1. İdarəetmə strukturunda təsdiqlənmiş mehmanxana işinin təşkilinin əsas modelləri


Front Office şöbasi və onun əsas funksiyası



Yüklə 47,98 Kb.
səhifə22/46
tarix11.05.2022
ölçüsü47,98 Kb.
#86618
1   ...   18   19   20   21   22   23   24   25   ...   46
aydın mlm.imtahan

39. Front Office şöbasi və onun əsas funksiyası. Turizmin mühüm formalarından biri olan mehmanxana, qonaqların qəbulu, yerləşdirmə və onlara xidməti yerinə yetirir.İngilis sözü olan və müasir mehmanxanalarda işlədilən “Front Office” (Ön büro) Azərbaycan dilinə adətən qonaqların qəbulu və nömrələrə yerləşdirilməsi kimi tərcümə olunur. Geniş mənada “Front Office”-ə konsyerjlər,Şvesarlar, yük daşıyanlar, xidmətçilər, telefon operatorları, suvenir köşkü və s. daxil olduğu xidmət bölməsi, bronlaşdırma bölməsi, və hətta marketinq bölməsi də daxil ola bilər.Marketinq xidməti, mehmanxananın böyük və kiçikliyindən asılı olaraq, müstəqil bölmə kimi fəaliyyət göstərir və ya “Front Office”-ə daxildir. Mehmanxana “Front Office”-nə director rəhbərlik edir. Front Office Meneceri mehmanxana haqqında tam məlumata malik olmalıdır.Front Office mehmanxananın baş qərargahı,onun “sinir” sistemidir. Burada qonaq qarşılanır, xidmət göstərilir və yola salınır. Front Office mehmanxananın güzgüsü və simasıdır. Mehmanxanaya gələn qonaq əsasən “Front Office”-in əməkdaşları ilə ünsiyyətdə olur, arzu və istəklərini bildirir.Mehmanxananın iş prinsipindən asılı olaraq “Front Office”-də növbələr və iş vaxtı müxtəlif ola bilər.Front Office şöbəsi mehmanxananın birinci mərtəbəsində münasib yerdə olmalı, xidmət göstərən işçilər lifti və mehmanxana hollnu yaxşı görməlidirlər. Belə olan halda şöbənin əməkdaşları mehmanxanaya daxil olan qonaqları görər və onların yüklərinə nəzarət edə bilərlər.“Front Office” öz müştəriləri haqqında məlumat toplayır, saxlayır, daimi qonaqların zövqünü, arzusunu, hətta ad günlərini bilir.


Yüklə 47,98 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə