2-Dünyagörüşü anlayışı, onun məzmunu, strukturu və tipləri


-Fəlsəfi biliklərin mənəvi mənbəyi-mifologiya, dini



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə4/108
tarix08.01.2022
ölçüsü1,66 Mb.
#82702
1   2   3   4   5   6   7   8   9   ...   108
Fəlsəfə imtahan sualları konspekti

3-Fəlsəfi biliklərin mənəvi mənbəyi-mifologiya, dini 
etiqad və elmi rüşeymləri 
 
Dünyagörüşünü özünün inkişaf ardıcıllığı, inikas dərinliyi, əsaslandırılmış olub-olmaması 
cəhətdən ən ümumi şəkildə dörd mühüm tarixi növə ayırmaq olar: mifoloji, dini, elmi, fəlsəfi. 
Mifologiya  iki  sözün  birləşməsindən  yaranıb  (yunanca  «mif»  -  əsatir,  əfsanə,  rəvayət 
mənasındadır, «loqos»  isə  - təlim deməkdir). İbtidai cəmiyyətdə, bəşər  mədəniyyəti  inkişafının 
ilkin dövrlərində meydana gəlmişdir. Mifologıya - qədim dövrün dünyanı anlamaq üsulu, ibtidai 
cəmiyyətdə  universal  ictimai  şüur  forması  olmuşdur.  Mifik  təsəvvürlərin  əsasında  əfsanəvi 
varlıqlar, Allahlar və onların fəaliyyəti, qəhrəmanların möcüzələri və s. haqqındakı inamlar, ideya 
və  baxışlar  durur.  Dünyanın  bir  çox  xalqlarının  miflərində  kosmik  mövzular  xüsusi  yer  tutur. 
Mifoloji dünyagörüşü təsəvvürlərində dünya ilə yanaşı, insanın mənşəyi, onun həyat inkişafının 
mərhələləri, ölümü, insanın odu əldə etməsi, sənəti, əkinçiliyi öyrənməsi və s. mövzular da geniş 
yer tutur. 
Miflərdə təbiət və mədəniyyət hadisələri qovuşmuş, təbii cisim və hadisələr canlaşdırılmış, 
insanabənzərləşdirilmiş, mifoloji obrazlara çevrilmişdir. Reallıq və fantaziya, hiss və fikirlər, bilik 
və  bədii  obraz  obyektiv  və  subyektiv  olan  miflərdə  vəhdət  halında  birləşmişdir,  bütöv  dünya 
mənzərəsi yaradılmışdır, Dünyanın mifoloji mənzərəsində reallıq və fantaziya, təbii və fövqəltəbii, 
bilik və inam çulğaşmışdır.  
Dini dünyagörüşü - dünyagörüşün ikinci tarixi növüdür. Şüurun gerçəkliyı ümumiləşdirərək 
anlayışlar  vasitəsilə  əks  etdirməsi  (məsələn,  Allah,  ruh,  axirət  və  s.)  formalarından  biridir, 
gerçəkliyin fövqəltəbii qüvvələrə inam əsasında in`ikasıdır.  
Dini  dünyagörüşə  görə  dünya  ikili  səciyyə  daşıyır:  «yer  üzü»,  «bu  dünya»  -  təbii,  hiss 
üzvlərimizlə duyulan dünya və «o dünya», fövqəltəbii, «göy üzü» - fövqəlhissi dünya. Dinə görə 
əsas, başlıca məqsəd ikincidir, birinci isə keçici və müvəqqətidir.  
Din insanın qeyri-adi təbii və sosial qüvvələri əsasında yaransa da, müəyyən tarixi şəraitdə 
ümumbəşəri  dəyərlər,  sosial  ədalət  uğrunda  çıxış  etmiş,  normaların  tənzimləyicisi  funksiyasını 
yerinə yetirmişdir. İnsanların əxlaq və davranışını, hissi tərzini və fikirlərini normalaşdırıb sistemə 
salan din, cəmiyyətdə sosial-mənəvi tənzimetmənin, adət-ənənə və mənəviyyat normalanrın hifz 
edilməsi və yaşadıqları nəsildən-nəslə verilməsinin mühüm vasitəsi kimi çıxış etmiş və edir.  
Dinləri monoteist(təkallahlıq) və politeist(çoxallahlıq), ibtidai və müasir, milli və dünyəvi 
olmaqla müxtəlif qruplara ayırmaq olar. İbtidai dinlər (animizm, fetişizm, magiya, bütpərəstlik yə 
s.), politeist dinlər, müasır dunya dinləri (xristianlıq, islam, buddizm), monoteist dinlər (xristianlıq, 
islam və s.) misal ola bilər. 


 

Hər bir dinin strukturuna aşağıdakılar daxildir: dini ideya və təsəvvürlər; dini hiss və əhval-
ruhiyyə; dini ayinçilik (kult) yə dini fəaliyyət. Bunlardan başqa, dini təsisatlar da vardır ki, (dini 
icmalar, birliklər, kilsələr, məscidlər və s.), onların fəaliyyətindən yaranan normalar, qaydalar və 
prinsiplər dinı dünyagörüşü sistemində mühüm yer tutur. 
Elmi  dünyagörüşü  - təbii-elmi  və  sosial-tarixi  biliklərə,  dünyanın  təbii-elmi  mənzərəsinə 
əsaslanan,  gerçəklikdə  hadisə  və  proseslərin  inkişaf  və  dəyişməsinin  elmi  səbəblərinə  istinad 
edərək dünya haqqında elmi anlayış və qanunauyğunluqların ümumiləşmiş in`ikasını ifadə edən 
baxış, ideya və prinsiplərin məcmusudur. Elmi dünyagörüşü - öz müddəalarında müasiri olduğu 
elmin son nailiyyətlərinə istinadən insanı əhatə edən gerçəkliyə insan münasibətini xüsusi elmi 
qanun və kateqoriyalar, təlim və nəzəriyyələr vasitəsilə ifadə edir. 
Fəlsəfi  dünyagörüşü  -  elmi  dünyagörüşün  növ  müxtəlifliyindən  biridir.  O,  müəyyən 
cəhətlərdən elmi dünyagörüşü ilə qovuşur, eyniləşir, müəyyən cəhətlərdən isə ondan fərqlənir. 
 

Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə