1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə9/128
tarix10.11.2017
ölçüsü2,87 Mb.
#9516
1   ...   5   6   7   8   9   10   11   12   ...   128

 

 

26 



təkan verdi. 60-70-ci illərdə görkəmli yazıçı və şairlərin, elm və 

sənət  adamlarının  dil  uğrunda  mübarizəsi  gücləndi.  B.Vahab-

zadə  (xüsusən  onun  “Gülüstan”  poeması),  X.R.Ulutürk,  S.Rüs-

təmxanlı, Anar Rzayev, Elçin Əfəndiyev və başqaları M.İbrahi-

movun  dil  sahəsindəki  təşəbbüsünü  daha  əzmkarlıqla  davam 

etdirib axın halına saldılar.  

1969-cu ilin 15 iyulunda Heydər Əliyevin Azərbaycana rəh-

bər  təyin  edilməsi  bütün  sahələrdə  olduğu  kimi  elm  və  təhsil, 

eləcə də dil sahəsində böyük uğurlara səbəb oldu. Məhz H.Əli-

yevin  təşəbbüsü  ilə  1978-ci  ildə  Azərbaycanın  yeni  Konsti-

tusiyasında  Azərbaycan  dilinin  dövlət  dili  statusu  73-cü  mad-

dədə təsbit olundu. Burada qeyd edilirdi ki, Azərbaycan dövləti 

Azərbaycan  dilinin  işlədilməsini  təmin  edir  və  onun  inkişafına 

hərtərəfli dövlət qayğısı göstərir. Bütün təhsil ocaqlarında, qəzet 

və jurnallarda, radio və televiziya verilişlərində ulu öndərin şəxsi 

təşəbbüsü  ilə  Azərbaycan  dilinin  dövlət  dili  olması  maddəsinin 

Konstitusiyaya  daxil edilməsi bütün xalqda öz  ana dilinə, eləcə 

də  öz  dövlətinə,  hökumətinə  böyük  məhəbbət  hissi  ya-

radırdı.Lakin  Azərbaycan  dili  SSRİ-nin  mövcudluğu  dövründə 

Konstitusiyaya  yazılsa  da,  beynəlxalq  münasibətlər  sahəsinə 

çıxa bilmədi. Hətta respublika daxilində rəsmi-işgüzar sahələrdə 

də  tam  hakim  ola  bilmədi  (N.Xudiyev  “Heydər  Əliyev  və 

Azərbaycan dili”, “Təhsil” nəşriyyatı, Bakı, 1997, səh.101), “kö-

nüllü  olaraq”  öz  yerini  rus  dilinə  vermişdi  (Bu  gün  Tatarıstan, 

Başqırdstan, Dağıstan, Çeçen və başqa muxtar qurumlarda tatar, 

başqırd,  çeçen  və  s.  dillər  kimi).  Azərbaycan  müstəqil  dövlət 

olmadığına,  dilinə,  dininə,  mənəviyyatına  yad  ümumi  bir 

dövlətin  tərkibində  olduğuna  görə,  15  respublikadan  biri  kimi 

“sözdə  bir”,  lakin  işdə  bərabər  tutulmayan,  İranla  müharibələr 

nəticəsində zorla Rusiyaya ilhaq edilmiş bir “ərazi” sayılırdı.  

Məlumdur  ki,  Rusiya  Azərbaycanla  yox,  İranla  “sülh” 

müqaviləsi bağlayıb bu yerləri öz ərazisinə birləşdirmişdi. Bü-

tün  yerüstü və  yeraltı  təbii sərvətləri talanıb  Rusiyaya daşınır, 

xalqına “Qafqaz tatarları” damğası vurulur, dilini “Zaqafqaziya 




 

 

27 



tatar  dili”,  “türk  tatar  dili”  adlandırıb  onun  həyat  səhnəsindən 

çıxarılması  üçün  təhsilinə,  maarifinə,  elminə,  mədəniyyətinə, 

mənəviyyatına müxtəlif damğalar vurur, mövcud olmayan “so-

vet xalqı” formalaşdırmaq üçün ruslaşdırma siyasəti aparılırdı. 

Məlum  həqiqətdir  ki,  müstəqil  dövləti  olmayan  bir  xalqın 

rəsmi  dövlət  dili  də  ola  bilməz.  Buna  görə  də  dilimiz  bədii 

üslubda qazandığı yüksəlişi elmi, publisistik üslublarda göstərə 

bilmir,  rəsmi-kargüzarlıq  üslubundan  isə  heç  danışmağa  dəy-

məzdi.  Mətbuatda,  radio-televiziya  verilişlərində  Azərbaycan 

dili rus dili ilə paralel gedirdi, çox vaxt da rus variantının tərcü-

məsi  şəklində  olurdu.  Təlim-tədris  işləri  əsasən  Azərbaycan 

dilində aparılsa da, paytaxtımızda rus bölmələri üstünlük təşkil 

edirdi. Dövlət idarələrində, rəsmi dairədə Azərbaycan dili hətta 

danışıq  dili  səviyyəsində  də  işlədilmirdi,  işçilər  rusca  danı-

şırdılar.  Bunun  bir  səbəbi  dövlət  aparatında  rusların,  rus  dilli 

şəxslərin  işləməsi  idisə,  ikinci  səbəbi  respublikanın  başçısının 

Moskvanın  qəzəbi  nəticəsində  öz  vəzifəsini  itirmək  qorxusu, 

respublikanın  başında  duranların  ikincisinin  isə  rus  millətinin 

nümayəndəsi  olması  və  respublikanı  hər  cəhətdən  nəzarətdə 

saxlaması idi. Buna görə də 1920-1991-ci illərdə heç bir siyasi, 

iqtisadi,  sosial,  elmi-mədəni  problemlərini  müstəqil  həll  etmə-

yə  ixtiyarı  çatmayan  respublikamızın  bütün  rəsmi  məclis-

lərində-qurultay,  plenum,  konfrans,  sessiyalarında  Azərbaycan 

dili qeyri-rəsmi yasaq olunmuşdu, bura buraxılmırdı. Rus dilini 

yaxşı  bilməyən şəxsləri yüksək dövlət  vəzifələrinə  yaxın  qoy-

murdular. Təkcə dövlət əhəmiyyətli vəzifələrə yox, hətta şəhər, 

qəsəbə,  rayon  təhsil  şöbələrinə,  səhiyyə  ocaqlarına,  məktəb 

direktorluğuna  da  rus  dilini  təmiz  bilməyən  şəxsləri  qəbul  et-

mirdilər. Təkcə partiya orqanlarında deyil, hətta  komsomol və 

pioner təşkilatlarında çalışan azərbaycanlıların mütləq əksəriy-

yəti  orta  və  ali  məktəbləri  rus  dilində  bitirmiş  şəxslər  olurdu. 

Onlar ana dilində  təhsil  almadıqlarına, bu dili  zəif bildiklərinə 

görə  rus  dilində  danışmalı  olurdular  və  buna  məhkum  idilər. 

Rus  dilini  mükəmməl  bilməyən  şəxslərin  qonşu  Gürcüstan  və 




 

 

28 



Ermənistan  reallığından  fərqli  olaraq  direktor,  rəis,  müdir  tə-

yinatına yol verilmirdi. Vəzifə tutanlar isə fəxr edirdilər ki, rus 

dilini öz ana dilindən yaxşı bilirlər, bunu nümayiş etdirməkdən 

də  fərəh  hissi  keçirirdilər.  Deyən  yoxdu  ki,  böyük  bir  şəhərə, 

rayona,  müəssisə  və  ya  təşkilata  rəhbərlik  edirsən,  vəzifə  tut-

musan, bu yerin çörəyini yeyir, suyunu içirsən, bəs nə üçün bu 

millətə  hörmətsizlik  edirsən,  dilini  sevmirsən  və  onu  öyrən-

mirsən? Əksinə, bu dildə danışana yuxarıdan baxırsan? Axı bir 

millətə  hörmətsizlik  onun  dilini  bilməməkdir,  ona  sayğısızlıq 

göstərməkdir. 

Partiya, sovet və hər cür təsərrüfat orqanlarının, elmi idarə, 

müəssisə,  ictimai  təşkilatların  fəaliyyətində  Azərbaycan  dili 

lazımi səviyyədə işlədilmirdi. Eləcə də bank, nəqliyyat, ticarət, 

tikinti,  səhiyyə,  mənzil-məişət  və  iaşə  təşkilatlarında,  hüquq-

mühafizə orqanlarında, onlarca sosial-mədəni sahədə işlər yal-

nız  rus  dilində  aparılır,  yazışmalar  bu  dildə  gedirdi.  Məclis-

lərdə,  yığıncaqlarda,  iclaslarda  məruzələr,  çıxışlar  Azərbaycan 

dilində  aparılmadığından  ulu  babalardan  miras  qalmış  ən  qiy-

mətli  xəzinəmiz-dilimiz  unudulmağa  başlayırdı.  Rəhbər  vəzi-

fədə  çalışanların  doğma  dilə  laqeyd  münasibəti  bu  məsələni 

daha da qəlizləşdirirdi. Bir çox idarə və təşkilatların rəhbərləri 

onlara  ünvanlaşmış  ərizə  və  şikayətlərə  azərbaycanca  cavab 

vermir, rus dilinə üstünlük verirdilər. Beləliklə, onlar dilimizin 

işlənmə sferasını bilərəkdən məhdudlaşdırırdılar. Belə “başabə-

la başçılar”, vəzifəli səlahiyyətlilər öz əməlləri ilə dilimizə necə 

böyük ziyan vurduqlarını bəlkə də başa düşmürdülər və bütün 

günahları  dövrün  idarəçilik  sistemində  görür  və  rəsmi-işgüzar 

sənədlərin  azərbaycanca  variantının  olmadığını  əsas  gətirirdi-

lər.  Onlar  öz  fikirlərini  Azərbaycan  dilində  düzgün,  dəqiq  və 

səlis deməyi bacarmadıqlarına, həm də özlərini göstərmək üçün 

rus dilində yazmağa, çıxış etməyə üstünlük verirdilər. İclaslar-

da,  yığıncaqlarda rus dilində danışanların sözü heç vaxt kəsil-

mir, yaxşı başa düşməyənlər narazılıq etmirdilər. Amma müx-

təlif  dildə  danışan  auditoriya  qarşısında  Azərbaycan  dilində 




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə