları və səriştələri.



PAŞA Bankın 2016-cı il üzrə fəaliyyətinə dair İllik hesabat 


Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə