1. Qaramal və onun bioloji xüsusiyyətləri Camış və onun bioloji xüsusiyyətləri



Yüklə 296,85 Kb.
Pdf görüntüsü
səhifə22/23
tarix09.01.2022
ölçüsü296,85 Kb.
#82734
1   ...   15   16   17   18   19   20   21   22   23
Maldarliq

Afrika camışları 

- üç növü və ya yarım qrupa bölünür: 

1. 

Kafr  camışı  -  Afrikanın  qərb,  cənubi-qərb  və  cənub  rayonlarında 



yaşayırlar. Buynuzları çox inkişaflı, rəngi qaradır. 

2. 


Qızıl  camışlar  -  Afrikanın  Seneqal,  Qambiya,  Konqo  və  Mərakeşdə 

yayılıblar. Rəngi qırmızımltıldır. 




3. 

Qısabuynuzlu camışlar  - Afrikanın   mərkəzində,    Çad  gölü  rayonlarında   

yayılıblar.   Buynuzları   aypara   şəklində,   rəngi   qara,   ana camışlar qırmızı-qonur 

olur. 


Asiya camışları 

- iki növə ayrılır: 

1) 

vəhşi hind camışı (arni) 



2) 

mindor camışı 

Vəhşi  hind  camışı  (arni)  qədim  zamanlardä  Midiya  (Azərbaycan), 

Mesopotomiya və cənub-şərqi Hindistan, Birma, Şri-Lankada rast gəlinir. 

Uzunbuynuz  arni  camışı  əhliləşmə  prosesində  qısabuynuzlu  formaya 

çevrilmişdir. Bəziləri buynuzsuz olur. 

Hind camışları arasında iki forma mövcuddur:  

1) 


Uzunbuynuz  camış  -  Cənubi    Çində,    Sakit  okean    adalarında, 

İndoneziyada yayılmışlar. 

2) 

Qısabuynuzlu      camış      -  Yaponiya,      Şimali      Çin,      Qərbi      Asiya, 



Şimali-Şərqi Afrika, Cənubi Avropa və Qafqazda yayılmışlar. 

Camışlar  eramızdan  5500  il  qabaq  Hindistanda  əhliləşmişlər.    Azərbaycanda 

camışlar Kür və Araz çayları və onlara tökülən qolların      hövzələrində-bataqlıq-

subtropik      yerlərdə,      habelə      İranın  Mazandaran və Gilan əyalətlərində 

yaşayırdı. Sonradan camışlar Şimali Qafqaz və Krıma tərəf yayılmışlar. 

Hazırda  yer  kürəsində  120  mln  camış  vardır.  Azərbaycanda  camışlar  son 

məlumata görə qaramalın 18-21%-ni təşkil edir. 

Camışlar aşağıdakı bioloji xüsusiyyətə malikdirlər: 

1) 

Camışlar çaylaq, rütubətli və subtropik iqlimli rayonlarda, eləcədə 1800-



2000 m hündürlükdə olan dağlıq rayonlarda yaşayır. 

2) 


Azərbaycanda camışların əsas kütləsi Şəki - Zaqatala, Gəncə - Qazax, Mil-

Qarabağ,  Lənkaran-Astara,  Quba-Xaçmaz,  Muğan-Salyan  və  Şirvan zonalarında 

saxlanılır. 

3) 


Xarici görünüşçə buynuzludur (uzunluğu 21-64 sm-dir) 

4) 


Rəngi-əsasən qara, qırmızımtıl-qonur. 

5) 


Fəqərə çıxıntıları xeyli inkişaflıdır, sağrısı sallaq olur. 

6)  Boğazlıq müddəti 11-aydır. Hövrə gəlmə və doğuş fəsli xarakter daşıyır. 

7)  Respublikada  yetişdirilən  camışların  hövrə  gəlməsi  əsasən  aprel- 

iyul (83,4%) aylarında baş verir. 

8)  Camışlar hidrofil heyvanlar olmaqla suyu çox sevir və yaxşı üzə bilirlər. 

9)  Camışlarda 

tər 

vəziləri 



dərinin 

dərinliyində 

yerləşir. 

10)Camışlar  küləyə  çox  həssasdırlar.  Çox  küləkli  yerdə  camış  az 

yayılmışdır. Külək  camışın tük örtüyü arasında  normal hava  rejimini pozur, 

dərini  qurudur.  Bununla  yanaşı  camışlar  çox  soyuq  havaya  da  həssas 

heyvanlardır, çox soyuğu sevmirlər. 



 

Hazırda  MDB-də  370  min  baş  camış  yetişdirilir  ki,  bunun  319  min  başı 

Azərbaycanda  yetişdirilir.  Camışların  x/t  -  da  əhəmiyyəti  onlardan  yüksək 

qidalılığa  malik  süd  və  ət  məhsulunun  alınmasıdır.  Bununla  yanaşı  camış  dərisi, 

buynuzu,  tükü  sənayedə  məişət  əşyaları,  geyim  malları,  bəzək  materialları 

hazırlanmasında istifadə edilir. Camışların südünün kimyəvi  tərkibi ilə əlaqədar 

olaraq  camış  südündən  emal  sənayesində  çox  qiymətli  və  dəyərli  süd 

məmulatları, xama, qaymaq, qatıq, şor, smetana və s. məmulatlar da hazırlanır. 

Camışlar  bir  sıra  fermer  təsərrüfatlarında  qoşqu  və  minik  heyvanı  kimi 

onlardan az da olsa istifadə edilir. 

 

Zebu

.  Zebunun dəqiq əcdadı haqda elə bir fikir yoxdur. Bəzi tədqiqatçılar onun  

sərbəst növ olduğunu, bir başqaları isə qaramalın nəzdində olan bir növ, başqaları 

isə  qaramala  uyğun  bir  mal  hesab  edirlər.  Bir  sıra  alimlər  göstərirlər  ki,  bütün 

morfoloci nişanələrinə, genioloci xüsusiyyətlərinə görə onlar qaramala çox yaxındır. 

Aparılan tədqiqatlardan aydın olur ki, fırlı və fırsız mallar bir-birindən fərqlənirlər. 

Zebunun formalaşma mərkəzi Hindistanın şimali və mərkəzi hissəsi olmuşdur 

Zebu  hələ  antik  dövrdə  Hindistan  ərazisindən  çox-çox  uzaqlarda  yayılmış  və 

yetişdirilmişdir.  Hazırda  təkcə  Hindistanda  35-ə  qədər  zebu  cinsi  vardır.  Həmin 

cinslərin əsasında Afrika, Amerika və Avstraliyada bir neçə zebu və hibrid cinslər 

yaradılmışdır. 

                             

 


Yüklə 296,85 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə