ZəNGƏzur köÇ, deportasiYA, soyqirimi



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə3/73
tarix08.09.2018
ölçüsü2,28 Mb.
#67134
1   2   3   4   5   6   7   8   9   ...   73

 
 9
 
Ötən 20 il ərzində aparılmış araşdırmalar sayəsində çoxlu say-
da yeni faktlar və sənədlər toplanmış, Quba şəhərində kütləvi mə-
zarlıq aşkar olunmuşdur. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-
aprel  aylarında  və  sonrakı  dövrlərdə  erməni  millətçilərinin  həyata 
keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qur-
banlarının sayının qat-qat çox olduğunu sübut etmişdir. 
Azərbaycan  Respublikası  Konstitusiyasının  109-cu  maddəsi-
nin 32-ci bəndini rəhbər tutaraq, erməni-bolşevik silahlı dəstələrinin 
100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər ba-
rədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırıl-
ması məqsədiləqərara alıram: 
1.  Azərbaycan  Respublikası  Prezidentinin  Administrasiyası 
1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr 
olunmuş  tədbirlər  planının  hazırlanıb  həyata  keçirilməsini  təmin 
etsin. 
2.  Azərbaycan  Respublikasının  Milli  Məclisinə  soyqırımın 
100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi tövsiyə edilsin. 
3.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  bu  Sərən-
camdan irəli gələn digər məsələləri həll etsin. 
 
İlham Əliyev 
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 18 yanvar 2018-ci il. 
 
 
 


10 
Qədim Azərbaycan torpağı Zəngəzurun tarixşünaslığına   
qiymətli töhfə 
 
Hacı Nərimanoğlunun “Zəngəzur: köç, deportasiya, 
soyqırımı, işğal tarixi” kitabına 
 
                                   Ön Söz 
 
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1997-
ci il yanvarın 31-də Azərbaycan EA-nın aparıcı alimləri və institut 
rəhbərləri  ilə  keçirdiyi  görüşdə  milli  tarix  elmi  qarşısında 
Azərbaycan  xalqının  XIX-XX  əsrlər  tarixinin  yenidən  obyektiv, 
vicdanlı  yazılması  vəzifəsini  qoydu.  Məsələnin  bu  müstəvidə 
qoyulmasının  əsas  səbəbi  son  iki  əsrlik  Azərbaycan  tarixinin 
məqsədyönlü    saxtalaşdırmalara  və  təhriflərə  məruz  qalması  idi.  
Ulu öndərin 1997-ci il dekabrın 18-də imzaladığı “1948-1953-cü il 
illərdə  azərbaycanlıların  Ermənistan  SSR  ərazisindəki  tarixi-etnik 
torpaqlarından kütləvi surətdə deportasiyası  haqqında” və 1998-ci 
il martın 26-da imzaladığı  “Azərbaycanlıların soyqırımı haqqında” 
fərmanlar  obyektiv  tarixi  tədqiqatlar  üçün  elmi-nəzəri  və  hüquqi 
əsas  yaratdı,  Vətənimizin  tarixinin  qaranlıq  səhifələrinin  açılaraq 
xalqımıza və dünya ictimaiyyətinə çatdırılması üçün geniş imkanlar 
açdı. 
Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev 
Azərbaycan  tarixinin  tədqiqi  ilə  bağlı  məsələlərdən  danışarkən 
davamlı olaraq Zəngəzur problemini xüsusi vurğulayır. Ən qədim 
dövrlərdən  Vətənimizin  bir  parçası  olmuş  Dağlıq  Qarabağ  və 
Zəngəzurla  bağlı  dövlətimizin  siyasətini,  problemin  mahiyyətini, 
həm  də  tarixçilərimiz  qarşısında  duran  vəzifələri  Azərbaycan 
Respublikasının  Prezidenti  İlham  Əliyevin  bu  sözləri  olduqca 
düzgün  dəyərləndirir:  «Tarix  tarixdir.  1978-ci  ildə  Qarabağda 
məskunlaşmalarının  150  illiyini  qeyd  edən  ermənilər  yaxşı 
bilirlər  ki,  onlar  bu  torpaqlara  qonaq  kimi  gəlmişlər.  Nəinki 
Dağlıq  Qarabağ,  bugünkü  Ermənistan  tarixi  Azərbaycan 


 
 11
 
torpaqlarında  formalaşıbdır.  İrəvan  xanlığı,  Zəngəzur  mahalı 
bizim  tarixi  ərazimizdir.  Xəritəyə  baxsaq  görərik  ki,  vaxtilə 
Zəngəzuru  Azərbaycandan  ayırıb  Ermənistana  vermək 
nəticəsində  böyük  türk  dünyası  coğrafi  cəhətdən  parçalandı. 
Yəni,  Zəngəzurun  Ermənistana  verilməsinin  çox  böyük  mənfi 
mənası  var  idi.  Hər  bir  azərbaycanlı,  hər  bir  vətəndaş,  hər  bir 
uşaq  öz  tarixini  bilməlidir.  Bilinməlidir  ki,  bu  bölgələr  tarixi 
Azərbaycan torpaqlarıdır». 
Bu  baxımdan  milli  tarixşünaslığımızda  Azərbaycanın 
müvəqqəti  itirilmiş  tarixi  torpaqlarının,  o  cümlədən  Zəngəzur 
bölgəsinin  tədqiqi  elmi-siyasi,  hüquq  baxımından  ümdə 
məsələlərdən  biridir.  AMEA-nın  Tarix  İnstitutunda  prioritet  elmi 
araşdırma istiqaməti olaraq diqqət mərkəzində saxlanılır. 
Hacı  Nərimanoğlunun    “Zəngəzur:  köç,  deportasiya, 
soyqırımı,  işğal  tarixi”  monoqrafiyası  dövlətimizin  rəhbərinin  bu 
çağırışına  real  cavabdır:  “Bundan  sonra  da  elə  əsərlər 
yaranmalıdır  ki,  o  əsərlər  Ermənistanda  yerləşən  həmin 
torpaqların  Azərbaycana  məxsus  olmasını  daim,  ardıcıl  surətdə 
sübut  etsin.  Biz  bunu  etməliyik.  Biz  gələcək  nəsillər  üçün  yol 
açmalıyıq”. 
Monoqrafiyada  bir  sıra  böyük  dövlətlərin  fəal  hərbi-siyasi 
dəstəyi  ilə  erməni  silahlı  qüvvələri  tərəfindən  soyqırımı, 
deportasiya,  etnik  təmizlənmə  və  işğala  məruz  qalmış  Zəngəzur 
bölgəsinin son iki yüz illik tarixi tədqiq edilmişdir. 
Hacı  Nərimanoğlunun  monoqrafiyası  bu  baxımdan  olduqca 
aktualdır.  Cünki  Zəngəzur  ən  qədim  dövrlərdən  başlayaraq,    son 
minilliklər ərzində həmişə çoxsaylı Azərbaycan - türk dövlətlərinin 
tərkibində olmuş əzəli Vətən torpağımızın ayrılmaz bir parçasıdır. 
Bu  Azərbaycan  torpağı  ta  son  genişmiqyaslı  erməni  təcavüzünə 
qədər  həmişə  öz  türkçülüyünü  qoruyub  saxlamış,  Azərbaycan 
mədəniyyətinin  inkişafında  çox  mühüm  rol  oynamışdır.  Müəllif 
mötəbər  ilk  mənbələrə  əsaslanaraq  bu  bölgəmizdə  erməni 
təcavüzkarlarının  yürütdükləri  soyqırımı  siyasəti  və  həyata 
keçirdikləri deportasiyaların tarixini bacarıqla araşdıraraq, düzgün, 


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   73




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə