1 Pedaqogikanın obyekti,predmeti,məqsədi və vəzifələri



Yüklə 102,17 Kb.
səhifə33/35
tarix17.01.2023
ölçüsü102,17 Kb.
#98706
1   ...   27   28   29   30   31   32   33   34   35
Pedogika imtahan suallarının cavabları copy

Formativ qiymətləndirmə.Yeni məktəbdaxili qiymətləndirmənin əsas mahiyyətini formativ qiymətləndirmə təşkil edir. Yeni və ənənəvi qiymətləndirmə arasında əsas fərq gündəlik rəqəmli qiymətlərin yazılmaması və şagirdin təlim fəaliyyətinin daim izlənməsidir. Formativ qiymətləndirmə sayəsində şagird gündəlik təlim fəaliyyəti ərzində rəqəmli qiymət almaq üçün deyil, yaxşı nəticə göstərmək üçün çalışır. Formativ qiymətləndirmənin nəticələri formativ qiymətləndirmə jurnalında və şagirdin məktəbli kitabçasındasözlə qeyd olunur.

Formativ qiymətləndirmənin aşağıdakı üsulları var:1) Müşahidə; 2) Şagirdlərin şifahi cavabları; 3) Şagirdlərin yazı işləri; 4) Test tapşırıqları.


Summativ qiymətləndirmə kiçik və böyük summativ qiymətləndirmədən ibarətdir. Kiçik və böyük summativ qiymətləndirmə müəyyən mərhələlərə (bəhs və ya bölmənin, yarımilin sonunda) yekun vurmaqla, müvafiq vasitələrlə şagirdin nailiyyət səviyyəsini ölçmək məqsədilə aparılır. Kiçik summativ qiymətləndirmə fənn kurikulumları tətbiq olunan siniflərdə bəhs və ya bölmələrin sonunda altı həftədən gec olmayaraq müəllim tərəfindən keçirilir.
Onun nəticələri yarımillik qiymətlərin hesablanmasında nəzərə alınır. Kiçik summativ qiymətləndirmə vasitələri fənni tədris edən müəllim tərəfindən hazırlanır.
Summativ qiymətləndirmənin nəticələri rəsmidir və keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur. Kiçik summativ qiymətləndirmənin keçirildiyi gün dərsdə iştirak etməyən şagirdin sinif jurnalında adının qarşısındakı xana diaqonalla 2 yerə ayrılır və onun surətində “q” (qaib) yazılır, məxrəci isə boş saxlanılır. Müəllim həmin şagirdlə növbəti iki həftə ərzində summativ qiymətləndirmə aparır və onun nəticəsini məxrəcdə qeyd edir. Kiçik summativ qiymətləndirmə kiçik “s” hərfi ilə işarə edilir və aşağı indeksdə sıra nömrəsi yazılır. Məsələn: s1, s2, s3, ...
Böyük summativ qiymətləndirmə.Böyük summativ qiymətləndirmə vasitələri (test və tapşırıqlar) ümumi təhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi xüsusi komissiya tərəfindən hazırlanır. Şagird I yarımildə böyük summativ qiymətləndirmədə iştirak etmədikdə, bir ay müddətində onun böyük summativ qiymətləndirmədə iştirakı təmin edilir. Şagird II yarımildə üzürlü səbəbdən böyük summativ qiymətləndirmədə iştirak etmədikdə, II yarımillik qiyməti çıxarılarkən I böyük summativ qiymətləndirmədə aldığı qiymət həm də II böyük summativ qiymət hesab olunur. Şagirdin üzürsüz səbəbdən iştirak etmədiyi II yarımildəki böyük summativ qiymətləndirmənin nəticəsi yarımillik qiyməti çıxarılarkən “0” qəbul edilir. Əgər şagird I yarımildə böyük summativ qiymətləndirmədə üzrlü səbəbdən iştirak etməmiş və bir ay müddətində onun böyük summativ qiymətləndirmədə iştirakını təmin etmək mümkün olmamışdırsa, həmin şagirdin II yarımildə böyük summativ qiymətləndirmədə aldığı qiymət həm də I yarımilin qiyməti olaraq hesablanır. 
Böyük summativ qiymətləndirmə böyük “S” hərfi ilə işarə edilir və aşağı indeksdə yarımilin nömrəsi yazılır. Məsələn S1 və S2.



Yüklə 102,17 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə