Əbədiyyət yolçuları
98
VALEH RƏHİMOV
(1978-2000)
Rəhimov Valeh Həsrət oğlu–
01 sentyabr 1978-ci ildə Lerik
rayonunun Pirasora kəndində
anadan olub. 1985-ci ildə Pirasora
kənd orta məktəbinin birinci
sinfinə daxil olub, 1995-ci ildə həmin məktəbin onuncu sinfini
bitirib.
Orta məktəbi bitirdikdən sonra Lerik rayon Hərbi
komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılaraq milli
ordu sıralarına yola salınır.
Hərbi xidmətə Murov cəbhəsində başlayır. Valeh
xidməti müddətində əsgəri nizam-intizamıyla fərqlənmiş,
dəfələrlə komandirlərinin təşəkkürlərini qazanmışdır. O,
sərhədlərimizin qorunmasında ayıq-sayıq dayanaraq düş-
mən həmləsinin qarşısını alaraq öz döyüş bacarığı ilə
seçilmişdir.
Valeh Rəhimov 12 mart 2000-ci ildə Murov cəbhə-
sində düşmənin növbəti hiyləsinin qarşısını alarkən qəhrə-
mancasına şəhid olur. Şəhidin cənazəsi doğulduğu kəndə
gətirilərək torpağa tapşırılır.