Ziyaos-salehin
az.ziaossalehin.ir
Peyğəmbərimizin (s) tam hüquqlu canişini sayılan İmam,
dinimizdə hələ də xalqa tam, şərhli formada bəlli olmayan
mühüm məsələləri, insanlara olduğu kimi, lazımı formada
izah verib, açıqlayır.
İmam, həmçinin, dinə qarşı irəli sürülən yanlış iddiaları,
dinimizlə fikri mübarizə aparan yadların müxtəlif şübhələrini
mükəmməl şəkildə cavablandırır.
İmam Peyğəmbərimizdən (s) sonra müsəlmanların
rəhbərliyini öhdəsinə alaraq, ən ali hökmə və həlledici
qərarlara sahibdir.
İmam həm də, nümunəvi bəndə, kamil bir insan olaraq ilahi
höccəti və Allahın yer üzərindəki ən əzəmətli feyz, mərhəmət
vasitəsidir.
səh:203
Sözsüz ki, belə ağır, ciddi və dəyərli vəzifənin öhdəsindən
gələn şəxs olduqca ali mə`nəvi keyfiyyətlərə malik olub, hər
bir günahdan, xətadan uzaqdır. Yə`ni məsum insandır. Elə
bunun üçün də, bu məqama seçilən şəxslər birbaşa Allah-taala
tərəfindən tə`yin olunur.
İmam Hüseyn (ə) də digər imamlar (ə) kimi mə`sumdur.
Bundan əlavə o, ilahi kamilliyin tam zirvəsində durur. Deməli
biz nə qədər onun gözəl, qiymətli xüsusiyyətlərindən
danışsaq, yenə azdır. Bu haqqda onlarla kitab yazılsa belə
onun mənəvi üstünlüklərini vəsf edib qurtara bilməz. Elə buna
görə də, bu barədə ətraflı bəhs etmir və İmamın (ə) bə`zi
əxlaqi keyfiyyətlərinə işarə etməklə kifayətlənirik:
Ziyaos-salehin
az.ziaossalehin.ir
1
- İbadət
َو َهاَکَّزلا اوُتْؤُیَو َهاَلَّصلا اوُمیِقُیَو ءاَفَنُح َنیِّدلا ُهَل َنیِصِلْخُم َهَّللا اوُدُبْعَیِل اَّلِإ اوُرِمُأ اَمَو
َکِلَذ
ِهَمِّیَقْلا ُنیِد
«Halbuki onlara əmr edilmişdir ki, Allaha - dini yalnız Ona
məxsus edərək, batildən haqqa (islama) dönərək - ibadət
etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din
budur
)1(
»!
Tarixçilərin yazdıqlarına və mə`sumlardan bizə gəlib çatmış
hədislərə əsasən İmam Hüseyn (ə) Allaha olan ibadətinə ciddi
şəkildə əhəmiyyət verir, gün ərzində vaxtının çox hissəsini
yüzlərlə rükət namaz qılaraq, ibadətlə keçirirdi
)2(
.Keçən
bəhslərimizdə işarə etdiyimiz kimi O, iyirmi beş dəfə piyada
həcc ziyarətinə getmişdi
)3(
.
səh:204
1
-
[
1
. ]
B ə yyin ə sur ə si, ay ə 5
2
-
[
2
« . ]
Tarixi-T ə b ə ri», c. 5, s ə h. 421; İbn Ə bu Rabbuh, «
Ə qdül- f ə rid», c. 2, s ə h. 220; Seyyid ibn Tavus, «Lühuf», s
ə h. 105 ;
3
-
[
3
. ]
İbn Cövzi, «Sif ə tüs-s ə fv ə », c. 1, s ə h. 321; İbn Ə
sir, «Usdül- ğab ə », c. 3, s ə h. 20; İbn S ə d, «T ə rcüm ə tül-
imamul Hüseyn ( ə )», s ə h. 158 .
Ziyaos-salehin
az.ziaossalehin.ir
İbn Əbdül Birr deyir: «Həzrət Hüseyn (ə) çox fəzilətli və
Allahşünas bir şəxs idi. O, çoxlu namaz, oruc və həcc yerinə
yetirirdi
)1(
».
İmam Hüseynin (ə) şəhadət xəbəri Abdullah ibn Zübeyrə
yetişdikdə dedi: «Allaha and olsun elə şəxsi öldürdülər ki,
gecələr uzun-uzadı ibadət edir, gündüzlər də oruc tuturdu
)2(
».
Zərəndi Hənəfi deyir: «Hüseyn ibn Əli (ə) namaz, oruc, həcc
və sonsuz ibadət əhli idi. Səxavətli və kəramətli idi».
Məhəmməd Əbduh da yazır: «Həzrət Hüseyn ibn Əli (ə)
təvazökar və abid bir şəxs idi. Gecələr oyaq qalıb, ibadətlə
məşğul olardı
)3(
»...
2
- Güzəşt və mərhəməi
َأَو اَفَع ْنَمَف اَهُلْثِّم ٌهَئِّیَس ٍهَئِّیَس ُءاَزَجَو
هَّللا یَلَع ُهُرْجَأَف َحَلْص
«Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir.
Bununla belə hər kəs (pislik edəni) bağışlasa və (onunla)
barışsa, onun mükafatı Allaha aiddir
)4(
».
Mərhəmət və şəfqət imamı olan Həzrət Hüseyn (ə) ən qüdrətli
olduğu zamanda belə onu təhqir edən, ədəbsizlik göstərən
şəxslərlə təmkinlə davranmışdır, O, nəinki, səbirsizlik
göstərərək onları cəzalandırmamış hətta dini nəciblik nümayiş
etdirərək öz gözəl əxlaqı, tərbiyəvi nəsihətləri ilə qarşı tərəfi
sakitləşdirməyə çalışmışdır. Ona qarşı edilən ədəbsizliyin nə
qədər böyük olmasına baxmayaraq, əməlinin qəbahətini
anlayan və peşmançılıq hissi keçirən insanları bağışlamış,
təqsirinə göz yummuşdur. İmamın (ə)
Ziyaos-salehin
az.ziaossalehin.ir
səh:205
1
-
[
1
. ]
İbn Abdullah, « Ə l-istiyab», c. 1, s ə h. 393 .
2
-
[
2
« . ]
Tarixi-T ə b ə ri», c. 6, s ə h. 273 .
3
-
[
3
« . ]
Ə ll ə mu övlad ə kum bi m ə h ə bb ə ti ali R ə sul (s)
», s ə h. 133 .
4
-
[
4
. ]
Şura sur ə si, ay ə 40 .
saymaqla qurtarmayan belə alicənab hərəkətlərindən bir
neçəsinə işarə edirik:
a) Şam (Dəmeşq) əhli olan İsam ibn Müstələq belə deyir:
«Mədinə şəhərinə gəldim. Şəhərdə gəzərkən gözüm Hüseyn
ibn Əlinin (ə) vüqarlı, gözəl simasına sataşdı. Onun pak,
əzəmətli və möhtəşəm görünüşünə paxıllıq etdim. Elə bu vaxt
onsuz da əvvəllər atası Həzrət Əliyə (ə) qarşı olan
düşmənçilik hissim indi daha da alovlanmağa başladı.
Qəlbimdəki kin məni yandırıb yaxırdı. Hisslərimi cilovlaya
bilməyərək Həzrət Hüseynin (ə) yanına getdim. Əvvəlcə
istehza ilə «ey Əbu Turabın oğlu»-deyə, ona müraciət etdim.
Sonra isə ona bacardığım qədər söyüş, təhqiramiz kəlmələr
yağdırmağa başladım. Amma o, üzünü mənə tutaraq
mehribancasına söylədi: «Şam (Dəmeşq) əhlisənmi ?
»
Dedim: Hə, nə olub ki?
Buyurdu: «Bilirəm Şamlılar belədir. Lənətlənmiş şeytanın
şərrindən Allaha pənah aparıram. Mehriban və bağışlayan
Allahın adı ilə sözümə başlayıram. Necə ki, Allah-taala
buyurur: «Bağışla, yaxşı əməllərə doğru sövq et və cahil
şəxslərdən üz çevir.» Bu ayə Allahın elçisi Həzrət
Dostları ilə paylaş: |