Зящмят шащвердийев



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə4/51
tarix15.07.2018
ölçüsü4,61 Mb.
#56013
1   2   3   4   5   6   7   8   9   ...   51

10
1980-cı illərin sonları-1990-cı illərin başlanğıcında  Ermənistanın Azərbaycana qarşı  ərazi iddiaları
genişlənməyə başladı. Ermənistan Dağlıq Qarabağla birgə Naxçıvanı da Azərbaycandan qoparmaq üçün ideoloji
və hərbi-təcavüzkar xətt yeridirdi. Ümummilli lider Heydər Əliyevin 1990-cı il Qanlı yanvar hadisələrinə
Moskvada kəskin siyasi qiymət verməsi, Bakıya (1990, 11 iyul) buradan isə Naxçıvana qayıtması (1990, 22
iyul) xalqın həyatında böyük hadisə oldu. Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan MR Ali
Məclisinin sədri seçilməsi bölgənin Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi saxlamasında böyük tarixi rol
oynadı. Heydər Əliyev 1993-cü ilin iyun hadisələrindən sonra xalqın təkidli tələbi ilə yenidən, ikinci dəfə
Azərbaycanda hakimiyyətə gəldi. Bütün Azərbaycan kimi Naxçıvan da daim Heydər Əliyevin diqqət və
qayğısını hiss edirdi.
Heydər Əliyev çox sahəli fəaliyyətində milli tarixin dərindən araşdırılmasına da böyük önəm verir,
tarixçilər qarşısında mühüm tədqiqat vəzifələri qoyurdu. Naxçıvan tarixinin dərindən öyrənilməsi burada əsas
yerlərdən birini tuturdu.
43
Bütün bunların nəticəsi idi ki, həmin dövrdən Naxçıvan tarixinin tədqiqi yeni səviyyəyə yüksəldi,
Naxçıvan tarixinə dair beynəlxalq konfranslar təşkil edilməyə başladı.
Bu dövrdə nəşr edilmiş əsərlərdə də XIX-XX əsrin əvvəlləri tarixinə dair bəzi məsələlər əksini tapmışdı.
S.Sadıqovun Naxçıvan Muxtar Respublikasının tarixinə dair kitabında (1995) muxtariyyətləşdirilmə
ərəfəsindəki vəziyyətdən də bəhs edilir.
44
S.Budaqovanın Naxçıvan diyarının tarixi coğrafiyasına (XVIII əsrin II yarısı – XIX əsrin I qərinəsi) kitabı
(1995) Naxçıvanın ərazisi, əhalisi və iqtisadiyyatının yerləşməsinə dair problemlərə aydınlıq gətirdi. Müəllif
1996-cı ildə eyni mövzuda namizədlik dissertasiyası müdafiə etmişdi.
45
1996-cı il Naxçıvan tarixinin öyrənilməsində uğurlu il oldu. Bu ildə nəşr olunan bir sıra kitablar xronoloji
cəhətdən əvvəlki (İrəvan əyalətinin icmal dəftəri) və sonrakı (İ.Musayevin Naxçıvan və Zəngəzur haqqındakı
tədqiqatı) dövrə aid olsa da, XIX-XX əsrin əvvəlləri tarixinin öyrənilməsinə də (tarixi müqayisə və s. baxımdan)
köməklik göstərmişdir.
46
F.Əliyevin və M.Əliyevin Naxçıvan xanlığı adlı kitabının bir hissəsi isə XIX əsrin
əvvəlləri hadisələrini də işıqlandırmışdır.
47
1996-cı  il  11-13  iyulda  Naxçıvan  şəhərində  «Uluslararası  qaynaqlarda Naxçıvan» Beynəlxalq
simpoziumunun keçirilməsi Azərbaycan tarix elmində mühüm hadisə oldu. Konfransın materiallarının elə
həmin dövrdə çap eilməsi də təqdirəlayiqdir.
48
Konfransın materiallarının təhlili göstərir ki, burada Naxçıvan
tarixinin bütün mühüm dövrlərinə aid çıxışlar olmuş, tezislər çap edilmişdir. Onların arasında XIX-XX əsrin
əvvəllərinə aid olanlar da (İ.Həbibbəyli, İ.Bağırov, H.Həşimli və b.) vardır.
49
Beynəlxalq simpoziumun qəbul etdiyi tövsiyələr
50
 də yüksək qiymətləndirilməlidir. Burada digər
tövsiyələrlə birgə Naxçıvan tarixinin yazılıb hazırlanması və nəşr edilməsi xüsusi qeyd edilməlidir.
İrəvan əyalətinin icmal dəftərindən sonra 1997-ci ildə «Naxçıvan sancağının müfəssəl dəftəri»nin (1727)
nəşr edilməsi Naxçıvan tarixinin öyrənilməsində vacib hadisə hesab oluna bilər.
51
 Yeri gəlmişkən qeyd edək ki,
həmin kitabın əhəmiyyəti nəzərə alınaraq 2001-ci ildə yenidən nəşr edilmişdir.
52
 Kitabın həmin nəşri ilə bağlı
çox maraqlı bir qeydi burada verməyi zəruri hesab edirik. Orada yazılır: «Azərbaycan Respublikasının
möhtərəm Prezidenti Heydər Əliyev cənabları xalqımızın tarixini geniş oxucu kütləsinə çatdırmağı elmi
ictimaiyyət qarşısında şərəfli və məsuliyyətli bir vəzifə kimi müəyyən etmişdir. Onun bu yönümlü müdrik
siyasəti son illər tariximizin öyrənilməmiş sahələrinə dair onlarca monoqrafiya, məcmuə və mənbələrin nəşri ilə
əlamətdar olmuşdur.
İlk dəfə «Sabah» nəşriyyatında çap olunmuş bu qiymətli tarixi qaynaqla tanış olmuş möhtərəm Prezident
onun elmi şərhlərlə nəşrini tövsiyə etmişdir. Kitabın tərtibçisi Hüsaməddin Məmmədov (Qaramanlı) əlyazma
üzərində yenidən işləmiş, bu nəşri lüğət və şərhlərlə təchiz etmişdir». Artıq qeyd etdiyimiz kimi bu materialın
xronoloji cəhətdən əvvəlki dövrə aid olmasına baxmayaraq, XIX əsr Naxçıvan tarixinin öyrənilməsi üçün də
onun böyük əhəmiyyəti vardır.
Naxçıvanın XIX-XX əsrin əvvəlləri həyatında onun mədəniyyət tarixinin böyük yeri olmuşdur. 1990-cı il
illərdə bu mühüm sahə üzrə tədqiqatlar da genişlənmişdir. İ.Həbibbəylinin «Cəlil Məmmədquluzadə: Mühiti və
müasirləri» kitabı bu baxımdan xüsusilə qeyd edilməlidir.
53
İ.Hacıyev və  Ə.Amanoğlunun 1998-ci ildə Ankarada nəşr olunmuş «Tarihte ve günümüzde Nahçıvan»
adlı kitabı, orada qoyulmuş mühüm elmi problemlərlə birgə, Naxçıvan haqqında obyektiv biliklərin türk
oxucularına çatdırılması nöqteyi-nəzərindən yüksək qiymətləndirilməlidir.
54
Bu dövrdə Ordubad şəhərinin keçmişinə münasibət yenə də diqqət mərkəzində olmuşdur. A.Paşayev
1998-ci ildə XIX-XX əsrin əvvəllərində Ordubad şəhərinin tarixi-etnoqrafik tədqiqinə dair kitabını (rus dilində)
çap etdirmişdir. Dörd fəsildən ibarət olan bu kitabda Ordubad şəhərinin tarixi-coğrafi xarakteristikası (I fəsil),
əhalinin məşğuliyyəti (II fəsil), maddi mədəniyyəti (III fəsil), ailə və ictimai məişəti (IV fəsil) nəzərdən
keçirilmişdir.
55


11
1999-cu ilin fevralında Naxçıvan Muxtar Respublikasının təşkilinin 75 ili tamam  olmuşdur.  Ümummilli
lider  Heydər  Əliyev  1999-cu il  fevralın  4-də «Naxçıvan Muxtar Respublikasının 75 illiyinin keçirilməsi
haqqında» fərman vermiş, bu münasibətlə Naxçıvan tarixinin tədqiqi sahəsində də mühüm istiqamətlər
müəyyənləşdirilmişdi. Bunun nəticəsi idi ki, həmin il Naxçıvan haqqında xeyli ədəbiyyat nəşr edilmişdi ki,
56
onların içərisində XIX-XX əsrin əvvəllərinə dair araşdırmalar da vardır. V.Quliyeva elə həmin il XIX-XX əsrin
əvvəllərində Naxçıvan, İrəvan və Zəngəzurun sosial-mədəni həyatında müsəlman ruhanilərinin rolu və
mövqeyinə dair kitabçasını çap etdirmişdi. Müəllif bu tematikanı inkişaf etdirərək 2003-cü ildə yeni bir
monoqrafiya yazmışdı.
57
Naxçıvan Dövlət Universitetinin NMR-in 75 illiyi münasibətilə nəşr etdirdiyi Elmi əsərlərin xüsusi
buraxılışında da Naxçıvanın XIX-XX əsrin  əvvəlləri tarixinə dair materiallar əks olunmuşdur. H.Verdiyeva
XIX əsrdə Naxçıvanda baş verən demoqrafik dəyişiklikləri, R.Səfərov XIX-XX əsrin əvvəllərində Naxçıvanın
etnik tarixini, H.Həsənov XIX əsrdə kəndin sosial-iqtisadi durumunun kameral təsvirlərdə  əksini tədqiq
etmişdir.
A.Nadirov, Ə.Nuriyev və  Ş.Muradovdan ibarət müəlliflər kollektivinin «Naxçıvan iqtisadiyyatı XX
əsrdə» kitabında (2000) yüzilliyin əvvəllərinin iqtisadi vəziyyətinə də diqqət yetirilmişdir.
58
 Müəlliflər
Naxçıvanın XX əsrdəki iqtisadi inkişafını beş dövrə (1924-cü ilə qədər olan dövr; 1924-1940-cı illər; 1941-
1970-ci illər; 1970-1985-ci illər və 1986-1999-cu illər) bölmüş, əhalinin dinamikası və quruluşunu xüsusi
bölmədə şərh etmişlər. Kitab Naxçıvan iqtisadiyyatının yaxın gələcəyi haqqında düşüncələrlə başa çatır. Kitabın
xronologiyası XX əsrin əvvəllərindəki iqtisadi vəziyyətin ümumi inkişafdakı yerini müəyyən etməyə imkan
verir.
Naxçıvan tarixinin mühüm qaynaqlarından olan epiqrafik abidələr və arxeoqrafik sənədlərə dair nəşrlərin
(M.Nemət, E.Seyidbəyli) tarixi qeydlər hissəsi də bölgənin öyrənilən dövr tarixinə də işıq tutur.
 59
Ümummilli lider Heydər Əliyevin 2002-ci il 7 avqust tarixli fərmanı ilə AMEA-nın Naxçıvan bölməsinin
yaradılması bölgədə elmin, o cümlədən tarix elminin inkişafına böyük təkan verdi.
 60
 Tədqiqatlar və elmi-kütləvi
nəşrlər sistemli şəkil aldı. 2002-ci ildə Naxçıvan ensiklopediyasının buraxılması Azərbaycanın mədəni
həyatında böyük hadisə oldu. Qısa bir müddətdə Naxçıvanın həyatında baş vermiş dəyişikliklər onun yeni,
ikinci nəşrini hazırlamaq tələbini irəli sürdü. 2005-ci ildə Naxçıvan ensiklopediyasının ikinci, özü də ikicildlik
nəşri həyata keçirildi.
 61
 Burada Naxçıvanın XIX-XX əsrin əvvəlləri tarixinə dair materiallara da geniş yer
verilmişdir.
Bu dövrdən başlayaraq Naxçıvan tarixinə aid əsərlərin çap edilməsi, konfranslar keçirilməsi sistemli və
ardıcıl şəkil almağa başlamışdır. Naxçıvan tarixinə dair tədqiqatlar içərisində V.Əliyevin, F.Səfərlinin,
İ.Kazımovun, N.Quliyevin, V.Piriyevin, N.Vəlixanlının, Y.Mahmudovun və K.Şükürovun əsərlərini və b. qeyd
etmək olar. Onların bəzilərində (F.Səfərli, İ.Kazımov, N.Quliyev) Naxçıvanın XIX-XX əsrin əvvəlləri tarixi də
nəzərdən keçirilir.
 62
2006-cı il 9-10 iyunda Naxçıvanda keçirilmiş «Naxçıvan: tarixi gerçəklik, müasir durum, inkişaf
perspektivləri» beynəlxalq simpoziumunda da bölgənin XIX-XX əsrin əvvəlləri tarixinə geniş yer
verilmişdi. 2007-ci ilin oktyabrında da Naxçıvanda daha bir konfrans keçirilmiş, tarixin aktual problemləri
hərtərəfli təhlil edilmişdi.
 63
Beləliklə, Naxçıvanın XIX-XX əsrin əvvəlləri tarixinin öyrənilməsinin xronoloji baxımdan nəzərdən
keçirilməsi göstərir ki, dövrün ayrı-ayrı süjetlərinə müəyyən vaxtlarda diqqət yetirilsə də, o hələlik xüsusi
tədqiqat obyekti kimi ayrılmamışdır.
Naxçıvanın XIX-XX əsrin əvvəlləri tarixinin öyrənilməsi vəziyyətindən bəhs edərkən ümumiləşdirmiş
Azərbaycan tarixi kitablarında, həmçinin Azərbaycanın həmin dövr tarixinin müxtəlif problemlərinə dair
tədqiqatlarda Naxçıvana dair fikir və mülahizələri də nəzərə almaq lazımdır.
Ümumiləşdirilmiş Azərbaycan tarixi kitablarından bəhs edərkən üçcildlik Azərbaycan tarixinin ikinci
cildini və yeddi cildlik Azərbaycan tarixinin dörd və beşinci cildlərini xüsusilə qeyd etmək lazımdır.
64
Naxçıvanın XIX-XX əsrin əvvəlləri tarixinin tədqiqi bir sıra elmi problemlərin irəli sürülməsini tələb edir.
Təbii ki, həmin problemlərin öyrənilməsi səviyyəsi də aydınlaşdırılmalıdır. Bu problemlərin Azərbaycan miqyasında
tədqiqi sahəsində xeyli iş görülmüş, bu zaman Naxçıvanla bağlı bəzi faktlar da araşdırmalara cəlb edilmişdir.
Naxçıvan xanlığının mövcudluğunun son dövrü, Rusiya tərəfindən Naxçıvan xanlığının ilhaqı məsələləri F.Əliyev və
M.Əliyevin Naxçıvan xanlığına dair kitabında nisbətən geniş araşdırılmışdır. Bu problem digər Azərbaycan tarixçiləri
ilə birgə rus və İran tarixçilərinin əsərlərində də əksini tapmışdır.
 65
Naxçıvanın Rusiya tərəfindən ilhaqından sonra idarəetmə məsələlərinə A.Milmanın XIX-XX əsrin
əvvəllərində Azərbaycanın siyasi quruluşuna dair monoqrafiyasında toxunulmuşdur.
 66
Naxçıvan bölgəsinin əhalisi haqqında İ.Kazımovun xüsusi tədqiqatı ilə birgə V.Lerner, H.Verdiyeva və b.
müəlliflərin Şimali Azərbaycan əhalisinə dair kitablarında da bəhs edilmişdir.
67
 Ermənilərin Şimali
Azərbaycana, o cümlədən Naxçıvan bölgəsinə köçürülməsi məsələsi, xüsusilə son dövrdə müəyyən ədəbiyyat


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə