Zakir bayramli



Yüklə 12,86 Mb.
Pdf görüntüsü
səhifə5/348
tarix04.01.2023
ölçüsü12,86 Mb.
#98179
1   2   3   4   5   6   7   8   9   ...   348
2018-997

 
 
Dolaşma dağları, düzənlikləri, 
Ç
əməndə axtarma gözəllikləri. 
Çoxdur t
əbiətin özəllikləri


13 
Boylan s
əmasına, gör nə gözəldir. 
Bürün havasına, gör nə gözəldir. 
Tanrı fəsillərə bölüb ayları, 
İldə on ikidir cəmi sayları. 
H
ər fəslin öz rəngi, öz olayları, 
En yaydan payıza, gör nə gözəldir. 
Çıx qışdan, keç yaza, gör nə gözəldir. 
Vətən mülkünün bütün gözəlliklərini yüksək vətənpərvərlik 
ruhundan qidalanmış bədii rənglərlə tərənnüm etdikdən sonra Zakir 
müəllim sözün, xüsusilə, qələmə aldığı şeirlərin və qəzəllərin də 
gözəlliyindən söz açmağı unutmur: 
Zakir, f
əxr eləmə gözəllərinlə, 
S
əni mat qoyaram qəzəllərimlə. 
Yazmışam bu şeiri öz əllərimlə, 
Oxu misra-misra, gör n
ə gözəldir. 
Sözl
ər sıra-sıra, gör nə gözəldir. 
Kitabın II bölməsində müəllif “Tarixi yaddaşlarda daşlaşmış 
Ulu Şabran” başlığı altında Şabran (keçmiş Dəvəçi) rayonunun 
Uqah kəndi haqqında topladığı məlumatları oxucuların diqqətinə 
çatdırır. III bölmədən başlayaraq növbəti bölmələrin,hamısı demək 
olar ki, məktəb-liseyin tədris işinə və bu sahədə əldə edilmiş uğurlu 
nəticələrə həsr olunub.
Kitabın III bölməsi “Uğurlara gedən yollar” adlanır. Bu bölmə 
başdan-başa Şabran (keçmiş Dəvəçi) şəhər Azərbaycanın Milli 
Qəhrəmanı Roman Yusifov adına 2 №-li texniki fənlər təmayüllü 
məktəb- liseyin 45 illik yubileyindən söhbət açır. Həmin bölmədə 
uğur və uğur qazanmaq anlayışlarının ensiklopedik lüğətə və 
psixoloğiyanın elmi mənbələrinə əsasən qısa izahı verilib. Müəllif 
burada öz bilik və təcrübəsindən istifadə edərək təhsildə yüksək 
nəticə, yəni uğur qazanmaq yollarının necə çətin olduğunu açıb 
oxuculara çatdıra bilib. Burada Zakir müəllim “Uğurlara gedən 
yollar”
ın açıq, rahat, işıqlı və rəvan olması üçün pedaqoji kol-


14 
lektivin daim “zəhmət” adlı bir vərdişlə yaxın dost, yoldaş, sirdaş və 
qardaş olmasını tövsiyə edir. “Yollar” şeirində şair yolları belə 
tərənnüm edir:
Çoxdur bu dünyanın çətin yolları, 
Enişli, yoxuşlu sərt dolayları. 
Olmur asanlıqla keçmək onları, 
Çıxır qarşımıza əzablı yollar. 
Qarışıq, dolaşıq, təzadlı yollar. 
H
əyatda kiminsə baxtı gətirmir, 
Baxtını axraran vaxtı itirmir. 
H
ər insan yolunu sona yetirmir, 
M
ənzilə çatmamış qapanır yollar, 
Ömrün k
əsiyində qadanır yollar. 
V
ə sonda yolların bədii təsvirini belə tamamlayır: 
Zakir, 
halallıqla qazan hər şeyi
S
ən xaric kökləmə çaldığın neyi. 
Heç r
əva görmürəm haram yeməyi, 
Küsüb bir-birind
ən ayrılar yollar. 
Gedişsiz, gəlişsiz, tək qalar yollar. 
Sonra şair-publisist məktəb-liseyin keçmişi ilə salamlaşır. 
Sanki xəyallar aləminin köməyilə keçən illərə səyayətə başlayır. 
Məktəb-liseyin 45 ildə təhsil sahəsində keçdiyi yolu bütün xırda 
detallarınadək açmağa və xatırlamağa çalışır. Yaddaşının süzgəcin-
dən dumduru bulaq suyu kimi süzülüb gələn saf və şirin xatirələri 
elə bil dünən baş vermiş hadisə kimi asanlıqla yadına salır. Sanki bu 
anda keçən 45 ildə olan bütün hadisələr kino lenti kimi bir-bir onun 
gözü önündən yavaş-yavaş gəlib keçir... 
Kitabın “Qazanılan hər kiçik uğur böyük sevinc deməkdir” adlı 
V bölməsi məktəb-liseyin tarixi keçmişindən bəhs edir. Bu bölmədə 
müəllif canlı arxiv materiallarından geniş istifadə edərək məktəb-
liseyin 1972-
ci ildən 2017-ci ilə kimi 45 ildə keçdiyi şanlı tarixi 


15 
yolu xronoloji ardıcıllıqla yerli-yerində, faktların və rəqəmlərin 
köməyi ilə oxuculara təqdim edir. 
Kitabın VI bölməsində məktəb-liseyin bilik yarışlarında, idman 
və müxtəlif tədris xarakterli tədbirlərdə əldə etdiyi uğurlar və aldığı 
təltiflər haqqında qısa məlumatlar öz əksini tapıb. 
Kitabın VII bölməsində məktəb-liseyin 45 illik yubileyi müna-
sibətilə rayon məktəblərindən və müəllimlərdən daxil olan təbriklər 
yer alıb. 
Kitabın VIII bölməsində məktəb-liseyin respublikamızda və 
rayonumuzda kadrlara olan ehtiyacın ödənilməsi sahəsindəki rolun-
dan bəhs edilir. 
Kitabın X, XI və XII bölmələrində isə məktəb-liseydə dünən 
və bu gün işləyən müəllimlərdən və bu təhsil müəssisəsini bitirmiş 
keçmiş məzunlardan söhbət açılır. 
Müəllif kitabın XIII bölməsini məktəb- liseyin Vətənin adına 
şərəf və ucalıq gətirən şəhid məzunlara həsr edib. 
Kitabın XIV bölməsində məktəb-liseyin müəllim və rəhbər işçi-
lərinin respublikamızın mətbuat səhifələrindəki çıxışlarından nümu-
nələr verilib. 
Ümid edirik ki, oxucular Zakir Bayramlının Şabran (keçmiş 
Dəvəçi) şəhər Azərbaycanın Milli Qəhrəmanı Roman Yusifov adına 
2 №-li texniki fənlər təmayüllü məktəb-liseyin 45 illik yubileyinə 
həsr olunmuş bu kitabını da maraqla qarşılayacaqlar. Əsəri diqqətlə 
oxuduqdan sonra onların məktəb-lisey haqqında bildikləri, eləcə də 
bədii zövqləri daha da yüksələcəkdir.

Yüklə 12,86 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   348




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə