Ziyaos-salehin az ziaossalehin ir



Yüklə 1,66 Mb.
Pdf görüntüsü
səhifə58/67
tarix26.10.2018
ölçüsü1,66 Mb.
#75763
1   ...   54   55   56   57   58   59   60   61   ...   67

Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
Usamə ibn Zeyd dedi: «Olduqca böyük məbləğdə, min dinar 
miqdarında bəzi şəxslərə borcum var». 
Həzrət İmam (ə) buyurdu: «Mən borcunu ödəyərəm». 
səh:209 
 
1
-
 [
1
« . ]
Biharül- ə nvar», c. 44, s ə h. 69 . 
2
-
 [
2
« . ]
Tuh ə fül-üqul», s ə h. 308 . 
Usamə dedi: «Qorxuram ki, borclu halda öləm». 
İmam (ə) buyurdu: «Arxayın ol. Sən nə qədər ki sağsan, mən 
sənin borcunun hamısını ödəyərəm.»Və belə də etdi
)1(
». 
q) Yaqut Müstəsəmi, Ənəs ibn Malikdən belə rəvayət edir: 
«Mən (Ənəs ibn Malik) İmam Hüseynlə (ə) birlikdə söhbət 
edirdim. Elə bu vaxt kənizi İmamın (ə) yanına gələrək ona bir 
ədəd qızıl gül bağışladı. İmam (ə) buyurdu: «Allah yolunda 
səni azad etdim». 
Mən ona dedim: «Bir qızıl gülün nə dəyəri var ki, siz bunun 
üçün kənizi azad etdiniz ?
»  
İmam (ə) buyurdu: «Allah-taala bizi belə tərbiyə etmişdir: 
«Sizə xeyirxahlıq etdikdə siz də, ondan daha yaxşı xeyirxahlıq 
və daha üstün hədiyyə edin
)2(
». 
d) İmam Hüseyn (ə) evində namaz qılırdı. Elə bu vaxt yoxsul 
bir ərəb onun evinə gələrək, kömək istədi. İmam (ə) namazı 
qurtarıb Qənbər adlı xidmətçisinə buyurdu: «Hicazdan 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
evimizin ehtiyaclarını ödəmək üçün gələn puldan bir şey 
qalıbmı ?
»  
Qənbər dedi: «Yalnız dörd min dinar qalıb». 
İmam Hüseyn (ə) buyurdu: «Pulun hamısını buraya gətir. Bu 
şəxsin pula bizdən daha çox ehtiyacı var». 
Elə bu zaman kasıb ərəb ağlamağa başlayaraq, belə söylədi: 
«Əfsuslar olsun ki, bu səxavətli əllər sonda torpaqla 
örtüləcək
)3(
». 
e) «İmam Hüseyn (ə) küçə ilə gedirdi. Yol kənarında kimsəsiz 
itə yemək verən, nəvaziş göstərən bir qulu gördü. Ondan nə 
üçün belə etdiyini soruşdu. Qul dedi: «Mən həm 
səh:210 
 
1
-
 [
1
« . ]
T ə fsiri- Ə yyaşi», c. 2, s ə h. 257 . 
2
-
 [
2
« . ]
K ə şfül-ğümm ə », c. 2, s ə h. 206; İbn Abbas Maliki, 
«Fusulül-mühimm ə », s ə h. 159; «İhqaqül-h ə qq», c. 11, s ə 
h. 241 . 
3
-
 [
3
« . ]
Biharül- ə nvar», c. 44, s ə h. 189; İbn Ş ə hr Aşub, «M 
ə naqib”, c. 4, s ə h. 121 . 
qəzəbli və həm də kədərliyəm. Bu çarəsiz iti sevindirərkən 
xoşhal oluram. Mənim sahibim yəhudidir. O, məni incidir». 
İmam Hüseyn (ə) yəhudinin yanına getdi və qulun pulunu 
ödəyib, azad etmək istədi. Yəhudi Həzrət Hüseyni (ə) tanıdı. 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
O, İmamın (ə) hörmətinə qulu pul almadan azad etdi. Belə 
olduqda İmam (ə) pulu da qula verdi
)1(
». 
ə) «Əbdürrəhman Səlami, İmam Hüseynin (ə) övladlarından 
birinə «Həmd» surəsini öyrətdi. Övladının «Həmd» surəsini 
əzbər oxuduğunu görən İmam (ə), Əbdürrəhmana min dinar 
pul, bir ovuc dürr hədiyyə verdi. Və buyurdu: «Bütün bunlar 
sənin işin müqabilində dəyərli deyildir
)2(
». 
j) Yəhya ibn Salim deyir: «İmamla (ə) birgə evə gəldim. 
Kənizi ona su verdi. İmam (ə) mehribanlıqla onun üzünə 
baxıb bir miqdar pul hədiyyə etdi və buyurdu: “Bununla 
ailənin ehtiyaclarını ödə
)3(
» . 
z) Əbul Müəyyid, Həsən Bəsridən nəql edir ki, İmam 
Hüseynin (ə) bol bəhrəli bir bağı var idi. Günlərin birində 
İmam (ə) bağına baş çəkməyə getdikdə «Safi» adlı qulunun 
orada oturub nahar yediyini gördü. Qul hər dəfə özü üçün 
çörək kəsib götürdükdə yanındakı kimsəsiz itə də verir, onun 
da qayğısına qalırdı. Yeməyi qurtardıqda qul dedi: «Bütün 
aləmlərin ruzisini yetirən Uca Allaha şükürlər olsun! Ey 
mənim Allahım, ağamı və məni bağışla»... 
İmam Hüseyn (ə) yaxına gəlib buyurdu: «Sən azadsan və mən 
bu bağı da Allah yolunda sənə hədiyyə edirəm
)4(
». 
səh:211 
 
1
-
 [
1
« . ]
M ə naqib», c. 4, s ə h. 75 . 
2
-
 [
2
« . ]
M ə naqib», c. 4, s ə h. 66; «Biharül- ə nvar», c. 44, s ə 
h. 191; «S ə fin ə tül-B ə har», c.1, s ə h. 609 . 


Ziyaos-salehin
                                                                               
az.ziaossalehin.ir
 
3
-
 [
3
 . ]
İbn S ə d, «T ə rcüm ə tül-imamil-Hüseyn ( ə )», s ə h. 
137-138 . 
4
-
 [
4
 . ]
Xar ə zmi, «M ə qt ə l», s ə h. 153; «İhqaqül h ə qq», c. 
11, s ə h. 444 . 
4
-
  Təvazökarlıq 
«
نیِنِمْؤُمْلِل َکَحاَنَج ْضِفْخاَو
»
 
«Mö’minləri qanadın altına al (iman gətirənlərə qarşı 
təvazökar olub yumşaq davran və onları himayə et)
)1(
»! 
Diqqət etmək lazımdır ki, İlahi şəxsiyyətlərin ən ali mənəvi 
xüsusiyyətlərindən biri də, onların təvazökarlığıdır. Deməli 
İmam Hüseyn (ə) izzət, iftixar və vüqar imamı olduğu kimi, 
eyni halda təvazökarlıq, ürəyiaçıqlıq və şəfqət imamıdır. O, 
necə ki, digər üstün mənəvi, ruhani xislətləri ilə məşhurdur, öz 
təvazökarlığı ilə də həmişə müsəlman aləminin diqqət 
mərkəzində olmuşdur. O, heç vaxt digər insanlara laqeyd 
münasibət bəsləməmiş, qullar, yoxsullar və hətta uşaqlarla 
birlikdə əyləşib onlara qonaq olmuşdur. 
Həzrət Hüseyn (ə) nəinki heç vaxt miskin insanlara 
etinasızlıq, hörmətsizlik etməmiş, həqiqətdə həmişə onlara 
xüsusi ehtiram və qayğıyla yanaşmışdır. Bununla da o, öz 
rəftarı ilə bütün bəşər övladına daim təvazökarlıq dərsi 
vermişdir. Bu barədə bir neçə rəvayət sizə təqdim edirik: 
a) «Bir qrup kimsəsiz, yoxsul adamlar bərabər oturaraq əski 
parçalarının üzərinə tökdükləri quru çörək qırıntılarını 
yeyirdilər. İmam Hüseyn (ə) onların yanından keçərkən onu 


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə