Aşağıdakılardan hansı fiziki kimyanın əsas bölmələrinə aid deyil? A maddənin quruluşu b səth hadisələri c



Yüklə 27,93 Kb.
Pdf görüntüsü
tarix14.05.2018
ölçüsü27,93 Kb.
#44016


62

Aşağıdakılardan hansı fiziki kimyanın əsas bölmələrinə aid 

deyil? A) Maddənin quruluşu B) Səth hadisələri C) 

Termodinamika və termokimya D) Mexanika E) Kimyəvi 

kinetika və kataliz

63

Reaksiyanın stexiometrik tənliyində iştirak etməyən 



maddənin reaksiya sürətinə təsirini tədqiq edən fiziki-kimya 

bölməsi necə adlanır? A) Səth hadisələri B) 

Termodinamika C) Fotokimya D) Kataliz E) Elektrokimya

64

Aşağıdakılardan hansı fiziki-kimyanın əsas bölmələrinə aid 



deyil? A) Elektrokimya bəhsi B) Kimyəvi kinetika və 

kataliz bəhsi C) Elektrik bəhsi D) Fotokimya bəhsi E) 

Termodinamika bəhsi

65

Dissosiasiya dərəcəsi, dissosiasiya sabiti və qatılıq arasında 



əlaqə yaradan riyazi ifadəni kim vermişdir? A) Vant-Hoff 

B) Arrenius C) Ostvald D) Debay E) Hükkel

66

Fotokimyəvi ekvivalentlər qanununa görə çevrilən 



molekulların sayının (n

ç

) udulan işıq kvantlarının sayına 



(n

k

) olan nisbəti necə adlanır. A) Plankt sabiti B) Zəncirin 



boynunun uzunluğu  C) Kvant çıxımı D) Fotokimyəvi sabit 

E) Fotoeffekt

67

Xəyalən və ya hər hansı bir fiziki səthlə ətraf mühitdən 



ayrılan, qarşılıqlı təsirdə olan cisim və ya cisimlər birliyinə 

nə deyilir? A) Faza B) Komponent C) Sistem D) Sistemi 

təşkil edən maddə E) Sistemin tərkib hissələri

68

Həlledici, məhlul və membrandan ibarət sistemdə 



həlledicinin birtərəfli qaydada məhlula diffuziyası etməsi 

hadisəsi, buna səbəb olan və membranın vahid sahəsinə 

düşən qüvvə isə necə təzyiq adlanır? A) Hidrostatik B) 

Sedimentasiya C) Osmos D) Sublimasiya E) Sızma

69

Sistemin digər hissələrindən görünə bilən fiziki səthlə 



ayrılan bircinsli hissələri toplusu necə adlanır. A) Faza B) 

Komponent C) Sistemin tərkib hissələri D) Sistemi təşkil 

edən maddə E) Sistemin sərbəstlik dərəcəsi

70

Turqor, plazmoliz, homoliz hadisələrinə səbəb olan nədir? 



A) Hidroliz B) Koaqulyasiya C) Osmos D) Sedimentasiya 

E) Peptizasiya

71

Hal parametri olmayan hansıdır? A) P B) V C) T D) U E) C



72

Ətraf mühitlə enerji mübadiləsində olub, maddi mübadiləyə 

malik olmayan sistem necə adlanır? A) Sadə sistem  B) 

Mürəkkəb sistem C) İzolə edilmiş sistem D) Açıq sistem E) 

Qapalı sistem



73

Nəyin təsiri ilə gedən reaksiyalar fotokimyəvi reaksiyalar 

adlanır. A) Yalnız görünən işığın B) Yalnız ultrabənövşəyi 

şüaların C) Yalnız infraqırmızı şüaların D) A- və B-

bəndlərində, qismən də C-bəndində göstərilənlərin E) 

Rentgen şüalarının

74

Hal parametri olmayan hansıdır? A) P B) V C) T D) F E) C



75

Qüvvətli elektrolitlərin xassələrini əks etdirən nəzəriyyəni 

kimlər vermişlər? A) Mendeleyev və Alekseyev B) 

Mendeleyev və Kablukov C) Mendeleyev və Arrenius D) 

Arrenius və Debay E) Debay və Hükkel

76

Fotokimyəvi ekvivalentlər qanununa görə hər udulan işıq 



kvantı neçə molekulun aktivləşməsinə səbəb olur? A) 1 B) 

10 C) 100 D) 1000 E) N

A

-sayda


77

Krioskopik və ebulioskopik sabitlər nələrdən asılıdır? A) 

Həll olan qeyri-elektrolitin qatılığından B) Həll olan qeyri-

elektrolitin təbiətindən C) Həlledicinin təbiətindən D) 

Həlledicinin molyar kütləsindən E) Həll olan qeyri-

elektrolitin rəngindən

78

Duklo və Traube qaydasına görə doymuş yağ turşularının 



və spirtlərin sıralarında karbohidrogen zəncirinə bir metilen 

qrupunun (CH

2

) əlavə edilməsi ilə homoloqun səthi 



aktivliyi neçə dəfə artır? A) 3-3,5 B) 3,5-4 C) 4-4,5 D) 4,5-

5 E) 5-5,5

79

Fotokimyəvi ekvivalentlər qanununu kim vermişdir? A) 



Timiryazev B) Vant-Hoff C) Eynşteyn D) Plank E) Qrotqus

80

Hansı bənddə göstərilənlər yalnız hal funksiyası deyil? A) 



P, U, H  B) H, F, G  C) H, S, G  D) U, S, F  E) U, S, G

81

Aşağıdakılardan hansı standart şəraiti göstərir? A) P=1 atm, 



T=273K  B) P=1 atm, T=373K  C) P=1 atm, T=298K D) 

P=0,1 atm, T=298K  E) P=0,1 atm, T=273K

82

«Qazların mayelərdə həll olması sabit temperaturda onun 



maye üzərindəki təzyiqi ilə mütənasibdir (C=KP)» ifadəsi 

hansı qanunun ifadəsidir? A) Raul qanununun B) Gey-

Lüssak qanununun C) Henri qanununun D) Quldberq və 

Vaaqe qanununun E) Konovalovun I qanununun

83

Elektrokimyəvi elektrodun elektrod potensialını 



hesablamaq üçün tənlik kim tərəfindən verilmişdir? A) 

Ostvald B) Kablukov C) Qalvani D) Volta E) Nernst

84

Hansı bənddə göstərilənlər yalnız hal parametrləri deyil? 



A) P, V  B) P, T C) P, C D) P, U  E) V, T


85

Bütün qatılıqlarda və temperaturlarda Raul qanununa tabe 

olan məhlul necə məhlul adlanır? A) Həqiqi B) Kolloid C) 

İdeal D) Real E) Mikroheterogen

86

Əgər sistemin ayrı-ayrı hissələri bir-birindən görünə bilən 



səthlə ayrılmazsa və sistemin bir nöqtəsindən digərinə 

keçdikdə tərkib və fiziki parametrlər sıçrayışla dəyişmirsə, 

belə sistem necə sistem adlanır. A) Homogen B) Heterogen 

C) Sadə D) Mürəkkəb E) Qarışıq

87

S=const, V=const şərti hansı prosesi ifadə edir? A) İzoxor-



izotermik B) İzobar-izotermik C) İzoxor-izoentrop D) 

İzobar-izentrop E) İzentrop

88

Tərkib-xassə diaqramlarında ordinat oxlarında hansı 



parametr göstərilmir? A) Təzyiq B) Temperatur C) Tərkib 

D) Özlülük E) Şüasındırma əmsalı

89

Aşağıdakı bəndlərin hansında göstərilən hal parametrləri 



yalnız ekstensivlik faktorudur? A) P,V B) V,T  C) T,C  D) 

V,m  E) P,T

90

Sistemi hissələrə böldükdə, qiymətləri dəyişən parametrlər 



necə parametrlər adlanır? A) Sıçrayışla dəyişən. Məsələn F  

B) Tədricən dəyişən. Məsələn S C) Öncə artıb, sonra 

azalan. Məsələn G D) Ekstensiv. Məsələn V, m E) İntensiv. 

Məsələn P, T, C

91

Kimyəvi termodinamikada reaksiya istiliyi neçə cür 



göstərilir? A) 1 B) 2 C) 3 D) 4 E) 5

92

Sistemə verilən istilik miqdarı daxili enerjinin dəyişməsi ilə 



xarici qüvvələrə qarşı iş görülməsinə sərf olunur. Bu tərif 

nəyi ifadə edir? A) Hess qanununu B) Termodinamikanın I 

qanununu C) Termodinamikanın II qanununu D) 

Termodinamikanın III qanununu E) Prosesin istiliyinin 

prosesin yolundan asılı olmasını

93

Neytrallaşma istiliyinin sabitliyi qanunu nəyin təcrübi 



sübutu olur? A) Maddə kütləsinin saxlanması qanununun 

B) Ekvivalentlər qanununun C) Kütlələrin təsiri qanununun  

D) Elektrolitik dissosiasiya nəzəriyyəsinin E) Kvant 

nəzəriyyəsinin

94

Məhlulun donma temperaturunun azalmasının ölçülməsinə 



əsaslanan tədqiqatlar necə adlanır? A) Termodinamik B) 

Kinetik C) Piknometrik D) Krioskopik E) Ebulioskopik

95

Hansı şərtlər daxilində prosesin (o cümlədən kimyəvi 



reaksiyanın) istiliyi hal funksiyası xassəsinə malik olub 

prosesin yolundan asılı olmur? A) F,T = const B) G,T = 

const C) S,T = const D) P,T = const; V,T = const E) F,G = 

const



96

Bərk maddələrin mayelərdə həll olması zamanı həllolma 

istiliyi hansı amildən praktiki olaraq asılı deyil? A) 

Həlledicinin təbiətindən B) Həll olan maddənin təbiətindən 

C) Həlledicinin və həllolan maddənin nisbi miqdarından D) 

Təzyiqdən E) Temperaturdan

97

Suyun və qida maddələrinin bitkilərin köklərindən 



yarpaqlarına və digər orqanlarına daşınmasına səbəb nədir? 

A) Dissosiasiya B) Assosiasiya C) Sedimentasiya D) 

Hidroliz E) Osmos

98

Özbaşına gedən proseslərdə entropiyanın qiyməti necə 



dəyişir? A) Azalır B) Artır C) Dəyişməz qalır D) Öncə 

artır, sonra azalır E) Öncə azalır, sonra artır

99

Kimyəvi reaksiyaların sürətinin zamana görə getməsinin 



qanunauyğunluqlarını öyrənən fiziki kimya bölməsi necə 

adlanır. A) Səth hadisələri B) Termodinamika C) 

Fotokimya D) Kinetika E) Elektrokimya

100


Eyni zamanda iki və daha çox istiqamətlərdə gedən 

reaksiyalar necə adlanır? A) paralel reaksiyalar B) 

zəncirvari reaksiyalar C) əlaqəli reaksiyalar D) fotokimyəvi 

reaksiyalar E) ardıcıl reaksiyalar 



Yüklə 27,93 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə