2-Cİ NƏŞR Əlavə VƏ DÜZƏLİŞLƏR



Yüklə 7,12 Mb.
Pdf görüntüsü
səhifə21/231
tarix02.06.2018
ölçüsü7,12 Mb.
#46974
1   ...   17   18   19   20   21   22   23   24   ...   231

 

41 


bu  evin  ətrafında  yaşayan  qureyşlilərin  də  dərəcəsi  vardır.  Bundan  sonra  ətrafda  olan 

tayfalar,  ölkələr  hücum  barəsində  düşünmürdülər.  «Bu  evin  Rəbbinə  (Kəbənin  sahibi 



Allaha)  ibadət  etsinlər!  O,  Allah  ki,  onları  aclıqdan qurtarıb  yemək  verdi  və  onlara 

qorxudan  sonra  əmin  amanlıq  bəxş  etdi».  (əl-Qureyş  3,4).  Nə  vaxt  qureyş  şirkin 

içərisində boğulurdu Allah Rəsulunu Peyğəmbər olaraq göndərdi. O, da onlara dedi ki, 

deyin:  «Lə  İləhə  İlləllah».  Onlar  bu  kəliməni  qəbul  etmədilər.  Qəribə  orasındadır  ki, 

onlar bu kəliməni qəbul etməməklə yanaşı qəribə bir səbəb də gətirdilər. «(Qureyşlilər) 



dedilər: «Əgər biz səninlə birlikdə haqq yolu (İslam dinini) tutub getsək, (müşriklərin 

əli  ilə)  yurdumuzdan  tezliklə  didərgin  salınarıq.  Məgər  Biz  onları  Özümüzdən  bir 

ruzi  olaraq  hər  yerin  meyvəsinin  (hər  cür  meyvənin)  daşınıb  gətirildiyi,  (daxilində 

Kəbə  yerləşən)  qorxusuz-xətərsiz,  müqəddəs  bir  yerdə  (Məkkədə)  sakin  etmədikmi? 

Lakin onların əksəriyəti (Allahın onlara bəxş etdiyi bu nemətin qədrini) bilməz». (əl-

Qəsəs  57).  Onlar  dedilər  ki:  «Sən  bizim  əmin-amanlığımızı  pozma.  Biz  indi  əmin-

amanlıqdayıq».  

Əmin-amanlığı  verən  kimdir?  Allah!  Bu  göndərilən  Peyğəmbər  kimdir?  Allahın 

Peyğəmbəri.  Onu  kim  göndərib?  Allah!  Əgər  əmin-amanlığı  verən  Allahdırsa, 

Peyğəmbəri  də  göndərən  Allahdırsa  onda  Peyğəmbər  göndəriləndən  sonra  əmin-

amanlıq pozulacaq! Yoxsa əmin-amanlığın üstünə əmin-amanlıq gələcək.  

Eyni sözləri indi də deyirlər. Əgər biz İslamı qəbul etsək dövlətlər bizə güləcəklər, 

inkişafdan  geri  qalacağıq,  dövlətlər  bizə  hücum  edəcəklər.  Bu  iddia  doğru  iddia 

deyildir.  Çünki  tövhid  əqidəsi  əmin-amanlığı  əkir.  Əmin-amanlığı  dağıtmır.  Həm 

daxildə,  həm  də  düşmənlərin  qəlbində.  Əgər  biz  Allaha  haqqı  ilə  iman  gətirsək  bu 

əqidə  həm  bizdə,  həm  də  cəmiyyət  də  əmin-amanlıq  yaradar.  Əgər  əmin-amanlıq 

istəyiriksə gərək biz əqidəyə, Allaha qayıdaq. Əgər istəyiriksə əmin-amanlığımız qorxu 

ilə  əvəz  olunsun  onda  biz  ixtiyar  sahibiyik.  Çünkü  qorxunun  məsdəri  şirkdir. 

«Haqqında heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə kafirlərin 

ürəklərinə  qorxu  saldıq».  (Ali-İmran  151).  Əmin-amanlığın  məsdəri  isə  Tövhiddir. 

«İman gətirib imanlarını zülmlə qarışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola 

yönəlmişlər də onlardır». (əl-Ənam 82).  

İnsanların dindən uzaq düşdükləri bir gündə, şirkin baş alıb getdiyi bir gündə, yad 

adət-ənənələrin İslam adı ilə  dinimizə daxil  edildiyi bir gündə  hansı əmin-amanlıqdan 

danışmaq  olar.  Dünyaya  nəzər  salsaq  görərik  ki,  müsəlmanların  saylarının  çox 

olmasına  baxmayaraq  zəlil  gündədilər.  Cürbəcür  təziqlərə,  işkəncələrə,  hücumlara 

məruzdular.  Çünki  müsəlmançılıqdan  (İslamdan)  yalnız  adı  qalıb.  Əli  -  radıyallahu 



anhu 



  deyir  ki:  «Vaxt  gələcək  ki,  İslamdan  yalnız  onun  adı  qalacaqdır,  vaxt  gələcək 

ki, Qurandan yalnız onun şəkili qalacaqdır, məscidlər boş qalacaqlar, qondarma alimlər 

çıxacaqdır».  Peyğəmbər 



  sallallahu  aleyhi  və  səlləm 

  buyurur:  «Ümmətlərin 



(dövlətlərin) birləşərək sizin üzərinizə vəhşi heyvanların öz şikarlarının üzərinə hücum 

etdikləri  kimi  hücum  etmələri  artıq  yaxındır.  Səhabələrdən:  «Ya  Rəsulallah!  Bizim 

sayımızın az olduğuna görə belə olacaqdır?»  deyə soruşdu. Peyğəmbər: «Əksinə sizin 

sayınız  onda  çox  olacaqdır.  çayın  gətirdiyi  çör-çöp  kimi.  Lakin  Allah  düşmənlərin 

qəlbindən  sizə  qarşı  olan  qorxunu  çıxaracaqdır.  Sizin  qəlbinizdə  isə  Allah  Vəhm 

yerləşdirəcəkdir» deyə buyurdu. Səhabələr: «Vəhm nədir ya Rəsulullah!». Peyğəmbər: 

«Dünyaya sevgi, ölümə isə nifrət»

120


. Ömər – radıyallahu anhu 

 deyir ki: «Biz elə bir 



                                                

120


 Əbu Davud 4297, Əhməd 5/278.  


 

42 


ümmətik  ki,  Allah  bizi  İslam  ilə  izzətləndirib.  Əgər  biz  İslamdan  qeyri  yerdə  izzət 

axtarsaq Allah bizi zəlil edər».  

Ona  görə  də  insan  nə  qədər  Allahdan  qorxarsa,  düşmənləri  də  bir  o,  qədər  ondan 

qorxarlar.  İnsan  nə  qədər  özü  ilə  Allah  arasında  olanı  islah  edərsə,  Allah  da  onunla 

başqaları arasında olanları islah edər.  

Tövhidin Axirətdə Olan Təsiri 



  Olduqca böyükdür. Çünki tövhid əhli olan kimsə 

əbədi  Cəhənnəmdə  qalmaqdan  qurtulacaqdır.  Bu  da  tövhidin  ən  mühüm  və  böyük 

təsiridir  müsəlman  olan  bir  kimsənin  həyatında.  «Kim  (malını  Allah  yolunda)  versə, 



(Allahdan)  qorxsa  və  ən  gözəl  sözü  (Lə  İləhə  İlləllah kəlşiməsini) təsdiq  etsə  biz  ona 

Cənnəti müyəssər edərik. Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, 

(mal-dövlətinə  güvənib  Allaha)  möhtac  olmadığını  sansa  və  ən  gözəl  sözü  (Lə  İləhə 

İlləllah kəliməsini) yalan saysa biz onu Cəhənnəm üçün hazırlayacağıq». (əl-Leyl 5-

10). Bu haqda daha geniş axirətə iman haqqındakı bölümdə danışacağıq.  

 

TÖVHİDİN FAYDALARI VƏ SƏMƏRƏLƏRİ 

 

1.  Tövhidi  gerçəkləşdirən,  haqqını  verən  bir  qul  hesaba  çəkilmədən,  əzaba 



uğramadan Cənnətə girəcəkdir. 

2. Tövhidi gerçəkləşdirmək günahların bağışlanması və kəffarəsidir.  

3.  Dünya  və  axirətin  sıxıntısından,  qəm  və  kədərindən,  acısından  və  əzabından 

qurtulub hüzura və rahatlığa çıxmağın ən böyük vəsiləsi və səbəbidir.  

4.  Tövhid  qəlbdə  xardal  dənəsi  ağırlığından  daha  az  miqdarda  olduğu  zaman 

Cəhənnəmdə əbədi qalmaqdan qurtarır.  

5.  Sahibinə  hidayəti,  kamilliyə  çatmağı,  dünya  və  axirətdə  əmin-amanlığı  təmin 

edər. 


6. Tövhid, Allahın rizasına və savabına nail olmağın yeganə səbəbidir.  

7. Zahiri və batini bütün əməllərin və sözlərin qəbulu, kamilliyə və savaba çatması 

tövhidə bağlıdır.  

8. Tövhid  qulun  yaxşılıq  edib,  pislikdən  çəkinməsini  asanlaşdırır.  Onu  müsibətlərə 

qarşı səbrli edir.  

9. Tövhid  qəlbdə  tam  olduğu  zaman  Allah  onun  sahibinə  imanı  sevdirir.  Qəlbində 

onu gözəl göstərir. Küfrü, üsyanı və günahı isə ona çirkin göstərir.  

10. Tövhid qulu yaradılmışlara qul olmaqdan, onlara bağlanmaqdan qurtarır. Həqiqi 

və ən yüksək izzət və şərəf də elə budur.  

11. Tövhid qəlbdə tam və kamil olduğu və tam bir ixlasla yerləşdiyi zaman əməlin 

azı  çox  olur,  əməllərin  və  sözlərin  mükafatı  sayılmayacaq  miqdarda  qat-qat  artır. 

Qulun tərəzisində onun ixlası göylər və yerin qarşılamayacağı qədər ağır gəlir.  

12.  Allah  tövhid  əhli  olan  quluna  dünyada  və  axirətdə  izzət  və  şərəfi,  hidayəti, 

asanlığı, xeyirli söz və əməllərində isabətli olmağı zəmanət verir. 

13. Allah iman əhli Muvahhidləri dünya və axirətin pisliklərindən qoruyar və onlara 

təmiz, gözəl bir həyatı ehsan edər.  

 

İSİM VƏ SİFƏTLƏR TÖVHİDİ 

 

Bu ən gözəl İsim  və Sifətlərin Allaha aid olduğuna  haqqı ilə iman  emək deməkdir. 



O,  bütün  kamil  Sifətlərə  malik  və  bütün  əskik  Sifətlərdən  münəzzəhdir.  Əhli  Sünnə 

Vəl  Cəmaat  Rəbblərini  Quran  və  Sünnədə  gəlmiş  İsim  və  Sifətlərlə  bilir  və  tanıyır. 




Yüklə 7,12 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə