[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə21/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   17   18   19   20   21   22   23   24   ...   258

 

42 


musiqini  dinlədiyini  gördüyü  zaman  o  dedi:  “Musiqi  qadağan  deyildir”.  Biz 

deyirik:  “Onun  fətvalarına  qulaq  asmayın,  insanları  da  bu  kimi  kimsələrdən 

çəkindirin”

130


.  İnsanlar  üçün  asanlaşdırmağı  (yüngülləşdirməyi)  Qardavi  özü 

də inkar etmir. O, deyir: “Mənim qayəm – insanlar üçün asanlaşdırmaqdır”

131



Əsl  olan  isə  Allahn  dininin  insanlar  üçün  asan  olmasıdır.  Şəriətimizdə  çətin 



olası  heç  nə  yoxdur.  Allahın  əmr  və  qadağaları  insanın  güc  və  qüvvəsinə 

görədir.  Şəriəti  yüngülləşdirməyə  ehtiyac  yoxdur.  “Allah  sizin  üçün  çətinlik 



deyil,  asanlıq  istəyir”.  (əl-Bəqərə  185).  “Allah hər kəsi  yalnız qüvvəsi yetdiyi 

qədər yükləyər (bir işə mükəlləf edər)”. (əl-Bəqərə 285).  

Xətaları  -  1)  Onun  xətalarının  hamısını  burada  bəyan  etməyə  vaxt  olmaz. 

Lakin  əsaslarını  qeyd  etməklə  kifayətlənək.  Başlayaq  ki,  Yusuf  Qardavi 

“İxvanul Muslimin” cəmaatının xadimlərindəndir. Özü isə Əşari əqidəsindədir 

necə bunu “Risələtul Əzhər” 105 söyləmişdir. Onun sözlərinə əsaslansaq belə 

çıxır  ki,  Əşarilər,  Mətrudilər  Əhli  Sünnətdəndirlər,  baxmayaraq  ki,  Allahın 

İsim  və  Sifətlərini  təhrif  edrək  Saleh  Sələflərin  yoluna  zidd  gedirlər

132

.  Əşari 



etiqadının əsasıdır ki, Qardavinin etiqadında bir çox izlər buraxmışdır. Məs: O, 

möminlərin Cənnətdə Rəblərini görmələrini inkar edir”

133

. Bu cür yalnız zəlalət 



əhli olan firqələr söyləmişlər. Onlar Allaın ayələrini təhrif edərək Möminlərin 

Qiyamət  günü  Rəbblərini  görmələrini  inkar  etmişlər.  “O  gün  neçə-neçə  üzlər 



nurlanacaq,  və  öz  Rəbbinə  baxacaqdır”.  (əl-Qiyamə  22-23)  və  Hədisi  və 

alimlərin  bu  barədə  olan  sözləri  buna  dəlildir.  İbn  Xuzeymə  –  rahmətullahi 



aleyhi - deyir ki: “Bütün müsəlmanlar, səhabələr, tabiinlər və onların ardıcılları, 

həmçinin  bizim  dövrün  alimləri  möminlərin  Qiyamət  günü  öz  Rəblərini 

görmələri barədə heç bir ixtilaf etməyiblər, hətta şübhə də etməyiblər”

134


.  

2)  İslamda  olan  Vələ  vəl  Bəra  –  Dost  və  Düşmən  məsələsini  inkar  edir  və 

buna dəvət edənləri də pisləyərək deyir: “Bu dəvət – yalandır”

135


. Allah Qurani 

Kərimdə  bu  məsələni  zikr  etdiyi  halda  o,  buna  zidd  getmişdir.  “(Ya 



Peyğəmbər!)  Allaha  və  axirət  gününə  inanan  heç  bir  tayfanın  Allah  və  Onun 

Peyğəmbəri  əleyhinə  çıxanlarla  –  öz  ataları,  oğulları,  qardaşları,  yaxın 

qohumları  olsalar  belə  -  dostluq  etdiyini  görməzsən”.  (əl-Mucadələ  22).  “Sən 

onların bir çoxunun kafirlərlə dostluq etdiyini görürsən. Nəfslərinin onlar üçün 

hazırladığı  şey  necə  də  pisdir.  Buna  görə  də  Allah  onlara  qəzəblənmişdir  və 

onlar  əzab  içində  əbədi  qalacaqlar,  Əgər  onlar  Allaha,  Peyğəmbərə  və  ona 

nazil  olana  iman  gətirsəydilər,  müşrikləri  özlərinə  dost  tutmazdılar.  Lakin 

                                                

130

 “Anil Qardavi”.  



131

 “Fatava Bəynə əl-İdbat” 113. 

132

 “əl-Mərciətul ula Lil İsləm” 352.  



133

 “əl-Mərciətul ula Lil İsləm” 348. 

134

 “Kitabu Tövhid” 145.  



135

 “Cəridatu Sudan” №31.  




 

43 


onların  çoxu  günahkarlardır,  Yəhudiləri  və  müşrikləri  iman  gətirənlərə  qarşı 

düşmənçilik  edən  insanların  ən pisi  olduğunu  görəcəksən.  "Biz  xaçpərəstik!"– 

deyənləri  isə  dostluq  baxımından  iman  gətirənlərə  ən  yaxın  olduğunu 

görəcəksən.  Çünki  onların  arasında  keşişlər  və  rahiblər  vardır  və  onlar 

təkəbbürlük  göstərmirlər”.  (əl-Maidə  80-82).  «Ey  iman  gətirənlər!  Yəhudi  və 

Xaçpərəstləri  özünüzə  dost  tutmayın!  Onlar  bir-birinin  dostudurlar.  Sizdən 

kim  onlarla  dostluq  edərsə,  o  da  onlardandır.  Allah  zalım  tayfanı  düz  yola 

yönəltməz».  (əl-Maidə  51).  «Ey  iman  gətirənlər!  Nə  mənim  düşmənimi,  nə  də 

özünüzün  düşmənini  dost  tutun».  (əl-Mumtəhinə  1).  Peyğəmbər  –  sallallahu 

aleyhi  və  səlləm  –  buyurdu:  «İmanın  ən  sağlam  qulpu  (təzahürü)  Allah  üçün 

dostluq,  Allah  üçün  düşmənçilik,  Allah  üçün  sevmək,  Allah  üçün  nifrət 

etməkdir»

136


. Əbu Musa əl-Əşari – radıyallahu anhu – dan rəvayət etdiyinə görə 

o, demişdir: «Bir gün Ömər – radıyallahu anhu – ya dedim: Mənim bir Xristian 

katibim var. Mənə: Vay sənin halına. Kimi sən yanında saxlayırsan. Məgər sən 

Allahın  bu  ayəsini  eşitməmisən: «Ey  iman  gətirənlər!  Yəhudi və  Xaçpərəstləri 



özünüzə  dost  tutmayın!  Onlar  bir-birinin  dostudurlar…».  (əl-Maidə  51). 

Hənif


137

 olan birisini tapsaydın nə olardı? dedi. Mən: Ey möminlərin əmiri! O, 

mənə  yalnız  yazmaq  üçün  lazımdır.  Yazması  mənə,  dini  isə  özünə  aiddir. 

Ömər:  Allah  onlara  nifrət  etmişkən  mən  onlara  ikram  etmərəm,  Allah  onları 

zəlil  etmişkən  mən onları  necə ucaldım,  Allah onları özündən  uzaqlaşdırmış-

kən  mən  onları  necə  (özümə)  yaxınlaşdırım!»

138

.  İmam  Qurtubi  – rahmətullahi 



aleyhi - deyir ki: “Kafirin küfrü onlara qarşı ədalətli olmağa maneə deyildir”

139


.  

3)  Yusuf  Qardavi  deyir  ki:  “Bizim  Yəhudilərlə  Cihadımız  onların  Yəhudi 

olmalarına  görə  deyildir,  Onlarla  döyüşümüz  onların  etiqadlarına  görə 

deyildir,  biz  onlarla  torpaqlara  görə  döyüşürük.  Kafirlərlə  onlar  kafir 

olduqlarına  görə  döyüşmürük,  onlarla  torpaqlarımızı  zəbt  etdikləri  üçün 

döyüşürük”

140

.  Quran  və  Sünnəyə  müxalif  olmuşdur.  Çünki  bizim  Kafirlərlə 



döyüşümüz  etiqada  görədir.  İbn  Ömər  -  radiyallahu  anhu  –  rəvayət  edir  ki, 

Peyğəmbər  –  sallallahu  aleyhi  və  səlləm  –  buyurdu:  «Allahdan  başqa  ibadətə 

layiq haqq ilah olmadığına  və Muhəmmədin  Allahın  Elçisi olduğuna  şəhadət 

edincəyə,  namaz  qılıncaya,  zəkat  verincəyə  qədər  insanlarla  vuruşmağa  əmir 

olundum. Elə ki, bunu etdilər, İslamın haqqı müstəsna olmaqla öz qanlarını və 

mallarını  məndən  qorumuş  olurlar.  Haqq-hesablarını  çəkmək  isə  Allaha 

                                                

136


 Əhməd 4/286, İbn Əbi Şeybə 11/14, əl-Albani «Səhih Silsilə» 998.  

137


 Əbu  Hənifə  –  rahmətullahi  aleyhi  –  deyir  ki:  «Hənif  –  haqq  üzərində  düz  yeriyən  və  ona  uyan  kimsə 

deməkdir. Bütün dinlərdən üz çevirərək haqqa yönələn kimsədir». «Lisanul Ərəb» 9/157, «İbn Kəsir təfsiri» 

1/186,187, «Muhtarus Sihah» s. 159. Digər bir tərif isə: «Şirkdən uzaq olan, Allaha ixlas üzərində bina edilmiş 

dinin adıdır» Şeyx Useymin «Üç əsas».  

138

 Əhməd, Beyhəqi, əl-Albani “İrva” 2630.  



139

 “Təfsir Qurtubi” 5/85.  

140

 “Məcəllətur Raya” №4696, “əl-Ummatul İsləmiyyə” 70.  




Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə