1 vaqif aslan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/39
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38225
1   2   3   4   5   6   7   8   9   ...   39

  
10 
 
Rostom  Qeorqiyeviç  və  yaxud  Mexrabens  Rostom  Qeorqiyeviç  yaxud  da  Valeriyan 
(Rustam)  Madatov  Qeorqiyeviç  və    yaxud  da  ki,  Qriqoryan  Rostom  Qeorqiyeviç   
tərəfindən  zəhərlənib  öldürülən  sonuncu  Şəki  xanı  İsmayıl  xanın  da  nəşini  Xoya 
aparmışdılar.  
     İsmayıl  xanın  ölümündən  sonra  xan  ailəsini  və  yaxınlarını  Yelizavetpola  və  İrana 
köçürməyi  qərara  aldılar.  Şəhərdəki  50  erməni  ailəsi  isə  Şəkidə  saxlandı.  Beləliklə, 
Şəkidəki ermənikənd yerində qaldı.  1807-ci ildən  1918-ci ilədək keçən 111 il ərzində 
Nuxaya  köçürülən  ermənilər  də  alaq  otları  kimi  çoxaldılar.    2  noyabr  1917-ci  ildə  
bolşevik  Bakı  Sovetinin    yaradılması  ermənilərin  və  rusların  daha  da  qol-qanad 
açmasına səbəb oldu.  
       Rus çarı olmasın, rus bolşeviki olsun?! Erməni və ruslar üçün nə fərqi vardı? Dövlət 
ki xaçlıların dövləti idi! Azərbaycan türkü müdafiə olunmurdu...  
       Bakıda  və  Şamaxıda  türk-müsəlman  əhalini,  böyük-kiçik  demədən,  bir  ucdan 
qırırdılar.  Çar  hakimiyyət  orqanları  isə  Şamaxıdan  çıxanda  silah  anbarını  gizlincə 
Şamaxıdakı ermənilərə və ruslara vermişdilər.  
        Bolşevik Bakı Sovetinin sədri Stepan Qriqoryeviç Şaumyan, hərbi-dəniz işləri üzrə 
xalq komissarı Qriqori Nikolayeviç Korqanov dinc və əliyalın  türk- müsəlman əhalini 
sonuncu nəfərinə qədər yer üzündən silmək üçün Şamaxıya artilleriya və pulemyotlarla 
təzhiz edilmiş üç min nəfərdən ibarət hərbi dəstələr göndərmişdilər.   Ermənilərin və 
rusların  başında  Şaumyanın  yaxın  silahdaşları  olan  Stepan  Lalayev  (Lalayan)  və 
Tatevos Əmirov (Əmiryan) dururdular. Sən demə,  Şamaxı soyqırımından bir gün əvvəl  
erməni  yepiskopu  Baqrat  və  malakan  keşişi  Karabanov  əllərində  xaç  və  “İncil” 
müsəlman-türklərlə  qardaşcasına  yaşayacaqlarına  və  heç  vaxt  onlara  qarşı  silah 
qaldırmayacaqlarına  and  içiblərmiş.  Bir  gün  sonra  isə  ermənilər  və  malakanlar 
yandırılmış evlərindən çıxıb qaçanları da kişi, qadın və uşaq demədən güllələyiblərmiş. 
Yelizavetpol  quberniyası  tərəfdən  silahlı  azərbaycanlıların  gəldiklərini  eşidib 
Şamaxının Qozluçay malakan kəndinə çəkilsələr də, silahlı azərbaycanlılar gedən kimi 
yenidən Şamaxıya və onun səksən altı kəndinə od vurublarmış. 
             Şimal tərəfləri istisna olmaqla, cənub və cənub –şərq tərəfdən Nuxa da bir neçə 
erməni məntəqələri ilə həlqələnmişdi. Amma Nuxanın yerli əhalisi sayca ermənilərdən 
qat-qat çox idi...  Bununla belə, Vartaşen 
(İndiki Oğuz rayonu)
, Qayabaşı və digər kəndlərdə 
yerləşdirilən  ermənilərin  Ter-Qriqoryan  adlı  bir  nəfər  daşnakın    rəhbərliyi  ilə  erməni 
hökuməti yaratmaq çağırışları Nuxada da açıq şəkildə etiraf olunurdu. Onun çağırışına 
görə,  Nuxadakı  ermənilər  Müsavat  hökumətinin  yaratdığı  Milli  Komitənin  əsgər 
yığmaq təşəbbüsünün qarşısını almalı idilər. İş o yerə gəlib çatmışdı ki, onlarNuxanı 
ermənilərə  təhvil  vermək  təklifi  ilə,  hətta,  Milli  Komitə  qarşısında  məsələ 
qaldırmışdılar.  Ter-Qiqoryana  arxalanan  ermənilər  Nuxada  xüsusi  komitə  və 
komissiyalar  yaratmışdılar.  Bu  arada  Gürcüstan  tərəfdən  erməni qoşunlarının  Şəkiyə 
gəlməsi xəbəri yayılmışdı.Çox təəssüflər olsun ki, Milli Komitənin məsləhəti ilə Şəkiyə 
xəbərsiz  gələn  bu  ordunun  qarşısına  barışıq  üçün  göndərilən  heyətin  başında 
ermənilərin  nümayəndəsi  dururdu.  Milli  Komitənin  qərarı  üzrə  türklərdən  gedəcək 
nümayəndələrdən birisi Xan İlisuyski olmalı idi, lakin bu heyət Xan İlisuyskinin əvəzinə 
göndərilən  Əmircanov  Haşım  bəydən,  Mixak  Boyaqçı  oğlundan,  Şaşaməlik 
Allahverdovdan, bələdiyyə idarəsinin rəis müavini Məhəmməd bəy Fərzəlibəyovdan  və 


  
11 
 
iki  mühafizdən  ibarət  olmuşdu.  Çox  qəribə  idi  ki,  başında  ermənilərin  nümayəndəsi 
duran  bu  heyətin  üzvlərini    Kiş  çayının  aşağı  axarındakı    dəmir  körpünün  bəndi 
yaxınlığında,  hələ  gedəcəkləri  yerə  çatmamışdan  qətl  etmişdilər.  Nümayəndə 
heyətindən təkcə Məhəmməd bəy Fərzəlibəyov və mühafizlərdən təkcə Məşədi Cabbar 
Dadanov  sağ  qalmışdılar.    Bir  tərəfdən  də  Osmanlı-türk  ordusunun  Gəncə  tərəfdən 
Bakıya  doğru  irəliləməsi  Nuxada  ermənilərin  digər  yerlərdə  olduğu  kimi  əl-qol 
açmasına  imkan  verməmişdı.  İş  elə  gətirmişdi  ki,  Müsavat  hökuməti  gedib  Bakıya 
çıxmamışdan Yelizavetpoldan Bakıya doğru hərəkət edən Osmanlı-türk ordusunun bir 
hissəsi  Nuru  Paşanın  rəhbərliyi  ilə  gəlib  Nuxaya  çıxmışdı.  Bu  da    yerli  əhalinin 
kökündən qazınmasının qarşısını almışdı.  
             Yeni  yaradılan  Müsavat  Hökuməti  də  öz  növbəsində  xilaskar  Osmanlı-türk 
ordusunun  köməyi  ilə  erməni  qaniçənlərinin  qarşısını,  axır  ki,  ala  bildi.  Amma  ki, 
ermənilər Azərbaycan türklərinin  çox böyük bir hissəsini məhv etmişdilər. Qarabağda 
isə  vəziyyət  daha  da  ağır  olmaqda  davam  edirdi.  Müsavat  hökuməti  ordu  yaratmaq, 
erməni-rus vandalizmindən xalqı qorumaq zorunda qalmışdı. 1918-ci ildən rus general-
mayoru qulağıkəsik Andranikin canfəşanlığı şəraitində  Qarabağda Azərbaycan türkləri 
məhv edilirdilər ... Buna görə də 
 uyezd  naçalniki  Əyyub  bəy  Rəfibəyovun    dediyi  kimi  Nuxadan  böyük  bir  dəstə 
Qarabağa  müsəlman-türklərin köməyinə göndərilmişdi. ...    
 
********** 
***** 
1920 
IV 
               Bu səhər Hacı Lətif kişi  yenə də fikirli idi. Sükutu  Güllü xanım pozdu: 
               - Ay kişi, dünyanın bacını-xəracını səndənmi alırlar? 
               - Elə olsaydı, nə vardı ki?  
               Bu  sözləri  deyib  Hacı  Lətif  kişi  yenə  də  fikrə  getdi.  Güllü  xanıma  mənalı-
mənalı baxaraq köksünü ötürdü. 
                 - Ahın dağlara-daşlara, ay kişi! De görək nə olub? Nə görüb,  nə eşitmisən? 
                -  Nə  görüb,  nə  eşidəcəyəm  ki?  Dünya  qudurub.  Dünya  qolu  zorluların 
dünyasıdır.  
                  Güllü  xanım  ərinin  dediklərindən  bir  şey  başa  düşməsə  də,  xoşagəlməz  
hadisələrin  baş  verdiyini  anladı.  Yazıq-yazıq  ətrafına  göz  gəzdirdi,  sanki  otaqdakı 
sakitlikdə nəyi isə eşitmək, nəyi isə görmək istəyirdi. Qadınının gözünü döyə-döyə ona 
baxdığını görən Hacı Lətif kişi kövrəldi. Kövrəldiyini bildirməmək üçün üzünü yana 
çevirdi. Bir az toxdayan kimi özünü ələ alıb sözünə davam etdi: 
               -  Bir-iki  il  idi  ki,  bir  növ  qulağı  dinc  yaşayırdıq.  Müsavatın  adı  da,  özü  də 
bərabərlikdən  xəbər  verirdi.  Hər  millətdən  olan  vətəndaşını  qoruyurdu.  İndi  bizi  kim 
qoruyacaq?  
               - Bəyəm bizi öldürürlər? 
               - Güllü, desəm, bəli, öldürürlər, qorxmazsan ki? 
               - Oləndən sonra qorxmaq olurmu? 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə