" Əsli-Kərəm" Dastanı Və Alban Mədəniyyəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/25
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51326
1   ...   15   16   17   18   19   20   21   22   ...   25

də  hun  hökmdarı  kimi  səciyyələndirilir.  V  əsr  erməni  müəllifi 
Favst Buzand Sanatruku maskut (hun) hökmdarı, Alban tarixçisi 
Musa Kalankatuklu isə Sanatruku bir yerdə alban hökmdarı, bir 
yerdə hun qoşununun başçısı adlandırır. O, kitabının XII fəslində 
yazır: «Trdat öldükdən sonra Paytakaran şəhərində adı tanınmış 
Sanatruk  albanlara  hökmdarlıq  etməyə  başlamışdı.  Buradan  o, 
Erməniyyəyə basqın etdi». 
Kitabın  XXVII  fəslində  müəllif  Sanatruku  hunların  çarı  kimi 
verir.  Yuxarıda  verilən  tarixi  mənbələr  bir  daha  sübut  edir  ki, 
oğuz  elinin  başçısı  Qazan  xan  həm  də  albanların  hökmdarı 
adlandırıldığı  kimi,  Sanatrukun  da  gah  alban,  gah  da  hun 
hökmdarı  kimi  verilməsi  alban-türk  etnik  birliyini  əsaslandıran 
əsas faktorlardandır. Ümumiyyətlə, sitat gətirilən tarixi mənbələr 
belə fikrə əsas verir ki, genetik cəhətdən eyni tayfalar olduqları 
üçün  qaynaqlarda  onlar  eyniləşdirilmişlər.  Suriya  mənbəsində 
qeyd olunur ki, 544-
cu  ildə  alban  Kardost  hunlar  üçün  əlifba 
tərtib  etdi.  Ona  görə  də  N.İ.Rzayev  V  əsrdə  yaranmış  alban 
əlifbası  ilə  Orxon-Yenisey  türk  əlifbası  arasında  qohumluq 


fikrini  irəli  sürməkdə  haqlı  idi.  Bu  fikir  Mingəçevirdə  tapılmış 
alban  yazılarının  qədim  türk  dilləri  əsasında  oxunması  ilə 
təsdiqlənir.  Bu  faktı  erməni  əlyazmalarının  toplayıcısı,  əslən 
erməni,  Amerika  vətəndaşı  X.Kurdianın  tapdığı  alban  əlifbası 
cədvəli  də  sübut  edir.  Onu  da  qeyd  edək  ki,  bu  cədvəlin  bir 
ekzemplyarı  da  Mətndaranda  saxlanılır.  Amma  ermənilər  bu 
əlifba  cədvəlini  tamamilə  dəyişdirmiş  və  öz  əlifbalarına 
oxşatmağa  çalışmışlar.  Gürcü  alimi  A.Şanidze  apardığı 
araşdırmaları  ilə  bu  nəticəyə  gəlmişdir  ki,  X.Kurdianın  tapdığı 
əlyazma Mətndarandakı əlyazmadan həm hərflərin düzülüşü ilə, 
həm də çoxluğu ilə fərqlənir və bu hərflər erməni, gürcü, yunan 
və latın hərflərindən heç birinə uyğun gəlmir. 
Bu bir daha alban 
əlifbasının türk hərfləri ilə oxşarlığı məsələsini 
gündəmə  gətirir.  Bu  məsələ  dərindən  araşdırılsa  çox  şeyə  nail 
olmaq olar. 
«Əsli-Kərəm» 
dastanının 
tarixi 
etnik 
kökünün 
müəyyənləşdirilməsi,  xüsusilə  dastanda  Əslinin  xristian  dinli 
ruhaninin  qızı  olmasının  səbəbinin  aydınlaşdırılması  üçün  biz 


qədim albanların həyatında baş vermiş köklü dəyişiklikləri qısaca 
nəzərdən keçirməliyik. 
Məlum  olduğu  kimi,  albanlar  IV  əsrdə  xristian  dinini  qəbul 
etmişdilər. VII  əsrdən başlayan  ərəb işğalı Albaniyaya da  gəlib 
çatdı.  Albaniya  ərəb  ordusu  tərəfindən  işğal  olundu  və  Alban 
dövləti  əvəzinə  ərəb  canişinliyi  yarandı.  Ərəblərin  dini  siyasəti 
nəticəsində albanlar və digər türk tayfaları xristian və müsəlman 
olmaqla iki hissəyə bölündülər. Onların bu iki hissəsi dincə əks 
qütb
lərdə  olsalar  da,  onlar  bir-birləri  üçün  «din  ayrı  qardaş» 
idilər.  Şəriət  müsəlmanın  xristiana  evlənməsini  qadağan  edirdi. 
Eləcə  də  xristianların  müsəlmana  evlənməsi  qadağan  idi.  İstər 
albanlarda, istərsə də digər türkdilli tayfalarda bu qadağaya ciddi 
əməl olunurdu. Dini ayrılıq o dövr Azərbaycan xalqının ictimai 
həyatının  ən  faciəvi  anı  idi.  Məhz  bu  faciənin  nəticəsi  «Şeyx 
Sənan»,  «Əsli-Kərəm»  və  adını  bilmədiyimiz,  həyatın  tarixi 
reallığında  it-bata  düşən  neçə-neçə  dastanlar  yaratmışdır. 
«Kitabi-
Dədə Qorqud» boylarında da türk tayfaları dini ayrılığın 
nəticəsində  bir-biri  ilə  düşmənçilik  edirdilər.  «Əsli-Kərəm» 


dastanına da məhz bu prizmadan yanaşıb, tədqiq edib, öyrənmək 
lazımdır. Dastandan göründüyü kimi, müsəlman Kərəm xristian 
Əslini  sevir,  bu  sevgi  qarşılıqlıdır.  Dastanda  bu  sevgiyə  qarşı 
çıxan mənfi personaj Qara keşiş və ya Qara Məlikdir. Dastandakı 
«keşiş» sözünü  «erməni» kimi başa düşmək  yolverilməzdir. Bu 
keşiş  VII  əsrdən  sonra  türklərin  xristianlıqda  qalan  alban 
ruhanisinə verdikləri addır. Ona görə də Əsli ilə Kərəm nigahını 
milli  qarışıq  (yəni  azərbaycanlı-erməni)  nigah  adlandırmaq 
düzgün  olmazdı.  Bu  nigahda  dini  müxtəliflik  olsa  da,  milli, 
yaxud etnik müxtəliflik yoxdur. 
İndi  isə  alban  türk  mifoloji  fikir  dünyasına,  dini  inam  və 
adətlərinə  nəzər  salmaqla  onun  «Əsli-Kərəm»  dastanındakı 
mövcudluğuna aydınlıq gətirmək istəyirik. Alban kilsə tarixinin 
tədqiqatçısı R.B.Göyüşov yazır: «Albanlar ildırıma, günəşə, aya, 
ulduza,  tufan  və  külək  qaldıran  ilahələrə,  gözlərinə  güclü 
görünən təbiət qüvvələrinə sitayiş edirdilər. Uca qayaya, böyük 
uca palıd ağacına, əlçatmaz, keçilməz dağ zirvəsinə tapınırdılar. 
Onların qəzəbini yumşaltmaq, rəhminə nail olmaq, bədbəxtlikləri 


atlatmaq,  düşmənə  qələbə  çalmaq  və  s.  kimi  məqsədlərinə 
çatmaq üçün albanlar onlara qur
ban  verirdilər.  Bundan  əlavə, 
onlar  astral  qüvvələrə  və  oda  da  inanırdılar.  Üçtəpədə 
(Beyləqan),  Gəncədə,  Xınıslıda  aparılan  qazıntılar  zamanı  Göy 
allahının,  Günəş  tanrısının,  uğurlu  tale  və  gözəllik  ilahələrinin 
əksləri olan abidələr tapılmışdır». 
Antik t
arixçilər  içərisində  albanlar  haqqında  nisbətən  ətraflı 
məlumat vermiş Strabon alban dini inamları haqda da məlumat 
vermişdir:  «Onlar  allahlardan  Helios,  Zevs  və  Selenaya  sitayiş 
edirdilər.  Xüsusilə,  məbədi  İberiya  yaxınlığında  olan  Selenaya 
sitayiş edirdilər. Kahin vəzifəsini onlarda hökmdardan sonra ən 
hörmətli  adam  yerinə  yetirir».  Burada  Strabon  Zevs,  Helios, 
Selena  dedikdə  Göy,  Günəş  allahlarını  və  Ay  ilahəsini  nəzərdə 
tuturdu.  O,  albanca  bu  tanrıların  adını  bilmədiyindən  onları 
yunan  panteonundakı  allahların  adları  ilə  adlandırmışdır. 
Tədqiqatçılara görə yunanca Zevs Göy allahı hesab olunduğuna 
görə,  Strabon  bununla  qədim  albanlarda  Göy  allahını  nəzərdə 
tutmuşdur.  Antik  mənbələrə  görə,  albanlarda  mağara  məbədləri 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə