ZəHĠRƏDDĠn məHƏMMƏd babur



Yüklə 3,97 Mb.
Pdf görüntüsü
səhifə187/194
tarix15.03.2018
ölçüsü3,97 Mb.
#31773
1   ...   183   184   185   186   187   188   189   190   ...   194

BABURNAMƏ 

 

403 



Abdullah Hatifi: Əbdürrəhman Caminin qohumu, vəfatı: 927=1521-cu il. 

Ağ axça: gümüş pul, sikkə. Bax: təngə və yarmaq. 

Ağa, ağaça/ağaçə: yaşça böyük deməkdir. Sonralar siyasi məna qazana-

raq  titula  çevrilmiş,  hər  hansı  bir  quruma  rəhbərlik  edən  şəxsin  ünvanı  ol-

muşdur. Məs.: Süleyman ağa (İraq elçisi), Hüseyn ağa (Sistan elçisi). Bu tə-

bir eyni zamanda nüfuzlu kişilərin adı və ya adının tərkib hissəsi kimi müşa-

hidə  edilir.  Məs.:  Ağa  Hüseyn.  Qadınlarda  isə  sadə  xalqdan  olan,  ailə  qur-

maq  yolu  ilə  ali zümrəyə  girmiş  olan xanımlar üçün işlənir. Məs.:  Ağa bə-

yim, Ümid ağaçə, Minqli Bi ağaça və s. 

Ağac (orijinalda: yığac): Baburun ağac ilə göstərdiyi məsafə bugünkü  öl-

çülərə görə 4-8 ingilis mili arasında dəyişir. Orta qiyməti 6 km-dir. 



Ağırlıq ölçüləri: 

(Hindistanda):  

 

8 reti = 1 maşə, təxminən  0,2 qram.  



 

4 maşə = 1 tank = 32 reti, təxminən 0,8 qram.  

 

5 maşə = 1 misqal = 40 reti, təxminən. 4,1 qram.  



 

12 maşə = 1 tülə = 96 reti, təxminən 10,2 qram.  

 

14 tülə = 1 sər, təxminən 143,5 qram.  



 

40 sər = 1 batman, təxminən 5,74 kiloqram.  

 

12 batman = 1 mani, təxminən 73 кг.  



 

100 mani = 1 minasə, təxminən 729,8 кг. 



Axtaçı: hökmdarın atlarıyla məşğul olanlar mehtər, veterinar. 

Aqan: Hindistanda qış fəslinin ilk ayının adı. Bax: ay. 

Aqra zəlzələsi: 911-ci il səfər ayının 3-də (15 iyul 1505-ci ildə) baş ver-

mişdir.  



Almaz:  787  karatlıq  məşhur  almaz.  Cilalandıqdan  sonra  280  karat  ol-

muşdur. Babur həmin almazı Hümayuna bağışlamışdır. 



Amu-Dərya:  orta  Asiyanın  iki  əsas  çayından  (digəri  Sır-Dərya)  biri. 

Barlas: Əmir Teymurun mənsub olduğu türk boyu.. 

Arça: şam və ardıc kimi izah edilir, bizcə, arçan ağacıdır. 

Ardçı: bax: çağdavul. 

Arğamcı/urğamçı: məsafə (hündürlük) ölçüsü. 70-90 sanntimetrdir. Bəzi 

mütəxəssislərin  fikrincə,  7-8  gəz,  yaxud  20  zira  uzunluğundadır  [zira:  dir-

səkdən orta barmaq ucuna qədər olan bir uzunluq ölçüsü]. 

Arğun: türk boyu. 

Arxarqulça: qızılkeyik. Geyikin bir növü. 

Arpa: bax: cev. 

Asəfi: bu təxəllüsü vəzir oğlu olduğu üçün qəbul etmişdir. Burada şairin 

öz atası deyil, Süleyman şahın əfsanəvi vəziri Asəf nəzərdə tutulur.  



Aşçı/aşpaz: bax: bavurçu. 


Zəhirəddin Məhəmməd BABUR 

 

 

 



404 

Aşçılıq/bavurçuluq: hökmdar sarayında mətbəxdə çalışanlara məxsus rüt-

bə.  Bəkavulluqdan  [yeməklərə  nəzarət  edən  şəxsin  ünvanı]  aşağı  dərəcədə 

bir rütbə. 

Ata-bəy: bax: atəkə, bəy-atakə. 

Atakə:  əslində  ata  və  əkə  «böyük  qardaş»  sözlərindən  ibarət  bir  sözdür. 

Gənc şahzadələrin tərbiyə edilməsi və onlar üçün ayrılmış vilayətlərin idarə-

si ilə məşğul olan şəxsin titulu. Bizdəki atabəy və lələ tituluna uyğundur.  

Ay-balta:  təbərzin,  kəsən  tərəfi,  yəni  ağzı  aypara  şəklində  olduğu  üçün 

belə adlanır.  



Ayı(ğ) otu: ayı otu; Fərqanədə mehr-giyah otuna verilən ad. 

Aylar və fəsillər: Hindistandakı aylar və fəsillər bunlardır:  

 

Yay fəsli ayları:  



 

Çitar


  

hut [balıq bürcü] 

   21 fevraldan başlanır.  

 

Bisaq



  

həməl [qoç bürcü]

   22 martdan başlanır.  

 

Çit



  

səvr [buğa bürcü]

   22 apreldən başlanır, şiddətli isti olur.  

 

Əsar 



– 

cövza [ekizlər bürcü]



22 maydan başlanır, şiddətli isti olur. 

 

Yağmur fəsli ayları:  



 

Savən 


– 

sərətan [xərcəng] 



– 22 iyundan başlanır, şiddətli yağış yağır. 

 

Badun 



– 

əsəd [şir bürcü] 



– 24 iyuldan başlanır, şiddətli yağış yağır. 

 

Küvar 



– 

sünbülə [başaq, qız bürcü] 



– 24 avqustdan başlanır.  

 

Katik 



– 

mizan [tərəzi bürcü] 



– 24 senytabrdan başlanır.  

 

Qış fəsli ayları: 



Aqan 

– 

əqrəb bürcü

  24 oktyabrdan başlanır.  

 

Pus



qövs [yay, oxatan]



23 noyabrdan başlanır, şiddətli soyuq olur. 

 

Maq 



– 

cədi [oğlaq]

  23 dekabrdan başlanır, şiddətli soyuq olur. 

 

Fagün



  

dəlv [dolça bürcü]

  22 yanvardan başlanır. 

Aymaq:  xalq,  uruğ,  boy,  qəbilə,  tayfa,  el-oba;  bəzi  məqamlarda:  başqa 

soydan olan, yad adam. 



Baburi  xətti:  Baburun  özü  tərəfindən  910-cu  ildə  (1504/5)  Kabildə  icad 

edilən,  hərflərin  ayrı-ayrı  yazılış  şəkilləri  və  qaydaları  olan  bir  əlifbadır. 

Türkcənin  fonetikasına  daha  uyğun  olan  bu  əlifba  ilə  Babur  Quran  yazdır-

mışdır.  



Badrəng:  Kabildə  yetişən,  formaca  limona  bənzəyən  bir  meyvə.  Böyük 

bir xiyar növünə də badrəng deyilir. 



Bağlan qaz: vəhşi qaz, qarabataq quşu. 

Bağrıqara: quşun rənginə görə verilən bir sifətdir, sonra quşun adı yerinə 

keçmişdir.  



Bahadırlıq ülüşü, culdu: savaşda göstərilən şücaətə görə hökmdarın hü-

zurunda verilən maddi mükafat üçün işlənən termin.  



Balqabaq/balqabaq  meydanı: təlim  atışları  üçün hədəf olaraq balqabağa 

ox  atılan  meydan  olmalıdır.  İstanbulda  da  "Ox  meydanı"  adlı  bir  meydan 

mövcuddur.  



Yüklə 3,97 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə