[]



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə20/258
tarix22.10.2018
ölçüsü7,15 Mb.
#75442
1   ...   16   17   18   19   20   21   22   23   ...   258

 

40 


ondan  elə  bir  söz  bilmirəm  (eşitməmişəm)  ki,  ircalığa  aid  olsun.  Heç  vaxt! 

İnsanları  təkfir  edənlər  əl-Albani  – rahmətullahi aleyhi –  və  digərləri  barəsində 

deyirlər  ki,  onlar  Murciədir.  Bu  insanları  pis  bir  adla  çağırmağın 

hökmündədir. Mən şahidlik  edirəm  ki,  əl-Albani  – rahmətullahi aleyhi – doğru 

yolda  və  doğru  etiqad  üzərədir.  Bununla  bərabər  mən onun  xətasız  (məsum) 

olduğunu  da  söyləmirəm.  Çünki  Peyğəmbərlərdən  başqa  heç  kəs  xətadan 

sığortalanmamışdır”

124


.  

AbdusSalam İbn  Barcisdən  soruşurlar: “Şeyx  əl-Albani  – rahmətullahi aleyhi 



  Murciyədirmi?”.  O:  “Şeyx  əl-Albani  –  rahmətullahi  aleyhi  –  Sünnəni  bilən, 

Sünnə əhlinin Şamda şeyxi, necə ki, Şeyx İbn Bazz Hicazda Sünnə əhlinin şeyxi 

oldğu  kimi.  O,  ki qaldı şeyxi  İrcalıqda ittiham  edənlərə  bu iki haldan  biridir: 

Ya onlar Xəvaricdirlər, ya da İrcalıqdan heç bir anlayışı olmayan cahildirlər”

125

.  


Şeyx  İbrahim  ər-Ruheyli  –  hafizahullah  -  deyir  ki:  “Təkfir  əhlinin  İrcalıqda 

ittiham  etdikləri  alimlərdən  biri  də  Muhəddis,  görkəmli  alim  Muhəmməd 

Nasıraddin  əl-Albanidir  –  rahmətullahi  aleyhi  –.  İlk  olaraq  Şeyxi  ircalıqda 

ittiham edən “İxvanul Muslimin” cəmaatının ideyalarını daşıyan Səfər Həvəli 

olmuşdur.  O,  “Zahiratul İrca”  adlı  kitabında  Seyid  Qutbu  tərif  etmiş  və  Şeyx 

əl-Albanini  ircalıqda  ittiham  edərək  pisləmişdir.  Ona  görə  də  deyilir  ki:  Bu 

kitabın  bir  hissəsi  Seyid  Qutbu  tərif  etməkdən,  digər  hissəsi  isə  Şeyx  əl-

Albanini pisləməkdən ibarətdir”

126

.  


Şeyx  Əhməd  Nəcmidən  soruşular:  “Hizbiçilərin  kitablarından  bəhrələnən 

bəzi  kimsələr  -  İbn  Bazz,  İbn  Useymin  və  əl-Albanini  –  rahmətullahi  aleyhi  – 

İrcalıqda  ittiham  edilər.  Səbəb  isə  müsəlman  hakimləri  kafir  görmədikləri 

üçündür”.  Şeyx  deyir:  “Bu  zəlalətdir,  azğınlıqdır.  Bu  bidət  əhli  hər  gün  bir 

çıxışnan çıxış edir. Əgər əl-Albani, İbn Bazz və Useymin – rahmətullahi aleyhi – 

bu ümmətin xeyirliləri, bu ümmətin alimləri Murciyə oldusa, onda kim qaldı? 

Kim qaldı onda! Biz Allaha məxsusuq və Onun hüzuruna da qayıdacağıq! Bu 

bəla və müsibətdir. Belə kimsələri həps edib, lazım gəlsə cəzalandırmaq ki, bu 

sözləri tərk etsinlər”. “Tabria Kibarul Ulama Lil Albani Minal İrca”.  

 

YUSUF QARDAVİNİN XƏTALARINA RƏDDİYƏ 

 

Yusuf  Qardavi  1926-cı  ildə  Misirin  əl-Ğarbiyyə  vilayətinin  Sift  kəndində 



dünyaya gəlmiş, kiçik yaşlarında atasını itirmişdir. Tərbiyəsi ilə anası məşğul 

olmuşdur.  10  yaşında  ikən  Quranı  əzbərləmiş,  əl-Əzhar  Universitetinin 

məzunu  olmuşdur.  Həsən  əl-Bənnanın  rəhbərlik  etdiyi  “İxvanul  Muslimin” 

cəmaatının  fəal üzvlərindən olmuşdur.  Bir  neçə dəfə  həbsdə olmuşdur. Misir 

                                                

124


 “Muqalimət əl-Xatifiya Mə Məşəih əd-Dauva Salafiyya” 4.  

125


 “əd-Difa An əl-Albani”.  

126


 “Tabria İmam Muhəddis Min Qovli Mirciə əl-Muxdas” 3.  


 

41 


kralı  Camal  AbdunNasrin  hakimiyətində  həbs  olunmuşdur.  1961-ci  ildə 

Qatrara  köç  etmiş  və  oranın  Universitetinə  daxil  olaraq  orada  çalışmışdır. 

1977-ci  ildə  Qatar  Universitetinin  “Şəriət  və  İslam  araşdırmaları”  bölümünü 

(fakultəsini)  quraraq  Dekan  olmuşdur.  Həmçinin  orada  “Sünnət  və 

Peyğəmbərin həyatını araşdırma” mərkəzinin müdiri olmuşdur. Həmçinin  əl-

Cəzirə  kanalı  ilə  yayımlanan  “Şəriət  və  Həyat”  adlı  proqramda  çıxışları 

olmuşdur.  

Bir kimsənin səhvlərini və xətalarını bəyan etmək elm əhlinin işidir. Hər bir 

kəs  bunu  edə  bilməz.  Yusuf  Qardaviyə  rədd  edən  alimlər  içərsində  Şeyx  əl-

Albani, Şeyx Saleh əl-Fovzan, Şeyx Muqbil, Suleyman əl-Xaraşi – Allah onlardan 



razı  olsun  -  və  s.  alimlər  olmuşlar.  Şeyx  Muqbil,  Yusuf  Qardavi  barəsində 

yazdığı kitabının adını: “Hürən it olan Yusuf Qardavinin ağzının bağlanması”. 

Bunu  isə  Allahın  ayəsinə  əsaslanaraq  söyləmişdir:  “Onlara  ayələrimizi 

verdiyimiz  kimsənin  əhvalatını  oxu.  O,  ayələrdən  kənara  çıxdı,  şeytanın 

təqibinə məruz qaldı, axırda da azanlardan oldu. Biz istəsəydik, bunun (həmin 

ayələrin) sayəsində onu ucaldardıq. Lakin o, dünyaya meyl saldı və öz istəyinə 

uydu.  Onun  məsəli  itin  məsəlinə  bənzəyir;  onu  qovsan  da  dilini  çıxardıb 

ləhləyər,  qovmasan  da.  Ayələrimizi  yalan  hesab  edənlərin  məsəli  belədir.  Bu 

əhvalatları  onlara  danış  ki,  bəlkə  fikirləşələr”.  (əl-Əraf  175-176). 

AbdurRahman  əs-Sədi  –  rahmətullahi  aleyhi  -  bu  ayənin  təfsirində  deyir  ki: 

“Allahın  elm  bəxş  etdiyi  bir  alimdən  söhbət  gedir,  hansıki  buna  uyğun 

yaşamırdı”

127

. İbn Əbu Aufə  - radıyallahu anhu –  rəvayət  edir  ki,  Peyğəmbər – 



sallallahu aleyhi və səlləm – buyurdu: «Xəvariclər - Cəhənnəmin köpəkləridir»

128


Şeyx  əl-Albani  –  rahmətullahi  aleyhi  -  isə  Yusuf  Qardaviyə  gözəl 

xasiyyətnamə  verərək  demişdir:  “Yusuf  Qardavinin  təhsili  əl-Əzhar təhsilidir 

və o da Quran və Sünnə mənhəci üzərində deyildir. O, insanlara elə bir fəvalar 

verir  ki,  şəriətə  ziddir.  Bir çox fəlsəfi görüşləri  də  vardır.  Şəriətdən hər hansı 

bir qadağa gəldiyi zaman sözləriylə bu qadağanı zəiflədərək: “Burada qadağan 

olunası qəti bir şey yoxdur” deyər. Bu əsasla da Musiqini halal görmüşdür. Bu 

isə  icmanın  rəyinə  ziddir.  Həmçinin  Qardavi  deyir  ki:  “Dəlil  Quran,  Sünnə, 

İcma və Qiyasdır”. Lakin Qiyas dəlil ola bilməz, çünki İctihadidir. Bu əsasla da 

o,  bir  çox  şeyləri  icazəli  bilmiş  və  şəriət  hökmlərini  yüngülləşdirmişdir”

129



Şeyx  Cibrindən  –  rahmətullahi  aleyhi  -  şəriətə  zidd  olan  Yusuf  Qardavinin 



fətvaları barəsində soruşurlar o: “Heç şübhə yoxdur ki, Yusuf Qardavi Allahın 

dinində  (hökmləri)  yüngülləşdirir.  Bunun  səbəbi  isə  insanların  sevimlisi 

olmaqdır. Buna görə də şəriəti onlar üçün yüngülləşdirir. Məs: “Çox İnsanların 

                                                

127

 “Teysirul Kərimul Rahman” 309.  



128

 Musnəd  4/355,  İbn  Məcə  «Muqəddimə»  173,  İbn  Əbu  Asim  «Sünnə»  904,  Tirmizi  300,  AbdurRazzaq 

«Musənnəf» 18663, Həkim «Mustədrək» 2655, Beyhəqi «Sünnən Kubra» 8/188, əl-Albani Səhih Cəmi 3347.  

129


 “Sufiya əl-Bəna Vəl Qardavi”.  


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   258




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə