1 Hümayi rş e



Yüklə 7,73 Mb.
Pdf görüntüsü
səhifə8/181
tarix19.07.2018
ölçüsü7,73 Mb.
#57326
1   ...   4   5   6   7   8   9   10   11   ...   181

H Ü M A Y İ - Ə R Ş

    23

istəməyən mütəəssiblər tərəfindən ona edilən haqsız hücumlar və yersiz 

ittihamlar ömrünün son illərində həyatının ən çətin anlarını yaşamasına 

səbəb olmuşdur. Əslində, bu iftiraların əsl səbəbi o cür məsələlər deyil, 

Həmzə əfəndinin cəmiyyət tərəfindən sevilməsi və geniş bir mürid kütləsinə 

sahib olmasının bəzilərini həsədə sövq etməsi idi. Bunda bir qüsur axtarıb 

tapmağa çalışan müxalifləri onun bu həssasiyyətindən istifadə etmək istəmiş, 

siyasəti də öz məkr və hiylələrinə alət etməklə əleyhində dedi-qodularla dolu 

intensiv bir kampaniya başlatmışlar. Si yasi dairələr təhrik edilmiş, şikayətlər və 

oyunlar nəticəsində 1885-ci ildə İstanbula cəlb edilərək istintaqa çəkilmişdir. 

Tarixçi Hüseyin Hüsaməddin bəyin nəqlinə görə, şeyxül-islam Üryanizadə 

Əhməd Əsəd əfəndinin hüzuruna çıxarılaraq ondan Müaviyə və onun 

kimilərin tənqid və təhqir edilməsinin səbəblərini izah etməsi soruşulmuş, 

o da: “Cəddimin əleyhinə qiyam edən adamlara büğz və lənət etmək mənə 

aid bir vəzifeyi-nübüvvətdir. Bu xüsusda xalqın mənə ayaq uydurması, tabe 

olması doğru deyildir” cavabını vermişdir. Bu məntiqli cavab üzərinə bəraət 

alaraq sərbəst buraxılmışdır.

6

 



Ağabalinin verdiyi məlumata görə, bundan bir nəticə əldə edə bil-

mə yən məlum dairələr taktika dəyişdirərək işi daha da irəli aparmağa 

çalışmışlar. Həmzə əfəndinin mütləq cəzalandırılması üçün Amasiyanın 

irəli gələnlərindən razı sala bildikləri şəxsləri bir araya gətirərək saxta yolla 

hazırladıqları “dövlətin təhlükəsizliyini təhdid etdiyi, sahib olduğu çoxlu 

tərəfdar kütləsi ilə üsyana hazırlandığı” şəklində yalan və böhtan dolu 

bir məktubu imzalatdıraraq hökumətə göndərmişlər. Bunun nəticəsində 

səksən yaşını keçmiş, heç bir dünyəvi təmənnası olmayan bu mübarək 

münzəvi Allah adamının Xarputa sürgün edilməsinə səbəb olmuşlar. Allah 

dostlarının çoxunun başına gələn bu hala böyük bir razılıq və təslimiyyət 

ilə dözən Mir Həmzə əfəndinin 87 illik ömrü, 12 məhərrəm 1304/11 

oktyabr 1886-cı ildə başa çatmış, Xarputda sürgündə ikən məzlumanə 

Haqqa qovuşmuşdur. 

Həmzə əfəndinin Çar Rusiyası zamanı Azərbaycanda, xüsusilə, şimal-

şərq bölgələrindəki təsi rinin qarşısını almaq üçün tətbiq edilən təzyiqlər 

bolşevik idarəsi zamanında getdikcə artmışdır. Sovet üsul-idarəsi İs ma-

yıl Şirvani və davamçıları tərəfindən Azərbaycanda yayılan Nəqşibəndi 

təriqətinin təsirlərini aradan qaldırmaq üçün uzun müddət mübarizə 

aparmışdır. Yüzlərlə şeyx və din xadimi edam və sürgün edilmişdir. Ateizm 

siyasətinin dini dəyərlərə qarşı apardığı mübarizənin hədəfində ən çox 

milli, dini və irfani ədəbiyyat olmuşdur. O cümlədən, Həmzə əfəndinin 

divanlarının da oxunması yasaqlanmış və hətta, evində saxlayanlar barə-

sin də ağır cəza tədbirləri görülmüşdür. Bununla da kifayətlənilməmiş, 

əleyhində ciddi bir təbliğat fəaliyyəti başladılmışdır. Bu dövrdə İslami 

dəyərlərin və dini şəxsiyyətlərin gözdən salınmasına dair kitabların yazılıb 

nəşr edilməsinə, səhnə əsərlərinin tamaşaya qoyulmasına və filmlərin 

çəkilişinə xüsusi əhəmiyyət verilirdi. Bunların mövzu və məzmun baxı-

mın dan sovet ideologiyasına nə qədər xidmət etdiyini müəyyən etmək 

mümkün olmasa da, Azərbaycan xalqının dini-mənəvi dəyərlərinə qarşı 

6

 Hüseyin Hüsameddin Amasi. Amasya tarihi, c.9.




24     

H Ü M A Y İ - Ə R Ş

yönəldilmiş iftira və təxribatlardan olaraq tarixə keçmişdir. Həmzə Nigari-

nin təsirini yox etmək üçün aparılan bu kimi yalan və iftiralarla dolu 

təbliğat, təhdid və sair  fəaliyyətlərə baxmayaraq, xalqın böyük hissəsinin 

qəlbində onun məhəbbəti yaşamağa davam etmişdir. Hər cür möhnəti 

gözə alan mühibləri gizli-gizli onun şeirlərini oxumaqdan, zikr məclisləri 

düzəldərək qəzəllərinin müşaiyətində zikrlər və səma ayinləri təşkil 

etməkdən əl çəkməmişlər. 

Həmzə Nigari, “Vətən sevgisi imandandır” hökmü ilə hərəkət edərək 

ayrı düşdüyü cənnət vətəni Azərbaycana və xüsusilə də, Qarabağa olan 

həsrətini və bağlılığını şeirlərində tez-tez dilə gətirmişdir:



Əzm eylə diyarı-Şirvanı,

Qət eylə rəhi-Azərbaycanı.

Bir yer deyəm ismidir Qarabağ,

Cənnət yeri abu şirü qaymağ.

 “Mənim о diyаrın uşаq-böyük, qаdın-kişi, cаvаn-qоcа – bütün əhаlisinə 

və оnlаrın mənə оlаn məhəbbətinin dərəcəsini yаlnız Mövlа bilir” deyən 

Seyid Nigаrinin vətəni Qаrаbаğа və əhalisinə оlаn məhəbbətini ifadə edən 

misralarını охuduqdа insаnın gözləri istər-istəməz dоlur. Nigari yalnız 

həyatında deyil, həttа ölümündən sоnrа dа Qаrаbаğ cаmааtını fikirləşir, 

оnlаrın аrzulаrını yerinə yetirməyi, Аllаh dərgаhındа оnlаrа şəfаətçi оl mа-

ğı düşünürdü. Qаrаbаğ cаmааtı dа heç zаmаn Nigаrini unutmаmış, həttа 

ən çətin zаmаnlаrdа belə Nigаrinin şeirləri Qаrаbаğ хаnəndələrinin və 

хаlqının dilində əzbər olmuş, daima oxunmuşdur”.

7

Nigari doğma vətəni Qarabağın ruslar tərəfindən işğal edilişini görmüş, 



yaşamış, hürriyət eşqi ilə azadlıq yollarını axtarmış, ancaq vətənindən 

tələm-tələsik ayrılaraq didərgin düşmək məcburiyyətində qalması, onun 

cəhdlərini boşa çıxarmışdır. Vətənindən ayrı qalmanın verdiyi həsrət və 

iztirab ilə belə xitab edir: 



Can qurban eylərəm peyki-Səbayə, 

Xəbər versə bir gün ol Qarabağdan.       

Eyni zamanda həmin illərdə və çox sonralar Qarabağın başına başqa 

bir işğal faciəsinin gələcəyini bilirmiş və o fəlakətləri də görürmüş kimi:

Sinəmə çəkilən qara dağımdır, 

Qara bağrım qanlı Qarabağımdır-

deyərək bir tərəfdən Qarabağın qanlı əsarətindən xəbər verərkən, ardın-

dan:

Mövla verə ömrü bir zamanı, 

İslam ilə bir də görək anı-

sözləri ilə bu əsarətin daimi olmayacağı müjdəsini vermiş, vətənlərindən 

ayrı düşmüş insanları ümidə, cəhdə və mücadiləyə ürəkləndirmişdir. 

7

 Mir Həmzə Seyid Nigari, Divan, hz: Nəzakət Məmmədli, Elm və təhsil, Bakı, 2010, s.12.




Yüklə 7,73 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə