40
PAŞA Bank, müştərilərlə fərdi münasibət
üzrə sadiq müştəri menecerləri heyətini, əhatəli
məhsul çeşidini və səmərəli biznes prosesləri
səfərbər etməklə eyniliklə böyük müəssisələr
və kiçik sahibkarlıq subyektləri üçün ehtiyaclara
uyğun müəyyən edilmiş məhsullarını və xid-
mətlərini təmin edir. Azərbaycanın rifahı və
yüksəlişinə tərəfdar olan PAŞA Bank yüksək
artımla inkişaf edən iqtisadiyyat sahələrində
dərin səriştəyə yiyələnib. Orta sahibkarlıq
subyektlərinin böyüməsinə genişçeşidli maliyyə
xidmətləri və bank məhsulları vasitəsilə dəstək
verməklə PAŞA Bank ölkə iqtisadiyyatının
həmçinin şaxələnməsinə töhfə verir.
Layihələri maliyyələşdirmə
2016-ci ildə PAŞA Bank ASC region üçün
sosial əhəmiyyət kəsb edən iri layihələr üzrə
bazar və iqtisadi əsaslandırma tədqiqatları həyata
keçirmişdir. Maliyyə və texniki təhlillərdən istifadə
etməklə bu tədqiqatlar qeyri-neft sektorunun
inkişafının stimulaşdırılmasını, yerli bazarın
genişləndirilməsini və maliyyə aktivlərindən
effektiv istifadənin təmin edilməsini hədəfləyir.
PAŞA Bank istehsalata təkan verən,
məşğulluğu artıran və yüksək səviyyədə əlavə
dəyər yaradan layihələri maliyyələşdirmə
sahəsində böyük fəallıq göstərir. Bank
müştərilərinin çox sayda müxtəlif layihələri üzrə
marketinq və iqtisadi əsaslandırmanı, həmçinin
texniki və fiskal təhlilləri aparmağa davam
etmişdir. Nəticədə PAŞA Bank Azərbaycanın
sənaye inkişafına töhfə verən investisiya layihələri
üçün maliyyələşmə imkanlarını təmin etmişdir.
İl ərzində Bank aparıcı qida sənayesi müəssisə-
si üçün yeni istehsalat avadanlığı qurmaq üçün
zavodun yenidən maliyyələşdirilməsini həyata
keçirmişdir. Zavod ilk olaraq 2012-ci ildə istismara
verilmişdir, layihə qiymətinin 32%-i PAŞA Bank
tərəfindən maliyyələşdirilmişdir. Yeni məşğulluq
imkanları yaradan istehsalat sahəsi 3 hektarlıq
sahədə yerləşir və istehsalat zonasından,
soyuducu anbarından, laboratoriya və inzibati
binadan ibarətdir. Layihə yerli bazarda yerli ət və
süd məhsullarının payını artırmağı və qısa müddətli
perspektivdə idxaldan asılılığı azaltmağı hədəfləyir.
2016-cı ildə Bank həmçinin iki iri layihəni
maliyyələşdirmək üçün yeni məhsul çeşidi təqdim
etməklə tikinti sənayesinin inkişaf etdirilməsinə
də yardım etmişdir. PAŞA Bank ölkənin aparıcı
metallurgiya şirkətlərindən biri tərəfindən
yeni məhsulun istehsalı üçün zavodun tikintisi
layihəsinin 25%-ni maliyyələşdirmişdir. Bank
Müştəri üçün əhatəli bazar təhlilləri və iqtisadi
əsaslandırmanı həyata keçirmişdir.
Bundan başqa, PAŞA Bank tikinti
materialları sektorunda fəaliyyət göstərən şirkət
üçün iri layihə olan yeni açılmış gips zavodunun
42%-ni maliyyələşdirmişdir. Zavod üçün avadanlıq
Türkiyədən idxal olunur. Bu layihə şirkətin ümumi
istehsalat həcmini, regiondakı bazar payını
artıracaq və Bankın texniki-iqtisadi əsaslandırma
təhlillərində proqnozlaşdırıldığı kimi dövriyyə
həcmini artıracaq.
Layihələri maliyyələşdirmə yaxın gələcəkdə
PAŞA Bankın mühüm fəaliyyət istiqamətlərindən
biri kimi qalacaq. Bank, real sektora zəruri
olan vəsaiti ötürməklə ölkə iqtisadiyyatı üçün
taleyüklü sahələrdə layihələri maliyyələşdirmə
baxımından aparıcı mövqeyini qorumaq
niyyətindədir.
KORPORATİV VƏ KOMMERSİYA
BANKÇILIĞI
2016-ci ildə PAŞA Bank region üçün sosial əhəmiyyət kəsb edən
iri layihələr üzrə bazar və iqtisadi əsaslandırma təhlilləri həyata
keçirmişdir.
41
FAKTORİNQ
2016 fiskal ilində PAŞA Bank günü-gündən artan müştəri
bazasına daha yaxşı xidmət göstərmək üçün Rusiya, İtaliya,
Birləşmiş Ərəb Əmirlikləri və Litvada fəaliyyət göstərən fak-
torinq şirkətləri və bankları ilə müxbir münasibətlər qurmağa
müvəffəq olmuşdur.
2015-ci ildə PAŞA Bank Azərbaycanda fak-
torinq xidmətlərini göstərən ilk maliyyə təsisatı
oldu. Bu gün bazarda lider mövqeyini saxlamaqla
Bank ölkə-daxili faktorinq, güzəştli hesab-fak-
turalar, təchizat zəncirinin maliyyələşməsi, ixrac
və idxal üzrə faktorinq daxil olmaqla bütün növ
faktorinq xidmətlərini/məhsullarını təklif edir.
2015-ci ildə PAŞA Bank Beynəlxalq Faktorlar
Assosiasiyasının (Factors Chain International,
FCI) Azərbaycandan yeganə üzvü olan bank
idi. FCI dünyanın aparıcı faktorinq şirkətlərinin
qlobal şəbəkəsidir. Bunun sayəsində PAŞA Bank
90 ölkədə 400-dən çox faktorinq xidməti/
məhsulu təminatçısına çıxış əldə edib.
Faktorinqə dair əsas tələblər
aşağıdakılardan ibarətdir:
• satıcı (təchizatçı) və alıcı (borclu) arasında
müqavilə;
• satıcı (təchizatçı) və alıcı (borclu) arasında
müəyyən vaxtı əhatə edən kommersiya
münasibətlərinin təsdiqi;
• satıcı (təchizatçı) və alıcı (borclu) arasında
mallar və xidmətlərin təchizatını təsdiqləyən
təslim-təhvil aktı;
• müqavilə ilə tələb edilən bütün hesab-
fakturaların, həmçinin digər köməkçi
(müşayiətedici) sənədlərin banka təqdim
edilməsi.
Faktorinqin üstünlükləri aşağıdakılardır:
• kreditə (sonradan ödəmək şərtilə) satış
məbləğinin 90%-dək nisbətini dərhal almaq
imkanı;
• dövriyyə vəsaitinin münasib maliyyələşmə
şərtləri hesabına artırılması;
• təyin edilmiş maliyyə vəsaiti və
uzunmüddətli ödəniş şərtləri;
• alınacaqlar və ödənişlər üzərində artırılmış
kredit nəzarəti;
• təchizatçı və alıcı arasında etibara
əsaslanan münasibətlərin dəstəklənməsi.
2016-cı ilin sonuna PAŞA Bankın məcmu daxili
faktorinq əməliyyatlarının həcmi 106 milyon
manat təşkil etmişdir. İcra edilmiş toplam hesab
fakturaların sayı 1000-dən çox olmuşdur.
2016 fiskal ilində PAŞA Bank günü-gündən artan
müştəri bazasına daha yaxşı xidmət göstərmək
üçün Rusiya, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri
və Litvada fəaliyyət göstərən faktorinq şirkətləri
və bankları ilə müxbir münasibətlər qurmağa
müvəffəq olmuşdur.
Faktorinq xidmətləri/məhsulları Azərbaycanda
fəaliyyət göstərən kiçik və orta müəssisələr üçün
çox uyğundur, onlar üçün girov əsaslı ənənəvi
kreditləşmə ilə müqayisədə daha münasib
şərtlərlə maliyyə vəsaitinə çıxışı təmin edir.
PAŞA Bank bu istiqamətdə fəaliyyətinin yaxın
illərdə artmağa davam edəcəyini gözləyir.