24
Musiqinin Haram Olması Barədə İcma
94
Vardır - Bilinməlidir ki, hər
zamanda və hər yerdə din imamları, musiqi, çalğı və musiqi alətlərinin
haram edildiyi barəsində icma etmişlər. Allamə Qurtubi
–
rahmətullahi
aleyhi - deyir ki: «Onun haram edildiyində ixtilaf yoxdur»
95
. İbn
Teymiyyə
–
rahmətullahi aleyhi -
deyir ki: «Ud və bənzəri musiqi alətləri
və çalğıların haram olunduğunda onlar müttəfiqdirlər»
96
. İbn Teymiyyə
–
rahmətullahi aleyhi -
deyir ki: «Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
ümmətinin salehlərinə, abidlərinə və zahidlərinə əl çalmaq, dəf çalmaq ilə
bərabər beytləri dinləmək üçün bir yerə yığışıb toplanmalarını din
etməmişdir»
97
. İbnus Salahda, dəf və qaval ilə birlikdə mahnı oxumağı,
bununla bərabər rəks edib, fit çalmağı halal qəbul edən, belə bir işin halal
və Allaha yaxınlaşdıran bir əməl və ibadətlərin ən fəzilətlilərindən
olduğuna inananların hökmü haqqında verilən bir suala bu fətvanı
vermişdir: Bu kimsələr Uca Allaha iftira etmişlər. Onlar bu sözləriylə
inkarçı, batinilərin yolu ilə getmiş, müsəlmanların icmasına müxalif
olmuşlar. Müsəlmanların icmasına müxalif olan bir kimsə haqqında isə
Uca Allah: «Hər kəs özünə doğru yol aşkar olduqdan sonra
Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onu
istədiyi yola yönəldər və cəhənnəmə varid edərik. Ora necə də pis
yerdir». (ən-Nisa 115)
98
. İmam Şatibi, bir yerə toplanaraq cəmaat
şəkilində yüksək səslə Allahı zikr edən, sonra da mahnı oxuyub, rəks edən
bir topluluğa dair verilən suala belə cavab vermişdir: «Bütün bunlar
Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
in yoluna, səhabələrini və
onlara gözəl bir şəkildə tabe olanların getdikləri yola müxalif olmaq,
sonradan uydurulmuş bidətlərdir». İmam Şafii
–
rahmətullahi aleyhi -
deyir ki: «Musiqi məkruh olan bir əyləncədir. Kim onu çox dinləyərsə o,
səfehlərdən sayılar və şəhadəti qəbul edilməz». İbn Qeyyim
–
rahmətullahi aleyhi -
deyir ki: «Bu musiqi haramdır və çirkindir.
Müsəlmanlardan heç kimsə onu mübah görməz. Üzündən həya pərdəsini
94
İcma – Toplanmaq, dağılmış şeyləri toplamaq, hazırlamaq və s. mənadadır.
Peyğəmbər
– sallallahu aleyhi və səlləm – in ümmətindən olan Müctəhidlərin
Peyğəmbər – sallallahu aleyhi və səlləm – in vəfatından sonrakı hər hansı bir
dövürdə bir məsələnin hökmündə fikir birliyi etmələridir. İcma İslam fiqhinin
qaynaqlarından üçüncüsüdür. Qəti şəri bir dəlildir. Ona qarşı gəlmək əsla caiz
deyildir. Şovkani «İrşadul Fuhul» s.71, «Məcmuul Fətava» 1/341.
95
«Əhkəmul Quran» Loğman 6.
96
«Minhəcus Sunnə» 3/439, «Məcmuul Fətava» 11/576.
97
«Məcmuul Fətava» 565.
98
Fətva İbnus Salah 300-301, İbn Qeyyim «İğasətul Lehfan» 1/228.
25
və din örtüyünü sıyırıb atmış, Allaha, Rəsuluna, dininə və qullarına qarşı
açıqca çirkinlikləri söyləyənlərdən başqası onu gözəl görməz. Bu kimi
pisliklərə sahib olan musiqinin çirkinliyi insanların fitrətində də yer
tutmuşdur. Belə ki, kafirlər də bundan ötrü müsəlmanları və dinlərini
ayıblayırlar. Bəli, müsəlman alimləri, İslam dini ağıl və din xüsusunda,
məhrəm qadınlar və uşaqlar haqqında bir çox pisliklərə səbəb olan bu
musiqi dinləməkdən uzaqdırlar. Belə bir musiqi dinləmək dini nə qədər
ifsad etmiş, neçə sünnətin ölməsinə səbəb olmuş, nə qədər həyasızlıq və
bidətin canlanmasına səbəb olmuşdur?
99
Kitab (Quran) oxunur, başlarını əydilər, xuşudan deyil!
Bu bir şəkildir, səmimiyyət yoxdur bunda yaxşı bil!
Bax, musiqi və çalğıda necə coşdurur!
Bil ki, buna Allah üçün deyil şeytan üçün coşdular!
Musiqinin qəlblərdə, ruhlarda və dinlərdə səbəb olduğu pisliklər
sayılmayacaq qədər çoxdur. Mahmud əl-Alusi
–
rahmətullahi aleyhi -
deyir ki: «Digər İslam ölkələrində və bəzi bölgələrdə musiqi bəlası hər
tərəfi bürümüşdür. Məscidlər və başqa yerlər də bu şeydən qorunmamış-
dır. Hətta bəzi vaxtlarda minarələrdə mahnı oxuyan müğənnilər təyin
edilmişdir. Bunlar da içkini, meyxanaları və haram sayılan daha bir çox
şerləri oxuyurlar. Bununla bərabər belələrinə vəkfdən bəlli bir pay da
ayrılmışdır… Bundan daha çirkin sufilərin iblislərinin və azğınlarının
etdikləridir. Digər tərəfdən onlar söylədikləri mahnıların və oxuduqları
şerlərin ihtiva etdiyi batil dolayısıyla onlara etiraz edildikdə belə deyərlər:
Bizlər (şərab) ilə İlahi sevgini, ən böyük sevgili olan Allahı qəsd edirik.
Lakin belə bir fəhm hörmətsizlikdir. Çünki Allah: «Ən gözəl adlar
Allahındır. Onu bu adlarla çağırıb dua edin. Onun adları barəsində
küfr edənləri tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar».
(əl-Əraf 180). Onların oxuduqları şerlərin çoxu oxuna biləcək şerlərin ən
pisidir. Buna baxmayaraq onlar bu işin Allaha yaxınlaşdıran bir əməl
olduğuna inanır və bu işi ən çox istəyən və arzu edənlərin Allahın
nemətini ən çox istəyən, əzabından ən çox qorxan kimsələr olduğunu
iddia edirlər. Allah onları öldürsün! Necə də iftira atırlar?»
100
.
«Bu gün sizin dininizi tamamladım» (əl-Maidə 3) deyə
buyurmaqdadır. Əgər əyləndirici musiqi alətlərini çalmaq yaxud da
dinləmək dinin bir parçasını təşkil etsə və aləmlərin Rəbbinə
yaxınlaşdırıcı olsaydı, əlbəttə ki, Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
99
Məsalətul Səma 106-108.
100
(Loğman 6) təfsir edərkən bu sözləri söyləmişdir 11/72-75.