1 azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan döVLƏt bəDƏn təRBĠYƏSĠ VƏ Ġdman akademġyasi süleyman Hüseynov, Elvira Qaracayeva azərbaycan dġLĠ VƏ NĠtq məDƏNĠYYƏTĠ (Dərslik)



Yüklə 2,87 Mb.
Pdf görüntüsü
səhifə2/128
tarix10.11.2017
ölçüsü2,87 Mb.
#9516
1   2   3   4   5   6   7   8   9   ...   128

 

 



qovuşuğu şəklində verilir, yəni məqsəd orta məktəbdə Azərbay-

can  dilindən  keçilən  qrammatik  qayda-qanunları  təkrar  edib 

ümumiləşdirmək  yox,  tələbələrin  praktik  Azərbaycan  dilinə  yi-

yələnməsi, nitq mədəniyyətinin elementar problemlərini mənim-

səməsidir.  

Fənnin  tədrisi  qarşısında  praktik  fəaliyyət  məqsədi  qoyul-

duğundan  Azərbaycan  dilinin  ən  zəruri  məsələləri  yığcam  şə-

kildə  şərh  olunmaqla  nitq  mədəniyyəti  ilə  əlaqələndirilir,  nitq 

mədəniyyətindən  gündəlik  həyati  əhəmiyyət  daşıyan  cəhətləri 

ön  plana  çəkilməklə  tələbələrin  nitq  vərdişlərini  yüksəltmək 

məqsədilə müxtəlif bədii, elmi və publisistik xarakterli orijinal 

mətnlərlə möhkəmləndirilir. Hər mövzuya aid çalışma və tapşı-

rıqlar keçilmiş mövzunun təhlilinə xidmət etməklə onun tələbə-

lər tərəfindən tam başa düşülməsinə zəmin yaratmalıdır.  

Mədəniyyət, danışıq və yazı mədəniyyəti anlayışları qarşı-

lıqlı  əlaqə  əsasında  insan  mədəniyyətinin  tərkib  hissəsi  kimi 

götürülür. Nitq mədəniyyəti ümumxalq danışıq dilindən, eləcə 

də  dialekt  və  şivələrdən  seçmə  və  əvəzetmə  əsasında  götürül-

müş və hamıya eyni dərəcədə anlaşıqlı olan söz və ifadələrdən 

istifadə etməklə ədəbi dilin normaları daxilində düzgün və ay-

dın  danışmaq  və  yazmaqdır,  nitqin  düzgünlüyü,  aydınlığı  və 

dəqiqliyi naminə həm sözlər düzgün tələffüz edilməli, intonasi-

ya,  vurğu  və  fasilələr  gözlənilməli,  həm  də  dil  vasitələrindən 

məqsədəuyğun istifadə olunmalıdır.  

Deməli,  “Azərbaycan  dili  və  nitq  mədəniyyəti”  fənninin 

tədrisində  məqsəd  tələbələrə  öz  fikirlərini  şifahi  və  yazılı  for-

mada düzgün, aydın, səlis, canlı və anlaşıqlı şəkildə çatdıra bil-

mək bacarığı və vərdişlərinin yaradılmasına yardımçı olmaqdır, 

yəni  fiziki  tərbiyə  müəllimi  və  məşqçi  olmaq  istəyən  idmançı 

gənclər  ilk  əvvəl  gözəl  nitqə,  nitq  mədəniyyətinə  yiyələnməli, 

dilimizin üslubi imkanlarına, tələffüz və yazı qaydalarına yaxşı 

bələd olmalıdırlar.  

“Azərbaycan  dili  və  nitq  mədəniyyəti”  dərsliyi  əvvəllər 

nəşr  etdirilən  “Nitq  mədəniyyəti”  kitablarına,  onlardakı  metod 

və  üsullara  əsaslanır.  Dərslikdə  Azərbaycan  dili  üzrə  fonetik, 



 

 



leksik, morfoloji və sintaktik mövzular daxilində nitq mədəniy-

yətinin yeri və rolu, səciyyəvi cəhətləri, nitqin növləri, daxili və 

xarici  keyfiyyətləri, ədəbi  dilin  normaları,  nitqin  üslubları,  da-

nışıq etikası və nitq etiketləri kimi məsələlər proqram həcmin-

də işıqlandırılır, hər mövzudan sonra verilmiş sual və tapşırıq-

larla, praktik çalışmalarla möhkəmləndirilir.  

Dərslikdə Azərbaycan dili, onun tarixi, ümumxalq danışıq 

dilindən ədəbi dilə yüksəldiyi dövrlər, dövlət dili statusu alma-

sında  son  konstitusiya  aktları,  nitq  mədəniyyətinin  mahiyyəti, 

düzgün,  aydın,  ifadəli  nitq,  ədəbi  dilimizin  fonetik,  leksik  və 

qrammatik  normaları,  natiqlik  sənətinin  və  rabitəli  nitqin  ma-

hiyyətinin şifahi və  yazılı nitq nümunələrində tətbiqi, xalqımı-

zın milli təfəkkürünə, etnoqrafiyasına uyğun danışıq etikası və 

nitq etiketlərindən istifadə yolları işıqlandırılır.  

İlk dərslərdən Azərbaycanın görkəmli şairlərinin, alimləri-

nin,  siyasət  adamlarının,  ziyalılarının  –  danışanın  nitqini  axıra 

qədər  dinləmək,  arzu  olunan  məzmunda  və  gələcəkdə  istifadə 

üçün nümunə kimi yararlıdırsa ondan bəhrələnmək fikri ön pla-

na  çəkilmişdir.  Faydalı  məsləhətlərlə,  təcrübədən  keçmiş  xalq 

hikmətləri  ilə  zəngin  çıxışları  axıra  qədər  dinləmək,  başa  düş-

mək,  örnək  kimi  həmişəlik  yadda  saxlamaq  qrup  tələbələrinin 

səviyyəsindən  asılı  olsa  da,  onlarda  belə  bir  zərurəti  yaratmaq 

müəllimin ustalığının göstəricisi olmalıdır.  

Bugünkü  qloballaşma,  mədəniyyətlərarası  proseslər  döv-

ründə  Azərbaycanın  beynəlxalq  aləmə  sıx  inteqrasiyası  şərai-

tində yüksək səviyyəli, savadlı kadrların yetişdirilməsində təh-

silin roluna, təhsilalanın qazandığı bilik və bacarıqların keyfiy-

yətinə böyük diqqət  yetirilməlidir. Yaddan çıxarmaq olmaz ki, 

“təhsil  prosesində  əldə  olunan  bilik  və  bacarıqlar,  həmçinin 

etik-əxlaqi  norma  və  dəyərlər  hər  bir  təhsilalanın  cəmiyyətin 

layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik 

davranışı  sayəsində  örnək  ola  biləcək  həmkara,  nümunəvi  ailə 

üzvünə  və  vətəndaşa  çevirir”.  (Azərbaycan  Respublikasında 

təhsilin inkişafı üzrə Dövlət Strategiyası. “Azərbaycan” qəzeti, 

25 oktyabr 2013-cü il.) 



 

 



  

 

FƏNNĠN MÖVZUSU, MƏQSƏD VƏ VƏZĠFƏLƏRĠ 

 

Tədris olunan fənn ümumi dilçiliyin böyük bir hissəsinin – 



müasir  Azərbaycan  dilinin  fonetika,  leksikologiya,  frazeologi-

ya, morfologiya, sintaksis  və  üslubiyyat  bölmələrinin nitq mə-

dəniyyəti ilə sintezi kimi təqdim edilir. Azərbaycan ədəbi dili-

nin  tarixi,  onun  türk  dilləri  ailəsində  yeri,  leksik,  morfoloji  və 

sintaktik  quruluşu  fənnin  verdiyi  imkan  daxilində  nəzərdən 

keçirilir. Dünyada 3500-dən çox dilin olduğu yazılır. Bu dillər 

müəyyən  dil  qruplarına  bölünür.  Hər  qrupa  daxil  olan  dillərə 

qohum dillər, yaxud dil ailəsi deyilir. Azərbaycan dili geneoloji 

cəhətdən  türk  dilləri  ailəsinə  daxildir.  Türk  dilləri  ailəsinin 

oğuz, qıpçaq, qarluq və bulqar dil qrupları daha məşhurdur. 

Qıpçaq qrupuna qazax, qırğız, qaraqalpaq, tatar, başqırd və qu-

muq dilləri, qarluq qrupuna özbək, uyğur və salar dilləri, bulqar 

qrupuna çuvaş dili daxildir. Azərbaycan dili isə türk dilləri ailə-

sində  oğuz  dilləri  qrupunun  oğuz-səlcuq  yarımqrupuna  aiddir, 

türk (osmanlı), türkmən və qaqauz dilləri ilə bir qrupda birləşir. 

Azərbaycan dili tipoloji cəhətdən isə  aqqlütinativ (iltisaqi) dil-

lər  qrupuna  daxildir,  yəni  dilimizdə  sözlərin  kökü  dəyişmir, 

sözdüzəltmə və sözdəyişmə funksiyası şəkilçilərlə yerinə  yeti-

rilir,  sözün  kökü  dəyişmədən  şəkilçilər  vasitəsilə  qrammatik 

formalar  yaranır.  Dilimiz  xoş  avaz  yaradan  səslər  sisteminə, 

zəngin və rəngarəng lüğət tərkibinə, tam sabitləşmiş qrammatik 

quruluşa malikdir.  

Müasir  Azərbaycan  ədəbi  dilinin  öyrənilməsinin  həm  nə-

zəri, həm də praktik əhəmiyyəti onunla bağlıdır ki, bu fənn tə-

ləbələrin  ümumi  bilik  inkişafına,  onlarda  şifahi  və  yazılı  nitq 

mədəniyyətinin  yöksəlməsinə  yardımçı  olur.  Tələbələr  dilin 

qayda-qanunlarını dərindən mənimsədikcə ondan daha səmərə-

li və daha məqsədəuyğun istifadəyə nail olurlar. Nəticədə onla-

rın  nitqi  rəvan,  cəlbedici  və  ürəyəyatan  olmaqla  həm  özləri, 




Yüklə 2,87 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə