1 Həqiqi astereoqnoz baş beynin hansı nahiyəsinin zədələnməsində qeydə alınır?



Yüklə 26,51 Kb.
Pdf görüntüsü
səhifə20/71
tarix21.03.2018
ölçüsü26,51 Kb.
#33016
1   ...   16   17   18   19   20   21   22   23   ...   71

 
 
E) Moya-moya xəstəliyi işemik insultun yaranmasına gətirib çıxara bilər 
 
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / 
Под редакцией  Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО  
‘Издательство ‘Медицина’, 2005, стр. 233 
 
 
293) Aşağıda sadalananlardan hansı düzgün deyil? 
A) Oral kontraseptivlərin qəbulu işemik insultun risk amilləri sırasına daxildir 
B) Serebral işemiyanın nüvə zonasını əhatə edən işemiyalaşmış, lakın canlı toxuma 
“işemik yarımkölgə” zonası və ya “penumbra” adlanılır  
C) Siqaretçəkmə işemik insultun risk amili deyil 
D) Beynin lakunar infarktları kiçik çaplı penetrəedici serebral arteriyaların 
okklüziyası nəticəsində yaranır 
E) Aterotromboz işemik insultun əsas inkişaf mexanizmlərindən biridir 
 
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / 
Под редакцией  Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО  
‘Издательство ‘Медицина’, 2005, стр. 233 
 
 
294) Uzunsov beynin lateral sindromu ( Vallenberq-Zaxarçenko sindromu) 
aşağıda sadalanan arteriyaların hansının okklüziyası nəticəsində baş verir? 
A) Ön aşağı beyincik arteriyasının  
B) Arxa aşağı beyincik arteriyasının  
C) Bazilyar arteriyanın 
D) Arxa beyin arteriyasının 
E) Yuxarı beyincik arteriyasının 
 
Ədəbiyyat: Справочник по неврологии / Верещагин Н. В. и др. : Под ред. Е. В. 
Шмидта. - 3-е изд., перераб. и доп. - М.: Медицина, 1989, стр. 45 
 
 
295) Göz arteriyası (a. ophthalmica) aşağıda sadalanan arteriyaların hansının 
şaxəsidir? 
A) Ön beyin arteriyasının 
B) Xarici yuxu arteriyasının 
C) Arxa beyin arteriyasının 
D) Orta beyin arteriyasının 
E) Daxili yuxu arteriyasının 
 
Ədəbiyyat: Справочник по неврологии / Верещагин Н. В. и др. : Под ред. Е. В. 
Шмидта. - 3-е изд., перераб. и доп. - М.: Медицина, 1989, стр. 33 
 
 


 
 
296) Aşağıda sadalanan arteriyalardan hansının okklüziyası üçün kontralateral 
ətraflarda hemiparez və ya hemiplegiya ilə bir gözün qəflətən kor olmasının 
meydana çıxması xarakterdir (alternik optikopiramid sindrom)? 
A) Daxili yuxu arteriyasının 
B) Orta beyin arteriyasının 
C) Bazilyar arteriyanın 
D) Arxa beyin arteriyasının 
E) Ön beyin arteriyasının 
 
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / 
Под редакцией  Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО  
‘Издательство ‘Медицина’, 2005, стр. 238 
 
 
297) Aşağıda sadalanan arteriyalardan hansı daxili yuxu arteriyasının 
şaxəsidir? 
A) Göz arteriyası (a.ophthalmica) 
B) Bazilyar arteriya 
C) Gicgah arteriyası 
D) Arxa beyin arteriyası 
E) Ön birləşdirici arteriya 
 
Ədəbiyyat: Справочник по неврологии / Верещагин Н. В. и др. : Под ред. Е. В. 
Шмидта. - 3-е изд., перераб. и доп. - М.: Медицина, 1989, стр. 33 
 
 
298) Baş beynin aşağıda sadalanan nahiyələrindən hansı karotid hövzənin 
arteriyaları ilə vaskuyarizasiya olunmur? 
A) Daxili kapsula 
B) Gicgah payı 
C) Orta beyin  
D) Təpə payı 
E) Talamus 
 
Ədəbiyyat: Анатомия человека. В 2 кн.: Учеб. для студентов биол. и мед. спец. 
вузов. Кн. 2. - М., 2000, стр. 138 
 
 
299) Arxa beyin arteriyaları hansı arteriyadan ayrılır? 
A) Daxili yuxu arteriyasından 
B) Arxa birləşdirici arteriyadan 
C) Bazilyar arteriyadan 
D) Orta beyin arteriyasından   
E) Vertebral arteriyadan 
 


 
 
Ədəbiyyat: Анатомия человека. В 2 кн.: Учеб. для студентов биол. и мед. спец. 
вузов. Кн. 2. - М., 2000, стр. 138 
 
 
300) Beyin kötüyü arteriyalarının okklüzion zədələnməsi aşağıda 
sadalananlardan hansının meydana çıxması üçün səciyyəvidir? 
A) Motor afaziyanın 
B) Bir gözün tutulmasının 
C) Alternik sindromların 
D) Sensor afaziyanın 
E) Anozoqnoziyanın  
 
Ədəbiyyat: Справочник по неврологии / Верещагин Н. В. и др. : Под ред. Е. В. 
Шмидта. - 3-е изд., перераб. и доп. - М.: Медицина, 1989, стр. 43 
 
 
301) İşemik insultun hemorragik insultdan differensiasiyası üçün aşağıda 
sadalanan müayinə metodlarından hansını birinci tətbiq etmək lazımdır? 
A) Transkranial doppleroqrafiyanı 
B) Kranioserebral kompüter tomoqrafiyasını 
C) Lümbal punksiyanı 
D) Exo-EQ 
E) EEQ 
 
Ədəbiyyat: Болезни нервной системы: Руководство для врачей: В 2-х т.- Т.1 / 
Под редакцией  Н. Н. Яхно. - 4-е издание, перераб. и доп. - М.: ОАО  
‘Издательство ‘Медицина’, 2005, стр. 243 
 
 
302) Müvafiq pasientlər qrupunda insultun ilk əlamətlərinin görünməsindən 
sonrakı nə qədər müddət ərzində alteplaza ilə venadaxili trombolizisin 
keçirilməsi məsləhət görülür? 
A) İlk 24 saat ərzində 
B) İlk 6 saat ərzində 
C) İlk 3 saat ərzində 
D) İlk 12 saat ərzində 
E) İlk 10 saat ərzində 
 
Ədəbiyyat: Harold P. Adams, Jr, Gregory del Zoppo, Mark J. Alberts, Deepak L. 
Bhatt, Lawrence Brass, Anthony Furlan, Robert L. Grubb, Randall T. Higashida, 
Edward C. Jauch, Chelsea Kidwell, Patrick D. Lyden, Lewis B. Morgenstern, Adnan 
I. Qureshi, Robert H. Rosenwas 
 
303) Aşağıda sadalananlardan hansı işemik insultun ikincili profilaktikası 
məqsədi ilə uzun müddətli antitrombotik terapiyası  üçün tətbiq edilmir? 
A) Klopidoqrel 


Yüklə 26,51 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə