[]


aradan qalxana qədər və din (ibadət) ancaq Allaha məxsus edilənədək onlarla



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə25/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   21   22   23   24   25   26   27   28   ...   258

 

50 


aradan qalxana qədər və din (ibadət) ancaq Allaha məxsus edilənədək onlarla 

vuruşun;  əgər  onlar  (bu  cür  hərəkətlərə)  son  qoyarlarsa  (siz  də  onlarla 

vuruşmaqdan vaz keçin!), çünki düşmənçilik ancaq zülm edənlərə qarşı olur”. 

(əl-Bəqərə  193).  Bu  ayədə  Fitnədən  qəsd  olunan  Şirkdir.  Təbəri  – rahmətullahi 

aleyhi - deyir ki: “Bu o, deməkdir ki, şirk yox olana qədər və insanlar Allahdan 

qeyrilərinə  ibadətdən  əl  çəkmədikcə  vuruşmaq.  Hər  bir  kəs  Allaha  ibadət 

etmədikcə və Ona itaət etmədikcə”

181


. İbn Kəsir – rahmətullahi aleyhi - deyir ki: 

“Allah  müşriklərlə  döyüşməyi  əmr  etmişdir  ta  ki,  Fitnə  -  şirk  yox  olana 

qədər”

182


. İbn Qeyyim – rahmətullahi aleyhi - deyir ki: “Cihadın məqsədi Allahın 

adının yüksəldilməsi, Onun İsmi hər bir şeydən üstün olmadıqca və bütün din 

Allaha məxsus edilənə qədər”

183


.  

16)  Sonda  Yusuf  Qardavinin  “Əl-Cəzirə”  kanalı  ilə  yayımlanan  “əş-Şəriə 

Vəl Xaya” verilişində söylədiyi sözlərini qeyd etmək istərdim. Qardavi deyir: 

“Xristianlardan  olan  böyük  bir  alim  ölmüşdür.  Papa  İohan  Pavel  2.  Biz 

müsəlmanların  üzərinə  vacibdir  ki,  (çoxlu)  dostlarımız  olan  Xristian 

cəmiyyətinə  və  Vatikana  başsağlığı  göndərək.  Dinlərinin  yayılması  üçün 

göstərdiyi  səmimiyyətə  və  qətiyyətə  (səyə)  görə  ona  dərin  təşəkkürümü 

bildirirəm. Mən  Allaha  dua  edirəm  ki, onu  bağışlasın  və  rəhm  etsin”.  Allahu 

Əkbər!  Əbu  Talib  öldüyü  zaman  Əli  –  radıyallahu  anhu  –  Peyğəmbərin  – 

sallallahu aleyhi və səlləm – yanına  gələrək  dedi:  “Sənin  azmış  əmin  Əbu  Talib 

ölmüşdür.  Onu  necə  basdıraq?”.  Peyğəmbər:  “Get  onu  (özün)  basdır”  deyə 

buyurdu

184


. Şeyx əl-Albani – rahmətullahi aleyhi - deyir ki: “Bu hədis dəlildir ki, 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  Əliyə  –  radıyallahu  anhu  –  müşrik 

atasının ölməsinə görə başsağlığı göndərmədi. Bu da dəlildir ki, müsəlman bir 

kimsəyə  ölmüş  kafir  qohumu  üçün  başsağlığı  diləməsi  qadağandır.  Çünki 

şəriətdə buna dəlil yoxdur”

185


. Hansı  əsasla Qardavi müsəlmanlara vacib edir 

kafir bir kimsə üçün başsağlığı diləməyi? Qardavi deyir ki: Vatikanda mənim 

dostlarım  vardır.  Halbuki  Allah  buyurdu:  “Ey  iman  gətirənlər!  Yəhudi  və 

xaçpərəstləri  (özünüzə)  dost  tutmayın!  Onlar  bir-birinin  dostudurlar.  Sizdən 

kim  onlarla  dostluq  edərsə,  o  da  onlardandır.  Allah  zalım  tayfanı  düz  yola 

yönəltməz!”.  (əl-Maidə  51).  Dininin  dəvətinə  görə  ona  təşəkkür  bildirir.  Bu 

insanın  səbəbilə  nə  qədər  müsəlmanlar  Afrikada  Xristianlığı  qəbul  etmişlər. 

İslamdan başqa hansısa bir dini haqq saymaq küfrdür. “Bu gün dininizi sizin 

üçün  kamil  etdim,  sizə  olan  nemətimi  (Məkkənin  fəthi,  islamın  mövqeyinin 

möhkəmlənməsi,  Cahiliyyət  dövrünün  bir  sıra  zərərli  adətlərinin  aradan 

                                                

181

 “Təfsir” 2/194.  



182

 “Təfsir” 1/329.  

183

 “Əhkəmu Əhli Zimmə” 1/18.  



184

 Nəsəi 1/110, Əbu Davud 9/32.  

185

 “Əhkəmul Cənəiz” 169.  




 

51 


qaldırılması  və  i.  a.)  tamamladım  və  sizin  üçün  din  olaraq  islamı  bəyənib 

seçdim”. (əl-Maidə 3). “Allah yanında (haqq olan) din, əlbəttə, islamdır”. (Ali 

İmran  19).  “Kim  islamdan  başqa  bir  din  ardınca  gedərsə,  (o  din)  heç  vaxt 

ondan  qəbul  olunmaz  və  o  şəxs  axirətdə  zərər  çəkənlərdən  olar!”.  (Ali  İmran 

85).  Kitab  Əhlinin  kafir  olmasında  şübhə  edən  bir  kimsə  icma  ilə  kafirdir  və 

İslam dairəsindən çıxmışdır. Kitab əhli üçün bağışlanma diləmək isə haramdır. 



“Müşriklərin  cəhənnəmlik  olduqları  (müsəlmanlara)  bəlli  olduqdan  sonra 

onlarla  qohum  olsalar  belə,  Peyğəmbərə  və  iman  gətirənlərə  onlar  üçün 

bağışlanma  diləmək  yaraşmaz!”.  (ət-Tövbə  113).  İmam  Nəvəvi  deyir  ki: 

“Kafirlər  üçün  Cənazə  qılmaq  və  onlar  üçün  bağışlanma  diləmək  Quran  və 

müsəlman icmasıyla qadağandır”. “əl-Məcmu” 5/144.  

Son – Çox təəssüf ki, bu insanın günümüzdə kitabları, məqalələri, fətvaları 

dükan  və  internet  saytlarında  yayılmışdır.  Sələflər  həmişə  belə  kimsələrin 

səhvlərini  bəyan  etmişlər.  Bizim  də  məqsədimiz  budur.  Yusuf  Qardavinin 

xətaları barəsində bu qədər. Dərrakəli insan üçün bunlar kifayət edər ki, belə 

bir  kimsədən  dini  məsələlərdə  heç  bir  şey  götürməsin.  Lakin  burada 

sadalananlar heç kəsə əsas verməməlidir ki, bu kimsəni küfrdə ittiham edərək 

kafir  saysın.  Əsla.  Bütün  bunları  söyləməkdə  məqsədimiz  insanları  bu  kimi 

kimsələrdən çəkindirməkdir.  

 

BEN LADEN BARƏSİNDƏ ALİMLƏRİN SÖZLƏRİ 

 

Şeyx İbn Bazz – rahmətullahi aleyhi – deyir ki: “Muhəmməd İbn Masari, Sad 



əl-Faqih  və  bu  kimi yalan  şüarlarla  dəvət  aparan  kimsələr, heç şübhə yoxdur 

ki,  böyük  şərdir.  Onlar  böyük  şərin  və fitnə-fəsadın  dəvətçiləridirlər.  Onların 

dəvətlərindən  (insanları)  çəkindirmək,  onlara  söykənməmək  (əsaslanmamaq) 

və  onlara  şər,  fitnə-fəsad  və  yalan  olan  bir  şeydə  yardım  etməməkdir.  Çünki 

Allah  bizlərə  xeyirli  işlərdə  yardımlaşmağı  əmr  etmiş,  müsəlmanların 

parçalanmasına,  əminliyin  itməsinə  səbəb  olacaq  fitnə-fəsad,  şər,  yalan  dəvət 

olan olan işlərdə isə yardım etməyi qadağan etmişdir. Yalan və Şər dəvətçiləri 

olan  əl-Fəqihi,  əl-Masari  və  onlara  oxşayanların  dəvətlərini  (əmirlərin 

pislənməsi  barəsində  yaydıqları  vərəqələri)  yaymaq  olmaz,  əksinə  onlara 

nəsihiət etmək lazımdır ki, tutduqları yoldan əl çəksinlər. Mənim nəsihətim isə 

əl-Masari, əl-Fəqihi, Ben Ladenə və onların yolunu tutan hər bir kəsə bu həlak 

yolundan  əl  çəksinlər.  Allahdan  qorxsunlar  və  Onun  qəzəbindən  həzər 

etsinlər. Quran və Sünnətə qayıdaraq etdiklərinə tövbə etsinlər”

186


.  

                                                

186

 “Fatava İbn Baz” 9/100.  




Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə