|
1. Təhsil sistemi haqqında anlayış Az. Res-da təhsil sisteminin quruluşu, ar-nın Təhsil Qanunu Təhsil sisteminin prinsipləri
|
səhifə | 7/17 | tarix | 26.10.2023 | ölçüsü | 411,69 Kb. | | #131515 |
| 2 MÜHAZİRƏTəhsilin keyfiyyətinə nəzarət
Müasir dövrdə keyfiyyət göstəriciləri tələbələrin təhsil aldığı dövrdə qazandıqları bilik, bacarıq və vərdişlərin inkişaf səviyyəsinə uyğun müəyyənləşdirilir.
Transmilli təhsil standartlarına uyğun olaraq Azərbaycan ali təhsil müəssisələrinin akkreditasiya və attestasiyası mexanizmləri tətbiq edilir. 2004-cü ildə Azərbaycan hökumət tərəfindən ali və orta ixtisas təhsili müəssisələrinin attestasiya və akkreditasiyası haqqında normativ hüquqi sənəd - Əsasnamə təsdiq olunmuşdur.
Mobilliyin genişləndirilməsi
Ali təhsil sistemində mobillik (latınca mobilis - mütəhərrik; deməkdir) deyildikdə, sərbəst, çevik hərəkət başa düşülür. Təhsil alanlar və təhsil verənlər (professor-müəllim heyəti), habelə digər kadr korpusunun qarşılıqlı əməkdaşlığının və qarşılıqlı öyrənmənin dərinləşdirilməsini təmin edilməsi məqsədilə, mobillik, başqa sözlə, sərbəst çevik hərəkət genişləndirilməlidir.
Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə bir çox xarici ölkələrin səfirlikləri, daimi nümayəndəlikləri açılmış, xarici ölkələrdə isə respublikamızın diplomatik korpusları fəaliyyətə başlamışdır. Bu da Azərbaycan vətəndaşlarının xarici ölkələrə getməsi üçün xeyli sadələşdirilmiş və asanlaşdırılmışdır. Həm də xarici vətəndaşların da respublikamıza problemsiz gəlməsi üçün real şərait yaradılmış, sovet dövrünə xas olan «Çin səddi» aradan qaldırılmışdır.
Qanunvericilik bazasının yaradılması
Respublikamızda ali təhsil sahəsində Avropa məkanının norma və standartlarına uyğun yeni qanunvericilik sənədləri hazırlanmaqdadır. Transmilli qanunvericilik aktları ali təhsildə ən müasir, mütərəqqi yanaşmalara, yaradıcı münasibətlərə, yeni pedaqoji təfəkkürə, müasir modellərə və parametrlərə əsaslanır.
Bu, o deməkdir ki, ali təhsil sistemində dəqiq müqayisə edici dərəcələr müəyyənləşdirilməlidir.
Azərbaycanın ali təhsil sistemində artıq bir neçə ildir ki, təhsili başa çatdıranlara diploma əlavə edilən xüsusi sənəd də verilir. İşə götürənlər diploma standart formalı əlavələri də qəbul etməlidirlər. Əlavə sənəd geniş yayılmış Avropa dillərinin birində yazılmalıdır.
Ümumavropa standartları müəyyənləşdirildikdən sonra “Boloniya prosesi”nə qoşulan bütün ölkələr kimi respublikamızda da ali təhsilin məzmununda «ümumi standartlara riayət olunma» tələbi əsas götürüləcəkdir.
Son dövrlərdə yenilikçi-pedaqoq alimlər tərəfindən onlarla pedaqoji sistemlər təklif olunmuş, təhsilin yeni-yeni qanunauyğunluqları müəyyənləşdirilmişdir. Bütün bu yeniliklər aşağıdakı xüsusiyyətləri özündə ehtiva edir:
həmin yeniliklər cəmiyyətin tələblərindən irəli gəlmişdir və pedaqoji ictimaiyyətin situativ reaksiyasının məhsuludur;
pedaqoji nəzəriyyənin kifayət qədər mükəmməl və əsaslandırılmış olmamasının təzahürüdür;
pedaqoji nəzəriyyənin fəlsəfi-metodoloji əsaslarının kifayət qədər işlənməməsinin nəticəsidir;
vahid konseptual sistemin olmaması - situativ, fraqmentar nəzəriyyələrin vəhdətini təmin etməyə, zəngin pedaqoji təcrübəni formalaşdırmağa imkan vermir;
təhsilin biri-birini tamamlayan (biri-birinə zidd olmayan) kateqoriyalar, qanunauyğunluqlar toplusunun olmaması.
Göstərilən nöqsanları aradan qaldırmadan, təhsilin və təhsil sisteminin qanunauyğunluqlarını dərk etmədən, mükəmməl doktrina (elmi, fəlsəfi, siyasi nəzəriyyə) yaratmadan təhsil sahəsində dövlət siyasətini düzgün formalaşlırrnaq mümkün deyil.
Dövlət, hər şeydən əvvəl, təhsil sahəsində öz strategiyasını (yunanca strateqos, stratos - qoşun, aqo - aparıram de məkdir. İki mənada işlənir. Birinci, hərb sənətinin tərkib hissəsi, onun ən mühüm sahəsi, ikinci, ictimai-siyasi mübarizəyə düzgün və perspektiv (uzaq) proqnozlara əsaslanan rəhbərlik sənəti) müəyyənləşdirməlidir.
Maraqlıdır ki, insanın və. sivilizasiyanın inkişafın keyfiyyətcə yeni mərhələyə qalxması ilə təkcə proseslər deyil, anlayışlar da qloballaşır. Bu gün strategiya anlayışı təhsilə də aid edilir. Təhsilin inkişaf strategiyası tarixin irəli sürdüy suallara, planetar çağırışlara, dünyanı bürüyən təhlükələrə cavab vermək iqtidarında olmalıdır.
Dostları ilə paylaş: |
|
|