1. Rəsmi sənədlər



Yüklə 318,82 Kb.
Pdf görüntüsü
səhifə23/26
tarix04.03.2023
ölçüsü318,82 Kb.
#101918
növüYazı
1   ...   18   19   20   21   22   23   24   25   26
az dili imtahan sualları (1)

4.
 
Kurs işinin tərtibi qaydaları 
Kurs işi ali məktəblərdə ixtisas müəllimlərinin rəhbərliyi altında tələbələrin tədris planına uyğun 
gördükləri müstəqil elmi-metodik işdir. Kurs işinin strukturu və quruluşu: 

Titul vərəqi (əlavə edilir) 



Kurs işi üçün tapşırıq vərəqi (semestrin əvvəlində tələbəyə verilməlidir) 

Mündəricat (əlavə edilir) 

Giriş 

Əsas hissə 

Nəticə 

İstifadə olunan ədəbiyyatın siyahısı (əlavə edilir) 

Əlavələr (lazım 
olduqda) 
5.
 
Plagiat və elmi xülasə 
Plagiat (latınca “plagium” sözündən götürülmüş, mənası “oğurlanmış” deməkdir) başqasının əsərini öz 
əsəri kimi vermə və ya müəllifi göstərilmədən başqasının əsərindən istifadə etməkdir. Plagiatçılıq – 
özgə əsərin müəllifliyinin qəsdən mənimsənilməsi və ya öz əsərində digərinin əsərindən istinadsız 
istifadəsi deməkdir. 
Xülasə tezisin yekunu olub, akademik işin bütün əsas məqamlarini qisa şəkildə göstərir. xülasə 
oxucuya elmi yazinin məqsədini ən qisa vaxtda çatdirmaq üçün yazilir. bir qayda olaraq, 121 abstrakt 
1-2 paraqrafdan və 150-300 sözdən ibarət olur, son illərin xarici akademik jurnallarinda 
genişləndirilmiş xülasənin həcmi 1, ya da 1,5 səhifə həcmində olur. xülasənin strukturu aşağidaki 
şəkildədir: 1. tədqiqatin obyekti, məqsədi, vəzifələri, tədqiqat mövzusunun tədqiqatçilari 2. problem və 
onun həlli yollari
6.
 
AKADEMIK MƏQALƏ, REFERAT, DISSERTASIYA, AKADEMIK TEZIS. 
Akademik meqale-hər hansi elmi problemi həll etməklə ortaya qoyulan nəticəni analitik təhlil etməklə 
geniş şəkildə təqdim olunmasidir. tezisdən fərqli olaraq məqalə daha geniş həcmli (5-25 səh) olur.
məqalə strukturu
: məqalə giriş, ədəbiyyat araşdirmasi, araşdirma metodologiyasi, nəticə/ müzakirədən, 
ədəbiyyat referens siyahisi və xülasədə ibarət olmalidir. 
Dissertasiya elmi dərəcə almaq üçün təqdim edilən fundamental xarakterli elmi tədqiqat əsəri. Həcmi 
120-250 səhifə olur. 
Referat 
«Referat» (latınca referrer - məruzə etmək, məlumat vermək) hər hansı məsələ ilə bağlı, bir və ya bir 
neçə kitab, monoqrafiya, yaxud da ilkin mənbələr əsasında qısa və dəqiq icmal məzmunu əks etdirir. 
Akademik tezis akademik işin bütün əsas məqamlarını qısa şəkildə göstərir. Elmi tezis elmi yazının 
məqsədini ən qısa vaxtda çatdırmaq üçün yazılır. Tezisin həcmi mövzu və nəşriyyat tələblərindən asılı 
olaraq, dəyişə bilər. Bir qayda olaraq, tezis abstrakt 1-2 paraqrafdan və 100-500 sözdən ibarət olur. 
Elmi tezisi yazarkən burada cədvəl, sxem və qrafiklər göstərməyə ehtiyac yoxdur. 

Yüklə 318,82 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə