1. İdarəetmə strukturunda təsdiqlənmiş mehmanxana işinin təşkilinin əsas modelləri


Ernest Hendersonun mehmanxana sənayesinin inkişafında rolu



Yüklə 47,98 Kb.
səhifə5/46
tarix11.05.2022
ölçüsü47,98 Kb.
#86618
1   2   3   4   5   6   7   8   9   ...   46
aydın mlm.imtahan

19. Ernest Hendersonun mehmanxana sənayesinin inkişafında rolu. Ernest Henderson 26 il ərzində möhtəşəm mehmanxana korporasiyası yaratmağa müvəffəq olmuşdur.Onun maliyyə hesabları, analitik zəkası, sağlam düşüncəsi, hissiyyatı, enerjisi, zəhmətkeşliyi adi «Şeraton» şirkətini dünya mehmanxana liderləri sırasına çıxarmışdı. Henderson 1967-ci ildə vəfat etmişdir. Həmin il onun 154 oteli var idi. Henderson uğurlu sövdələşmələr aparmaq ustası idi. O, sərfəli qiymətlərlə otel almağı, baha qiymətə satmağı bacarırdı. Onun ağıllı hesablamaları və məqsədli işi həssaslığına, hissiyyatına, sentimentallığına, lirikasına üstün gəlirdi.Henderson mehmanxana biznesində lider kimi ad qoyub getmişdir.Turizm müasir dövrün mühüm və daim inkişaf edən sosial-iqtisadi hadisə olmaqla bütün dünyaya öz geniş imkanlarını açır və ölkələrin müxtəlif sahəli iqtisadiyyatının inkişafının əsasını təşkil edir.Bütün bu hadisələr müxtəlif xalqların iqtisadiyyatının, elm və mədəniyyətinin inkişafına böyük təkan vermişdir. 20. Siyavuş Yeqanlının mehmanxana sanayesinin inkişafında rolu. Siyavuş Teymur oğlu Yeqanlı Azərbaycan turizm və mehmanxana sahəsində özünəməxsus yer tutur. Onu turizmin patriarxı da adlandırırlar.Siyavuş Yeqanlı zəhmətsevərliyi və inadkarlığı ilə öz yaşıdları arasında fərqlənirdi.Siyavuş Yeqanlı Pedaqoji Dillər institutunun ingilis dili fakültəsinə daxil olur və oranı müvəffəqiyyətlə bitirir. 1963-cü ildə «İnturist» sistemində tərcüməçi-bələdçi kimi işləyən Siyavuş Yeqanlı tezliklə Qana və Misir Ərəb Respublikasına tərcüməçi kimi ezamiyyətə göndərilir.Turizm işini gözəl bilən və onu dərindən sevən Siyavuş Yeqanlı 1969-cu ildə yenidən «İnturist» sistemində artıq turistlərə xidmət göstərən şöbənin müdiri kimi fəaliyyətə başlayır.Yüksək peşəkarlığa və liderlik xüsusiyyətlərinə malik olan S.Yeqanlı tez bir zamanda 1973-cü ildə respublikanın ən böyük mehmanxana kompleksinə - «Azərbaycan»a müdir müavini təyin olunur. Bu vəzifədə işlədiyi zaman kollektivə rəhbərlik etmək və yüksək idarəçilik bacarığına malik olduğunu göstərir.O, turistlərin qəbul və xidmət şöbəsində yeni iş jurnalı tətbiq edir. Bu jurnalla mehmanxanaya gəlib-gedən turistlərin və həmçinin nömrələrin sayı dəqiq və düzgün aparılır. «Moskva» mehmanxanasında işlədiyi müddətdə o, «İnturist» sistemi üçün milli kadrların hazırlanmasında, onların təhsil və təlimində böyük rol oynamışdır. S.Yeqanlı turistlərə göstərilən xidmətin keyfiyyətini və səmərəsini artırmaq məqsədilə «Moskva» mehmanxanasında turistlərin qəbul bölməsiylə tərcüməçilərin bölməsini birləşdirərək turistlərin qəbul və xidmət şöbəsini yaradır.Hal-hazrda Siyavuş Yeqanlı Bakı Biznes Mərkəzinin Baş direktorudur.


Yüklə 47,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə