18
CASPIAN ENERGY AZƏRBAYCAN N1 (0)`2011 | www.caspenergy.com
Caspian Energu (CE): Azərbaycan
müstəqilliyinin 20 illik yubileyini
keçirir. Siz Azərbaycanın müstəqil
enerji siyasəti quruculuğu üzrə əldə
etdiyi nailiyyətləri, ölkənin regio-
nal miqyasdakı mövqelərini necə
qiymətləndirirsiniz?
Azərbaycanın sənaye və energeti-
ka naziri Natiq Əliyev:
Azərbaycanın
nailiyyətlərini qiymətləndirmək üçün
keçmişə nəzər salmaq zəruridir. İş elə
gətirib ki, müstəqilliyin bərpası ili, yəni
1991-ci il ölçü etalonuna çevrilib. Digər
tərəfdən, biz 1993-cü ildə Azərbaycanın
ümumilli lideri Heydər Əliyevin ölkə
rəhbərliyinə qayıtdığı vaxtdan hesab-
lama aparmağa öyrəşmişik. Belə ki,
məhz həmin dönəmdən həyatımızın
bütün sahələrində ciddi çevrilişlər
baş verdi. Əgər müqayisə aparsaq
görərik ki, 1991-ci ildə hakimiyyətə xalq
cəbhəsinin səriştəsiz nümayəndələrinin
gəlişilə ölkə gerilədi. Bu, özünü bütün
sahələrdə, xüsusən də iqtisadiyyatda
bariz şəkildə göstərdi. Mən, 1993-cü
ildə neft sənayesinin rəhbərliyinə gələn
bir şəxs kimi adı çəkilən sahənin daha
ciddi zərər çəkdiyinin şahidi olmuşam.
Həmin illərdə səriştəsiz insanlar peşəkar
kadrları əvəzləmişdi ki, bu da xalq
cəbhəsinin ən böyük səhvlərindən biri
idi. Onlara elə gəlirdi ki, Azərbaycanın
iri iqtisadiyyat sahələrinə rəhbərlik
etmək olduqca asandır və bunun üçün
heç bir bilik, təcrübə, idarəetmə elminə
sahib olmaq lazım deyil.
1980-1990-cı ilərdə sənayedəki böh-
ran vəziyyəti artıq başlasa da o qədər
də hiss olunmurdu. Lakin, artlq 1993-cü
ildə bu, özünü tam aydın şəkildə biruzə
verdi. O, həmçinin neft sənayesində
makroiqtisadi göstəricilərində də
özünü göstərirdi. Həmin dönəmdə
neftin çıxarılması sürəti 5-6%-dək,
qazın çıxarılma sürəti isə 13%-dək
aşağı enmişdi. Buna görə də 20 il
sonra Azərbaycanın nailiyyətlərindən
danışarkən ölkənin inkişafında yaxşı-
lığa doğru dəyişikliklərin baş verdiyini
qeyd etməmək mümkün deyil. Hamını
heyran qoyan fakt o idi ki, Azərbaycan
qısa tarixi vaxt kəsimində nəinki ictimai
həyatda, eləcə də iqtisadi, maliyyə,
enerji təhlükəsizliyi, bir sözlə bizi
gündəlik həyatda əhatə edən bütün
göstəricilər üzrə köklü dəyişikliklərə
nail oldu.
Neft hasilatına gəldikdə, təkcə onu
qeyd etmək kifayətdir ki, o, 1991-ci
ildə 9 mln tondan hazırda ildə 50 mln
tonadək artmışdır. 1993-94-cü illərdə
qaz hasilatı 4-5 mlrd. kubmetr oldu-
ğu halda bu gün biz ildə 26 mlrd.
kubmetrdən çox qaz hasil edirik. Bütün
bunlara güclü inkişaf yolu ilə nail olun-
muşdur.
Makroiqtisadi göstəricilərdən söhbət
açarkən biz investisiya artımı, neft
sənayesinin rekonstruksiyası, yataq-
ların axtarışı və kəşfiyyatı, quyuların
qazılması, yoxlanılması və istismarı
sahələrinin dünya standartlarına uyğun
surətdə tamamilə yeniləndirilməsi
məsələlərini xüsusi qeyd etməliyik.
Biz adı çəkilən sahədəki bütün elmi
bilikləri təkrar gözdən keçirərək neft
və qaz yataqlarının mənimsənilməsinin
qərb stilinə keçdik. Bütün infrastruk-
turu tamamilə dəyişdik və bu gün bu
tendensiya istər qaz olsun, istərsə də
neft Azərbaycan yataqlarından kənara
çıxaraq daha geniş hüdudları əhatə
edir.
Digər əhəmiyyətli nailiyyətimiz
odur ki, biz ətraf mühitin mühafizəsi
tələblərinə riayət etməklə bərabər
neft sənayesinin fasiləsiz və etibarlı
fəaliyyətini təmin etmişik.
Lakin ən əsas nailiyyət ondan ibarətdir
ki, biz enerji təhlükəsizliyini təmin
etmişik. Gəlin bugünkü Azərbaycanı
1990-cı illərlə müqayisə edək. O vaxt
elektrikin kəsilməsi normal hal kimi
qəbul edilirdi. O, heç ölkənin paytaxtını
təmin edə bilmədiyindən, tələbatları
ödəmək üçün xaricdən təbii qaz almaq
məcburiyyətində qaldığımz halda, bu
gün biz elektrik və təbii qaz ixracatçı-
sıyıq.
Düşünürəm ki, ən əhəmiyyətli qiyməti
ölkənin enerji təhlükəsizlik nöqteyi-
nəzərindən vermək lazımdır. Əgər biz
bu gün ölkənin enerji təhlükəsizliyini
təmin edə bilmişiksə, öz iqtisadiyyatı-
mızın və əhalinin tələbatının inkişafını
normal şəkildə mühafizə etmək iqtida-
rında olduğumuzu söyləyiriksə, bu özü
artıq müstəqilliyimizdən xəbər verir.
Əgər biz bu gün enerji resurslarımızı
qonşu ölkələrə ixrac ediriksə, əminliklə
söyləyə bilərik ki, biz Azərbaycanın
müstəqillik dövründə çox şeyə nail
olmuşuq.
CE: Azərbaycanın ümumilli lide-
ri Heydər Əliyevin enerji siyasəti
zaman keçdikcə dünya səviyyəsinə
yüksəlir. Sizcə, Əsrin Müqaviləsini bu
gün aktual olan enerji təhlükəsizliyi
anlayışının yaranmasında başlanğıc
nöqtə adlandırmaq olarmı? Belə ki,
məhz Azərbaycan ilk olaraq dünyaya
enerji təhlükəsizliyinin təminatının
yolunu nümayiş etdirdi.
Natiq Əliyev:
Bu, həqiqətən, belədir.
Müasir şəraitdə dünya siyasətində
ölkə rəhbərinin şəxsiyyətindən çox
şey asılıdır. Əvvəllər kütlənin tari-
xi proseslərin əsas aparıcı qüvvəsi
olduğu, şəxsiyyətin rolu lazımın-
ca qiymətləndirilməyib arxa plana
çəkilirdi. Bu gün isə şəxsiyyətin tarixdə
müstəsna rola malik olması faktını öz
nümunəmizdə aydın görürük. Belə
“AZƏRBAYCAN
MÜSTƏQİLLİK DÖVRÜNDƏ ÇOX
NAİLİYYƏTLƏR ƏLDƏ ETMİŞDİR”
-
NATİQ ƏLİYEV
EKSKLÜZİV
•