2016-ci ilin İllik Hesabatı



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə18/21
tarix31.08.2018
ölçüsü3,71 Mb.
#65766
1   ...   13   14   15   16   17   18   19   20   21

61

sahibkarlığın inkişafının perspektivinə dair rəyləri 

ilə bölüşdülər. İkinci panel isə biznes fəaliyyətinin 

dayanıqlı qurulması qaydaları, o cümlədən 

yeni iqtisadi reallıqlara uyğunlaşma, korporativ 

idarəçiliyin təkmilləşdirilməsi və sair bu kimi 

aspektlərin müzakirə edilməsinə həsr edilmişdir. 

 

Dəstəklənmiş və birgə təşkil edilmiş tədbirlər 



PAŞA Bank sənayeni təmsil edən ekspertlər 

ilə panel müzakirələri vasitəsilə iqtisadi 

riskləri və ssenariləri təhlil edən təşəbbüsləri 

dəstəkləyir. Bu tədbirlərdə diqqət artım üçün 

perspektivlərə yönələrək qlobal risklər və 

irəliləyişlər Azərbaycanda və Xəzər regionunda 

biznes liderlərinin üzləşdikləri strateji qərarlar 

ilə əlaqələndirilir. 2016-cı ildə PAŞA Bank bir sıra 

maraqlı tərəflərlə tərəfdaşlıqda bir sıra ölkələrdən 

siyasət qurucularının, investorların və qeyri-

hökumət təşkilatlarının Azərbaycanın iqtisadi 

inkişafını sürətləndirmək üçün imkanları müzakirə 

etmək üçün bir araya gəldiyi tədbirləri təşkil 

etmişdir.

Enerji, bərpa oluna enerji və dayanıqlıq 

(22 aprel 2016-cı il)

PAŞA Bank Azərbaycandakı Amerika Ticarət 

Palatası tərəfindən ABŞ-ın Azərbaycandakı səfirliyi, 

ADA universiteti, Alternativ və bərpa olunan enerji 

mənbələri üzrə dövlət agentliyi və digər hökumət 

və biznes təşkilatları ilə tərəfdaşlıqda təşkil etdiyi 

“Enerji, bərpa olunan enerji və dayanıqlıq” adlı 

konfransa sponsorluq etdi. Konfrans 22 aprel 

2016-cı ildə Bakı şəhərində keçirilmişdir.

Sıralarında PAŞA Bankın Baş icraçı direktoru 

və İdarə heyətinin sədri Taleh Kazımovun da olduğu 

konfrans spikerləri dayanıqlıq, Azərbaycanın aşağı 

karbon iqtisadiyyatına keçidi, ətraf mühitə dair 

tənzimləyici qaydalar və uyğunluq, yaşıl enerji 

məqsədlərinə dair maarifləndirmə və təşviqat 

aspektlərini təhlil etmişdir. Tədbirdə bərpa olunan 

enerji strategiyalarını artıq uğurla tətbiq edən 

ölkələrin təcrübələrinin mənimsənilməsinin 

faydası, eləcə də  tədqiqat və inkişaf işlərinin 



PAŞA Bankın 2016-cı il üzrə fəaliyyətinə dair İllik hesabat 


62

DAYANIQLI İQTİSADİ İNKİŞAFA DƏSTƏK




63

əhəmiyyəti vurğulanmışdır. Əsas nitqdə bütün 

ölkələr tərəfindən milli bərpa olunan enerji 

strategiyasının və müvafiq qanunvericilik 

çərçivəsinin hazırlanmasının labüdlüyü, eləcə də 

belə bir strategiyanı həyata keçirmək üçün müvafiq 

elmi və texniki potensialın inkişaf etdirilməsinə 

investisiyanın edilməsi ehtiyacı vurğulandı. 

PAŞA Bankın Baş icraçı direktoru və 

İdarə heyətinin sədri Taleh Kazımov öz 

nitqində qeyd etdi ki, Azərbaycan iqtisadiyyatı 

innovativ texnologiyaları istifadə etməklə və 

mütərəqqi yanaşmaları və ən əlverişli təcrübələri 

mənimsəməklə adaptasiya olunmalıdır. 

Azərbaycan Mikro-maliyyə assosiasiyasının 

təşkil etdiyi İllik konfrans (6-7 oktyabr, 2016-cı il)

“Üfüqdə yeni imkanlar: çətinlikləri imkanlara 

çevirək” adlı beynəlxalq mikro-maliyyə konfransı 

Bakıda 6-7 oktyabr 2016-cı ildə keçirilmişdir. PAŞA 

Bank tədbirin əsas sponsoru idi.

Konfrans iştirakçıları bir sıra aspektləri, o 

cümlədən Azərbaycanın mikro-maliyyə bazarında 

dayanıqlı kreditləşmə və məsuliyyətli borc alma, 

uzun müddətli əmanətlər və investisiyalar ilə 

bağlı maliyyə maarifləndirilməsi, kiçik fermerlərin 

ehtiyaclarını təmin etmək üçün innovativ kənd 

təsərrüfatı alətlərinin müəyyən edilməsi, maliyyə 

təşkilatlarında qiymətlərin müəyyən edilməsi 

siyasətinin optimallaşdırılması, rəqəmsal inqilab və 

sair oxşar məsələləri müzakirə etmişdir.

PAŞA Bankın Baş kommersiya inzibatçısı 

Melih Mengu konfransda spiker qismində çıxış 

etmiş və iştirakçıların nəzərinə çatdırmışdır ki, PAŞA 

Bank korporativ və private banking seqmentlərinə 

geniş çeşidli maliyyə xidmətləri təmin edən 

və şəffaf biznes prinsiplərinə riayət edən lider 

təşkilatlardan biridir. 2016-cı ildə PAŞA Bank mikro-

maliyyələşdirmə üçün 70 milyon manat həcmində 

vəsait ayırmışdır. 

Bu tədbirdə təxminən 130 nümayəndə iştirak 

etmişdir. İştirakçılar sırasına Türkiyə, ABŞ, Almaniya, 

Rusiya, Qazaxıstan, Ukrayna, Bolqarıstan və 

İtaliyadan bir sıra beynəlxalq və yerli investisiya 

firmalarından və xidmət təminatçılarından mikro-

maliyyə və ixtisaslı maliyyə ekspertləri daxil idi. 

ABŞ-Azərbaycan Biznes forumu (1 dekabr 

2016-cı il)

Azərbaycandakı Amerika Ticarət Palatası 

PAŞA Bank ilə tərəfdaşlıqda və bankın maliyyə 

dəstəyi ilə ilk Azərbaycan-ABŞ biznes forumuna 

ev sahibliyi etmişdir. Forumun məqsədi iki ölkə 

arasında  biznes münasibətlərini yaxşılaşdırmaq 

üçün Azərbaycanı, onun iqtisadiyyatını və 

imkanlarını Amerikan şirkətlərinə təqdim etmək idi. 

Azərbaycan və ABŞ-dan hökumət, elmi icma 

və sənaye təmsilçiləri Azərbaycanda iş fəaliyyəti, 

investisiya imkanları və özəlləşdirmə aspektlərini 

əhatə edən təqdimatlar təqdim etdilər. Forum 

çərçivəsində həmçinin Azərbaycandakı Amerika 

Ticarət Palatası və Azərbaycan Dövlət Gömrük 

komitəsi arasında yaşıl dəhlizin və AmCham üzvləri 

üçün gömrük sərhədlərindən mal və nəqliyyat 

vasitələrinin daşınması üçün digər nəzarət-buraxılış 

sistemlərinin istifadəsi üzrə əməkdaşlıq və təşviqata 

dair Anlaşma memorandumu imzalanmışdır. 

Tədbir çərçivəsində Bank və Maliyyə, Enerji 

və Sənaye, Kiber təhlükəsizlik və E-ticarət, Kənd 

təsərrüfatı və ticarət və Nəqliyyat aspektlərinə 

dair sessiyalar da təşkil edilmişdir. Konfransdan 

sonra B2B toplantılar keçirilmişdir. Honeywell, 

International Development of Reinke, AGCO 

Corporation, John Deere, Commercial Airplanes 

Boeing və TERA International Group Inc. kimi 

tanınmış amerikan şirkətlərinin nümayəndələri 

bu tədbirdə iştirak etmək üçün Azərbaycana səfər 

etmişdir. 



PAŞA Bankın 2016-cı il üzrə fəaliyyətinə dair İllik hesabat 


Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə