42
FƏRDİ BANKÇILIQ
Fərdi müştərilərə əhatəli maliyyə xid-
mətləri təmin etmək üçün PAŞA Bank iki yeni
departamenti açmaqla Fərdi bankçılıq blokunu
genişləndirmişdir:
• Marketinq və məhsulların idarə edilməsi
• Fərdi bankçılıq
Bu iki departamenti qurmaqla Fərdi
bankçılıq bloku bir sıra məqsədləri, o cümlədən
aşağıdakıları müəyyən etmişdir:
• Rəqəmsal bank sistemini qurmaq və inkişaf
etdirmək;
• Fərdi bank proseslərini avtomatlaşdırmaq;
• Fərdi bankçılığın PAŞA Bank-ın gəlirliliyinə
töhfəsini artırmaq;
• Yeni maaş layihələrini həyata keçirmək üçün
korporasiyalar vasitəsilə PAŞA Bank maaş kart
sahiblərinin sayını artırmaq;
• Yeni məhsulları yaratmaq və mövcud
məhsulları təkmilləşdirmək.
Fərdi bankçılıq bloku Marketinq və məhsul-
ların idarə edilməsi və Fərdi bankçılıq departa-
mentlərinin yaradılması ilə bir sıra nailiyyətlər
əldə etmişdir:
• Yeni mobil bank əlavəsi-fərdi müştərilərə
kredit üçün müraciət etmək, kartdan-karta və
kommunal xidmətlər üçün ödəniş etmək imkanı
verir;
• Fərdi müştərilərə əhatəli çeşidli xidmətləri
təmin edən fərdi bankçılıq filialının açılması;
• Yeni kredit və kart məhsullarının təqdim
edilməsi;
• Bank kartlarının yenidən dizaynı;
• Ümumi xidmət sazişlərinin icrası;
• Fərdi bank proseslərinin optimallaşdırılması
və avtomatlaşdırılması.
PAŞA Bankın Fərdi bankçılıq bloku 2016-
cı ildə fərdi bankçılıq satışlarında əhəmiyyətli
artıma nail olmuşdur. Fərdi bankçılıq blokunun
nağd kredit portfeli illik əsasda 9% artım, kredit
kart portfeli isə 66% artmışdır. Fərdi müştərilərin
depozitləri il üzrə 24% artmışdır. Bundan başqa,
2016-cı ildə şəxsi əmanət məhsullarının satışı
143% təşkil etmişdir.
Bank bu əsas seqmentdə fəaliyyətini
genişləndirmək üçün yüksək nüfuzuna
əsaslanmağı planlaşdırır. Müştəri
məmnunluğunu strateji prioritet olaraq
müəyyən edərək PAŞA Bank Fərdi Bankçılıq
bloku üzrə fəaliyyətlərini ən yüksək müştəri
xidmətlərinin təmin edilməsi ətrafında
mərkəzləşdirməyi planlaşdırır.
2016-cı ildə PAŞA Bankın Fərdi bankçılıq bloku fərdi bankçılıq
üzrə satışda əhəmiyyətli artıma nail olmuşdur. Fərdi Bankçılıq
blokunun kredit portfeli illik əsasda 9 % artmışdır, kredit kart
portfelində isə 66 % artım qeydə alınmışdır.
43
İNVESTİSİYA BANKÇILIĞI
2016-ci ildə PAŞA Bank ARDNŞ-ın ən iri miqyaslı korporativ
istiqrazların yerləşdiriməsi sövdələşməsində iştirak etmişdir və
ən yüksək qiymət təklif edənlərdən biri olmuşdur.
İki il öncə təsis edildiyi dövrdən İnvestisiya
bankçılığı departamenti çağırışlarla dolu bazar
mühitində yerini möhkəmləndirməyə davam
edir. Departament yerli maliyyə bazarlarına
geniş çeşiddə məhsul və xidmət göstərir və
kommersiya müəssisələrinə xidmətlər göstərir.
2016-cı ildə Departament yeni məhsul xid-
mətlərini yaratmış və məşvərətçi və borcların
restrukturlaşdırılması sahəsində təcrübəsini
genişləndirməyə müvəffəq olmuşdur:
2016-cı ilin sonuna Departamentin təmin
etdiyi məhsul və xidmətlər sırasına aşağıdakılar
daxildir:
Təsbit gəlirli məhsullar:
• İstiqrazların strukturizasiyası və ilkin yerli
bazarlarda yerləşdirilməsi. Bank həmçinin əlavə
bazarlarda müştərilərinin adından istiqrazların
alışı və satışı üzrə vasitəçi qismində də çıxış edir.
Brokerlik əməliyyatları:
• Broker xidmətlərinə çıxış, repo (əks alış) və
aktiv əsaslı kreditləşmə vasitəsilə borc (kredit)
vəsaitinə arxalanma, hesabların aparılması,
əqdləşmələr üzrə hesablaşmalar, alınacaq
vəsaitin (debitor borcunun) yığılması və əlaqədar
məsləhət xidmətləri;
Məsləhət xidmətləri:
• Özəl səhm kapitalına investisiyalar:
“PAŞA Kapital” * regiondan olan müxtəlif
şirkətlərə səhmdar kapitalının və borc vəsaitinin
maliyyələşdirilməsinə dair məsləhətlər verir;
Tədqiqat:
• İşçi heyəti qlobal və ölkədaxili kapital
bazarlarındakı əsas hadisələri əhatə edən
həftəlik şərhi hesabat hazırlayır;
• Məsləhət xidmətləri: digər məsələlərlə
yanaşı kapital strukturunun optimallaşdırılması,
reytinqin müəyyən edilməsi, səhmdar kapitalın
və borc vəsaitinin maliyyələşdirilməsinə dair
institusional müştərilərə məsləhətin verilməsi.
İl ərzində PAŞA Bank ARDNŞ-ın ən iri
miqyaslı korporativ istiqrazların yerləşdiriməsi
sövdələşməsində iştirak etmişdir və ən yüksək
qiymət təklif edənlərdən biri olmuşdur. Əldə
edilmiş təcrübə və uğurlu keyslər Banka
gələcəkdə də oxşar sövdələşmələr üzrə
məsləhətçi xidmətlərini təmin etmək imkanı
verəcək.
Növbəti illər Azərbaycandakı investisiya
bankçılığı üzrə fəaliyyətlər üçün unikal imkanları
vəd edir, çünki hökumət bu sahədə islahatları və
özəlləşdirmə ilə bağlı tədbirləri həyata keçirir.
PAŞA Bank diqqəti əsasən məsləhətçi, korporativ
maliyyələşdirmə və restrukturlaşdırma layihələri
üzərinə yönəldəcək.
*Azərbaycanın Maliyyə tənzimləyicisi banklara öz
institusional və fərdi müştərilərinə həm broker, həm
də investisiya xidmətlərini göstərməyi qadağan
edir. Beləliklə, PAŞA Bank “PAŞA Holdinq”-in digər
törəmə qurumu olan “PAŞA Kapital” vasitəsilə müş-
tərilərə investisiya bankçılığı və əlaqədar məsləhət
xidmətlərini göstərir.