ZəHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə192/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   186   187   188   189   190   191   192   193   194

BABURNAMƏ 

 

413 



Məcun: bədəni möhkəmləndirən dərman qarışığı, konfortativ.  

Məhəmməd Salih: şair, “Şeybaninamə” əsərinin müəllifi. 

Məhəmməd  Şeybani  xan:  Baburun  əsas  düşmənlərindən  biri.  906-cı  ildə 

Baburu Mavəraünnəhrdən tamamilə sıxışdırıb çıxarmışdır. Hakimiyyət döv-

rü:  906-915 = 1500-1510-cu illər. 

Məhfə: dəvə, fil kimi heyvanların belinə qoyulan, içində iki adamın qar-

şılıqlı olaraq üzbəüz otura biləcəyi şəkildə düzəldilmiş səbət. 



Məmun  cədvəli:  Klavdi  Ptolomeyin  (ərəbcə  adı:  Bitlimus)  “Almagest” 

əsəri əsasında dahi türk astronomu Məhəmməd Musa əl-Xarəzminin xəlifə 

Məmun  (198-218  =  813-833)  üçün  yenidən  işlədiyi  və  təkmilləşdirdiyi  ul-

duz kataloqu.   



Məngəlvar: çərşənbə axşamı; Hindistanda işlənən gün adlarından biri.  

Mərv:  Orta  Asiyadakı  ən  qədim  şəhərlərdən  biri.  Margiana  vilayətinin 

mərkəzi. Müasir Marı şəhərindən 30 km uzaqda xarabalıqları qalır.  



Mianqal:  Zərəfşanın  qolları  olan  Ağ  dərya  ilə  Qara  dəryanın  yaratdığı 

ada. Uzunluğu təxminən 100 km-dir. 



Mil: 4.000 qədəm uzunluğunda bir məsafə ölçüsü. 

Minasə: Hindistanda işlənən ağırlıq ölçüsü. l minasə = 100 mani 

Minbəyi: minbaşı; müasir mayor rütbəsi. 

Mir Əlişir Nəvai: dahi özbək şairi (9.02.1441 – 3.01.1501).  

Mir  Seyid  Əli  Həmədani:  sufizmin  məşhur  nəzəriyyəçisi.  Vəfatı:  786  = 

1384-cü il.  



Miraxur: mehtərbaşı. 

Miri-şikar: ovçuluq sahəsinə baxan saray məmuru, yegermeyster. 

Mirzə: (<əmirzadə) Baburda Əmir Teymurun oğlu Miranşahın soyundan 

olan  və  Baburun  babası  Əbu  Səidi  də  əhatə  edən  mirzələr.  Sultan  Hüseyn 

Mirzə isə Mirahşahın böyük qardaşı Ömər Şeyxin soyundandır. 

Misqal:  Hindistanda işlənən ağırlıq ölçüsü, 

təxminən 4,1 qram

 = 5 maşə 

= 40 reti.  



Moğolistan:  orta  əsrlər  Şərq  tarixçilərinə  görə,  Türküstanın  şimal-şərq 

hissəsində əsasən moğollarla/monqollarla məskun olan coğrafi məkan. 



Molla Cami: Nurəddin Əbdürrəhman Cami (817-898=1414-1492). Herat 

ətrafındakı Camda doğulmuş və Heratda vəfat etmiş böyük şair. 



Möhür,  damğa,  nişan:  yazılan  rəsmi  məktubların  başqaları  tərəfindən 

açılmaması üçün qoyulan işarəyə deyilir.  



Möhürdar:  hökmdarın  möhürünü  saxlayan  yüksək  rütbəli  məmur.  Ya-

zılan şəxsi və ya rəsmi məktublara möhür vururdu.  



Mübəyyin: Baburun hüquqi səciyyə daşıyan, iqtisadiyyat və vergi siyasəti 

haqqında nəzmlə yazılmış əsəri.  



Müctəhid:  islam  fiqhinin  bilicisi,  fiqhin  mürəkkəb  məsələlərini  izah  et-

məyə haqqı olan alim. 




Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



414 

Müçə: rütbə deməkdir. 

Müəmmai: müəmma deyən. 

Mühafiz: qoruyan, qoruyucu, cangüdən. Bax: tünqatar. 

Möhtəsib: o dövrün əxlaq polisi, yaxud bələdiyyə işlərinə baxan məmur. 

O,  köməkçiləri  ilə  birlikdə  küçədə-bazarda  gəzərək  tacirlərin  alıcıları  al-

datmamasına  diqqət  edir,  özünü  yaxşı  aparmayan  adamları  yerindəcə  şal-

laqla cəzalandırırdı.  



Mülazimət:  bir  neçə  mənası  var:  yavər,  xidmət  etmək,  müşayiət  etmək, 

məiyyətdə olmaq deməkdir. Mülazim isə əski dönəmdə hərbi rütbə olub ley-

tenant deməkdir. 

Mürği-cəngəl: Ləmqanatda olan, qarğa ilə saxsağana bənzər bir quş. 

Mürid: sufi dərviş təkkəsinə daxil olmağa hazırlaşan gənc, mürşidin (pir, 

şeyx) ardıcılı.  



Nağara:  ənənəvi  olaraq  hökmdarın  qapısı  önündə  hər  alacaqaranlıq  və 

şəfəq vaxtında çalınan davul.  



Namazgah: əskidən şəhər kənarında düzəldilən və xalqın toplu halda na-

maz qıla bildiyi açıq bir meydan. 



Naşpati: Əndicanda yetişən və ən gözəl olduğu söylənən qovun və ya ar-

mud növü. 



Navək: bir silah adı. 

Nəcmi-Sani:  1512-ci  ildə  Babura  köməyə  gələn  səfəvi  qoşunlarının  sər-

kərdəsi Nəcməddin Yarəhmədin ləqəbidir.  



Nəqş: musuqi əsəri növü. 

Nəmənqan: Sır-Dəryanın sağ sahilində şəhər; indi vilayət mərkəzi. 

Nəsirəddin Tusi: məşhur alim və astronom. “Zici-Elxani” cədvəlini tərtib 

edərək  elxani  hökmdarı  Hülaküyə  ithaf  etmişdir.  Evklidin  “Başlanğıc”  və 

Ptolomeyin “Almagest” əsərlərini farscaya çevirmişdir.  

Nəstəliq: xətt növü.

 

Nil: Hindistanda işlənən saylardan biri. l nil = 100 kərb. 

Nökər: birinin əmri altına girərək onun xidmətində və məiyyətində olan, 

sıravi  əsgərdən  başlayaraq  bəyə  qədər  müxtəlif  dərəcəli  hərbi  və  mülki 

adamlar üçün işlənən ümumi termin. 

Nüsrət şah ibn Əlaəddin ibn Hüseyn: 899-cu ildən (=1493) Benqaliyada 

hökm sürmüş hakim. 



Ox atımı: məsafə ölçüsü üçün işlənən bir termin. 

Osman: üçüncü islam xəlifəsi (23 - 35 = 644 - 656). 

:  Orta  Asiyadan  Çinə  və  Hindistana  gedən  ticarət  yolu  üzərində  mü-

hüm şəhər. Altay dağlarının cənub qolları üzərində, Akbura çayının sağ və 

sol sahilində yerləşir. Hazırda Qırğızıstanın vilayət mərkəzidir.  

Otrar  (Yengi):  Arıs  çayının  Sır-Dəryaya qarışdığı  yerdə  salınmış  qədim 

Orta Asiya şəhərlərindən biri. Hazırda xarabalıqları qalır. 




Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə