397
nəzərdən keçirmək və s. kimi hallar da müəllimin sayğısız-
lığının nümayişidir. Yadda saxlamaq lazımdır ki, cavab vermək
bacarığı insanın əsas keyfiyyətlərindəndir. Əlbəttə, suallara
düzəliş də etmək olar. "Gərək bu sualı belə qoyaydınız",
"Bəlkə soruĢmaq istəyirsiniz ki…?", "Bu sualı bir az baĢqa
Ģəkildə vermək olar" və s. kimi ifadələrlə müəllim qismən
olsa da, gərginliyi azaltmış olar, düzgün qurulmayan, yaxıd
müəllimi sınamaq məqsədilə verilən sualın yaratdığı xoş olma-
yan ovqatı tarazlamaq üçün "Fikrimi izah edə bildimmi?",
"Mənimlə razısanmı?", "Razı qaldınızmı?", "Deyilənlərə
etirazınız yoxdur ki?", "Cavabım sizi qane etdimi?",
"Yoxsa fikrimi sizə çatdıra bilmədim?"-kimi cümlələrlə
aradakı boşluğu doldura bilər (3, səh. 266).
Uşaqlara dinləmə bacarığına yiyələnmənin müxtəlif üsulla-
rı da aşılanmalıdır. Onlara izah olunmalıdır ki, başqasına qulaq
asmağa səbri çatmayan şəxs boş-boşuna dayanmamaq, oturma-
maq xatirinə nə isə etməyə, lüzumsuz bir iş görməyə, yersiz
replika atmağa, başqaları ilə gərəksiz danışığa girişir, beləliklə,
söylənilən fikirləri lazımi dərəcədə nə özü dərk edir, nə də baş-
qalarının mənimsəməsinə imkan verir. Uşaqlara başa salınmalı-
dır ki, danışmaq da, dinləmək də eyni dərəcədə mədəniyyətdir,
insanın ümumi mədəniyyəti onun nitq mədəniyyətinin inkişa-
fında əsas şərtdir. Müəllim şagirdlərə, tələbələrə dönə-dönə,
yorulmadan danışıq etikasının nə olduğunu anlatmalı, yeri gəl-
dikcə, görkəmli şəxsiyyətlərin, yazıçıların, siyasi xadimlərin fi-
kirlərini diqqətə çatdırmalıdır. Ümumiyyətlə, müəllimin nitqi
onun şəxsiyyətinin, mədəni səviyyəsinin, dünyagörüşünün tər-
kib hissəsi olmaqla nümunəvi danışığa, eləcə də, yazı mədəniy-
yətinə aparan bir yoldur, üsuldur. Müəllim şagirdlərə, tələbələ-
rə, gələcəkdə vətənimizin layiqli gəncləri, vətəndaşı olacaq
insanlara sözü qiymətləndirib seçmək, onun semantik mənasını
anlamaq, hər ifadəni məqamında və düzgün işlətmək bacarığı
aşılamalı, mədəni və savadlı nitqə yiyələnməkdə lazımlı
vasitələr, yol və üsullar tapmaqda öz əməyini əsirgəməməlidir.
398
Sual və tapĢırıqlar:
1. Mikrodialoq nələrdən təşkil olunur və hansı janrlarda
işlədilir?
2. Kiçik yaşlı uşaqlarda daxili nitq hansı formada təzahür
edir? Daxili nitqin hansı formaları vardır?
3. İntonasiyanın ünsürləri hansılardır?
4. Nitqin sadəliyi üçün əsas nədir?
5. Şifahi nitqdə kitab tələffüzü nə üçün əsas götürülmür?
6. Nitqin münasibliyi hansı amillərlə bağlıdır?
7. Daxili nitq nədir? Onu pyesdə bir priyom kimi qəbul et-
mək olarmı? Daxili nitqin əsas xüsusiyyətləri hansılardır?
8. Mədəni nitqi qeyri-mədəni nitqdən fərqləndirən nədir?
9. Nağıllarda, əfsanə və fantastik əsərlərdə məntiqilik göz-
lənilirmi?
10. İfadəliyin əsas şərtləri hansılardır? İfadəliyi, bədiiliyi
gücləndirən vasitələri deyin.
ÇalıĢma. Dələduzluqda suçlandırılan bir şəxsə zamin qa-
lın, ona zəmanət verin.
ÇalıĢma. Oxuduğunuz bir kitaba (dərsliyə) referat yazın.
ÇalıĢma. Mətndə nitq etiketlərini tapın, onları qruplaşdırın
və hər qrupu ayrıca adlandırın.
... Budaq ox atanda Beyrək: -Əlin var olsun! -dedi. Uruz
atanda: -Əlin var olsun! -dedi. Yeynək də atanda: -Əlin var ol-
sun! -dedi.
Şir Şəmsəddin atdı: -Əlin var olsun! -dedi. Elə ki, kürəkən
atdı: -Əlin qurusun, barmaqların çürüsün. Hey, donuz oğlu do-
nuz, bu bəylərə qurban ol! -dedi.
Yalançı oğlu Yalıncığın acığı tutdu, dedi: - Ədə, əbləh oğlu
əbləh, mənə belə sözlər deməyə sənin haqqın varmı? Gəl, əbləh
oğlu, mənim yayımı çək, yoxsa indi boynunu vurduraram!
Dədəm Qorqud gəldi, boy boyladı, soy söylədi: Uca dağla-
rın yıxılmasın! Böyük kölgəlik ağacın kəsilməsin! Ağ saqqallı
atanın yeri cənnət olsun! Oğuldan, qardaşdan ayrılmasın! (“Ki-
tabi-Dədə Qorqud” dastanından)
399
ÇalıĢma. Mətn parçasını diqqətlə oxuyun, məntiqə sığış-
mayan söz və ifdələrə öz münasibətinizi bildirin, onlara hansı
hallarda yol verildiyini deyin:
... Yeddi min yeddi yüz yetmiş yeddi dəli atdan düşüb hərə
onun üstünə bir daş tulladı. O qədər daş yığıldı ki, yekə bir dağ
oldu. Deyirlər ki, indi də o dağ qalır.…
Koroğlu dəlilərə hökm elədi ki, qocaya kömək eləsinlər.
Dəlilər tutuquşu kimi doluşdular zəmiyə. Bir suiçim saatda qo-
canın bütün taxılını biçib-dərzləyib, yığdılar bir tərəfə.... ("Ko-
roğlu" dastanından).
ÇalıĢma. Üstdə verilmiş mətn parçalarında danışıq dili
əlamətlərini tapıb göstərin, cümlələri yazılı ədəbi dildə forma-
laşdırıb yazın.
ÇalıĢma. Verilmiş mətndə şifahi ədəbi dil xüsusiyyətləri
də olmaqla leksik, fonetik və qrammatik normalardan kənara
çıxma hallarını qeyd edin.
... Bunu deyib Koroğlu day cavab gözləmədi. Bayaq ha Qı-
rata bir qamçı göstərib təpəni aşdı. Elə ki arxayın oldu ki, day
dəlilər çıxıb gediblər, ondan yola düşdü. Elə bir az getmişdi,
birdən Qırat qulaqlarını dikləyib şahə qalxdı. Bir də uzaqdan at
kişnəməyi eşidildi. Koroğlu dönüb baxanda gördü Giziroğlu
Mustafa bəy öz Alapaça atının üstündə budu, elə gəlir, elə gəlir
ki, tozu dumana qatıb, dumanı toza...
Koroğlu yumbalanıb çaya düşdü. Giziroğlunun təpəsinə
elə bir əmud vurdu ki, bu dəfə Giziroğlu dığırlanıb çaya düşdü.
Nigar xanım dedi: - Koroğlu, indi danış görək, necə get-
diz? Uşaqları necə qurtardız? ("Koroğlu" dastanından).
Dostları ilə paylaş: |