37
Allah hüzurunda qorxu və sayğı duymalı və yalnız Ona qarşı təqvalı davranmalıdır.
«O, halda insanlardan qorxmayın Məndən qorxun». (əl-Maidə 44). «
…
Və yalnız
Məndən qorxun». (əl-Bəqərə 40). «Allaha və onun Peyğəmbərinə itaət edənlər,
Allahdan qorxub çəkinənlər məhz belələri uğura çatanlardır». (ən-Nur 52).
«
…
Qorxub çəkinməyə də, (günahları) bağıışlamağa da layiq olan ancaq Odur». (əl-
Muddəssir 56). «Sizi yalnız o, şeytan öz dostlarından olması ilə qorxudub çəkindirir.
Amma siz onlardan qorxmayın. Əgər möminsinizsə Məndən qorxun». (Ali-İmran
175).
Hər bir məxluqun bir yaradılmışdan, ya da yaradıcıdan qoxmasının qaçınılmaz
olduğu məlumdur. Yaradılmışdan qorxmanın zərəri bir çox baxımdan faydalarından
daha ağırdır. Allahdan qorxmaq isə dünya və axirət səadətinin səbəbidir. Həqiqətən
Allah ondan qorxulmaya daha layiqdir. Əbul-Abbas Abdullah b. Abbas - radıyallahu
anhu
–
rəvayət edir ki, bir gün (minikdə) Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
in
arxasında oturmuşdum. O, buyurdu:
«Ey oğul! Mən sənə bir neçə kəlimə öyrədəcəm.
Allahı qoru ki, Allah da səni qorusun. Allahı qoru ki, onu öz qarşında tapasan. Bir şey
dilədikdə, Allahdan dilə. Kömək istədikdə yenə də Allahdan kömək istə. Bunu da bil
ki, əğər bütün insanlar sənə xeyir vermək üçün bir yerə yığışsalar da belə Allahın
yazdığından artıq sənə heç bir xeyir verə bilməzlər. Bunu da bil ki, əğər sənə zərər
vermək üçün bir yerə yığışsalar da yenə də Allahın yazdığından artıq sənə zərər verə
bilməzlər. (Çünkü) qələmlər qaldırılmış, səhifələrin (mürəkkəbi) qurumuşdur»
108
.
İnsanlar Tövhiddən uzaqlaşdıqlarına görə, tövhidi həqiqi surətdə həyata keçirmədik-
lərinə görə, Allahdan qeyrilərinə bağlandıq-larına görə insanlardan qorxurlar. Həqiqi
müsəlmanlar isə şiddət anında da, çətinləklərdə də Allaha yönələrlər.
Bəziləri isə dünya və onun şəhvətlərinə bağlanırlar. Onun arxasınca gecə və gündüz
gedirlər. Onlar dünyanın şəhvəti üçün sevinir və onun üçün ağlayırlar. Bəzən də buna
görə gecələri də yatmırlar. Dünyada bir şey əldə etdikdə sevinir, əldə etmədikdə isə
kədərlənirlər. «Kim (axirətdən vaz keçib) dünya və onun bər-bəzəyini istəyirsə, biz
onun əməllərinin əvəzini (sağlamlıq, sərvət, övlad, gözəl yaşayışı) elə dünyada ikən
verərik. Onların dünyadakı mükafatları əsla azaldılmaz. Belələrinin axirətdə atəşdən
başqa heç bir payı yoxdur. Onların dünyada gördükləri işlər puç olar və bütün
əməlləri boşa çıxar». (Hud 15-16). Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Dinarın qulu bədbəxt olsun, dirhəmin qulu bədbəxt olsun. Pal-paltarın,
zinətin qulu bədbəxt olsun. Beləsinə istədiyi veriləndə razı qalar, verilməyəndə isə
qəzəblənər. Bədbəxt olsun və başı aşağı çevrilsin. Onun ayağına batan tikan belə
çıxmasın»
109
. İnsanın malı dünyanı sevməsi və bu işdə dəridən qabıqdan çıxması
insanın bu şərəfli ömrünü zay etməsidir. Onlar elə zənn edirlər ki, xoşbəxtlik yalnız
pulun çox olmasındadır. Bölünmüş, yazılmış ruzini tələb etməkdə vaxtı zay etməkdir.
Ruzi artıq bölünmüşdür. Həris, tamahkar insan isə məhrumdur. Sələflər deyirlər ki:
«Qədər haqdırsa onda tamahkarlıq boş şeydir. Əgər xəyanət insanın təbiətində varsa
onda hər kəsə bel bağlamaq acizlikdir. Əgər ölüm hər kəsi gözləyirsə onda dünyaya da
arxalanmaq axmaqlıqdır». İnsan bu ömründə uca dərəcələri və əbədi nemətləri qazana
bilərdi. Lakin bu dünya malını toplayaraq bu dünyada qoyub gedir. Hesabı özünə qalır,
kefi isə başqalarına. Cabir b. Abdullah - radıyallahu anhu
–
rəvayət edir ki, Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
ilə birlikdə Mədinənin Aliyə tərəfindən bazara daxil
108
Tirmizi 2516, əl-Albani «Səhih əl-Cəmi» 7834-cü hədis.
109
Buxari 6/61, İbn Məcə 11/216.
38
olduq. Ölmüş kiçik qulaqlı bir oğlaq gördü. Onun qulağından tutaraq buyurdu: «Sizdən
kim bunu bir dirhəm qarşılığında almaq istər?». Səhabələr: «Allaha and olsun ki, o diri
olsaydı da belə onu heç kəs almazdı. Çünkü qüsurlu oğlaqdır. Qulaqları kiçikdir»
dedilər. Peyğəmbər: «Allaha and olsun ki, bu sizin üçün nə qədər dəyərsiz olduğu kimi
du dünya da Allah üçün o, qədər dəyərsizdir» deyə buyurdu
110
. Peyğəmbər
–
sallallahu
aleyhi və səlləm
–
buyurdu: «Dünyanın axirətdəki durumu ancaq sizdən hər hansı bir
kimsənin barmağını dənizə salıb çıxartdıqdan sonra nə çıxartdığına baxması
kimidir»
111
. Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Şübhəsiz ki,
dünyanın zəval olması Allah üçün müsəlman bir kimsənin öldürülməsindən daha
xəfifdir»
112
. Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Sizi sevindirəcək
şeylərin müjdəsini sizə verirəm və bunları (gələcəkdə də) ümüd edə bilərsiniz. Allaha
and olsun ki, mən sizin üçün fəqirlikdən qorxmuram. Lakin mən sizin üçün əvvəlkilərə
dünyanın imkanları geniş verildiyi kimi sizə də veriləcəyindən və onlar necə bu şeydə
bir-birləri ilə yarışdıqları kimi sizin də yarışacağınızı və (dünya) onları necə həlak
etdisə sizi də həlak edəcəyindən qorxuram»
113
. Sələflər deyirlər ki: «Sən fikirləşmə ki,
kasıblıq varlığın olmamasıdır. Həqiqi kasıblıq dinin olmamasıdır. Ey qardaşım! Sən
tamahkar insanın yığdığı mala görə ona qibtə etmə. Sizin ona yazığınız gəlsin. O, bu
dünyada elə bir şeylə məşğul olub ki, sabah onu həlak edəcəkdir». Allahdan qeyrisinə
(dünyaya, pula) bağlandıq-larına görə, Allahı unutduqlarına görə Allah da onları
unudar və onları özlərinə həvalə edər. «Allahı unutduqları üçün Allahın da onları
özlərinə unutdurduğu kimsələrə bənzəməyin! Onlar fasiqlərdir». (əl-Həşr 19). Ömər
- radıyallahu anhu
–
rəvayət edir ki, bir gün Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
in yanına daxil oldum. O, həsirin üzərində uzanmışdır. Sonra o, qalxıb oturdu, onun
əynində izardan başqa bir şey yox idi. Həsirin izi onun çiynində və böyründə qalmışdı.
Mən onun eyvanına nəzər salıb gördüm ki, orada təqribən bir saa arpa, bir o, qədər
akasiyə ağacının qabığı və bir də aşılanmış dəridən başqa heç bir şey yoxdur. Bu halı
gördükdə mənim gözlərim yaşla doldu. Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Ey Xəttabın oğlu, səni ağladan nədir?». Mən: «Ey Allahı Rəsulu! Nə üçün
ağlamayımda. Mən görürəm ki, həsir sənin bədənini bu hala salıb, eyvanda da
gördüklərimdən başqa bir şey yoxdur. Qeysər (Rum imperatoru) və Xosrov (Fars
imperatoru) cah-cəlal içərisində yaşayırlar. Sən isə Allahın Rəsulu və sevimlisi
olduğun halda bu da sənin eyvanın!» dedim. Peyğəmbər: «Ey Xəttabın oğlu! Məgər
istəmirsən ki, onlar üçün dünya, bizim üçün isə axirət olsun? (Başqa rəvayətdə: Dünya
ilə mənim işim nə! Mənim və dünyanın misalı ancaq bir ağacın kölgəsində bir müddət
oturan, sonra da oradan durub gedən bir süvariyə bənzər
114
)» deyə buyurdu
115
.
Peyğəmbər
–
sallallahu aleyhi və səlləm
–
buyurdu: «Dünya möminin zindanı, kafirin
isə Cənnətidir»
116
.
Həqiqi azad insan kimdir. Dünyanı əlində edən, dünyanı qəlbinə salmayan
kimsədir. Nə qədər dünya malı onda olarsa onu əlində saxlayar. Dünya malını Allaha
itaətdə xərcləyər. İmam Əhməd
–
rahmatullahi aleyhi
–
dən soruşduqda ki, insanda
110
Müslim şərhi 5/814 (Muslim «Zuhd» 2).
111
«Səhihul Cəmi» 5423.
112
Tirmizi 5/82, əl-Albani «Səhihul Cəmi» 453.
113
Buxari 4/63, Müslim şərhi 5/816.
114
Tirmizi.
115
Müslim10/82.
116
Müslim 2956.