1 vaqif aslan


      *************  *****    II



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/39
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38225
1   2   3   4   5   6   7   8   9   ...   39

  

 
 
************* 
***** 
 
II 
İpək fabrikində 
 
            Balaca  Məcidin  dünyaya  gəlişindən  bir  neçə  ay  keçmişdi.  Qışın  soyuq  nəfəsi 
artıq hiss edilirdi. Hələ yerdə qar yox idisə də, qışa hazırlıq lazım gəlirdi. Yenə də cümə 
günü  idi.  Cürbəcür  fikir-xəyal  içində  olan  Hacı  Lətif  kişi  fabrikə  yetişəndə  artıq  iş 
başlamışdı.  O, iş otağına keçərək, mühasibini yanına çağırtdırdı. Mühasib otağa daxil 
olub ədəblə salam verdi və Hacı Lətif kişinin nə deyəcəyini kəmali-səliqə ilə gözləməyə 
başladı. Hacı Lətif kişi başını qaldırıb: 
              -Əleykəssalam! Əyləşin!- dedi.  
               Onun  səsində  nəsə  bir  qəribəlik  vardı.  Mühasib  tövrünü  pozmadan,  sakitcə 
əyləşdi. Hacı Lətif kişinin ilk sualı belə oldu: 
               - Cəmi neçə fəhləmiz vardır? 
               - İki yüzdən beş əskik. 
               - Hamısı eyni miqdarda məvacib alırmı? 
               - Yeni gələnlər və hələ təcrübəsini tam  başa vurmayanlar təcrübəli fəhlələrdən 
az məvacib alırlar. 
              - Qısa və aydın deyəsi olsaq? 
              - Ən təcrübəli fəhlələr on beş, təcrübəli hesab etdiklərimiz on, ikinci ilini başa 
vuranlar  yeddi,  birinci  ilini  bitirənlər  beş,  hələ  də  şəyirdliyində  qalanlar  və  lap  təzə 
gələnlər isə həftədə üç qızıl alırlar. 
              -  Özün  də  görürsən  ki,  hamı  eyni  qaydada  məvacib  almır.  Bəzi  adamların 
məvacibi elə mənim özümə də lap az göründü. 
               Mühasib dərhal dilləndi:  
               - Fabrikantlar içərisində bizdən yüksək məvacib verəni yoxdur. Az niyə olur? 
               Hacı Lətif kişi başını qaldırıb mühasibini dərin və sınayıcı bir şəkildə nəzərdən 
keçirməyə  başladı.  Bu  baxışların  səbəbini  anlamayan  mühasib  də  ona  çaşqın-çaşqın 
baxırdı.  
               Görəsən  bu  qayğılı  və  müəmmalı  baxışları  ilə  Hacı  Lətif  kişi  nə  demək 
istəyirdi? Nəhayət, Hacı Lətif kişi dilləndi: 
               - Sən mənə de görüm, məvacibi az olan o insanların həftə sonu aş bişirməyə 
imkanları olacaq, ya yox? 
               Mühasib cavab verdi: 
              - Əlbəttə ki, şəyirdlərin buna imkanı olmayacaqdır.  
             Hacı Lətif kişi qayğılı-qayğılı: 
              -  Onların  məvacibinə  daha  bir  qızıl  da  əlavə  edərsən.  Hesab  dəftərində  də 
qeydiyyatın olsun. 
              - Oldu. 
              - Gedə bilərsən! 


  

 
              Mühasibi  otaqdan  çıxan  kimi  özü  də  ayağa  qalxıb  otaqda  var-gəl  etməyə 
başladı. 
 
************** 
****** 
                Elə ki, qaş qaraldı, hamı süfrə başına  yığışdı. Yeməklər yeyilib, qab-qacaq 
yığışdırılan kimi çay gəldi.  Hacı Lətif kişi üzünü Güllü xanıma tutaraq dedi: 
              - Adəmə qalmayan dünya Xatəmə də qalmayacaq. 
               Güllü xanımın nəzərləri Hacı Lətif kişiyə dikildi: 
              - Ay kişi, mən bisavad adamam. De görüm, nə deyirsən? 
              - Həftənin sonunda, cümə günü axşam azanından sonraya on – on beş fəhləni 
ailə üzvləri ilə birlikdə fabrikin yeməkxanasına aş yeməyə dəvət etmişəm.  Aşbazlara 
de,  hazırlıqlarını  görsünlər.  Heç  elə  şey  olar  ki,  hamının  balası  həftə  sonu  aş  yesin, 
bəziləri isə baxsın? Onların da balalarının burnuna iy gedər. Bu isə heç də yaxşı olmaz. 
Mühasibə də tapşırmışam ki, imkansızların məvacibinə daha bir qızıl da əlavə etsin. 
              - Kişi, Allah qəlbinə görə versin. Bizim də balalarımız var. Dünyanın işini nə 
bilmək olar? 
              -  Dünyanın  işi  yaxşıya  doğru getmir.  Urusiyətdə  it  yiyəsini tanımır.Nikolayı 
yıxmaq istəyirlər.Varlı-kasıb məsələsi də ki, baş alıb gedir. 
               Abduləli ailənin ilki idi. On yaşı bu yaxınlarda tamam olmuşdu. Bayaqdan bəri 
ata-anasını  sakitcə  dinləyən  Abduləli  maraq  dolu  gözlərini  qıyaraq:  -Ata,  ay  ata,  bu 
işlərin axırı necə olacaq?-dedi və sualının cavabını gözləyərək susdu.   
              Hacı  Lətif  kişi  fikirli-fikirli  dilləndi:  -  Camaat  bir-biri  ilə  əlbəyaxa  olacaq. 
Hökumətin  adamları  da  araçılıq  edəcəklər.  Döyülən  döyüləcək,  söyülən  də 
söyüləcəkdir.Qazananlar qorodovoylar olacaqlar. 
             Hüsniyyə  Abduləlidən  bir  yaş  balaca  idi.  Danışıqlara  maraq  göstərən  balaca 
Hüsniyyə də uşaq sadəlövhlüyü ilə söhbətə qarışdı: 
             -  Dünən  uşaqlarla  doqqazda  oynayırdıq.  Abduləli  də  orada  idi.  Qonşumuzun 
böyük oğlu Ağabala deyirdi ki, dədənizi vısılka etdirəcəyəm. Abduləli onu söydü. Yaxşı 
ki, eşitmədi. 
             Hacı  Lətif  kişi  ciddiləşərək:  -  Adam  söyüş  söyməz!-  deyə  Abduləliyə  tərəf 
çöndü. Harada olsanız da, ağzınızı təmiz saxlayın. Pis-pis sözlərlə ağzınızı zibilləməyin. 
Ağız zibil torbası  deyildir. 
            Abduləli  qızararaq  başını  aşağı  saldı.  Günahkar  bir  səslə:  -  Ağabala  məndən 
dörd-beş yaş böyükdür. Özü də ağzına qaravul qoymur.  
           -  Qaravulsuz  ağız,  yiyəsiz  ev  kimidir,  içində  ilan  –  çayan  oynaşar.  Mənim 
balalarım,  hər  adama  cavab  vermək  olmaz.  Eşitdinizmi?  –  deyə  Hacı  Lətif  kişi 
Abduləliyə və Hüsniyyəyə  ciddi bir nəzər saldı.  
            Abduləli uşaq ərköyünlüyü ilə sinəsini qabağa verdi: - Ata, mən heç qoyarammı 
ki, səni vısılka eləsinlər? Axı, mən... 
          - Oldu, oğlum, oldu! Di gəl, səni maç edim. 
          - Məni də, məni də!..  – deyib Hüsniyyə ayağa qalxdı. 
          - Allah sizi qorusun!- deyib Hacı Lətif kişi ayağa durdu. Hər ikisini qucaqlayaraq 
bağrına basdı: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə